Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   2   3   4   5   6   7   8   9   ...   57

11
Amerika prezidentləri
larını düşündürürdü. Müharibənin gedişində artıq özlərini 
Amerika Birləşmiş Ştatları adlandıran koloniyalar onları bir 
ölkə tərkibində birləşdirəcək müqavilə yazıb hazırlamışdı-
lar. «Konfederasiya və əbədi ittifaq maddələri» kimi tərtib 
edilən bu müqavilə 1777-ci ildə on üç ştatın nümayəndəsinin 
iştirak etdiyi Kontinental Konqres tərəfi ndən qəbul edil-
miş, 1778-ci ilin iyulunda rəsmən imzalanmışdır. 1781-ci 
ilin martında 13-cü ştat – Merilend tərəfi ndən ratifi kasiya 
edildikdən sonra müqavilə qüvvəyə minir. 
Lakin çox keçmir ki, müqavilənin səmərəsizliyi aşkar 
olur və ittifaq idarəetmə qabiliyyətini tamamilə itirir. Belə 
ki, ağır müharibə dövründə Konfederasiya ştatların üzərinə 
vergilər qoya bilmir, yalnız onlardan kömək diləyirdi: o 
qoşun yığmaq, onu maliyyələşdirmək, ticarət və sənayeni 
tənzimləmək, xarici siyasət yürütmək imkanından da 
məhrum idi. Yeni yaradılan ölkə siyasi, iqtisadi cəhətdən 
xaos vəziyyətinə düşmək həddinə gəlir. Sonralar ölkənin ilk 
prezidenti olacaq Corc Vaşinqtonun sözləri ilə desək 13 ştat 
bir-birinə yalnız «qum kəndiriylə» birləşdirilmişdi.
1786-cı ildə beş ştat Konqresə Konfederasiya haqqın-
da  Əsasnaməyə düzəliş vermək tələbiylə müraciət etdi. 
Məqsəd daha səmərəli idarəetmə formasını tapmaq idi. 
Federasiyanın – daha sıx ittifaqın yaradılması tərəfdarları, 
başda Vaşinqton olmaqla ölkə konstitusiyası üzərində  işə 
başladılar. Layihə üzərində işə, gələcəkdə ABŞ-ın dördün-
cü prezidenti olmuş Ceyms Medison rəhbərlik edirdi. 
Dövrün məşhur liderlərinin də daxil olduğu 55 nəfər 
nümayəndənin hazırlayacağı konstitusiya ilk növ bədə güc-
lü icraedici hakimiyyət yaratmalı, lakin bu hakimiy yə tin 
səlahiyyətləri də hüdudsuz olmamalı idi. Digər tə rəf dən itti-
faqın işlək qanunverici orqanını və vahid məhkəmə sistemini 
yaratmaq lazım idi. Bütün deyilənləri gerçəkləşdirmək üçün 
ölkə qurucuları XVIII əsr fransız maarifçilərinin, xüsusilə 
fi losof və tarixçi Ş.Monteskyönün yaratdığı «hakimiyyətin 


12
Amerika prezidentləri
bölüşdürülməsi» nəzəriyyəsindən bəhrələnmişlər. Onun 
nəzəriyyəsinə görə düzgün qurulmuş dövlətdə vahid haki-
miyyət ola bilməz,  əksinə bir-birindən asılı olmayan üç 
haki miyyət – qanunverici hakimiyyət, icra hakimiyyəti və 
məhkəmə hakimiyyəti olmalıdır. Bu hakimiyyət növlərinin 
bir orqanın, və yaxud şəxsin  əlində birləşdirilməsi mütləq 
ümumi mənafenin unudulmasına, sui-istifadə  təzahürlərinə 
aparıb çıxarır və şəxsiyyətin siyasi azadlığı ilə bir araya sığmır. 
Monteskyö yazırdı ki, qanunverici və icra hakimiyyətinin bir 
əldə cəmlənməsi Qanunun aliliyini pozur: əgər hakimlər təkcə 
mühakimə etməklə kifayətlənməyib həm də qanunvericiliklə 
məşğul olsalar məhkəmə özbaşınalığı labüddür. Onun sxe-
mi hakimiyyətin bütün növlərini birləşdirən hər hansı orqa-
nın varlığını istisna edirdi. Monteskyöyə görə qanunverici 
hakimiyyət parlamentə, icra hakimiyyəti monarxa məxsus 
olmalı, məhkəmə hakimiyyəti andlı iclasçılar məhkəməsində 
təcəssüm tapmalıdır.
Medison qarşıda duran vəzifənin öhdəsindən ustalıqla 
gəldi. O, Monteskyönun «hakimiyyətin bölüşdürülməsi» 
ideyasından səmərəli istifadə etməklə «əyləclər və balans-
lar» (checks and balances) və ya «qarşılıqlı nəzarət və əks 
təsir» prinsipinə əsaslanan siyasi quruluş yaratdı.
1787-ci ilin mayında öz işinə başlayan konstitusiya 
Konventi sentyabrın 17-də Konstitusiya layihəsini qəbul 
etdi. İki il ərzində ştatlarda ratifi kasiya edilən konstitusiya 
4 mart 1789-cu ildə qüvvəyə minmişdir. 
Konstitusiya Konventindəki müzakirələrin gedişində 
Tomas Cefferson başda olmaqla bir qrup nümayəndə kons-
titusiyanın mətninə dövlətin məhdudlaşdıra bilməyəcəyi 
insan hüquqlarının siyahısını daxil etmək tələbini irəli sü-
rürdü. Əvvəlcə etirazla qarşılanan bu təklif 1789-cu ilin ya-
zında Konqresdə ciddi müzakirə edilir. Ceffersonun təklif 
etdiyi düzəlişlər siyahısı dərhal qəbul edilərək ratifi kasiya 
üçün ştatlara göndərilir. 1791-ci ilə qədər düzəlişlərin 10-u 


13
Amerika prezidentləri
təsdiqlənir və o vaxtdan ABŞ Konstitusiyasının Hüquqlar 
haqqında Billi kimi tanınır. Bu Billə əsasən Konqres vic-
dan, söz və dinc yığıncaqlar azadlığını məhdudlaşdıran qa-
nunlar qəbul edə bilməz.
Hüquqlar haqqında Billin qəbul edildiyi 1791-ci ildən 
indiyə  qədər Konstitusiyaya daha 17 düzəliş edilib. Bu 
düzəlişlər  əsasən vətəndaş hüquqlarını (quldarlığın ləğvi, 
seçki hüquqlarının genişləndirilməsi və s.) artırmış  və 
vətəndaşların dövlət üzərindəki nəzarətinin güclənməsinə 
kömək etmişdir.
ABŞ Konstitusiyasına əsasən icra hakimiyyətini prezi-
dent həyata keçirir. «Köhnə dünyadakı» böyük dövlətlərin 
əksəriyyətində monarxiya üsul-idarəsinin hökmran olduğu 
bir dövrdə  məhdud müddətə seçilən prezident ideyasının 
özü inqilabi hadisə idi. Geniş səlahiyyətlərə malik olan pre-
zidentlik institutunun yaradılması Konstitusiya Kon ven-
tində bəzi mübahisələrə səbəb olmuşdu.
Sonralar Ceyms Medison yazırdı ki, 1 iyun 1787-ci 
ildə pensilvaniyalı nümayəndə Ceyms Uilson Konventin 
gündəliyinə  gələcək «icra hakimiyyəti» haqqında məsə-
lənin daxil edilməsini təklif edərkən zala sükut çökür. 
55 nümayəndənin hər biri başa düşürdü ki, onlar haki-
miyyət sisteminin ağrılı  məqamına toxunmuşlar: onların 
əksəriyyəti 1777-ci ildə  qəbul edilən «Konfederasiya və 
əbədi ittifaq maddələri» ilə müqayisədə icra hakimiyyətinin 
gücləndirilməsinin zəruri olduğunu başa düşürdülər. Lakin 
belə icra hakimiyyətinin forması, onun əhali tərəfi ndən 
necə qarşılanacağı haqqında konkret heç nə məlum deyil-
di. Konvent bir çox, o cümlədən A.Hamiltonun təklif etdiyi 
əbədi prezident seçilməsi, respublika prinsiplərinə daha çox 
uyğun gələn kollegial rəhbərliyi həyata keçirən orqanın ya-
radılması kimi modelləri nəzərdən keçirir.
Ceyms Uilson elə ilk çıxışındaca bildirmişdi ki, «icra-
edici hakimiyyət bir nəfərdən ibarət olmalıdır». Virçiniyalı 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə