Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

39
Amerika prezidentləri
xüsusən dostu Medisonun təkidlərindən sonra Cefferson 
dövlət katibi təyin edilməsinə razılıq verir.
Dövlət katibi kimi çalışdığı dövrdə, o, ABŞ-ın xarici 
siyasət kursunun müəyyənləşdirilməsində başlıca rol oy-
namışdır. Ceffersonun əsas məqsədi bütün müharibələrdən 
kənarda qalmaq, bir sözlə ABŞ-ın bitərəfl iyini  təmin 
etmək idi. O, yazırdı: «Yeni Dünya Köhnə Dünyanın 
səfehliyindən mənfəət götürməlidir. Onlar vuruşurlarsa, biz 
möhkəmlənməliyik». Onun müəyyənləşdirdiyi yeni xarici 
siyasi kurs, ölkənin bir çox Avropa dövlətləri ilə qurduğu iq-
tisadi-ticari əlaqələrə də öz təsirini göstərməyə bilməzdi. Bu 
əlaqələrdən ölkənin daha çox qazanc götürməsi məqsədini 
güdən maliyyə naziri A.Hamiltonla uzun müddət davam 
edən qarşıdurmalar öz mənbəyini məhz buradan götürürdü.
1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezi-
dent seçilmək arzusunda olmadığını bildirdi. Respubli-
kaçılar bu vəzifəyə Ceffersonu namizəd göstərdilər.  İlin 
axırında keçirilən seçkilərdə federalistlərin namizədi Con 
Adams kiçik üstünlüklə (71:68) prezident seçilir. Cefferson 
vitse-prezident olur. Lakin, Adamsla aralarında ciddi fi kir 
ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu 
nəzərəçarpacaq olmur.
1800-cü il prezident seçkiləri, artıq liderlər yox, yaxşı 
təşkil edilmiş, konkret fəaliyyət proqramlarına malik par-
tiyalar arasında gedən mübarizə kimi xarakterizə edilir. Bu 
seçkilərə respublikaçılar böyük əhəmiyyət verirdilər. Hətta 
T.Cefferson onu 1776-cı il inqilabı ilə eyniləşdirirdi.
Prezident seçkilərində T.Ceffersonun ilk atdığı addım, 
partiya daxilində həmrəyliyə nail olunması məqsədi güdür-
dü. Bunun üçün Şimal ştatlarında böyük nüfuza malik Aa-
ron Burrla bir mövqedən çıxış etməyi qərarlaşdırır. Belə ki, 
Burr Şimal ştatlarında onun, o isə Cənub ştatlarında Bur-
run federalistlərlə mübarizəsinə yardımçı olmalı idi. Belə 
taktikanın seçilməsi, onların hər ikisinin federalistlərin 


40
Amerika prezidentləri
nümayəndəsi Adamsdan çox səs toplaması ilə sonucla-
nır. Lakin səslər bərabər olduğundan, seçkilər Konqre-
sin Nümayəndələr Palatasına keçirilir. Burada hər  ştat, 
nümayəndələrinin sayından asılı olmayaraq bir səslə təmsil 
olunur. Gərgin keçən seçkilərdə T.Cefferson prezident seçi-
lir. Aaron Burr vitse-prezident olur.
4 mart 1801-ci ildə T.Cefferson inauqurasiya nitqi 
söyləyir. Bəziləri gözləyirdi ki, o, siyasi rəqiblərinə hücum 
edəcək, onların siyasətini tənqid edəcəkdir. Lakin bunun 
əvəzində o, ölkənin bütün siyasi qüvvələrini  əməkdaşlığa 
çağırdı.
Tomas Ceffersonun prezident kimi gördüyü ilk iş ka-
bineti formalaşdırmaq olmuşdur. Onu ən çox narahat edən 
iki  əsas nazirin: maliyyə naziri və dövlət katibinin təyin 
edilməsi idi. O, bu vəzifələrə əvvəlcədən nəzərdə tutduğu 
şəxsləri təyin edir. Beləliklə C.Medison Dövlət katibi, əslən 
isveçrəli olan Albert Qallatini isə maliyyə naziri təyin edi-
lir. Maraqlı bir faktı qeyd edək ki, prezident digər nazirləri 
təyin edərkən də onların intellektual bacarıqları ilə yanaşı, 
regional mənsubluğunu da əsas götürmüşdür. Bununla o, 
ştatlar arasındakı birliyi gücləndirmək məqsədi güdmüşdür. 
Tomas Ceffersonun ilk prezidentlik dövründə əldə etdiyi 
ən böyük uğuru şübhəsiz ki, Luiziananı ABŞ-a birləşdirməsi 
olmuşdur. ABŞ dövləti 80 milyon frank ödəməklə Fransa-
nın nəzarəti altında olan Luiziananı əldə edir. Bu isə ABŞ 
ərazisinin təqribən iki dəfə böyüməsi demək idi.
1804-cü ilin ortalarından respublikaçılar partiyası 
növbəti prezident seçkilərinə hazırlaşmağa başlayır. Cef-
ferson yenidən respublikaçılar partiyasının namizədi kimi 
göstərilsə  də, vitse-prezidentliyə A.Burrun deyil, Corc 
Klin tonun  namizədliyi irəli sürülür. Bu halda Burr federa-
list lərlə koalisiya yaratmaq istəsə  də, federalistlərin lideri 
A.Hamilton buna razılıq vermir. Burr və Hamilton arasın-
dakı düşmənçilik iyul ayında duellə nəticələnir. Hamilton 


41
Amerika prezidentləri
dueldə öldürülür. Bu, Aaron Burrun da siyasi ölümü demək 
idi. Müxalifət partiyası olan federalistlər Pinkni və Kinqin 
namizədliyini irəli sürürlər.  Əvvəlki prezident seçkisində 
verdiyi vədlərin heç də hamısını yerinə yetirə bilməməsi 
Ceffersonun qalib gəlməsinə mane olmur. Luiziananın əldə 
edilməsi öz işini görmüşdü.
İkinci müddətə prezident seçilən Cefferson kabinetində 
ciddi dəyişikliklər etmir.
Avropada başlamış Napoleon müharibələri ABŞ ticarət 
donanmasının Atlantik okeanında və Avropa limanlarında 
hərəkət etməsinə mane olurdu. Buna görə də ticarət hüquq-
larının qorunması ikinci prezidentlik müddətində «bitərəf» 
Ceffersonun başlıca problemi olur. İngiltərənin hərbi do-
nanması ABŞ ticarət gəmilərini müsadirə etməkdən belə 
çəkinmir. Problemi diplomatik yolla həll edə bilməyən 
prezident Avropa ölkələri ilə ticarət  əlaqələrinə embarqo 
tətbiq edir. İngilislərə təzyiq kimi nəzərdə tutulan bu qərar
nəticədə ABŞ-ın özünə böyük ziyan vurur. Sonralar Ceffer-
son bu qərarı özünün böyük səhvi olduğunu etiraf etmişdir.
Hələ 1807-ci ildə respublikaçılar partiyasının liderləri 
Ceffersona üçüncü dəfə namizədliyini irəli sürməyi təklif 
etmişdilər. Lakin respublikaçıların lideri buna qəti etirazı-
nı bildirir. O, əsası Vaşinqton tərəfi ndən qoyulmuş ənənəni 
pozmaq istəmir. İstefaya çıxmamışdan əvvəl özünün siyasi 
varisi haqqında düşünür. Bu vəzifəyə daha çox Medisonu 
layiq görür. Ölkə rəhbərinin iradəsi öz təsirini göstərir. C. 
Medison yekdilliklə növbəti seçkilərə namizəd göstərilir.
İstefaya çıxdıqdan sonra Montiçello malikanəsinə qayı-
dan eks-prezident maarifçilik fəaliyyəti ilə məşğul olmuş-
dur. 1919-cu ildə yaradılmış Virciniya Universiteti onun 
maarifçilik fəaliyyətinin bariz nümunəsidir. Universitet bi-
nasının tikilməsindən tutmuş, tədris planının hazırlanması-
na qədər bütün prosesə şəxsən özü rəhbərlik etmişdir. Onun 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə