Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

104
Əsaslandırma hissəsi:
Bütövlükdə baxılması inzibati məhkəmələrin səlahiy-
yətinə  (Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 
Məcəlləsinin (bundan sonra mətndə İPM) 1.1, 2.1 və 2.2.1-
ci  maddələri)  aid  olan  iddia  cavabdehin  12  iyun  2013-cü 
il  tarixli  aktına  qarşı  yönələn  hissədə  məhkəmənin  daxili 
inamına (İPM-in 68.1-ci maddəsi) əsasən mümkün deyil. 
İddiaçının  iddia  tələbinin  12  iyun  2013-cü  il  tarix-
li  aktın  etibarsız  hesab  edilməsinə  yönələn  hissəsini  işin 
mahiyyətinə aid olma baxımından təfsir etdikdə (İPM-in 13 
və  48.1-ci  maddələri),  söhbət  İPM-in  32.1-ci  maddəsində 
nəzərdə  tutulmuş  mənada  mübahisələndirmə  haqqında 
iddiadan  gedir.  Onun  məqsədi  mübahisələndirilən  aktın 
ləğv  olunmasıdır.  Lakin  bu  iddia  mümkün  deyil.  Belə  ki, 
12  iyun  2013-cü  il  tarixli  akt  “İnzibati  icraat  haqqında” 
Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə 
tutulmuş  mənada  İnzibati-İqtisadi  Məhkəmələr  qarşısında 
mübahisələndirilə  bilən  inzibati  akt  sayılmır.  Başqa  sözlə, 
sözügedən  aktda  “İnzibati  icraat  haqqında”  Qanunun 
2.0.2-ci  maddəsinin  (inzibati  aktın  mövcudluğu  üçün) 
şərtləndirdiyi  inzibati  orqan  tərəfindən  kənara  (xaricə) 
münasibətdə  bilavasitə  nəticələr  yaratmaqla  “nizamasalma 
(həll  etmə)”  ünsürü  yoxdur.  Belə  ki,  bu  akt  vasitəsilə 
yalnız  inzibati  orqan  daxilində  operativ  vergi  nəzarətini 
həyata keçirən vergi işçiləri tərəfindən iddiaçıya qarşı vergi 
ödəyicisinin  vergi  qanunvericiliyinin  pozulmasına  görə 
məsuliyyətə  cəlb  edilməsi  haqqında  qərar  qəbul  edilməsi 
tövsiyə olunmuşdur. Yəni operativ vergi nəzarətinin həyata 
keçirilməsi nəticəsində müəyyən edilmiş faktları sadalayan 


105
12  iyun  2013-cü  il  tarixli  akt  (hələ)  kənara  (xaricə) 
münasibətdə (vergi hüququnun müddəalarına uyğun olaraq 
18 iyun 2013-cü il tarixdə qəbul edilmiş qərarın yaratdığı 
kimi) hüquqi nəticə doğurmur. Bu, Vergi Məcəlləsinin 39.2 
və  49.1-ci  maddələrindən  irəli  gəlir  (Vergi  Məcəlləsinin 
50.6-cı  maddəsinə  əsasən,  vergi  nəzarəti  tədbirlərinin 
keçirilməsi  zamanı  həmin  Məcəllənin  39-43-cü  və  46-
49-cu  maddələrinin  müddəaları  tətbiq  edilir).  Eyni  za-
manda,  maraqlı  şəxs  aktla  razılaşmadıqda,  həmin  akt 
Vergi  Məcəlləsinin  39.5-ci  maddəsinə  uyğun  olaraq, 
yalnız  inzibati  orqan  daxilində  yoxlama  icraatının  həyata 
keçirilməsinə  səbəb  olur  və  yoxlama  nəticəsində  Vergi 
Məcəlləsinin  49.1-ci  maddəsində  sadalanmış  qərarlardan 
biri qəbul edilir.
12  iyun  2013-cü  il  tarixli  akt,  yaxud  onun  imza-
lan malı  olan  nəticəsi  yuxarıda  qeyd  olunan  səbəblərdən 
maraqlı  şəxsin  hüquqlarına  birbaşa  müdaxilə  etmədiyi 
üçün  inzibati  məhkəmə  icraatında  yol  verilən  digər  id-
dia  növü  də  (məsələn,  İPM-in  36.1-ci  maddəsində  təs bit 
edilmiş  müəyyən  etmə  haqqında  iddia)  mümkün  sayıl-
mazdı.  Çünki  iddiaçı  18  iyun  2013-cü  il  tarixli  qərara 
qarşı  mübahisələndirmə  haqqında  iddia  qaldırdığından 
vergi  yoxlaması  aktının  düzgün  olmadığının  müəyyən 
edilməsinə onun xüsusi marağı mövcud deyil (İPM-in 36.3-
cü maddəsi). 
 İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-
in 110.1-ci maddəsinə əsasən həll olunur.


106
Nəticəvi hissə:
Yuxarıda  göstərilənlərə  və  İPM-in  35.3,  80,  81.1, 
85.1, 110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
 
İddia  cavabdehin  12  iyun  2013-cü  il  tarixli  aktının 
etibarsız  hesab  edilməsinin  tələb  olunduğu  hissədə  müm-
kün sayılmır. 
Bütün  prosessual  xərclərin  yarısı  iddiaçı  tərəfindən 
ödənilir.
Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) 
gün müddətində B İnzibati-İqtisadi Məhkəməsi (ünvan: ...) 
vasitəsilə  B  Apellyasiya  Məhkəməsinin  İnzibati-İqtisadi 
Kollegiyasına (ünvan: ...) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:   
imza


107
İş №   
 
 
  
 
  
 
 
Azərbaycan Respublikası adından
Q Ə R A R
şəhəri  
2 dekabr 2013-cü il
B İnzibati-İqtisadi Məhkəməsi
hakim T-nin sədrliyi,
iddiaçı L-in (ünvanı: ....), 
cavabdehin  nümayəndəsi  F-in  (ünvanı:  ...,  vəzifəsi: 
...) iştirakları ilə
iddiaçı  L-in  cavabdeh  Azərbaycan  Respublikasının 
Vergilər  Nazirliyinə  qarşı  «cavabdeh  tərəfindən  tərtib 
edilmiş  12  iyun  2013-cü  il  tarixli  aktın  etibarsız  hesab 
edilməsi  və  həmin  akt  əsasında  qəbul  edilmiş  18  iyun 
2013-cü  il  tarixli  vergi  ödəyicisinin  vergi  qanunvericili-
yinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 
qərarın ləğv edilməsi barədə» iddia tələbi üzrə inzibati işə 
şifahi  məhkəmə  iclasında  baxaraq  aşağıdakı  qərarı  qəbul 
etdi. 
Təsviri hissə:
  
   
İddiaçı  anası  R  ilə  bağladığı  10  illik  (10  mart  2012-
ci  ildən  10  mart  2022-ci  il  tarixədək)  icarə  müqaviləsi 
əsasında  B  şəhəri,  G  küçəsi  ünvanında  yerləşən  bir 


108
kafe  işlədir.  İcarə  müqaviləsinin  bağlanmasından  sonra 
iddiaçının  anası  kafe  ilə  bağlı  fəaliyyətini  dayandırmış  və 
kafenin  yanında  şadlıq  evi  tikdirməyə  başlamışdır.  Bu 
şadlıq evinin tikintisi hələ başa çatmamışdır. 
Cavabdehin  əməkdaşları  tərəfindən  11  iyun  2013-cü 
ildə qəbul edilmiş qərar əsasında 12 iyun 2013-cü il tarixdə 
iddiaçının  kafesində  operativ  vergi  nəzarəti  keçirilmiş  və 
bu barədə akt tərtib edilmişdir. Həmin akt nəzarəti həyata 
keçirən  vergi  orqanı  işçiləri  və  iddiaçı  tərəfindən  im-
za lanmış,  aktın  bir  nüsxəsi  iddiaçıya  verilmişdir.  Qeyd 
olu nan  aktda  iddiaçının  əmək  fəaliyyətinə  cəlb  et diyi 
ümumilikdə  17  nəfərdən  12  nəfəri  ilə  əmək  qanunve ri-
ciliyinin  müddəalarına  zidd  olaraq  əmək  müqaviləsi  bağ-
lamadığı, əmək müqaviləsi olmayan şəxslərdən 3 nə fərinin 
kafenin özündə, 9 nəfərinin isə kafenin yanında inşa edilən 
şadlıq evinin tikintisində çalışdığı bildirilmiş və buna görə 
iddiaçıya qarşı maliyyə sanksiyasının tətbiq edilməsi üçün 
tədbirlərin görülməsi təklif olunmuşdur. 
18  iyun  2013-cü  ildə  cavabdeh  12  iyun  2013-cü 
il  tarixdə  tərtib  olunmuş  akt  əsasında  iddiaçının  vergi 
qanunvericiliyinin  pozulmasına  görə  məsuliyyətə  cəlb 
edilməsi haqqında qərar qəbul etmiş, iddiaçıya 12.000 AZN 
məbləğində  maliyyə  sanksiyası  tətbiq  olunmuşdur.  Qeyd 
olunan  qərarda  hüquqi  müdafiə  vasitələri  barədə  heç  bir 
məlumat nəzərdə tutulmamışdır. 
25 sentyabr 2013-cü il tarixdə iddiaçı cavabdehin 12 
iyun  2013-cü  il  tarixli  aktının  etibarsız  hesab  edilməsi  və 
həmin akt əsasında qəbul edilmiş 18 iyun 2013-cü il tarix-
li  qərarın  ləğv  olunması  tələbi  ilə  məhkəməyə  müraciət 
etmişdir.  O,  hesab  edir  ki,  həm  akt,  həm  də  qərar  təkcə 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə