84
İş №
Azərbaycan Respublikası adından
Q Ə R A R
S şəhəri
11 dekabr 2014-cü il
S İnzibati-İqtisadi
Məhkəməsi
hakim
H-nın
sədrliyi,
iddiaçının
nümayəndəsi O-nun (ünvanı: ...),
cavabdehin nümayəndələri
T və
R-in (ünvanı:..,
vəzifəsi:...) iştirakları ilə
iddiaçı “
U MMC” tikinti firmasının cavabdeh Azər-
bay can Respublikası Fövqəladə Hallar Nazirliyinin Ti-
kintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı
«7 iyul 2014-cü il tarixli lisenziyanın fəaliyyətinin da-
yandırılması haqqında qərarın ləğv edilməsi barədə» iddia
tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq
aşağıdakı qərarı qəbul etdi.
Təsviri hissə:
İşə baxan məhkəmənin yurisdiksiyasına aid olan
ərazidə fəaliyyət göstərən iddiaçıya dövlət standartlarına
uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qur-
ğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri
istisna olmaqla) tikinti-quraşdırma işlərinin aparılması
üçün 7 dekabr 2011-ci ildə cavabdeh tərəfindən lisenziya
verilmişdir.