Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   32   33   34   35   36   37   38   39   ...   76

142
6-CI KAZUS
TORPAQ HÜQUQU İLƏ BAĞLI TƏDBİRLƏR 
VƏ SƏLAHİYYƏT PROBLEMLƏRİ
İŞİN FAKTİKİ HALLARI
18 fevral 1991-ci il tarixdə H şəhər Xalq Deputatları 
Sovetinin İcraiyyə Komitəsi onun 20 iyun 1990-cı il tarixli 
qərarı ilə qeydə alınmış P kooperativinə müstəqil fəaliyyət 
göstərməsi  üçün  Kür  çayının  sağ  sahilində, Təcrübə-sınaq 
zavodunun yaxınlığındakı istifadəsiz ərazidə 0,87 ha ölçüdə 
torpaq  sahəsi  ayırır.  P  kooperativi  bu  torpaq  sahəsindən 
1993-cü  ilədək  istifadə  edir.  Bir  qədər  sonra  kooperativə 
ayrılmış  torpaq  sahəsində  X  rayonundan  olan  məcburi 
köçkün  F  üç  nəfər  ailə  üzvü  ilə  birlikdə  məskunlaşır  və 
orada  qoyunçuluqla  məşğul  olmağa  başlayır.  Ona  görə 
də  kooperativ  müvafiq  torpaq  sahəsindən  faktiki  olaraq 
istifadə edə bilmir. Buna baxmayaraq, o, müntəzəm şəkildə 
həmin torpaq sahəsinə görə torpaq vergisi ödəyir. 
6 noyabr 2008-ci il tarixdə P kooperativinin bazasında 
P MMC yaradılır və dövlət qeydiyyatına alınır. MMC-nin 
nizamnaməsinin  1.2-ci  bəndində  onun  P  kooperativinin 
hüquqi varisi olduğu qeyd edilir.
Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və  Xəritə-
çəkmə  Komitəsinin  (bundan  sonra  mətndə  DTXK)  H 
şəhər  şöbəsi  2013-cü  ildə  müəyyən  edir  ki,  vaxtilə  P 
kooperativinə  ayrılmış  torpaq  sahəsindən  uzun  müddət 
istifadə  olunmur.  O,  bu  müəyyənetməyə,  eləcə  də  Azər-
baycan  Respublikası  Torpaq  Məcəlləsinə  (bundan  sonra 


143
mətndə  «TM»)  əsaslanaraq  P  kooperativindən  torpaq 
sahəsinin geri alınması və dövlət ehtiyat fondu torpaqlarına 
daxil  edilməsi  ilə  bağlı  H  Şəhər  İcra  Hakimiyyətinə 
müraciət  edir.  Nəticədə,  H  Şəhər  İcra  Hakimiyyətinin 
başçısı  1  noyabr  2013-cü  il  tarixdə  P  kooperativinin 
torpaq  sahəsindən  istifadə  hüququna  xitam  verilməsi 
barədə  sərəncam  qəbul  edir.  Beləliklə,  müvafiq  tor-
paq  sahəsi  kooperativdən  geri  alınır  və  dövlət  ehtiyat 
fondu  torpaqlarına  daxil  edilir.  Sərəncamda  onun  qəbul 
edilməsinin hüquqi əsası kimi P kooperativinin Azərbaycan 
Respublikası  Torpaq  Məcəlləsinin  73-cü  maddəsinin  1-ci 
bəndinin  9-cu  abzasına  (kənd  təsərrüfatı  istehsalı  üçün 
verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-
kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 
1  il  ərzində  üzrlü  səbəb  olmadan  istifadə  edilməməsi) 
müvafiq  olaraq  ona  ayrılmış  torpaq  sahəsindən  istifadə 
etmədiyi göstərilir. 
Məzmununa  əsasən  P  MMC-yə  yox,  onun  hüquqi 
sələfi  olmuş  P  kooperativinə  ünvanlanan  sərəncam  P 
MMC-yə təqdim olunur və orada hüquqi müdafiə vasitələri 
barədə məlumat da göstərilir. 
P  MMC  12  mart  2014-cü  il  tarixdə  H  Şəhər 
İcra  Hakimiyyəti  başçısının  yuxarıda  təsvir  olunan  1 
noyabr  2013-cü  il  tarixli  sərəncamının  etibarsızlığının 
tanınması tələbinə dair iddia ərizəsi ilə H İnzibati-İqtisadi 
Məhkəməsinə  müraciət  edir.  O,  tələbini  belə  əsaslandırır 
ki:  cavabdeh  müvafiq  torpaq  sahəsi  üzərində  istifadə 
hüququna  xitam  verilməsi  barədə  sərəncam  qəbul  etmək 
sə lahiyyətinə  malik  deyil;  sərəncamda  qeyd  edilən 
DTXK-nın  H  şəhər  şöbəsi  tərəfindən  müvafiq  aktın  tərtib 


144
edilməsi,  Şəhər  İcra  Hakimiyyətinə  göndərilməsi  formal 
xarakter daşımış, əslində, belə bir akt tərtib edilməmişdir; 
sərəncamda torpaq sahəsindən bir il ərzində üzrlü səbəbdən 
istifadə  olunmaması  göstərilsə  də,  cavabdeh  sözügedən 
ərazidə məcburi köçkünlərin məskunlaşması faktını nəzərə 
almayıb; sərəncamda ayrılmış torpaq sahəsinin P koopera-
tivinin istifadəsində olmasının göstərilməsi reallığı əks et-
dirmir, belə ki, torpaq sahəsi onun, yəni həmin kooperativin 
hüquqi  varisi  olan  iddiaçının  (P  MMC-nin)  istifadəsində 
olmuşdur. 
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir. 
Onun  məhkəməyə  ünvanladığı  18  aprel  2014-cü  il  tarixli 
məktubda  iddia  tələbinin  əsassız  olduğu  göstərilir.  Bunun 
əsaslandırılması üçün qeyd olunur ki, P kooperativi 1991-
ci  ildən  1993-cü  ilədək  müvafiq  torpaq  sahəsində  heç 
bir  fəaliyyət  göstərməmişdir  və  bu  vəziyyət  indiyə  qədər 
davam  edir.  Bundan  başqa,  məktubda  bildirilir  ki,  torpaq 
sahəsinin  qeyd  edilən  əsasla  geri  alınmasına  dair  müddəa 
hazırkı  TM  qüvvəyə  minənədək  qüvvədə  olmuş  torpaq 
qanunvericiliyində  də  nəzərdə  tutulmuşdur.  Cavabdehin 
fikrincə, o zaman ölkədə baş verən hadisələr bu məsələlərin 
tənzimlənməsini çətinləşdirmiş, Xalq Deputatları Sovetləri 
ləğv  edilmiş,  sənədlər  arxivə  verilmiş  və  ona  görə  də  bu 
məsələlərin  həlli  yubanmışdır.  Konkret  olaraq,  baxılan 
işdə  mübahisə  predmeti  olan  1  noyabr  2013-cü  il  tarix-
li  «torpaq  sahəsinin  istifadə  hüququna  xitam  verilməsi 
haqqında»  sərəncama  gəlincə,  cavabdeh  hesab  edir  ki, 
sərəncam  qüvvədə  olan  TM-in  73-cü  maddəsinin  1-ci 
bəndinin  9-cu  abzasına  tam  uyğun  şəkildə  qəbul  edilib. 
O,  həmçinin  bildirir  ki,  torpaq  sahəsi  P  kooperativinə 


145
ayrılmış, kooperativ isə bu torpaqdan heç bir vaxt istifadə 
etməmiş,  2007-ci  ildə  isə  ləğv  edilmişdir.  Yəni  cavabde-
hin  fikrincə,  torpaq  sahəsi  yeni  yaradılmış  P  MMC-yə 
ayrılmamış,  sonuncu  kooperativə  ayrılmış  torpaq  sahəsini 
özəlləşdirərək  mülkiyyətinə  keçirməmişdir  ki,  ondan 
istifadə  edə  bilsin.  Cavabdeh,  həmçinin  onu  da  qeyd  edir 
ki,  iddiaçı  kooperativə  ayrılmış  torpaq  sahəsindən  orada 
məcburi  köçkünlərin  məskunlaşması  səbəbi  ilə  istifadə 
edə  bilmədiyini  bildirsə  də,  bu  müddət  ərzində  torpaq 
sahəsindən  məcburi  köçkünlərin  çıxarılmasını  məhkəmə 
qaydasında  tələb  etməmiş,  ona  başqa  yerdən  torpaq 
sahə sinin  ayrılması  üçün  icra  hakimiyyətinə  müraciət 
etməmişdir. Bu isə onu göstərir ki, torpaq sahəsi ona lazım 
deyil.  Eyni  zamanda,  həmin  torpaq  sahəsində  məcburi 
köçkünlərin  məskunlaşması  səbəbindən  iddiaçı,  onsuz 
da  həmin  torpaq  sahəsindən  istifadə  edə  bilməyəcəkdir. 
Belə olan halda, onun iddiasının məntiqi yoxdur. Nəhayət, 
cavabdeh  məktubunda  bildirir  ki,  qanunvericiliyə  əsasən 
DTXK torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti həyata 
keçirir.  Komitənin  H  şəhər  şöbəsi  həmin  torpaqdan  uzun 
müddət  istifadə  olunmamasını  aşkar  etmiş,  bu  barədə 
müvafiq  akt  tərtib  edərək  torpağın  mülkiyyətçisinə, 
yəni  Şəhər  İcra  Hakimiyyətinə  tədbir  görülməsi  üçün 
məlumat  vermişdir.  H  Şəhər  İcra  Hakimiyyəti  isə  öz 
səlahiyyətlərindən  istifadə  edərək  qanunauyğun  sərəncam 
verməklə, uzun müddət istifadəsiz saxlanılan torpaq sahəsi 
ilə  bağlı  kooperativin  istifadə  hüququna  xitam  vermiş  və 
torpaq sahəsini dövlət torpaq fonduna qaytarmışdır. 
H  İnzibati-İqtisadi  Məhkəməsi  1  aprel  2014-cü  il 
tarixli  qərardadı  ilə  DTXK-nın  H  şəhər  şöbəsini  zəruri 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə