Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   2   3   4   5   6   7   8   9   ...   57

20
Amerika prezidentləri
XXII Düzəliş (1951)
1-ci bölmə. Heç bir şəxs Prezident vəzifəsinə iki 
dəfədən artıq seçilə bilməz və Prezident vəzifəsini tutmuş, 
yaxud Prezident seçilmiş başqa  şəxsin müddətində iki 
ildən artıq Prezident kimi fəaliyyət göstərmiş heç bir şəxs 
Prezident vəzifəsinə bir dəfədən artıq seçilmir. Ancaq bu 
maddənin qüvvəsi Konqres bu maddəni təklif edərkən pre-
zident vəzifəsini tutmuş şəxsə şamil edilmir və bu maddənin 
qüvvəyə mindiyi müddət ərzində Prezident vəzifəsini tutan, 
yaxud Prezident kimi fəaliyyət göstərən heç bir şəxsə həmin 
müddətin qalan vaxtında da Prezident vəzifəsini tutmağa, 
yaxud Prezident kimi fəaliyyət göstərməyə mane olmur.
2-ci bölmə. Bu maddə Konqresin onu ştatların bəyənməsi 
üçün təqdim etdiyi gündən keçən yeddi il ərzində, Konsti-
tusiyada nəzərdə tutulduğu kimi, ayrı-ayrı ştatların dörddə 
üçünün Qanunverici yığıncaqları tərəfi ndən Konstitusiyaya 
düzəliş kimi ratifi kasiya edilməzsə, qüvvəyə minmir.
XXIV Düzəliş
1-ci bölmə. Birləşmiş Ştatlar vətəndaşlarının Preziden-
tin, yaxud Vitse-prezidentin, Prezidentin, yaxud Vitse-pre-
zidentin seçimçilərinin, ya da Senatorların və Konqresdəki 
Nümayəndələrin hər hansı ilkin, yaxud başqa seçkilərində 
səsvermə hüququnu Birləşmiş Ştatlar, yaxud hər hansı ştat 
hansısa seçki vergisinin, yaxud başqa verginin ödənilməsi 
ilə bağlı danmamalı, yaxud məhdudlaşdırmamalıdır.
2-ci bölmə. Konqres bu maddəni uyğun qanunların 
qəbulu yolu ilə yerinə yetirə bilər. 


21
Amerika prezidentləri
CORC VAŞİNQTON
(GEORGE WASHINGTON)
 (1789-1797)
Corc Vaşinqton adı Amerika tarixinə böyük hərfl ərlə 
yazılmış  şəxsiyyətlərdəndir. O, on üç koloniyanın  əvvəl 
suveren respublikalar ittifaqına, sonra dünyada ilk fede-


22
Amerika prezidentləri
ral dövlətə çevrilməsində mühüm rol oynamışdır. Vir-
ciniyada keçirilən ilk Kontinental konqresdə  qətiyyətlə 
İngiltərənin müstəmləkə siyasətinə qarşı  çıxanlardan ol-
muşdur. Amerika hərbi qüvvələrinin Ali Baş Komandanı 
kimi hərbi müqaviməti təşkil və ona rəhbərlik etmiş, səkkiz 
il davam edən müharibə Amerikanın tam müstəqilliyi ilə 
nəticələnmişdir.
C.Vaşinqton 11 fevral 1732-ci ildə artıq dördüncü nəsli 
Virciniyada yaşayan varlı plantator Avqustin Vaşinqtonun 
ailəsində dünyaya gəlmişdir. 1752-ci il təqvim islahatın-
da tarix 11 gün irəliyə  çəkilmiş, elə o vaxtdan 22 fevral 
C.Vaşinqtonun doğum günü hesab edilmişdir. İlk uşaqlıq və 
yeniyetməlik dövrü, aldığı səthi təhsil onun gələcəkdə par-
laq karyera edəcəyindən xəbər vermir. 1743-cü il 12 apreldə 
ailəyə bədbəxtlik üz verir. 11 yaşlı Corcun atası vəfat edir. 
O vaxtkı ənənəyə görə mirasın böyük bir hissəsi onun ögey 
qardaşları (A.Vaşinqtonun birinci nikahdan olan) Lourens 
və Avqustin arasında bölüşdürülür. Lakin Lourensin övla-
dı olmadan vəfat edəcəyi təqdirdə Corc onun varisi kimi 
göstərilir.
Atasının vəfatından üç ay sonra Lourens varlı qonşu-
ları Uilyam Ferfaksın qızı Anna ilə evlənir. Vaşinqtonun 
dünyagörüşünün formalaşmasında U.Ferfaksın böyük rolu 
olur. Elə onun məsləhəti ilə 1748-ci ildə Corc yerölçən kimi 
fəaliyyətə başlayır.
1752-ci ildə Lourens vərəm xəstəliyindən vəfat edir 
və onun bütün varidatı, eyni zamanda Aleksandriya ya-
xınlığındakı Maunt Vernon malikanəsi C.Vaşinqtona qalır. 
Elə bu vaxtdan o, Virciniya milisində mayor rütbəsində 
fəaliyyətə başlayır. Çox keçmir ki, 22 yaşlı Corc polkov-
nik rütbəsində fransız-hindu müharibəsinə cəlb edilir. Bu-
rada o, özünü bacarıqlı hərbçi kimi göstərir. Amma ingilis 
ordu zabitlərindən fərqli olaraq onlara ikinci dərəcəli, ögey 
münasibət bəslənilir və demək olar ki, onun rəhbərlik etdiyi 


23
Amerika prezidentləri
milis dəstəsindən yalnız sərhədləri qorumaq üçün istifadə 
edilir. Bu, gənc Vaşinqtonun qəlbində ingilis ağalığına 
dərin nifrət oyadır. Bu hisslərin təsiri altında 1759-cu ildə 
istefaya gedir.
Hərbi xidmətdən istefa verən C.Vaşinqton böyük sərvətə 
malik olan, varlı, dul və iki uşaq anası olan Marta Dendric 
Kastislə ailə həyatı qurur. Məhz indi, özü də Virciniya par-
lamentinin üzvü olan Vaşinqton üçün müstəmləkənin plan-
tator aristokratiyasına gedən yolda yaşıl işıq yanır. Marta 
ilə nikah Vaşinqtona böyük var-dövlət gətirməklə yanaşı, 
onun üçün dəbdəbəli və qayğısız həyatın rəhninə çevrilir. 
Aristokrat həyatının bütün incəliklərinə bələd olan Marta-
nın sayəsində Maunt Vernon malikanəsi tezliklə Virciniya 
plantatorlarının qeyri-rəsmi görüş yeri olur. Vaşinqtonun öz 
övladı olmasa da, Martanın birinci nikahından olan övlad-
larının tərbiyəsini öz üzərinə götürür. 
C.Vaşinqtonun 1759-1775-ci illərdəki həyat və fəaliy-
yəti Amerika plantatorları ilə metropoliya arasında ziddiy-
yət lərin yaranma səbəblərini tam şəkildə özündə əks etdirir. 
Amerika müstəmləkələrinə xammal və satış bazarı kimi 
baxan ingilis burjuaziyası, burada iqtisadi inkişafı ləngidir, 
sənaye yüksəlişinə imkan vermirdi. Özlərini Böyük Britani-
ya kralının sadiq təbəələri hesab edən plantatorlar bir çox si-
yasi hüquqlardan, məsələn parlamentə öz nümayəndələrini 
seçmək hüququndan məhrum idilər. Onlar istehsal etdikləri 
məhsulların satılmasında ingilis ticarət evlərindən tam asılı 
idilər. Qaydalara görə Avropaya göndərilən tütün və digər 
xammal məhsullarının daşınma və digər xərclərini özləri 
ödəyirdilər.
Adətən yüklərin daşındığı gəmilər Amerikaya qayı dar-
kən, plantatorlar tərəfi ndən sifariş edilmiş hazır məhsulları 
gətirirdilər. Bu zaman plantatorlar istədikləri malın keyfi y-
yətinə baxmaq, qiymətində razılaşmaq kimi imkanlardan 
məhrum idilər. Bəzən tütünə qoyulan aşağı qiymətlər, 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə