Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

87
üçün tələb olunan əlavə Şərtlər”in 45-ci bəndində nəzərdə 
tutulmuş bütün şərtlər onun tərəfindən yerinə yetirilmişdir. 
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir.  O, 
hesab  edir  ki,  hər  halda  mübahisələndirilən  qərarın  qəbul 
edildiyi  anda  lisenziyanın  fəaliyyətinin  dayandırılması 
üçün  şərtlər  şübhəsiz  mövcud  olmuşdur.  Belə  ki,  iddiaçı 
normativ  aktlarda  təsbit  edilmiş  qaydalara,  eləcə  də  inzi-
bati  orqanın  xəbərdarlıqlarına riayət  etməmişdir.  İddiaçıya 
yeni faktiki hallar əsasında təzə lisenziyanın verilə bilinib-
bilinməməsi  isə,  cavabdehin  fikrincə,  hazırkı  məhkəmə 
icraatı çərçivəsində yoxlanılmalı olan bir məsələ deyil. 
Cavabdehin iddiaçıya dair tərtib etdiyi iş materialları 
(iddiaçının  ofisində  aparılan  yoxlamaya  dair  akt  və  digər 
sənədlər də daxil olmaqla) məhkəməyə təqdim olunmuşdur. 
Həmin  materialların  məzmununa  istinad  edilir.  Onlar 
məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. 
Əsaslandırma hissəsi:
Həll edilməli olan hüquqi mübahisəyə ərazi aidiyyəti 
üzrə  baxmaq  səlahiyyəti  işə  baxan  məhkəməyə  aiddir. 
Çünki  R  İnzibati-İqtisadi  Məhkəməsinin  mübahisə  ilə 
bağlı  işin  göndərilməsinə  dair  qərardadı  məcburi  qüv vəyə 
malikdir  (Azərbaycan  Respublikasının  İnzibati  Pro ses sual 
Məcəlləsinin  (bundan  sonra  mətndə  İPM)  8.6-cı  mad-
dəsinin 1-ci cümləsi). 
İddiaçının  7  iyul  2014-cü  il  tarixli  inzibati  aktın 
(“İn zibati  icraat  haqqında”  Qanunun  2.0.2-ci  maddəsi) 
ləğvinə  yönələn  və  xüsusilə,  vaxtında  qaldırılan  (İPM-
in  38.1-ci  maddəsi)  mübahisələndirmə  haqqında  iddiası 


88
(İPM-in 32.1-ci maddəsi) mümkün iddia olsa da, mahiyyət 
baxımından uğurlu deyil. Belə ki, iddiaçıya 7 dekabr 2011-
ci  il  tarixdə  verilmiş  lisenziyanın  fəaliyyətinin  dayan dırıl-
ması  haqqında  qərar  İPM-in  70.1-ci  maddəsində  nəzərdə 
tutulmuş  mənada  nə  formal-hüquqi,  nə  də  maddi-hüquqi 
baxımdan mübahisələndirilməməlidir. 
Qərarın  formal-hüquqi  (inzibati  icraat  hüququ  ilə 
bağlı olan) tərəfinə gəlincə, orada iddiaçının ziyanına (onun 
üçün əlverişsiz vəziyyətin yaranmasına) səbəb olmuş hüqu-
qi qüsurlar nəzərə çarpmır. 7 iyul 2014-cü il tarixli qərarın 
qəbul  edilməsindən  əvvəl  iddiaçının  dinlənilmə  hüququ-
nun (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) 
təmin  olunmadığını  bildirməsi  də  qərarın  ləğvinə  aparıb 
çıxarmır.  Çünki  baxılan  işdə  dinlənilmə  hüququnun  təmin 
edilməməsinin  nəticəyə  (yəni  lisenziyanın  fəaliyyətinin 
dayandırılmasına)  hansı  dərəcədə  təsir  edə  bildiyi  (İPM-
in  70.1-ci  maddəsinin  2-ci  cümləsi)  açıq-aşkar  görünmür. 
Bundan  başqa,  inzibati  orqanın  inzibati  icraatla  bağlı,  ola 
bilsin  ki,  səbəbli  əlaqə  şəklində  qərara  təsir  etmiş  digər 
qüsurları  da  nəzərə  çarpmır.  Xüsusilə,  mübahisələndirilən 
qərarı  qəbul  etmək  səlahiyyəti  cavabdeh  inzibati  orqana 
aid  olmuşdur.  Çünki  mübahisəli  lisenziya  iddiaçıya  onun 
tərəfindən verilmişdir. 
Maddi-hüquqi  (məzmun)  baxımdan  da  qərarda  iddi-
açının ziyanına (onun üçün əlverişsiz vəziyyətin yaran ma-
sına)  səbəb  olmuş  hüquqi  qüsurlar  yoxdur  (iddiaçının  öz 
izahatını nəzərə aldıqda belə).
Bununla  əlaqədar,  xüsusilə  hal-hazırda  hansı  hü quqi 
vəziyyətin  mövcudluğu  əhəmiyyət  kəsb  etmir.  Belə  ki, 
mübahisələndirmə  haqqında  iddia  ilə  mübahisələndirilən 


89
əlverişsiz (yükləyici) inzibati aktın qəbul edildiyi ana qədər 
(yəni baxılan  işdə  7  iyul  2014-cü  il tarixə qədər)  mövcud 
olmuş  faktiki  və  hüquqi  vəziyyət  əsas  götürülməlidir.  Bu, 
o  deməkdir  ki,  iddiaçının  bu  arada  əlavə  mütəxəssislər 
işə  götürməsinin,  mülki  məsuliyyətin  sığortası  haqqında 
yeni  müqavilə  bağlamasının,  habelə  cihazlarının  standart-
lara  uyğun  olmasına  dair  müvafiq  şəhadətnamə  almasının 
hüquqi baxımdan əhəmiyyəti yoxdur. Başqa sözlə, baxılan 
işdə söhbət yalnız iddiaçının 7 iyul 2014-cü il tarixə qədər 
tikinti  firması  qismində  onun  üçün  məcburi  qüvvəyə  ma-
lik  olan  “Fəaliyyət  növlərinin  xüsusiyyətindən  asılı  ola-
raq  xüsusi  razılıq  (lisenziya)  verilməsi  üçün  tələb  olunan 
əlavə Şərtlər”i, xüsusilə də onun 45-ci bəndinin tələblərini 
pozub-pozmadığından  gedir.  İddiaçı  həmin  tələbləri  poz-
muşdur  (bununla  bağlı  aşağıda  bax:  (1)).  Buna  görə  də 
cavabdeh  mübahisələndirilən  qərar  vasitəsilə  iddiaçıya 
verilmiş lisenziyanın fəaliyyətini dayandıra bilərdi (bunun-
la bağlı aşağıda bax: (2)).
(1)  İşin faktiki hallarını xidməti vəzifəsinə görə araşdırmış 
(İPM-in  12.1-ci  maddəsi)  məhkəmə  şifahi  məhkəmə 
baxışının  nəticəsinə  və  iddiaçının  ofisində  aparılmış 
yoxlamadan sonra inzibati orqan tərəfindən tərtib edilmiş 
sənədlərin qiymətləndirilməsinə əsasən İPM-in 68.1-ci 
maddəsində nəzərdə tutulmuş mənada onda yaranmış 
daxili  inam  əsasında  hesab  edir  ki,  iddiaçı  2014-cü 
ilin iyul ayında “Fəaliyyət növlərinin xüsusiyyətindən 
asılı  olaraq  xüsusi  razılıq  (lisenziya)  verilməsi  üçün 
tələb olunan əlavə Şərtlər”in 45-ci bəndinin tələblərini 
yerinə yetirməmişdir. Həmin bəndin şərtlərinə əsasən, 


90
iddiaçının  ştatında  olan  5  (beş)  mütəxəssis  müvafiq 
ixtisas üzrə ən azı 3 illik iş stajına malik olmalı, onun 
ölçü vasitələri və cihazları standartlara uyğun və yararlı 
olmalı və lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət 
növünün  mülki  məsuliyyətinin  sığortalanmasını 
təsdiq edən sənəd olmalıdır (45-ci bənd, 45.1, 45.4 və 
45.5).  İddiaçının  özünün  də  qeyd  etdiyi  kimi,  eləcə 
də  yoxlamanın  onun  tərəfindən  məzmun  baxımından 
mübahisələndirilməyən  nəticələrinə  əsasən,  yuxarıda 
göstərilən  şərtlər  hər  halda  həmin  vaxtda  uzun 
müddətdən bəri mövcud olmamışdır. Bu zaman həmin 
şərtlərin qeyd olunan vaxtda hansı səbəblərdən yerinə 
yetirilməməsi əhəmiyyət kəsb etmir. 
(2)  Cavabdeh  inzibati  orqan  işin  faktiki  hallarının  təsvir 
olunan  vəziyyətində  iddiaçıya  verilmiş  lisenziyanın 
fəaliyyətini  dayandıra  bilərdi.  Bunun  üçün  hüquqi 
əsas qismində Azərbaycan Respublikası Prezidentinin 
2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə 
təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  bəzi 
fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi 
haqqında”  Qaydaların  5.1  və  5.1.2-ci  bəndləri  çıxış 
edir.  Həmin  müddəalara  əsasən,  normativ  aktların 
tələblərinin  pozulduğu  hallar  üçün  (baxılan  işdə 
olduğu  kimi)  inzibati  orqana  diskresion  səlahiyyət 
verilməmişdir.  Başqa  sözlə,  inzibati  orqan  bu  kimi 
hal larda (məcburi olaraq) verilmiş lisenziyanın fəaliy-
yətini  dayandırır.  İddiaçı  lisenziyanın  fəaliyyətinin 
dayandırılmasının  qarşısını  ala  biləcək  fikirlər/
mövqelər  bildirməmişdir.  Belə  fikirlər/mövqelər 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə