Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

77
Amerika prezidentləri
CEYMS N.POLK 
JAMES KNOKS POLK
(1845-1849)
ABŞ-ın 11-ci prezidenti Ceyms Noks Polk 2 no-
yabr 1795-ci ildə  Şimali Karolina ştatının Meklenburq 
dairəsində anadan olmuşdur. On bir yaşında ikən ailəsiylə 


78
Amerika prezidentləri
birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər 
onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun 
mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şima-
li Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı 
müvəffəqiyyətlə bitirir. Tennessiyə qayıdaraq Neşvilldə 
vəkillər kontorunda işləyir. 1824-cü ildə varlı biznesmen, 
böyük torpaq sahibi mayor Coel Çayldresin qızı Sara ilə 
ailə həyatı qurmuş, lakin övladları olmamışdır. Saranın ata-
sı  vəfat etdikdən sonra, onun bütün varidatı, Tennessi və 
Alabamada malikanələr, çoxsaylı qullar Polklara çatmışdır.
E.Ceksonun və demokrat partiyasının inanılmış tərəfdarı 
olan Polk parlaq natiqlik bacarığı ilə hətta rəqiblərinin də 
hörmətini qazanmışdı. 1823-25-ci illərdə Tennessi parla-
mentinin üzvü olur. Onun çoxlu tanışları olsa da, onların 
çox az hissəsi ilə dostluq əlaqələri qurmuşdu. Endrü Cekson 
onun ən yaxın dostlarından biri idi. Məhz onun yaxından 
köməyi və himayədarlığı sayəsində Polk böyük siyasətə 
gəlmişdi.
Ştatın tanınmış  şəxsləri ilə isti münasibətdə olması 
onun yerli milisin polkovniki və qanunverici orqanın üzvü 
seçilməsinə kömək etmişdi. 23 yaşında ikən Konqresə seçi-
lir və 1825-39-cu illərdə burada fəaliyyət göstərir. Son dörd 
ildə Nümayəndələr Palatasının spikeri seçilmiş  və burada 
demokratlar fraksiyasına rəhbərliyi ələ almışdı.
1839-41-ci illərdə Tennessinin qubernatoru kimi siyasi 
təcrübə toplayan Polk məğlub olduğu iki ardıcıl seçkidən 
(1841, 1843) sonra Vaşinqtona qayıdır. 1844-cü ildə de-
mokratların Baltimorda keçirilən partiya konventində onu 
prezidentliyə namizəd göstərirlər. Bunun başlıca səbəbi 
partiyanın görkəmli xadimləri M.Van Buren, L.Kass və 
C.Bükenenin arasındakı qarşıdurma olur. Onlar qarşıdur-
manı kəskinləşdirməkdən çəkinərək Polkun şəxsində ortaq 
məxrəcə gəlirlər.


79
Amerika prezidentləri
Siyasi xadim olmaqla yanaşı, quldar olan Polk Cənubda 
böyük nüfuza malik idi. Cənublular onun prezident olaca-
ğı  təqdirdə vergiləri azaldacağına, bankların özbaşınalı-
ğına qarşı  çıxacağına ümid bəsləyirdilər. Viqlər demok-
ratların seçiminə istehza ilə yanaşır, «Ceyms Polk kimdir 
axı?» kimi istehzalı şüarla çıxış edirdilər. Lakin Polk özünü 
seçkiönü mübarizənin bacarıqlı strateqi kimi göstərdi və 
müxtəlif regional maraqlardan öz xeyri üçün istifadə etdi. 
Belə ki, Texasın ilhaq edilməsi planı demokratlar arasın-
da ikitirəliyin yaranmasına səbəb olmuşdu. Polk Şimalda 
seçiciləri Texasın ABŞ-a birləşdirilməsinin onların da ma-
rağı çərçivəsində olduğuna inandırmaq istəyirdi. O, senator 
Robert Uolkerlə birlikdə Cənubda qullar və quldarlar ara-
sında başlaya biləcək hər hansı konfl iktin Şimala da yayıla-
cağını bildirirdi. Bunun qarşısını isə yalnız ABŞ ərazilərini 
genişləndirməklə almaq olardı. Polk quldarlığın  əleyhinə 
olmasa da, onun ABŞ-a daxil edilmiş yeni ştatlara yayılma-
sının tərəfdarı deyildi.
Mühafi zəkar viqlərdən fərqli olaraq Polk ictimai rəyin 
ərazilərin genişləndirilməsi tərəfi ndə olduğunu yaxşı başa 
düşür və bundan səmərəli istifadə edirdi. Uğurlu seçkiö-
nü kampaniya təşkil edə bilməsi, nəticədə onun viqlərin 
namizədi H.Kleydən daha çox səs toplaması ilə nəticələndi. 
Seçimçilər kollegiyasında Kleyə böyük fərqlə qalib gəlsə də 
(170:105),  əhalinin seçkilərdə  iştirak səviyyəsinin yüksək 
olmasına (79,9 %) baxmayaraq, yalnız 49,6 % səs topladı. 
1824-cü ildən sonra ilk dəfə prezident 50 %-dən aşağı səs 
toplamaqla seçilirdi.
Nazirlərin təyin edilməsində Polk yüksək siyasi və in-
zibati bacarıq göstərmişdir. Dövlət katibi vəzifəsini tutan 
Ceyms Bükenenlə yanaşı Uilyam L.Mersi (hərbi), Robert 
Uolker (maliyyə), Corc Bankroft (hərbi-dəniz donan-
ması) kimi yüksək səviyyəli mütəxəssislər kabinetə da-
xil edildilər. Onlar prezidentin demokratik prinsiplərini 


80
Amerika prezidentləri
müdafi ə etsələr də, icraedici hakimiyyətin siyasi kursuna 
əhəmiyyətli təsir göstərə bilmədilər. Çünki əsas kursu Polk 
özü müəyyənləşdirir və həyata keçirirdi. Bu isə onun prezi-
dentliyi üçün bəzi problemlərin yaranması ilə nəticələndi.
Prezidentin gömrük xidmətini təkmilləşdirmək üçün 
vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsinə veto qoy-
ması qərb demokratlarının partiyadan uzaqlaşmasına səbəb 
olur. Onlar Polku cənub  ştatlarının mənafeyinə xidmət 
etməkdə günahlandırırdılar.
Prezident kimi fəaliyyətində  əsasən ölkə  ərazisinin 
genişləndirilməsi kursunu götürən Polk 1845-ci ilin de-
kabrında Texasın 28-ci ştat kimi ABŞ-a birləşdirilməsinə 
nail olur. Bunun ardınca o, həmin vaxt Meksikaya məxsus 
olan Nyu-Meksiko və Kaliforniyanı da İttifaqa daxil edir. 
Beləliklə Polkun prezidentliyi dövründə Birləşmiş Ştatların 
ərazisi 2/3-si qədər artırılır.
Səhhətində  əmələ  gələn problemlər üzündən Polk de-
mokratların 1848-ci il prezident seçkilərinə namizədi 
olmaqdan imtina edir. Digər tərəfdən partiyadaxili 
müzakirələrdə onun artıq ikinci müddətə prezidentlik üçün 
yaramadığı fi kri səslənirdi. Belə ki, partiyanın Şimal qanadı 
onun cənubluların mövqeyində dayanmasından narazı idi. 
Prezidentlik müddəti başa çatdıqdan sonra Tennessiyə qayı-
daraq Neşvilldə yaşayır. Bir neçə ay sonra, 15 iyul 1849-cu 
ildə 53 yaşında vəfat edir. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə