Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

73
Amerika prezidentləri
CON TAYLER 
(JOHN TYLER)
(1841-1845)
ABŞ Konstitusiyasına  əsasən prezident seçkilərində 
qalibdən sonra ən çox səs toplamış  şəxs vitse-prezident 
sayılmalı idi. Bu maddə elə ilk seçkilərdən özünü doğrult-
madı. Belə ki, uzun müddət bir-biri ilə siyasi rəqabətdə ol-
muş iki şəxsin sonradan iş birliyində olması qeyri-müm-


74
Amerika prezidentləri
kün idi. 1804-cü ildə Konstitusiyaya edilmiş düzəlişlə (bu 
düzəlişə əsasən prezident və vitse-prezidentliyə namizədlər 
əvvəlcədən müəyyənləşir və onlar uyğun vəzifələr uğrunda 
birgə mübarizə aparırlar) yaranmış presedent aradan götü-
rüldü. Prezident öldükdə, vəzifəsindən kənarlaşdırıldıqda 
və Konstitusiyada nəzərdə tutulan digər hallarda səlahiyyət-
lərini icra edə bilmədikdə, ona məxsus bütün səlahiyyətlər 
vitse-prezidentə verilir. İlk belə vəziyyət Harrison qəfl ətən 
vəfat etdikdə yarandı və vitse-prezident Con Tayler prezi-
dentlik səlahiyyətlərinin icrasına başladı.
İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskun laş-
mış Con Tayler 1790-cı il martın 29-da Uilyamsburqda ana-
dan olub. Atası Con Tayler varlı plantator və quldar olmaq-
la yanaşı ölkənin siyasi xadimləri, xüsusilə T. Ceffersonla 
dostluq əlaqələrinə malik idi. O, 1809-11-ci illərdə Vircini-
yanın qubernatoru, sonra isə  ştatın federal məhkəməsinin 
hakimi olmuşdu.
Con Tayler ilk olaraq nüfuzlu «Uilyam Ənd Meri» 
kollecində oxuyur. Kolleci bitirdikdən sonra o dövrün aris-
tokratik ənənələrinə uyğun olaraq vəkillik sənətinə yiyələnir. 
O, hüquqşünaslığı bu elmin görkəmli nümayəndələrinin 
rəhbərliyi altında öyrənir: əvvəl atası, sonra isə C.Vaşinqton 
administrasiyasında  ədliyyə naziri olmuş  məşhur Ed-
mund Rendolf onun müəllimi olur. Özəl vəkillər konto-
ru açaraq qısa müddətdə varlanır. 23 yaşlı Con Virciniya 
müstəmləkəçisinin qızı Letisiya Kristianla evlənir. Onun 
vəfatından iki il sonra, 1842-ci ildə, özündən 30 yaş kiçik 
Culiya Qardinerlə ailə qurur. Taylerin iki nikahdan on dörd 
övladı olmuşdur. 
Gənc yaşlarından siyasi fəaliyyət göstərməsi 21 yaşın-
da Virciniya parlamentinə seçilməsi ilə sonuclanır. 1816-
21-ci illərdə Konqresin Nümayəndələr Palatasının, 1827-
36-cı illərdə isə senatın üzvü olur. 1825-27-ci illərdə Vir-
ciniya qubernatoru vəzifəsini tutmuşdur. Taylerin zəngin 


75
Amerika prezidentləri
siyasi təcrübə toplamasına baxmayaraq konkret partiya 
mənsubluğu olmamışdır.
1836-cı il prezident seçkilərində bəzi ştatlarda H.Uaytla, 
digərlərində isə U.Harrisonla yanaşı vitse-prezidentliyə 
namizəd kimi çıxış edir. O, əsl cənublu kimi quldarlığın 
məhdudlaşdırılmasının, ittifaqın silah gücünə qorunub sax-
lanılmasının əleyhinə çıxır. Bununla o, Ceksonun rəqibinə 
çevrilir və nəticədə viqlər partiyasına yaxınlaşır. Partiyanın 
1839-cu ildə keçirilən Konventində H.Kleyin namizədliyini 
müdafi ə etsə də, Harrisonun namizədliyi göstərilir. Viqlərin 
Cənubda qələbəsinə kömək göstərəcəyini nəzərə alıb, Tay-
leri vitse-prezidentliyə namizəd göstərirlər.
4 mart 1841-ci ildə  vəzifəsinin icrasına başlasa da, 
höku mətin formalaşdırılmasına təsir göstərə bilməyəcəyini 
anlayaraq Uilyamsburqdakı malikanəsinə  çəkilir. Aprelin 
5-də səhər tezdən prezidentin vəfatı xəbərini alaraq Vaşinq-
tona tələsir və növbəti gün ABŞ-ın 10-cu prezidenti kimi 
and içir.
Bəzi problemlərin həllində onun, hələ Harrisonun qur-
duğu kabinet üzvləri ilə ciddi fi kir  ayrılığı  əmələ  gəlir. 
Xüsusilə, prezidentin ABŞ  Xəzinə Bankının yaradılması 
haqda qanun layihəsinə veto qoyması 1841-ci il 11 sent-
yabrda dövlət katibi Uebsterdən başqa bütün nazirlərin iste-
faya getməsi ilə nəticələnir. Eyni zamanda Tayler yeni üzv 
olduğu viqlər partiyasından xaric edilir.
Tayler iki gün ərzində Şimal və Cənubdan dəvət etdiyi 
tanınmış siyasətçi-viqlərin köməyilə yeni kabineti qurur. 
Dövlət katibi Uebster istefa verdikdə isə o, Con Kalxaunu 
bu vəzifəyə təyin edir. Bu öz növbəsində prezidentin Cənub 
ştatlarından olan demokratlarla yaxınlaşmasına səbəb olur. 
Tayler növbəti seçkilərdə Demokrat partiyasının namizədi 
olacağına ümid bəsləyir. Lakin özünə sadiq və etibarlı ko-
manda yarada bilməməsi onun bu ümidlərini də heçə çıxa-
rır.


76
Amerika prezidentləri
Prezidentlik müddəti bitdikdən sonra Virciniyadakı 
malikanəsinə qayıdır. Demokratlarla sıx  əlaqə saxlasa da 
aktiv siyasi fəaliyyət göstərmir. Son illər Uilyamsburqdakı 
kollecdə kansler kimi çalışır.
Yalnız hər an başlaya biləcək vətəndaş müharibəsi təh-
lükəsi, onu dinc kənd həyatından ayırır. Virciniya parlamen-
tinin təşəbbüsü ilə müharibənin qarşısını almaq məqsədilə 
Vaşinqtonda aparılan danışıqlarda iştirak edir. Müharibənin 
labüdlüyünü başa düşərək doğma ştata İttifaqdan ayrılma-
ğı məsləhət görmüşdür. Noyabr ayında İttifaqdan ayrılmış 
ştatların Nümayəndələr palatasına üzv seçilsə  də, orada 
fəaliyyət göstərmək ona nəsib olmur. Con Tayler 1862-ci il 
18 yanvarda 72 yaşında vəfat edir.
Onun adı ABŞ tarixində  ən uğursuz prezidentlər sıra-
sındadır. Xarici müşahidəçilər bunu hətta ABŞ Prezident-
lik  İnstitutunun böhranı kimi dəyərləndirirdilər. Lakin 
əslində belə deyil. Sadəcə Taylerin, şəxsi keyfi yyətlərinin 
naqisliyi ucbatından, bəzi tanınmış siyasi xadimlərlə dil 
tapa bilməməsi, onun yeritdiyi siyasi kursun Konqresdə 
dəstəklənməməsi ilə nəticələnmişdir. Prezidentlik İnstitutu 
belə siyasi çəkişmələrdən daha da təkmilləşmişdir.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə