Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

112
Amerika prezidentləri
zamanda siyasi liderə çevirdi. Heç bir partiyanın üzvü ol-
masa da, 1868-ci il prezident seçkilərində respublikaçıların 
namizədi oldu. 
Qrantın əsasən Cənubun rekonstruksiyasını özündə eh-
tiva edən seçkiönü proqramı əhali arasında rəğbətlə qarşı-
lanırdı. O, seçkilərdə 52,7% səs toplayaraq demokratların 
namizədi Horasio Seymura qalib gəldi.
Ölkənin siyasi mühitinə bir o qədər də bələd olmaması 
ona kabineti qurmaqda mane olur. Qrant əsasən yerlilərinə, 
bir də keçmiş xidmət yoldaşlarına üstünlük verir. Yalnız 
dövlət katibi təyin edilmiş Hamilton Fiş bacarıqlı diplomat 
kimi özünü təsdiq edir.
Qrantın prezident seçilməsi radikal respublikaçıların 
mövqeyini möhkəmlətdi. Prezident onların Cənubun re-
konstruksiyası haqda tələbləri ilə razılaşaraq, Konstitusiya-
ya zəncilərə seçki hüququ verən 15-ci düzəlişi təsdiq etmiş, 
qanun 30 mart 1870-ci ildən qüvvəyə minmişdir.
Qeyd edək ki, quldarlığın ləğv edilməsi yeni problemin 
- irqi ayrı seçkiliyin yaranmasına səbəb oldu. Qrant admi-
nistrasiyasının radikal addımlarına baxmayaraq, Cənubda 
mühafi zəkar qüvvələr quruculuq işlərinə maneələr törə dir-
dilər. Xüsusilə  də Ku-kluks-klan təşkilatlarının azğınlığına 
qarşı Federal hakimiyyət ciddi tədbir görə bilmirdi. Prezident 
isə problemlərin formal həllindən razı idi.
Vətəndaş Müharibəsinin yaratdığı iqtisadi problemlər 
həllini gözləyirdi.  İqtisadi-maliyyə biliklərinin olmaması 
Qranta çətinlik törədirdi. Xüsusilə rüsumlarla bağlı mə sə-
lələri həll edə bilməməsi seçiciləri məyus etdi. Qərb fer-
merləri müharibə  ərəfəsində  təyin edilmiş yüksək rüsum-
ların azaldılmasını  tələb edirdilər. Seçki öncəsi rüsumla-
rın 10 %-lik endirilməsi haqqında verilmiş  vəd də yerinə 
yetirilmədi.
Qrantın məhsuldar işləməsinə  bəzi ciddi maneələr 
vardi. Korrupsiyaya uğramış, yalnız öz mənafeyini güdən 


113
Amerika prezidentləri
rüşvətxor məmurlar aparatı ona qarşı çıxırdı. Prezident bu 
sahədə  əsaslı islahatlar keçirməyə  cəhd göstərərək xüsusi 
komissiya yaradır. Lakin komissiyanın dörd illik yarıtmaz 
fəaliyətindən sonra qurum buraxılır. Konqreslə qarşıdurma-
ya getmək istəməyən Qranta qarşı partiyadaxili müxalifət 
formalaşır.
Özlərini liberal respublikaçılar adlandıran fraksiya, 
hətta növbəti prezident seçkilərinə öz namizədini irəli sü-
rür. Lakin seçkiönü kompaniyanı düzgün qura bilməmələri, 
xüsusilə yetkin proqramın yoxluğu Qrantın ikinci müddətə 
seçilməsinə şərait yaradır. 
Qrantın ikinci prezidentlik müddəti bəzi skandallarla 
yadda qalıb. Onun adı hər hansı bir qalmaqalda bilavasitə 
hallanmasa da, yaxın  ətrafından bəzi səlahiyyət sahibləri 
korrupsiya və rüşvətxorluqda suçlandırılır. Hətta vitse-prezi-
dent Henri Uilson Sakit Okean dəmiryol xəttinin tikintisində 
böyük məbləğdə dövlət vəsaitinin mənimsənilməsində itti-
ham edilir.
Xarici siyasət sahəsində Qrant administrasiyası  bəzi 
xırda uğurlar əldə edib. Onun fəaliyyətə başladığı ərəfədə 
ABŞ-la İngiltərə arasında münasibətlər gərgin idi. Sonun-
cunun müharibə vaxtı  Cənuba yardım göstərməsi buna 
zəmin yaratmışdı. İnsidenti həll edən Beynəlxalq Arbitraj 
Məhkəməsi İngiltərənin ABŞ-a 15 milyon dollar ödəməsi 
qərarını çıxarır. Dövlət katibi H.Fişin məsələyə düzgün ya-
naşması ingilis hökumətinin məhkəmə qərarına tabe olması 
ilə sonuclanır.
ABŞ-ın Kubaya olan mübahisəli münasibəti həllini tap-
mır. Bəzi qüvvələr adada ispan ağalığına son qoymaq üçün 
Birləşmiş Ştatların hərbi müdaxiləsini tələb edirdilər. Səbəb 
olaraq Kubada qulların azad edilməsi göstərilirdi. İdeyanın 
əsas tərəfdarı Qrantın yaxın dostu, hərbi nazir Con Rollinz 
olsa da, H.Fiş və xarici komissiyanın rəhbəri Çarlz Samner 
prezidenti bu fi kirdən daşındırırlar.


114
Amerika prezidentləri
Bütün tənqidlərə baxmayaraq Qrant üçüncü müddətə 
seçilmək istəyir. Maraqlı haldır ki, Qrantı buna vadar edən, 
sadəcə şəxsi maddi problemləri olub. Heç bir gəlir mənbəyi 
olmayan prezidenti Ağ Evi tərk etdikdən sonra hansı vəsait 
hesabına yaşayacağı narahat edirdi. Lakin Nümayəndələr 
Palatası onun bu istəyinə qəti rədd cavabı verir, əsası ölkə-
nin baniləri tərəfi ndən qoyulmuş  ənənənin pozulmasına 
razı olmur. 
Prezidentlik müddəti bitdikdən sonra Qrant tədricən 
siyasətdən uzaqlaşır. Dostlarının maddi köməyindən ya-
rarlanaraq Nyu-Yorkda mülk alır və orada yaşayır. Məşhur 
sənayeçi Uilyam Vanderbiltin 150.000 dollar krediti hesa-
bına açdığı makler fi rması iki il sonra müfl is olur. Bu zaman 
xərçəng xəstəliyindən əzab çəkən eks-prezident Mark Tve-
nin ona memuarlarını yazmaq təklifi ni qəbul edir. Yazdığı 
kitabı bitirdikdən iki həftə sonra 23 iyul 1885-ci ildə Nyu-
Yorkdakı Maunt Mak-Qreqor malikanəsində vəfat edir.
General Qrantın yazdığı memuar tezliklə bestsellərə 
çevrilmiş və ailəsinə 450.000 dollar həcmində gəlir gətir-
mişdir.


115
Amerika prezidentləri
RAZERFORD B.HEYS
(RUTHERFORD B. HAYES) 
(1877-1881)
Razerford Börçard Heys 4 oktyabr 1822-ci ildə Ohayo 
ştatının Delaver şəhərində anadan olmuşdur. O hələ dünya-
ya gəlməmiş əcdadlari 1680-ci ildə Şotlandiyadan Ameri-


116
Amerika prezidentləri
kaya köçərək Konnektikutda məskunlaşan atası vəfat edir. 
Razerford varli dayısı Sardis Börçardın maliyyə köməyilə 
yaxşı təhsil alır. 1842-ci ildə Hempşirdəki Kenyon kollecini 
bitirərək Kolumbusdakı vəkillər kontorunda praktika keçir. 
Üç il sonra isə Harvard Universitetinin hüquq fakültəsində 
təhsilini başa vuraraq, dayısına məxsus vəkillər kontorun-
da işləməyə başlayır. Çox keçmir ki, Heys Sinsinnatiyə 
köçərək, burada öz kontorunu açır.
Heys 1852-ci ildə Virciniya plantatorunun qızı Lüsi 
Uorren Uebblə ailə  həyatı qurmuş  və onların beş övladı 
olmuşdur. Yüksək savada və geniş dünyagörüşünə malik, 
quldarlığın qəti əleyhdarı olan xanım Heys həyat yoldaşının 
siyasi baxışlarının formalaşmasına ciddi təsir göstərmişdir.
XIX  əsrin 50-ci illərində ölkədə baş verən siyasi 
çəkişmələr Heysi siyasi fəaliyyətə sövq edir və o, respub-
likaçılar partiyasına üzv olur. Lakin onun konqresin üzvü 
olmaq cəhdi uğursuzluqla nəticələnir. Bundan sonra Heysə 
Hamilton qrafl ığı Məhkəməsinin sədri vəzifəsi təklif edilsə 
də, maaşın az olmasına görə bu təklifdən boyun qaçırır. 
1858-ci ildə Sinsinnati şəhərinin hüquq müvəkkili seçilir.
Bir çox müasirləri kimi Heys də Vətəndaş müharibəsində 
fəal iştirakıyla özünə karyera qazanmışdır. Müharibəyə 
Ohayonun könüllülər alayında mayor kimi başlayaraq bri-
qada generalı rütbəsinədək yüksəlmişdir. Bu ərəfədə onun 
siyasətə marağı daha da artır. Nüfuzlu naşir Uilyam Hen-
ri Smitin böyük köməyi nəticəsində Heys, 1864-cü ildə 
Nümayəndələr Palatasına seçilir. Burada o, radikal respub-
likaçı olaraq Cənub  ştatlarının rekonstruksiyası  tərəfdarı 
kimi çıxış etmişdir. Lakin o, keçmiş konfederatların aman-
sız cəzalandırılmasının əleyhinə idi. Digər tərəfdən Kons-
titusiyaya afro-amerikalılara vətəndaşlıq və seçki hüququ 
verilməsini özündə ehtiva edən 14 və 15-ci düzəlişləri 
birmənalı olaraq dəstəkləyir. Siyasətlə yanaşı elmi-icti-


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə