Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə26/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   22   23   24   25   26   27   28   29   ...   76

99
vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzi-
bati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.
49.7.  Bu  maddənin  müddəaları  həmçinin  vergi 
agentlərinə də şamil edilir.
Maddə 50. Operativ vergi nəzarəti
...
50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslan-
dırılmış  qərarına  əsasən  həyata  keçirilir.  Həmin  qərarda 
vergi  ödəyicilərinin  yerləşdiyi  ərazi,  habelə  operativ  vergi 
nəzarəti  ilə  əhatə  olunmalı  olan  məsələ  (məsələlər),  ope-
rativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini 
həyata  keçirən  vergi  orqanının  vəzifəli  şəxsi  (şəxsləri) 
göstərilir.
50.4.  Operativ  vergi  nəzarəti  vergi  ödəyicisinə  əv-
vəl cədən  xəbərdarlıq  edilmədən  başlanır  və  vergi  ödə-
yi cilərinin  faktiki  iş  vaxtı  həyata  keçirilir.  Operativ 
ver gi  nəzarətini  həyata  keçirən  vergi  orqanının  vəzifəli 
şəxsi  nəzarətə  başladıqdan  sonra  bu  Məcəllənin  50.3-cü 
maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi 
ödəyicisinə dərhal təqdim etməlidir.
50.5.  Operativ  vergi  nəzarətini  həyata  keçirən  vergi 
orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çər-
çivəsində  vergi  ödəyicilərinin  ərazilərinə  və  ya  binalarına 
(yaşayış  binaları  (sahələri)  istisna  olmaqla)  daxil  olması, 
ərazilərinə,  binalarına  (yaşayış  binaları  (sahələri)  is-
tisna  olmaqla),  habelə  sənədlərinə  və  əşyalarına  baxış 
keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə 
kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, 
tərcüməçi  və  müşahidəçi  dəvət  edilməsi  və  aksiz  markası 


100
ilə  markalanmalı  olan  markalanmamış  və  ya  saxta  aksiz 
markası  ilə  markalanmış  malların  siyahıya  alınması  bu 
Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
50.6.  Operativ  vergi  nəzarətinin  nəticələri  üzrə 
vergi  orqanının  vəzifəli  şəxsləri  tərəfindən  müvafiq  icra 
hakimiyyəti  orqanının  müəyyən  etdiyi  formada  akt  tərtib 
edilir.  Operativ  vergi  nəzarəti  tədbirlərinin  keçirilməsi 
zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin 
müddəaları tətbiq edilir.


101
İş №   
 
 
 
 
 
  
 
     
Azərbaycan Respublikası adından
Q Ə R A R D A D
şəhəri  
2 dekabr 2013-cü il
B İnzibati-İqtisadi Məhkəməsi
hakim T-nin sədrliyi,
iddiaçı L-in (ünvanı: ....),
cavabdehin  nümayəndəsi  F-in  (ünvanı:  ...,  vəzifəsi: 
...) iştirakları ilə
iddiaçı  L-in  cavabdeh  Azərbaycan  Respublikasının 
Vergilər Nazirliyinə qarşı «cavabdeh tərəfindən tərtib edilmiş 
12  iyun  2013-cü  il  tarixli  aktın  etibarsız  hesab  edilməsi  və 
həmin akt əsasında qəbul edilmiş 18 iyun 2013-cü il tarixli 
vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 
məsuliyyətə  cəlb  edilməsi  haqqında  qərarın  ləğv  edilməsi 
barədə»  iddia  tələbi  üzrə  inzibati  işə  şifahi  məhkəmə 
iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. 
Təsviri hissə:
İddiaçı  anası  R  ilə  bağladığı  10  illik  (10  mart  2012-
ci  ildən  10  mart  2022-ci  il  tarixədək)  icarə  müqaviləsi 
əsasında  B  şəhəri,  G  küçəsi  ünvanında  yerləşən  bir 


102
kafe  işlədir.  İcarə  müqaviləsinin  bağlanmasından  sonra 
iddiaçının  anası  kafe  ilə  bağlı  fəaliyyətini  dayandırmış  və 
kafenin  yanında  şadlıq  evi  tikdirməyə  başlamışdır.  Bu 
şadlıq evinin tikintisi hələ başa çatmamışdır. 
Cavabdehin  əməkdaşları  tərəfindən  11  iyun  2013-cü 
ildə qəbul edilmiş qərar əsasında 12 iyun 2013-cü il tarixdə 
iddiaçının  kafesində  operativ  vergi  nəzarəti  keçirilmiş 
və  bu  barədə  akt  tərtib  edilmişdir.  Həmin  akt  nəzarəti 
həyata  keçirən  vergi  orqanı  işçiləri  və  iddiaçı  tərəfindən 
imzalanmış,  aktın  bir  nüsxəsi  iddiaçıya  verilmişdir. 
Qeyd  olunan  aktda  iddiaçının  əmək  fəaliyyətinə  cəlb  et-
diyi  ümumilikdə  17  nəfərdən  12  nəfəri  ilə  əmək  qanun-
vericiliyinin  müddəalarına  zidd  olaraq  əmək  müqaviləsi 
bağlamadığı,  əmək  müqaviləsi  olmayan  şəxslərdən  3  nə-
fərinin  kafenin  özündə,  9  nəfərinin  isə  kafenin  yanında 
inşa  edilən  şadlıq  evinin  tikintisində  çalışdığı  bildirilmiş 
və  buna  görə  iddiaçıya  qarşı  maliyyə  sanksiyasının  tətbiq 
edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. 
18  iyun  2013-cü  ildə  vergi  orqanı  12  iyun  2013-cü 
il  tarixdə  tərtib  olunmuş  akt  əsasında  iddiaçının  vergi 
qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb 
edilməsi haqqında qərar qəbul etmiş, iddiaçıya 12.000 AZN 
məbləğində  maliyyə  sanksiyası  tətbiq  olunmuşdur.  Qeyd 
olunan  qərarda  hüquqi  müdafiə  vasitələri  barədə  heç  bir 
məlumat nəzərdə tutulmamışdır. 
25 sentyabr 2013-cü il tarixdə iddiaçı cavabdehin 12 
iyun  2013-cü  il  tarixli  aktının  etibarsız  hesab  edilməsi  və 
həmin akt əsasında qəbul edilmiş 18 iyun 2013-cü il tarix-
li  qərarın  ləğv  olunması  tələbi  ilə  məhkəməyə  müraciət 
etmişdir.  O,  hesab  edir  ki,  həm  akt,  həm  də  qərar  təkcə 


103
faktlar əsas götürüldükdə belə nə qanuni, nə də əsaslı hesab 
edilə  bilməz.  Çünki  onun  kafesində  8  nəfər  işləyir  və  on-
lardan  yalnız  3  nəfəri  ilə  əmək  müqaviləsi  yoxdur.  Eyni 
zamanda,  iddiaçı  qeyd  edir  ki,  12  iyun  2013-cü  il  tarixli 
aktda  göstərilən  və  əmək  müqaviləsi  olmadan  işlədikləri 
bildirilən  digər  9  nəfərin  onun  işlətdiyi  kafeyə  heç  bir 
aidiyyəti yoxdur, çünki həmin şəxslər onun anasına məxsus 
olan şadlıq evinin tikintisində işləyirlər. 
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir.  Onun 
nümayəndəsi məhkəmə iclasında bildirir ki, operativ vergi 
nəzarəti  həyata  keçirilən  zaman  iddiaçı  törətdiyi  əməli 
özünün yazdığı izahatda da etiraf etmiş və göstərmişdir ki, 
kafenin yanındakı şadlıq evini o tikdirir və tikinti işlərində 
çalışan şəxsləri 10 gün əvvəl özü işə götürüb. Bu baxımdan 
cavabdehin fikrincə, iddiaçı törətdiyi pozuntu ilə bağlı vergi 
və  əmək  qanunvericiliyində  nəzərdə  tutulan  məsuliyyəti 
daşımalıdır. Daha sonra, cavabdeh bildirir ki, vergi orqanı 
12  iyun  2013-cü  il  tarixli  müvafiq  aktla  bağlı  mövqeyini 
ifadə  etmək  üçün  iddiaçıya  şərait  yaratmışdır.  Belə  ki,  18 
iyun  2013-cü  il  tarixdə  vergi  orqanında  həmin  aktla  bağlı 
materiallara  iddiaçının  iştirakı  ilə  baxılmışdır.  Nəhayət, 
cavabdeh hesab edir ki, iddia bunun üçün müəyyən edilmiş 
iddia  müddəti  keçdikdən  sonra  qaldırıldığından,  onsuz  da 
mümkün sayıla bilməz. 
Cavabdehin iddiaçı barədə tərtib etdiyi iş materialları 
məhkəməyə  təqdim  olunmuşdur.  Həmin  materiallara, 
xüsusilə  operativ  vergi  nəzarətinin  həyata  keçirilməsi  ilə 
bağlı  sənədlər  daxildir.  Bu  materialların  məzmununa  isti-
nad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil 
etmişlər. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə