108
Amerika prezidentləri
gözlənilmədən prezidentin lehinə səs verməsi Consonu
vəzifədən kənarlaşdırılma biabırçılığından qurtardı. (Pre-
zidentin senatda impiçment qaydasında mühakiməsi üçün
edilən təklif 2/3 səs çoxluğu almalıdır).
Baş verənlərdən sonra Conson rekonstruksiya
məsələsində Konqreslə qarşıdurmaya getmədi. Lakin o, tut-
duğu siyasi kursun doğruluğuna, Konstitusiya çərçivəsində
olmasına qəti şəkildə inanırdı.
Conson xarici siyasətdə, xarici işlər naziri Uilyam Syuar-
dın məqsədyönlü və düşünülmüş fəaliyyəti nəticəsində bəzi
uğurlar qazanmışdır. O, diplomatik təzyiq vasitələrindən
istifadə edərək fransız qoşunlarının Meksikadan çıxarılma-
sına nail olmuş, bununla Meksika xalqının müstəqilliyini
bərpa etməsinə kömək göstərmişdir. Syuardın hazırladı-
ğı plana görə Karib hövzəsindəki bəzi adaların satın alın-
ması Senatda dəstəklənməsə də, Birləşmiş Ştatlar 1868-ci
ildə Rusiyaya 7,2 milyon dollar ödəməklə strateji cəhətdən
əhəmiyyətli və zəngin xammal ehtiyatına malik Alyaskanı
özünə birləşdirir.
Cənubda böyük hörmətə malik olmasına baxmayaraq
təkrar seçkilərdə Consonun namizədliyi irəli sürülmədi.
Vəzifədən getdikdən sonra da şöhrətpərəst eks-prezident
aktiv siyasətdən kənarda qalmır. Qrinvillə qayıdan kimi
yenidən fəaliyyətə başlayaraq seçkili orqanlarda təmsil
olunmağa cəhd göstərir. Bir neçə məğlubiyyətdən sonra
1874-cü ildə Tennessi senatına seçilir. Növbəti il isə vaxtilə
onu vəzifədən uzaqlaşdırmaq istəyən Nümayəndələr Pa-
latasına daxil olur. Lakin buradakı fəaliyyəti uzun çəkmir.
E.Conson 1875-ci il 31 iyulda beyninə qan sızması
nəticəsində vəfat edir.
109
Amerika prezidentləri
UİLLİS S.QRANT
(ULYSSES S. GRANT)
(1869-1877)
Ölkənin bütövlüyü uğrunda aparılan Vətəndaş Müha-
ribə sində misilsiz xidmətlərinə baxmayaraq U.S.Qrant
110
Amerika prezidentləri
ABŞ tarixində zəif prezidentlərdən hesab edilir. Onu əsasən
prezident kimi xüsusi fəaliyyət proqramına malik olma-
maqda, yalnız Konqresin qərarlarını icra etməkdə günah-
landırırlar. Consonun prezidentliyi dövründə Prezidentlik
İnstitutunun nüfuzdan düşməsi, qarşıya çıxan mürəkkəb
problemlərin həll edilməsi üçün icraedici orqanların möv-
qeyinin möhkəmləndirilməsini və Konqresdə müxtəlif
qruplaşmalara rəhbərliyin ələ alınmasını tələb edirdi. Qrant
bu problemlərin öhdəsindən gələ bilməmişdir.
Uillis Simpson Qrant 1822-ci il aprelin 27-də Ohayo
ştatının Poynt-Plezənt şəhərində anadan olmuş və Hayram
Uillis adlandırılmışdı. Dəri fabrikinin sahibi və kommersant
olan atası Cess Qrant övladlarının təhsilinə xüsusi diqqət
yetirir. Hayram Uillis bir neçə xüsusi məktəbdə təhsil aldıq-
dan sonra atası onun hərbçi olmasını istəyir. Hərb sənətinə
xüsusi marağı olmasa da Uillis atasının istəyinə tabe olur.
Atasının dostu konqresmen Tomas Heymerin zəmanəti ilə
Qrant Amerika ordusuna kadrlar hazırlayan elitar məktəbə,
Nyu-Yorkdakı Uest-Poynt hərbi akademiyasına qəbul edilir.
Qeydiyyatdan keçərkən anasının qızlıq familiyası səhvən
onun ikinci adı kimi yazılır. Qrant bu səhvi düzəltmək
istəməmiş və bundan sonra özünü Uillis Simpson Qrant
kimi adlandırmışdır.
1843-cü ildə zabitlik şəhadətnaməsi alaraq ABŞ ordusu-
nun 4-cü piyada alayında xidmətə başlayır. Meksikaya qar-
şı müharibəni ədalətsiz saysa da müharibədə iştirak edir və
kapitan rütbəsi alır. Bu ərəfədə gənc zabitin spirtli içkilərə
daim onun üçün problemlər yaratmış meyli güclənir.
1848-ci ildə Qrant Sent-Luisli hərbçi qızı Culiya Dentlə
ailə qurur. Onun xidmət etdiyi alay tez-tez yerini dəyişir və
o, maddi çətinliklər ucbatından ailəsindən ayrı yaşamağa
məcbur olur. Tək yaşaması onun içkiyə olan meylini daha da
artırır. Nəticədə hərbi rəhbərliyin bir neçə xəbərdarlığından
sonra istefa verərək ailəsinin yanına dönür və Sent-Luisdə
111
Amerika prezidentləri
xanımına məxsus kiçik fermada yaşamağa başlayır. 1860-cı
ildə İllinoysa köçərək atasına məxsus dükanda satıcı işləyir.
Həyat yoldaşı Culiyanın qul sahibi olmasına baxmaya-
raq Vətəndaş Müharibəsi başladıqda Şimallılar ordusunda
xidmət etməyi qərara alır. 1861-ci ildə Sprinqfi ld (İllinoys
şt.) könüllülər batalyonuna komandir təyin edilir. Maraq-
lı bir faktı qeyd edək ki, Qrant maddi çətinliklər üzündən
hərbi rütbəsinə uyğun geyim və at ala bilmir. Nə atası, nə
də qayınatası ona lazım olan məbləği borc vermirlər. Yalnız
yerli biznesmenlərdən biri bu işdə ona köməklik göstərir.
Müharibədə qazandığı uğurlara görə ona briqada gene-
ralı rütbəsi verilir. Onun rəhbərliyi altında İttifaq qoşunları
Kentukkini tutduqdan sonra Linkoln Qranta general-mayor
rütbəsi verir. Bu uğurlara baxmayaraq yenə də çoxlu spirtli
içki qəbul etməkdə davam edir. Onun alkoqolik olub-olma-
ması indi də mübahisəli olaraq qalır. Hər halda, döyüşlərdə
qazandığı qələbələrə baxmayaraq, hərbi rəhbərlik onun or-
dudan azad edilməsini tələb edir.
1862-ci ildə İttifaq tərəfdarlarının vəziyyəti qənaətbəxş
olmadığı üçün Linkoln Qrant kimi bacarıqlı generalla vi-
dalaşmağa risk etmir. 1863-cü ildə Viksberq yaxınlığındakı
böyük qələbədən sonra prezident Qrantı Missuri dairəsinin
Ali Baş Komandanı təyin edir. O, hərbi əməliyyatların
keçirilməsində öz məntiqi dəqiqliyi, inadkarlığı ilə digər
generallardan üstün idi. Qrantın ordusu yüksək hərbi əxlaq
nümayiş etdirirdi. 1864-cü ildə Konqres ona general-ley-
tenant rütbəsi verir, bir az sonra isə prezident fərmanı ilə
Qrant İttifaq qoşunlarının Ali Baş Komandanı təyin edilir.
Bu təyinat müharibədən sonra da qüvvədə qalmışdır. 1866-
cı ildə Konqres ona ordu generalı rütbəsi verir.
Müharibə ona həyatda öz yerini göstərdi və böyük
şöhrət gətirdi. Onun xalq arasında populyarlığı respublika-
çı siyasətçilərin diqqətindən yayınmadı. Prezident Conso-
nun yeritdiyi daxili siyasi kursla razılaşmaması Qrantı eyni
Dostları ilə paylaş: |