Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

32
Amerika prezidentləri
1788-ci il prezident seçkiləri ilə əlaqədar Massaçusetsə 
qayıdır. Adams Vaşinqtona alternativ qismində özünü bu 
vəzifəyə  şanslı hesab etmirdi və vitse-prezidentliklə razı-
laşmaq onun üçün elə də çətin deyildi.
Vitse-prezident kimi Adamsın ölkənin idarə edilməsində 
kifayət qədər böyük xidmətləri olmamışdır. Belə ki, prezi-
dent C. Vaşinqton onunla təsadüfi  hallarda məsləhətləşərdi. 
Konstitusiyanın müvafi q bəndinə görə o, həmçinin senatın 
sədri hesab olunurdu. Səsvermələrdə səslərin sayı bərabər 
olduqda həlledici səsə malik idi. 
Adams özünü respublikaçı hesab etsə  də, gələcəkdə 
Birləşmiş  Ştatların  İngiltərə kimi monarxiyalı respublika-
ya çevriləcəyinə olan inamını gizlətmirdi. 1791-ci ildə çap 
etdirdiyi «Davil haqqında düşüncələr»i Fransa Burjua inqi-
labının təsiri altında olan amerikalılar arasında öz nüfuzunu 
itirməsinə  səbəb olur. Başlıcası isə, bu yazı onun Ceffer-
sonla olan dostluq münasibətlərinə son qoyur. Lakin Şimal 
ştatlarında o, hələ böyük hörmətə malik idi və 1792-ci il 
seçkilərində yenidən vitse-prezidenti seçilir. 
1795-ci ildə Vaşinqton bir daha prezident seçilməyə-
cəyini bəyan etdikdə Konqresin federalist üzvləri Adamsın 
namizədliyini irəli sürməyi qərara alırlar. Növbəti ildə 16 
ştatda keçirilən seçkilər (bu zaman Kentukki, Tennesi və 
Vermont da ittifaqa daxil olmuşdular) partiyalı sistemin yeni 
inkişaf mərhələsi olur. Seçkilər artıq özlərinin təkmil ideolo-
giya və proqramları olan partiyaların yarışına çevrilir. Res-
publikaçılar isə T.Cefferson və Aron Burrun namizədliyini 
irəli sürürlər. Gərgin keçən seçkilərdə, Adams yalnız iki səs 
üstünlüyü ilə qalib gəlir. T.Cefferson vitse-prezident seçilsə 
də, bu vəzifəni ciddi qəbul etmir və özünün Montiçellodakı 
malikanəsinə çəkilir. Partiyalı seçkilərdə, vitse-prezidentin 
uyğun Konstitusiya maddəsi ilə müəyyənləşdirilməsi özü-
nü doğrultmur və bu çatışmazlıq 1804-cü ildə Konstitusiya-
ya edilən 12-ci düzəlişlə aradan qaldırılır.


33
Amerika prezidentləri
1797-ci il 4 martda İnauqurasiya nitqi söyləyən Con 
Adams siyasi qruplaşmalar arasında barışdırıcı mövqe tu-
tacağını  vəd edir. Öz sələfi nə sadiq olduğunu göstərərək 
kabinetdə ciddi dəyişiklik etmir. Və tezliklə  səhv etdiyi-
ni anlayır.  Əslində Adamsın mükəmməl fəaliyyət proq-
ramı olmamışdır. Bu səbəbdən o, vaxtının çox hissəsini 
Massaçusetsdəki malikanəsində keçirir. Digər tərəfdən o, 
qarşıya çıxan hər hansı problemi qətiyyətlə həll etmək ba-
carığına malik idi. 
Adamsın yeritdiyi xarici siyasi kurs əsasən ABŞ-ın 
beynəlxalq aləmdə bitərəfl iyinə hesablanmışdı.  İngiltərə 
ilə münasibətlər Cey tərəfi ndən bağlanmış müqavilə ilə 
tənzimlənirdisə, artıq 1796-cı ilin payızından Fransa ilə 
münasibətlər korlanmağa başlayır. 1797-ci ilin mayında 
prezident ekstremist federalistlərin etirazına baxmayaraq 
münasibətləri qaydaya salmaq üçün Fransaya nümayəndə 
heyəti göndərir. Altı aydan sonra nümayəndələr, danışıqla-
rın baş tutması üçün Fransa Xarici İşlər Naziri Taleyranın 
onlardan böyük miqdarda pul tələb etdiyini bildirirlər.
Bu hadisə tarixə «XYZ fırıldağı» kimi düşmüşdür. 
Problemin bu yolla həlli Adamsı razı salmır və 1799-cu 
il 18 fevralında Parisə yeni nümayəndə heyəti göndərilir. 
Nəhayət danışıqlar öz səmərəsini verir. 1800-cü ilin oktyab-
rında Napoleon Fransası ilə ABŞ üçün əlverişli müqavilə 
imzalanır və hələ onun prezidentliyi dövründə senatda rati-
fi kasiya edilir.
 Bu proseslər Adamsın nüfuzuna böyük zərbə vurur. 
Çünki, onun tərəfdarları arasında da Fransa ilə müharibənin 
başlanmasını istəyənlər vardı. Bəzi federalistlərin, xüsu-
silə A.Hamiltonun Luiziana və Floridanı  işğal etmək 
barədə fi kirləri özünə tərəfdarlar toplaya bilmişdi. Hamil-
ton və onun bir sox tərəfdarlarının kabinetdən kənarlaş-
dırılması federalistlər arasındakı ziddiyyətləri daha da 
kəskinləşdirirdi. Cavab olaraq Hamilton Adamsın daha 


34
Amerika prezidentləri
prezidentliyə yaramadığını  bəyan edir. Bu isə növbəti 
seçkilərə öz təsirini göstərməyə bilməzdi.
Prezidentliyinin son aylarını Adams Vaşinqtonda da-
vam etdirir. 1790-cı ildə paytaxt haqqında qəbul edilmiş 
qərara  əsasən Vaşinqton  şəhərinin tikilməsi yekunlaşırdı. 
Hökumətin buraya köçməsi 1800-cü ilin yazına təsadüf 
edir. Köçürmə prosesi çətin olmur və qısa müddətdə həyata 
keçirilir. Nazirliklərin bütün sənədləri yeddi iri qutuya 
asanlıqla yerləşirdi. Abigeyl Adams prezident sarayının ilk 
«sahibəsi» olur.
Con Adamsın prezidentlik kürsüsündəki son fəaliyyəti, 
bir çox gələcək konfl iktlərin əsasını qoyur. Bu çoxsaylı ha-
kim vəzifələrinə federalistlərin təyin edilməsi ilə  həyata 
keçirilir. Ən başlıcası isə, xarici işlər naziri Con Marşallın 
ABŞ Ali Məhkəməsinə sədr təyin edilməsi olur. 1801-ci il 
4 martda Ceffersonun prezidentlik fəaliyyətinə başlamasına 
bir neçə saat qalmış Adams ikinci müddətə seçilməmiş ilk 
eks-prezident kimi nəzərə çarpmadan paytaxtı tərk edir.
65 yaşlı eks-prezident özünü vəkilliyə  və ya yenidən 
siyasi mübarizəyə  həsr etmək üçün çox yaşlı hesab edir-
di. Onun tarixin gedişi, Amerika inqilabı vaxtında həll edə 
bilmədiyi problemlər haqqında fi kir yürütməyə çoxlu vaxtı 
vardı. Bu düşüncələr onun ədəbi-fəlsəfi  yaradıcılığında öz 
əksini tapmışdır. 1811-ci ildən başlayaraq, öz köhnə rəqibi 
T.Ceffersonla yazışmaları ona bir növ məğlubiyyət acısını 
unutdurur. Ömrünün son günlərini Boston yaxınlığındakı 
Kuinsi malikanəsində keçirir.
Con Adams oğlu C.K.Adams 1824-cü ildə prezident 
seçildikdən sonra, 1826-cı il iyulun 4-də 90 yaşında vəfat 
edir. Bu gün Con Adams ABŞ tarixində görkəmli dövlət 
xadimlərindən biri hesab edilir. Bu dəyərləndirmə, onun 
prezidentlik fəaliyyəti yox, bütün həyat və yaradıcılığı 
kontekstində götürülür.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə