Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə34/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

134
İş №   
Azərbaycan Respublikası adından
Q Ə R A R
şəhəri  
21 dekabr 2014-cü il 
İnzibati-İqtisadi Məhkəməsi
hakim C-nin sədrliyi,
iddiaçıların nümayəndəsi S-in (ünvanı: ....),
cavabdehin  nümayəndəsi  V-nin  (ünvanı:  ...,  vəzifəsi: 
...) iştirakları ilə
iddiaçılar  A  və  B-nin  cavabdeh  K  şəhər  İcra  Ha -
kimiyyətinə  qarşı  (üçüncü  şəxs:  Azərbaycan  Res pub-
likasının  Na zirlər  Kabineti)  «kompensasiyanın  ödənilməsi 
öh də liyinin  cavabdehin  üzərinə  qoyulması  barədə»  iddia 
tələbi  üzrə  inzibati  işə  şifahi  məhkəmə  iclasında  baxaraq 
aşağıdakı qərarı qəbul etdi.
Təsviri hissə:
İddiaçılar  K  şəhəri,  T  küçəsi  14-də  yerləşən  3  saylı 
yataqxanada müvafiq olaraq 78 və 79 nömrəli mənzillərin 
mülkiyyətçiləridir.  Buna  dair  Azərbaycan  Respublikası 
Əmlak  Məsələləri  Dövlət  Komitəsinin  yanında  Daşınmaz 
Əmlakın  Dövlət  Reyestri  Xidməti  tərəfindən  verilmiş  12 
dekabr 2011-ci il və 02 fevral 2012-ci il tarixli Daşınmaz 
Əmlakın Dövlət Reyestrindən çıxarışlar var. 


135
Qeyd  olunan  yataqxana  binasının  istismarının 
təhlükəli  olması  ilə  əlaqədar Azərbaycan  Respublikasının 
Nazirlər Kabineti 3 may 2013-cü il tarixdə sərəncam qəbul 
etmişdir.  Sərəncama  əsasən,  yataqxana  binasında  yaşayan 
ailələrin hər birinə 45000 AZN məbləğində kompensasiya 
müəyyən  edilmiş  və  onun  ödənilməsi  cavabdehə  həvalə 
olunmuşdur.  Bu  sərəncamın  icrasının  təmin  olunması 
məqsədilə  cavabdeh  tərəfindən  sözügedən  yataqxana 
sakinlərinin  (iddiaçılar  da  daxil  olmaqla)  kompensasiya 
ödənilmək  şərti  ilə  köçürül mələri  barədə  14  may  2013-cü 
il  tarixdə  sərəncam  qəbul  edilmişdir.  Bununla  yanaşı,  ca-
vab deh  sakinlərə  binadan  könüllü  çıxmayacaqları  halda, 
mənzillərindən  məcburi  qaydada  çıxarılacaqları,  eləcə 
də  elektrik  və  su  təchizatının  kəsiləcəyi  barədə  məlumat 
vermişdir. 
Binanın  qəzalı  vəziyyətdə  olduğunu  və  onun  həmin 
vəziyyətdə istismarının ictimaiyyət üçün təhlükə törətdiyini 
inkar  etməyən,  lakin  kompensasiyanın  məbləği  (45.000 
AZN)  ilə  razılaşmayan  iddiaçılar  mülkiyyətlərində  olan 
mənzillər üçün kompensasiyanın 40.000 AZN  məbləğində 
artırılmasını tələb etmiş, lakin bu tələb cavabdeh tərəfindən 
rədd olunmuşdur. 
12  dekabr  2013-cü  il  tarixdə  iddia  ərizəsi  ilə  K 
İnzibati-İqtisadi  Məhkəməsinə  müraciət  etmiş  iddiaçılar 
cavabdehin üzərinə iddiaçıların hər birinin mənzilinə görə, 
müvafiq  olaraq  40.000  AZN  məbləğində  əlavə  kompen-
sasiya  ödəməsi  öhdəliyinin  qoyulmasını  tələb  etmişlər. 
İddiaçıların  fikrincə,  onların  45.000 AZN  məbləğində  pul 
vəsaiti  ilə  bu  vaxta  qədər  yaşadıqları  ərazidə  eyni  şəraitli 
mənzil almaları mümkün deyil. 


136
Cavabdeh iddiaların rədd olunmasını tələb edir. Onun 
fikrincə,  kompensasiyanın  məbləği  istifadə  üçün  yararsız 
vəziyyətə  düşmüş  mənzillərin  hazırkı  dəyərinə  uyğundur. 
Digər  tərəfdən,  kompensasiyanın  məbləği  Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 3 may 2013-cü il tarixli 
sərəncamı  ilə  müəyyən  edildiyindən  iddiaçıların  bundan 
yüksək  məbləğdə  kompensasiya  tələb  etmək  hüquqları 
yoxdur. 
K  İnzibati-İqtisadi  Məhkəməsi  Azərbaycan  Res-
pub  li ka sının  Nazirlər  Kabinetini  məhkəmə  icraatına  cəlb 
etmişdir.  Nazirlər  Kabineti  iddialarla  bağlı  fikir  bildir mə-
mişdir,  eləcə  də  şifahi  məhkəmə  baxışında  iştirak  etməyə 
gəlməmişdir. 
Bundan  başqa,  K  İnzibati-İqtisadi  Məhkəməsi  26 
de kabr  2013-cü  il  tarixli  qərardadı  ilə  kompensasiya 
məbləğinin  mənzillərin  hazırkı  dəyərinə  uyğunluğunun 
yoxlanılması  məqsədi  ilə  ekspert  rəyinin  alınması  üçün 
müstəqil  qiymət ləndiriciyə  müraciət  etmişdir.  16  yanvar 
2014-cü il tarixdə tərtib edilmiş ekspert rəyinin nəticəsinə 
əsasən,  tədqiq  olun muş  hər  bir  mənzilə  görə  ödənilən 
45.000 AZN məbləğində kompensasiya mənzillərin hazırkı 
dəyərinə uyğundur. 
Cavabdehin  iddiaçının  tələblərinə  dair  tərtib  etdiyi 
sənədlər (icraata cəlb olunmuş Nazirlər Kabinetinin 3 may 
2013-cü il tarixli sərəncamı da daxil olmaqla) məhkəməyə 
təqdim  olunmuşdur.  Onların  məzmununa  istinad  olunur. 
Bu  sənədlər  məhkəmə  araşdırmasının  predmetini  təşkil 
etmişlər. 


137
Əsaslandırma hissəsi:
Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa 
gəlməməsinə  baxmayaraq,  məhkəmə  işə  baxa  və  iş  üzrə 
qərar  qəbul  edə  bilmişdir.  Belə  ki,  üçüncü  şəxsə  təqdim 
edilmiş  və  formal  tələblərə  cavab  verən  (Azərbaycan 
Respublikasının  İnzibati  Prosessual  Məcəlləsinin  (bundan 
sonra  mətndə  İPM)  62.1  və  62.2-cı  maddələri)  məhkəmə 
bildirişində onun iclasa gəlmədiyi halda da işə baxılmasının 
və  iş  üzrə  qərar  qəbul  edilməsinin  mümkünlüyü  barədə 
xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
İddiaçıların  iddiaları  öhdəliyin  icrası  haqqında  id-
dia  (İPM-in  2.2.7  və  34.1-ci  maddələri)  qismində  müm-
kün  iddialardır.  Çünki  iddiaçıların  tələbi  inzibati  orqan 
tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olma-
yan  hərəkətlərin  edilməsinə  yönəlib.  Lakin  mahiyyət  üzrə 
bu  iddialar  uğurlu  ola  bilməzlər.  Belə  ki,  məhkəmənin 
sü butların  araşdırılması  vasitəsilə  təsdiq  olunan  daxili 
inamına  (İPM-in  68.1-ci  maddəsi)  əsasən,  iddiaçıların 
onlara  münasibətdə  hər  bir  mənzil  üçün  artıq  müəyyən 
edilmiş  45.000 AZN  məbləğində  kompensasiyanın  85.000 
AZN-ə artırılmasına dair tələbləri əsaslı deyil. 
İddiaçılar  köçürülmə  səbəbindən  qorunan  mülkiyyət 
hüquqlarının  pozulması  ilə  əlaqədar,  prinsip  etibarilə 
cavabdehdən  kompensasiya  ödənilməsini  tələb  etmək 
hüququna  malik  olsalar  da,  bu  tələbin  həcmi  iddiaçıların 
mənzilləri  üçün  müvafiq  olaraq  müəyyən  edilmiş  45.000 
AZN  məbləğindən  kənara  çıxmır.  Buna  görə  də  vahid 
məhkəmə  icraatı  çərçivəsində  kompensasiyanın  artırılması 
məqsədi güdən iddialar rədd edilməlidir. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə