Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

27
Amerika prezidentləri
Nəhayət 1789-cu il fevral ayının 4-də keçirilən prezi-
dent seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk prezidenti 
seçilir. Səslərin sayına görə ikinci yeri tutan Con Adams 
Konstitusiyanın müvafi q maddəsinə əsasən vitse-prezident 
olur. Vaşinqtonun Maunt Vernondan Nyu-Yorka gəlişi bay-
ram kimi qeyd olunur. O, 30 aprel 1789-cu ildə inauqurasi-
ya nitqi söyləyir.
Prezident olaraq ilk gördüyü iş hakimiyyətin icraedici 
orqanlarını yaratmaq olur. Bunun üçün o, ətrafına intel-
lektual və bacarıqlı  şəxsləri toplayır. Aleksandr Hamilton 
maliyyə, Tomas Cefferson beynəlxalq əlaqələr, Henri Noks 
hərbi məsələlər, Edmund Rendolf ədliyyə naziri təyin edilir.
Bəzi tədqiqatçılar C.Vaşinqtonu başqalarının plan və 
layihələrini həyata keçirdiyi üçün yalnız simvolik rəhbər 
hesab edirlər. Əslində belə deyil. Məhz onun prezidentlik 
dövründə ölkənin gələcək müqəddəratında mühüm rol oy-
namış bir çox qərar və qanunlar qəbul edilərək həyata ke-
çirilmişdir. Milli Bankın yaradılması, Hüquqlar haqqında 
Billin qəbul edilməsi bu dövrə təsadüf edir.
Cəmiyyətdə olan böyük nüfuzuna baxmayaraq o, ikin-
ci dəfə prezident seçilmək istəmirdi. Hətta, ilk prezidentlik 
müddətinin sonuna yaxın C.Medisonun köməyi ilə Ame-
rika xalqına vida müraciəti hazırlamışdı. Maunt Vernona 
qayıdıb sakit həyat sürmək onun başlıca arzusu idi. Lakin 
nazirlər arasındakı  hərc-mərclik onu çox narahat edirdi. 
Nazirlər bir fi kirdə tam həmrəy idilər: Vaşinqton yenidən 
seçilməlidir. Yeri gəlmişkən qeyd edək ki, nazirlər və digər 
siyasi xadimlər arasındakı  fi kir  ayrılıqları, xüsusən Ha-
milton-Cefferson qarşıdurması tezliklə siyasi rəng alır və 
kabinet çərçivəsindən kənara çıxır. Hamilton tərəfdarları 
özlərini federalistlər adlandırır, ceffersonçular isə ad qay-
ğısına qalmayıb antifederalist sözü ilə kifayətlənirlər. La-
kin onların Fransa Burjua İnqilabının təsiri altına düşməsi 
özlərini demokrat respublikaçılar və ya sadəcə respublika-


28
Amerika prezidentləri
çılar adlandırması ilə nəticələnir. Beləliklə ABŞ prezident-
lik institutunun yaradılması, siyasi qüvvələrin partiyalaş-
ması prosesinin bünövrəsini qoyur. 
Nəhayət Vaşinqton, xüsusən T.Ceffersonun ciddi təkid-
lərindən sonra öz namizədliyini irəli sürür və 1792-ci il 
seçkilərində ikinci dəfə ABŞ-ın prezidenti seçilir. 
C.Vaşinqtonun ikinci prezidentlik dövrü Avropada 
müharibələrlə müşayiət edilir. Onun əsas məqsədi ABŞ-ı bu 
müharibələrdən kənarda saxlamaq idi. Bu istiqamət ölkənin 
Amerika kontinentində mövqeyini daha da möhkəmlədir, 
iqtisadi yüksəlişinə rəvac verirdi. 
O, tərəfdaşlarına birmənalı  şəkildə bildirir ki, növbəti 
prezident seçkilərində  iştirak etməyəcək. Xatırladaq ki, o 
vaxt bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə hələ 
məhdudiyyət qoyulmasa da, o bu imkandan sui-istifadə 
etməmiş, öz xələfl ərinə böyük nümunə göstərmişdir. 
F.D.Ruzvelt istisna olmaqla heç bir prezident üçüncü dəfə 
seçilməmişdir. 1796-cı ilin yazından, Vaşinqton xalqa vida 
müraciətini hazırlayır. O, 1792-ci ildə yazılmış müraciəti 
A.Hamiltonun köməyi ilə yenidən işləyir və bu müraciət 
1796-cı il 19 sentyabrda qəzetlərdə çap olunur.
İstefaya çıxdığı 15 mart 1797-ci il tarixindən sonra Ma-
unt Vernon malikanəsində yaşamağa başlayır və Filadel-
fi yaya etdiyi qısamüddətli səfərləri nəzərə almasaq buranı 
heç vaxt tərk etmir. 1798-ci ilin yayında ABŞ-ın Fransa ilə 
münasibətləri kəskinləşəndə, müharibə olacağı təqdirdə Ali 
Baş Komandanlığı öz üzərinə götürəcəyini elan etsə  də, 
hadisələr müharibəyə qədər inkişaf etmir.
Maunt Vernonda təsərrüfatla məşğul olan Vaşinqton 
gündəlik yazmışdır. Bu gündəlikdəki sonuncu qeyd 13 
dekabr 1799-cu ildə edilmişdir. Həmin gün o, fermalarına 
baş  çəkir və yağan sulu qar onu tamamilə isladır. Axşam 
evə qayıdarkən boğazında bərk ağrılar hiss edir. Səhəri gün 
yüksək hərarət içərisində olan Vaşinqtonu müalicə etmək 


29
Amerika prezidentləri
üçün, qonşu fermada praktika keçən üç həkimi çağırırlar. 
Onların etdiyi müalicə yalnız qanalma olur. Bu isə sonu 
sürətlə yaxınlaşdırır. Axşam saat 10-a yaxın bu böyük insan 
əbədi olaraq gözlərini yumur.
Corc Vaşinqton vəsiyyətnaməsində ona məxsus olan 
bütün qulların azad edilməsini yazırdı. O, Müstəqillik haq-
qında Bəyannamənin prinsiplərini  əsas tutaraq quldarlığı 
qəbul etmir, lakin quldarlığın tam şəkildə ləğv edilməsini 
də o dövr üçün qeyri-mümkün hesab edirdi. Onun vəsiyyəti 
Marta Vaşinqton tərəfi ndən həyata keçirilmişdir.
 
 


30
Amerika prezidentləri
CON ADAMS 
(JOHN ADAMS)
(1797-1801)
Vaşinqtondan sonra ölkəyə  rəhbərlik etmək olduqca 
çətin iş idi. 1796-cı il seçkilərində qalib gəlmiş Con Adams 
üçünsə ikiqat çətindi. Balaca boylu, dolu bədənli Adams, 
təkcə öz xarici görünüşü deyil, həm də ideya və dünyagörüşü 


31
Amerika prezidentləri
ilə Vaşinqtonun tam əksi idi. Aristoteldən Monteskyöyədək 
əksər dahi müəllifl ərə dərindən bələd olmuşdu. 
Con Adams 1735-ci il 30 oktyabrda Massaçusets ştatı-
nın Breyntri yaşayış məntəqəsində, nüfuzlu fermer ailəsində 
dünyaya gəlmişdi. Ailənin kənd şəraitində yaşamasına bax-
mayaraq təhsilə xüsusi meyli ilə digərlərindən fərqlənirdi. 
Gələcək prezident Harvardda təhsilini bitirdikdən sonra 
vəkil kimi fəaliyyətə başlayır və tezliklə böyük uğurlar qa-
zanır. Çox keçmir ki, onun adı Bostonun tanınmış vəkilləri 
ilə bir sırada çəkilir. 1764-cü ildə pastor qızı Abigeyl Smitlə 
ailə həyatı qurur. Bu Amerika müstəmləkələrinin metropo-
liyaya qarşı mübarizəsinin başlandığı dövrə  təsadüf edir. 
Öz karyerası haqqında düşünən gənc Adams bu mübarizədə 
iştirak etməkdən çəkinir. Hətta o, 1770-ci ildə Bostonun 
mülki əhalisinə qarşı qanunsuz əməllərinə görə mühakimə 
edilən ingilis əsgərlərini müvəffəqiyyətlə müdafi ə edir. 
Lakin tezliklə əmisi oğlu Samuel Adamsın təsiri altın-
da mübarizəyə qatılır. Kontinental konqresin nümayəndəsi 
kimi, istiqlaliyyət qazanılmasında mühüm rol oynayır. 
Konqresdə  İstiqlaliyyət Bəyannaməsini hazırlayacaq ko-
missiyanın beş üzvündən biri olur. 1778-ci ildə oğlu Con 
Kunsi ilə birgə diplomatik danışıqlar aparmaq üçün Avro-
paya göndərilir. Diplomatik nümayəndə heyətinə «birinci 
amerikalı» adını almış Bencamin Franklin başçılıq edirdi. 
Bu səbəbdən onun fəaliyyəti kölgədə qalmışdı.
1779-cu ildə  vətənə qayıdan Adams Massaçusets ştatı-
nın konstitusiyasını hazırlayır. Bu konstitusiyanın başlıca 
xüsusiyyəti – güclü icraedici hökumət, ikipalatalı qanun verici 
orqan və müstəqil məhkəmə sistemi – onun ideal hesab etdiyi 
qarışıq və məhdud idarəetmə forması idi. Lakin o, 1787-1788-
ci illərdə yeni konstitusiya layihəsinin müzakirələrində bir o 
qədər fəalıq göstərmirdi. Bəzən hakimiyyətin bölünməsinə 
etirazlarını bildirən antifederalistlərlə razılaşır, qeyri-ardıcıl-
lığı ilə özünü çətin vəziyyətə salırdı.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə