Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   2   3   4   5   6   7   8   9   10   ...   57

24
Amerika prezidentləri
göndərilən malların dəyərini və yol xərclərini ödəyə bilmir-
di. Buradan əmələ gələn borc isə yüksək faizlərlə növbəti 
mövsümə saxlanılırdı.
Hər bir plantator kimi Vaşinqton da bu problemlərlə 
üzləşirdi. Vəziyyətdən çıxış yolunu öz plantasiyalarında 
aqrar islahatlar aparmaqda görən Vaşinqton 1763-cü ildən 
etibarən taxıl yetişdirməyə başlayır. Beş il müddətində taxıl 
plantasiyalarda becərilən əsas məhsul olur. Böyük dəyirman 
tikdirməklə 60-cı illərin sonuna yaxın Vest-Hində un ixra-
cında uğurlar qazanır. Beləliklə o, plantasiyalarında nisbi 
iqtisadi sərbəstlik əldə edir. Bu Vaşinqtonun müstəqillik uğ-
runda apardığı mübarizənin Maunt Vernon çərçivəsində ilk 
qələbəsi idi.
1763-cü ildə  İngiltərə  və Fransa arasında yeddi il-
lik müharibə sonuncunun Şimali Amerikadakı  əsas tor-
paq sahələrini itirməsi ilə başa çatır. Tezliklə müharibə 
nəticəsində  İngiltərənin çoxlu borclarının yığıldığı  aşkar 
olur. Bu borcların ödənilməsi üçün C.Qrenvill kabinetinin 
təklifi   ilə müstəmləkələrə qoyulan vergilər artırılır. Kral 
xəzinəsinin doldurulması üçün yeni-yeni vergi növləri («Mö-
hür qanunu», «Mənzil təminatı qanunu») tətbiq edilir. 1763-
cü ildə verilmiş fərmana görə müstəmləkəçilərə Qərbə tərəf 
köçmək, yeni torpaq sahələri əldə etmək qadağan edilir.
Bütün bunlar getdikcə müstəmləkələrlə metropoliya 
arasındakı münasibətləri daha da kəskinləşdirirdi. Nyu-
York və digər iri şəhərlərdə mitinqlər keçirilir, vergi veril-
mə sindən boyun qaçırılır, kral hakimiyyətinə itaətsizlik 
gös tərməyə çağırışlar səslənirdi. Digər tərəfdən ingilis mal-
larına boykot elan edilirdi. 1773-cü ildə çay yüklənmiş bir 
neçə gəminin Boston limanında batırılması etirazların kul-
minasiyası oldu. Tarixə «Boston çay qonaqlığı» adı ilə da-
xil olmuş bu aksiya bir daha göstərdi ki, müstəmləkələrdə 
ingilis ağalığını əvvəlki qaydada davam etdirmək mümkün 
deyildir.


25
Amerika prezidentləri
1774-cü ildə on üç ştatın iştirakı ilə Birinci Kontinen-
tal Konqres çağırılır. Konqres iştirakçıları kral III Georqa 
müraciət edərək, onları qəddar nazirlərdən qorumağı xahiş 
edirlər. Lakin Kral nəinki bu xahişləri qəbul etmir, əksinə on-
ları qiyamçı elan edərək cəza dəstələrinə müstəmləkələrdə 
qayda-qanun yaratmaq əmri verir. Beləliklə Amerika 
müstəmləkələrinin İngiltərə ilə aparacağı səkkiz illik İstiq-
laliyyət müharibəsi başlayır.
10 may 1775-ci ildə Filadelfi yada  İkinci Kontinental 
Konqresin açılışı olur. Bu konqresdə Corc Vaşinqton Şima-
li Amerika Hərbi qüvvələrinin Ali Baş Komandanı seçilir. 
İlk döyüşlərdən uğur qazanan Vaşinqton ordusu 1776-cı 
ildə Bostonu azad edir. Müstəmləkələr bir-birinin ardınca 
öz müstəqilliklərini elan edirlər. Bu hadisələrin məntiqi 
yekunu olaraq 1776-cı il iyulun 4-də Filadelfi yada Konq-
res «İstiqlaliyyət bəyannaməsi» qəbul edir. T.Cefferson 
tərəfi ndən yazılmış bu sənəd, yeni bir dövlət yarandığını 
elan etməklə yanaşı dünyada ilk dəfə insan azadlıqlarının 
şərhini verir.
Müharibə ərzində Vaşinqtonun ən böyük problemi ordu-
nun silah və digər hərbi ləvazimatla təmin edilməsi olmuş-
dur. Bəzən o özünü Konfederasiya Konqresi tərəfi ndən unu-
dulmuş hiss etsə də qətiyyən ruhdan düşməmişdir. Eyni za-
manda o heç vaxt mülki rəhbərliklə qarşıdurmaya getməmiş, 
vacib hərbi qərarları da ətrafl ı müzakirələrdən sonra qəbul 
etmişdir. Onun daim məsləhətləşdiyi şəxslər arasında Alek-
sander Hamilton və Markiz de Lafayet xüsusi yer tuturdu-
lar. Vaşinqton bir çoxlarının təklif etdiyi partizan müharibəsi 
ideyasını rədd edərək yalnız açıq döyüşlər aparılmasına üs-
tünlük verirdi. Onun fi krincə yalnız belə döyüşlərdə qazanı-
lan qələbələrlə düşməni danışıqlara getməyə məcbur etmək 
olar. Bu strategiya özünü Virciniya ştatının Yorktaun şəhəri 
ətrafında gedən döyüşlərdə təsdiq etdi. 1781-ci il 19 oktyabr-
da General Kornuollisin 7.000 əsgərlə  təslim olması danı-


26
Amerika prezidentləri
şıqlar üçün stimul yaratdı və iki il sonra rəsmi olaraq sülh 
müqaviləsinin imzalanması ilə nəticələndi.
Müharibə başa çatdıqdan sonra ordu komandanların-
da öz gələcək taleləri üçün bir inamsızlıq var idi. Zabitlər 
müharibədən sonra Konqresin onlara hansı münasibəti 
göstərəcəyindən narahat idilər. Bu baxımdan Vaşinqton-
dan mülki rəhbərliyi öz əlinə almağı  tələb edirdilər. La-
kin 1783-cü il mart ayında Vaşinqton zabit heyətinə şəxsi 
müraciətində ordunun siyasi rəhbərliyə tabe olmasının 
zəruriliyini bildirirdi.
1783-cü il dekabr ayının 23-də Vaşinqton Ali Baş Ko-
mandanlığı  təntənəli surətdə Konqresə qaytarır. Bununla 
yanaşı güclü, mərkəzləşmiş hakimiyyətin yaradılmasının 
zəruriliyi haqqında hər bir ştat rəhbərliyinə məktub imza-
layır. Lakin ayrı-ayrı  ştatların rəhbərliyi bu təklifə soyuq 
münasibət göstərir. Onlar ştatlara daha geniş  sərbəstlik 
verən Konfederasiya tərəfdarı olduqlarını bildirirlər.
İstefaya çıxdıqdan sonra C.Vaşinqton yenidən Maunt 
Vernona qayıdır. Burada o, rahat və qayğısız həyat sürsə 
də, ölkə daxilində gedən prosesləri diqqətlə izləyirdi. Ştat-
lar arasında  əlaqələrin düzgün qurulmaması, bir çox iqti-
sadi problemlərin öz həllini tapmaması ittifaqın gələcəyini 
şübhə altına salırdı. 1786-cı ilin payızında istefada olan ka-
pitan Şeysin başçılığı ilə yoxsul fermerlərin üsyanı isə təcili 
tədbirlər görülməsini vacib etdi. Bu səbəbdən 1787-ci ilin 
mayında yeni Konstitusiya hazırlanması üçün Konstitusiya 
Konventi yaradılır. Xüsusən A.Hamilton və C.Medisonun 
təkidi ilə Vaşinqton Konventə sədr seçilir. Yeni hazırlanmış 
Konstitusiya özündə federal dövlət quruluşunu əks etdirir-
di. Uzun müzakirələrdən sonra Konstitusiya qəbul edilir.
Artıq C.Vaşinqtonun prezident olacağı heç kimdə 
şübhə doğurmurdu. Hətta 1788-ci il 4 iyul Konstitusiya 
bayramı  şənliklərində «Vaşinqton-Prezident» kimi şüarlar 
səsləndirilirdi.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə