Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

60
Amerika prezidentləri
çevrilməsi gündəmə  gəlir (federal qanunvericiliyə  əsasən 
əhalisinin sayı 60 mini keçdikdə əraziyə ştat statusu verilə 
bilər). 1796-cı ildə çağırılan konventdə əraziyə ştat statusu 
verildi və Tennessi adlandırıldı. Cekson bu prosesdə fəallıq 
göstərmiş və haqlı olaraq İttifaqa daxil edilmiş Tennessidən 
Nümayəndələr Palatasına üzv seçilmişdir. Növbəti il o, Şta-
tı senatda təmsil edir.
Lakin Cekson yalnız altı ay senatorluq edir. 1798-ci 
ilin yazında biznes ortağı Devid Allison həbs edildikdə is-
tefa verərək Neşvillə qayıdır. Az bir zamanda işlərini qay-
daya salır. İşgüzar sahibkar, varlı quldar Cekson ştatın Ali 
Məhkəməsinə üzv seçilir.
E.Ceksonun karyerasında növbəti mərhələ Tennessi le-
gislaturasında milis general-mayoru seçilməsidir. Lakin, o, 
hərbi xidmətlə yanaşı siyasi fəaliyyət də göstərir, belə ki, 35 
yaşlı general Şimali Amerikada Avropa müstəmləkə torpaq-
ları və hindular yaşayan ərazilər hesabına ABŞ ərazisinin 
genişləndirilməsi arzusunda olduğunu bildirir. Onun bu 
istəyi sülhsevər prezident Ceffersondan dəstək almır.
1812-ci ildə prezident Medison İngiltərəyə müharibə 
elan etdi. Müharibəyə qatılan  İngiltərə hökuməti hindu 
qəbilələrini ələ alaraq onların ABŞ-a qarşı qiyama qalxma-
sına nail olur. 1813-cü ilin əvvəllərindən iki alay formalaş-
dıran Cekson Cənub-qərbdə hindu qiyamlarını yatırmağa 
göndərilir. Hindularla amansız döyüşlərdə bir-birinin ardın-
ca qələbə qazanan Cekson bəzi qəbilələri tamamilə məhv 
edir, qiyam amansızlıqla yatırılır. Hindulara məxsus 23 
milyon akr torpaq sahəsi ABŞ-a birləşdirilir. Bundan razı 
qalan Konqres Ceksona ordu generalı rütbəsi verir. Qorx-
maz, cəsur bir döyüşçü olması ona «Qoca Hikari» ləqəbi 
qazandırır.
Əldə etdiyi uğurlar Ceksona şöhrət gətirsə  də  bəzi 
dairələrdə buna barmaqarası baxır, primitiv silahlarla 


61
Amerika prezidentləri
döyüşən hindular üzərindəki qələbələri böyük rəşadət hesab 
etmirdilər. Lakin ingilis nizami orduları üzərində, xüsusilə 
Yeni Orlean yaxınlığındakı qələbəsi onun bacarıqlı hərbçi 
olduğunu təsdiq edərək generalı milli qəhrəmana çevirdi.
1818-ci ildə Florida ABŞ-a birləşdirildikdən sonra pre-
zident Monro, onu yeni ştatın qubernatoru təyin edir. Lakin 
general tezliklə istefa verir, üç il sonra isə ordudan gedir. 
Yaxınlarına yazdığı məktublarında qalan həyatını dinc fer-
merlik fəaliyyətinə  həsr etmək arzusunda olduğunu bildi-
rir. Lakin yaxın dostları, xüsusilə Tennessi ştatının varlı 
şəxsləri J.Levis, C.Overton və C.İton onun növbəti prezi-
dent seçkilərinə namizədliyini verməsini istəyirlər.
1824-cü il seçkilərində E.Cekson C.K.Adams, U.Krou-
ford və H.Kleylə birgə namizədliyini irəli sürür. Seçkilərdə 
birincilik qazansa da zəruri olan minimum səs həddini 
aşa bilmir və seçkilər Nümayəndələr Palatasına keçirilir. 
H.Kleyin səslərini Adamsa verməsi sonuncunun prezident 
seçilməsi ilə nəticələnir. Məğlubiyyətdən məyus olan Cek-
son Adamsı və onun dövlət katibi təyin etdiyi H.Kleyi gizli 
sövdələşmədə günahlandırır.
Qeyd edək ki, gərgin keçən seçkilər siyasi qüvvələrin 
yenidən qütbləşməsinə səbəb olmuşdur. Adams-Kley qrup-
laşması milli respublikaçılar, 1832-ci ildən viqlər adlandırı-
lan partiyanın yaranması ilə nəticələnir. Cekson tərəfdarları, 
xüsusilə C.Kalxaun və M.Van Burenin təşəbbüsü ilə de-
mokrat respublikaçılar və ya sadəcə demokrat adlandırılan 
partiyanı təsis edirlər.
1828-ci il seçkilərinə ciddi hazırlaşan demokratlar yeni 
təbliğat taktikalarından istifadə edirlər. Artıq namizəd proq-
ramını seçicilərlə birbaşa təmas yaratmaqla, mitinqlərdə 
açıqlayır, mətbuatdan geniş istifadə olunur. Bu tədbirlər 
bəhrəsini verir və Cekson Adamsa böyük üstünlüklə qalib 
gələrək prezident seçilir.


62
Amerika prezidentləri
İnauqurasiya nitqində demokratik islahatların zəruri-
liyindən danışan yeni prezident bu işə ilk olaraq dövlət 
məmurlarının dəyişdirilməsi ilə başlayır. Cekson hələ 12 
il  əvvəl prezident Monroya yazdığı  məktubunda partiya 
mənsubluğuna görə dövlət vəzifələrinin paylanmasının 
əleyhinə çıxırdı: «Hər bir halda partiya marağı və partiya 
mənsubluğu kənara qoyulmalıdır… Böyük və güclü millət 
rəhbəri özünü partiya mənsubluğu ilə buxovlamamalıdır». 
Buna baxmayaraq sonrakı fəaliyyətində əvvəl dediklərinə 
riayət etmir, tərəfdarlarını vacib vəzifələrə təyin edir. Bunu 
o, Adamsın dövründə kadrların korrupsiya və rüşvətxorluğa 
qurşanması ilə izah edirdi. Hadisələrin sonrakı inkişafı onun 
haqlı olduğunu göstərdi. Təkcə  hərbi dəniz nazirliyində 
aparılan yoxlamalar ildə bir milyon dollar yeyinti olduğunu 
üzə çıxartdı.
Ceksonun siyasi rəqibləri islahatların keçirilməsinə 
müqavimət göstərir, təyin etdiyi kadrların Konqresdə təsdiq 
olunmasına maneçilik törədirdilər. Tədricən prezidentin 
fəaliyyəti demokrat partiyasının daxilində narazılıqla qarşı-
lanmağa başladı. Xüsusilə federal hakimiyyətin hüquqları-
nı ştatların suverenliyindən üstün tutması partiyanın vitse-
prezident Kalxaunun başçılıq etdiyi cənub qanadının ciddi 
etirazına səbəb oldu. Konstitusiyanı özünəməxsus  şəkildə 
şərh edən Kalxaun, ştatların  İttifaqdan ayrılması hüququ-
nu özündə saxladığını iddia edirdi. Prezident isə onun bu 
təfsiri ilə qətiyyən razılaşmırdı. Fikir ayrılığı, müharibəylə 
sonuclanacaq quldarlıq problemi gündəmə gəlməmiş, par-
tiya daxili ikitirəliyin yaranmasına səbəb oldu.
Partiyadaxili ixtilafl ar Ceksonun nüfuzuna ziyan vur-
mur. Onun yeni formalaşan kiçik burjuaziyanın mənafeyini 
güdən maliyyə sistemində apardığı islahatlar, Konqres qa-
nunlarına veto qoymaqla Milli Bankın monopoliyasının 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə