Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

126
il  tarixli  qərarında  göstərmişdir  ki,  mülkiyyətçinin  ailə 
üzvlərinin  yaşayış  binasının  tərkib  hissəsindən  onunla 
bərabər  istifadə  hüququ  mənzil  hüququnun  (obyekti) 
predmeti  kimi  nəzərdən  keçirilməli  və  ailə  üzvlərinin 
bu  hüququ  onlardan  birinin  mülkiyyətində  mövcud  olan 
yaşayış  sahəsində  onunla  bərabər  istifadə  etməyi  ehti va 
edən  kimi  qiymətləndirilməlidir.  Həmin  əmlakın  özgənin-
kiləş dirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hü-
qu qunun başqa yolla həyata keçirilməsinə isə bu hüququn 
mövcudluğu  təsir  etmir,  ona  görə  ki,  yaşayış  binasının 
tərkib  hissəsindən  mülkiyyətçinin  ailə  üzvlərinin  onunla 
bərabər  istifadə  etmək  hüququ  mülkiyyət  hüququnun 
Mülki  Məcəllənin  152.1-ci  maddəsində  nəzərdə  tutulan 
elementlərindən biri olan istifadə hüququnu təşkil etmir.
Azərbaycan  Respublikası  Konstitusiyanın  və  mül-
ki  qanunvericiliyin  müddəalarından  göründüyü  kimi 
daşınmaz  əmlakın  mülkiyyətçiləri  əmlaka  dair  sərəncam 
vermək  hüququnun  həyata  keçirilməsində  sərbəstdirlər  və 
kənar  təsirlərdən  asılı  deyillər.  Cavabdehin  “Azərbaycan 
Respublikasında  notariat  hərəkətlərinin  aparılması  qay-
daları  haqqında”  Təlimatın  49-cu  maddəsinə  əsaslanaraq 
sözügedən  mənzilin  satılmasına  dair  müqavilənin  təsdiqi 
üçün  həmin  mənzildə  qeydiyyatda  olan  üçüncü  şəxslərin 
razılıq  vermələrini  tələb  etməsi  yuxarıda  istinad  edilən  və 
iyerarxiya  baxımından  həmin  Təlimatdan  yüksək  hüquqi 
qüvvəyə  malik  olan  qanunvericilik  aktlarının  müddəaları 
ilə ziddiyyət təşkil edir. Buna görə də cavabdeh iddiaçının 
notariat  əməliyyatının  aparılmasına  dair  müraciətini  həll 
edərkən  “Notariat  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  2-ci  maddəsində  göstərilən  və  daha  üstün 


127
qüvvəyə  malik  olan  normativ  hüquqi  aktların  tələblərini 
rəhbər tutmalı idi.
Yuxarıda  qeyd  olunanlardan  asılı  olmayaraq,  həm 
də  nəzərə  alınmalıdır  ki,  icraata  cəlb  olunmuş  üçüncü 
şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları 
sırf  formal  bir  məsələdir.  Belə  ki,  onlar  artıq  uzun 
müddətdir ki, B şəhərində yaşayırlar. 
İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 
110.1-ci maddəsinə əsasən həll olunur. Məhkəmə icraatına 
cəlb  edilmiş  üçüncü  şəxslərin  üzərinə  prosessual  xərcləri 
ödəmək  vəzifəsi  qoyula  bilməz,  çünki  onlar  üçüncü  şəxs 
qismində  icraata  cəlb  olunması  barədə  ərizə  verməmişlər 
(İPM-in  110.4-cü  maddəsi).  Məhkəmə  onların  xərclərinin 
ödənilməsi öhdəliyinin cavabdehin və ya dövlət büdcəsinin 
üzərinə  qoyulmasına  lüzum  görmür  (İPM-in  108.4-cü 
maddəsi). 
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 
110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: 
Cavabdehin  üzərinə  N  şəhəri,  Y  küçəsi,  5  saylı  evin 
34  nömrəli  mənzilinin  alğı-satqısına  dair  müqavilənin 
üçüncü  şəxslərin  razılığı  tələb  edilmədən  təsdiq  edilməsi 
öhdəliyi qoyulur.
Prosessual xərclər cavabdeh tərəfindən ödənilir. 
Qərardan, onun tam formada təqdim olunduğu gündən 
30  (otuz)  gün  müddətində  N  İnzibati-İqtisadi  Məhkəməsi 
(ünvan:  ...)  vasitəsilə  N  Apellyasiya  Məhkəməsinin 


128
İnzibati-İqtisadi  Kollegiyasına  (ünvan:  ...)  apellyasiya 
şikayəti verilə bilər.
Sədrlik edən:   
imza
4-cü kazus üzrə qərarla bağlı qeyd:
Bu  qərar,  ilk  növbədə  üçüncü  şəxslərin  məhkəmə 
icraatına  cəlb  edilməsi  (bax:  İPM-in  28-ci  maddəsi)  ilə 
bağlı olan bir qərardır. 
Eyni  zamanda,  mübahisəyə  (notariat  hərəkətləri  ilə 
bağlı)  baxılmasının  inzibati  məhkəmələrin  səlahiyyətinə 
aid  olub-olmaması  da  aydınlaşdırılmalı  olan  bir  məsələdir 
(proses  iştirakçılarının  heç  biri  buna  toxunmasa  da). 
Aidiyyətlə  bağlı  problem  bu  kazusdakı  qərarın  qəbul 
edildiyi  vaxtda  hələ  öz  həllini  tapmamışdı.  Başqa  sözlə, 
məhkəmə  təcrübəsində  bu  cür  mübahisələrin  aidiyyəti  ilə 
bağlı fərqli yanaşmalar var idi.
Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Ple-
numu  «İnzibati  və  mülki  hüquq  münasibətlərindən  irəli 
gələn  mübahisələrin  məhkəmə  aidiyyətinə  dair»  10  aprel 
2015-ci  il  tarixli  4  №-li  Qərarı  ilə  qeyd  olunan  məsələyə 
aydınlıq  gətirmişdir.  Həmin  Qərarın  8-ci  bəndində  «no-
tariat  hərəkətlərindən  və  ya  notariat  hərəkətlərinin  aparıl-
masından  imtina  olunmasından»  verilən  şikayətlərə  (id-
dialara)  ümumi  məhkəmələrdə  baxılmalı  olduğu  təsbit 
edilmiş  və  bu  mübahisələrin  məhkəmə  aidiyyəti  ilə  bağlı 
vahid  məhkəmə  təcrübəsinin  formalaşdırılmasına  zəmin 
yaradılmışdır. 


129
Kazus  üzrə  mübahisə  həll  olunan  vaxt  Ali  Məh-
kəmənin  Plenum  qərarı  hələ  mövcud  olmadığı  üçün 
mübahisənin inzibati məhkəmə aidiyyətinin qəbul olunması 
həmin  dövrdə  mövcud  olan  hüquqi  vəziyyət  baxımından 
başa düşüləndir. Bu gün məhkəmə, məhkəmə təcrübəsinin 
vəziyyətinə dair müvafiq məlumat əsasında yəqin ki, başqa 
qərar qəbul edərdi.
Müstəsna  olaraq,  bu  məhkəmə  qərarında  iddia  növü 
məsələsi açıq qala bilər. Çünki baxılan işdə qərarın nəticəsi 
söhbətin öhdəliyin icrası, yaxud məcburetmə haqqında id-
diadan getməsindən asılı deyil. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə