Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

51
Amerika prezidentləri
Ştatların prezidenti seçildikdən sonra Vaşinqtona qayıdan 
Monro 1809-cu ilədək siyasi fəaliyyətini burada davam 
etdirmişdir. 1803-cü ildə yenidən Parisə səfər edərək, bu-
rada R.Livinqstonla birlikdə Luiziananın alınması danı-
şıqlarında iştirak edir. Lakin Qərbi Floridanın İspaniyadan 
alınması və Londonda İngiltərə ilə münasibətlərin nizam-
lanması haqqında Uilyam Pinkni ilə birgə aparılan danı-
şıqların uğursuzluqla nəticələnməsi onun siyasi reytinqinin 
aşağı düşməsinə  səbəb olur. Bu ona 1808-ci il prezident 
seçkilərində namizədliyini irəli sürməyə mane olur. O, 
1788-ci ildə olduğu kimi, bu dəfə də Medisona məğlub olur 
və bu, iki siyasətçi arasında münasibətlərin korlanmasına 
gətirib çıxarır. 
C.Monro 1811-ci ildə yenidən Virciniya ştatının qu-
bernatoru seçilir. Cefferson Medisonla onu barışdırdıqdan 
sonra, prezident 1811-ci ilin mart ayında Monronu Robert 
Smitin yerinə xarici işlər naziri təyin edir. C.Medisonun 
prezidentliyi müddətində, ABŞ-ın xarici siyasəti, xüsusilə 
İngiltərə ilə münasibətlər, məhz Monronun fəaliyyəti 
ilə müəyyənləşmişdir.  İngiltərə ilə aparılan müharibə 
ərəfəsində Con Armstronq müdafi ə naziri vəzifəsindən 
uzaqlaşdırıldıqdan sonra bu vəzifə  də C.Monroya tapşırı-
lır. Yeni Orlean və Plattsburqda ABŞ ordusunun qələbələri, 
eyni zamanda Kent sülhünün bağlanması onun siyasi möv-
qeyini daha da möhkəmləndirir.
O, partiyadakı tərəfdarlarının böyük köməyi sayəsində 
Respublikaçılar partiyasının 1816-cı il prezident seçkilərinə 
namizədini müəyyənləşdirməyə həsr olunmuş konqresində 
Medison hökumətində maliyyə naziri olmuş Uilyam Kro-
uforda kiçik üstünlüklə (65: 54) qalib gələrək partiyanın 
namizədi olur. Prezident seçkiləri Monronu xüsusi narahat 
etmirdi. Belə ki, müharibədən sonra federalistlər partiya-
sı praktiki olaraq öz fəaliyyətini dayandırmışdı. Nəticədə 


52
Amerika prezidentləri
o, federalistlərin namizədi Rufus Kinqə böyük üstünlüklə 
(183: 34) qalib gələrək prezident olur.
Ceyms Monronun səkkiz illik prezidentlik dövrü «xoş 
əhval-ruhiyyələr dövrü» («The era Good feelings») kimi 
xarakterizə edilir. Bu hər  şeydən  əvvəl onun prezident-
liyi dövründə partiyalar arası ziddiyyətlərin olmaması ilə 
əlaqədardır. Prezidentin partiyalar fövqündə dayanması 
prinsipini  əsas tutan Monro istər  şəxsi, istərsə  də fraksi-
yalar arası münasibətlərlə bağlı qarşıdurmalarda iştirak 
etməməsidir. Bu mövqeyi onun kabinetə olan münasibətində 
də özünü göstərmişdir.
İspaniya ilə bağlanmış müqaviləni Monro hökumətinin 
böyük uğuru hesab etmək olar. 24 fevral 1819-cu ildə 
Monro tərəfi ndən imzalanan Transkontinental müqavilə 
haqlı olaraq Adams-Onis müqaviləsi adlanır. Xarici işlər 
naziri Adamsın gərgin fəaliyyəti sayəsində bağlanmış bu 
müqaviləyə əsasən bütün Florida ABŞ-a birləşdirilmişdi.
1820-ci ildə keçirilən prezident seçkiləri ötən seçki-
lərdən fərqli olaraq sakit keçmişdir. Respublikaçıların rəsmi 
namizədi kimi çıxış edən Monronun rəqibi müstəqil respub-
likaçı C.K.Adams olmuşdur. C.Monro böyük üstünlüklə 
(234: 1) ikinci müddətə prezident seçilmişdir. Bu dövr bir 
çox beynəlxalq-siyasi hadisələrlə zəngin olmuşdur. 
Xatırladaq ki, İspaniyanın Avropada gedən Napoleon 
müharibələrinə cəlb olunması onun Latın Amerikasındakı 
müstəmləkələrini itirməsi ilə nəticələnir. Müharibələr sona 
çatdıqda Müqəddəs İttifaqda birləşmiş dövlətlər İspaniya-
nın öz əski müstəmləkələrindəki ağalığını bərpa etməsinə 
kömək göstərirlər. Bu, ABŞ-ın ciddi etirazı ilə qarşılanır. 
Bununla  əlaqədar 2 dekabr 1823-cü ildə Ceyms Monro 
Konqresə  məktub göndərir. Sonradan «Monro doktrina-
sı» adını almış  məktubda dünyanın Avropa və Amerika 
sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropa-


53
Amerika prezidentləri
nın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni za-
manda Avropadan Amerikanın daxili işlərinə qarışmamaq 
tələb olunurdu.
Xələfl ərinin qoyduğu ənənəyə sadiq qalan Monro 1824-cü 
il prezident seçkilərində  iştirak etmir. Ömrünün son illəri 
maddi çətinliklər içərisində keçir. 1830-cu il 23 sentyabrda 
həyat yoldaşı  vəfat etdikdən sonra, Nyu-Yorka qayıdaraq 
kiçik qızı Mariya Hesterin yanında yaşayır. 4 iyul 1831-ci 
ildə, Birləşmiş Ştatların İstiqlaliyyət Bəyannaməsinin 55-ci 
ildönümü günü vəfat edir.
 


54
Amerika prezidentləri
CON KUİNSİ ADAMS 
(JOHN QUINCY ADAMS)
(1825-1829)
ABŞ-ın ilk altı prezidenti dövlətin əsas qurucuları he-
sab olunur və  ənənəvi olaraq «bani atalar» adlandırılır. 
Onların sonuncusu Con Kuinsi Adams 11 iyul 1767-ci ildə 
Massaçusets ştatının Breyntri şəhərində, ABŞ-ın ikinci pre-
zidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. 
Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun 


55
Amerika prezidentləri
gələcək taleyinin müəyyənləşməsində  həlledici rol oy-
namışdır. Hələ 17 yaşlı  gənc ikən atasını bir çox Avropa 
ölkələrinə səfərlərində müşayiət etmiş, 1794-cü ildə Haa-
qada ölkəsinin səfi ri olmuşdur. Bu səfərlər zamanı  nəinki 
müxtəlif məktəb və universitetlərdə öz bilik səviyyəsini 
artırmış, həm də məşhur Avropa saraylarının siyasi yönü-
mü ilə yaxından tanış olmuşdur. Zəngin həyat təcrübəsi, 
aldığı mükəmməl təhsil onu Amerikanın görkəmli dövlət 
xadimlərindən biri etmişdir.
Londonda yaşadığı müddətdə, tütün ticarətçisinin qızı 
Luiza Ketrin Consonla tanış olur. Nəticədə onlar 1797-ci il 
26 iyulda evlənirlər.
C.K.Adamsın prezident seçildiyi 1824-cü ilə  qədərki 
müxtəlif hadisələrlə zəngin həyatında üç amil xüsusilə seçi-
lir: 1814-cü ildə ingilis-amerikan müharibəsinə son qoymuş 
Kent sülhü, 1819-cu ildə İspaniya ilə bağlanmış Transkon-
tinental müqavilə, 1823-cü ildə elan edilən «Monro Doktri-
nası». Xüsusilə sonuncu iki hadisə məhz C.K.Adamsın ya-
radıcı fəaliyyətinin bəhrəsi idi və onun prezident C.Monro 
ilə sıx əməkdaşlığının nəticəsində həyata keçirilmişdi.
1820-ci il prezident seçkilərinə müstəqil respublika-
çı kimi qatılan Adams Monroya məğlub olur. Lakin bu 
məğlubiyyət onun növbəti seçkilərə qatılmasına mane ol-
mur.
1824-cü il prezident seçkiləri olduqca gərgin keçmişdir. 
Bu vəzifəyə iddialılar arasında heç bir inzibatçılıq təcrübəsi 
olmasa da hərbi qələbələri sayəsində şöhrət zirvəsində olan 
Endrü Ceksondan başqa, kabinet və konqres üzvləri də var-
dı. Adamsla yanaşı Kalxaun, Krouford, Kley kimi dövlət 
xadimləri iddiaçilar arasında idilər. 
1 dekabr 1824-cü ildə keçirilən seçkilərdə Endrü Cek-
son daha çox səs toplasa da, səslərin sayı prezident seçilmək 
üçün zəruri olan miqdara çatmadı və seçkilər nümayəndələr 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə