122
Amerika prezidentləri
məşğul olmuş, xüsusilə neftli torpaqların alqı-satqısından
böyük qazanc əldə etmişdir.
1877-ci ildən Ohayo ştatını senatda təmsil edir. Üç il
sonra isə respublikaçıların milli konventində iştirak edərək
növbəti prezident seçkilərinə Con Şermanın namizədliyini
dəstəkləyir. Lakin namizəd məsələsində partiyada yekdillik
yox idi. Fraksiyalararası barışdırıcı variant kimi Qarfi ldin
namizədliyi irəli sürülür. Bu namizədlik prezident Heys
tərəfi ndən də müdafi ə olunurdu.
Qarfi ld özünün başlıca vəzifəsini partiyanın mono-
litliyinin bərpa edilməsində görürdü. Məhz bu məqsədlə
partiya daxilində böyük nüfuza malik Çester Artur vitse-
prezidentliyə namizəd göstərilir. Digər tərəfdən seçki
kompaniyasının uğurlu alınması üçün, Qarfi ld bir çox
xoş məramlı səfərlər edir. Bununla o, xüsusilə partiyanın
qüdrətli Nyu-York qanadının dəstəyini qazanmaq məqsədi
güdürdü.
1880-ci ilin noyabrında keçirilən seçkilərdə C.Qarfi ld
48,5 % səs toplayaraq prezident seçilir. O, demokratların
namizədi Uinfi ld Skotdan yalnız 0,4 % çox səs alsa da,
seçimçilər kollegiyasında daha böyük üstünlük əldə edir
(214: 155) .
Qarfi ld kabineti qurarkən partiyadaxili qruplaşmala-
rın fövqündə durmuşdur. Dövlət katibi vəzifəsinə parti-
yanın Nyu-York qanadından olan nüfuzlu senator Rosko
Konklinqin deyil Ceyms Bleynin təyin edilməsi birincinin
prezidentə qarşı çıxmasına səbəb oldu. Konklinq və Nyu-
Yorkdan olan digər senator Tomas Platt prezidentin kadr
siyasətinə etiraz olaraq konqresdəki yerlərindən imtina
etdilər. Qarfi ldin himayədarlıq sistemi üzərindəki qələbəsi,
prezidentin müstəqil mövqeyini möhkəmlətmiş, prezident-
lik institutunun nüfuzunu artırmış oldu.
123
Amerika prezidentləri
Qarfi ld bir çox sahələrdə, o cümlədən poçt xidməti,
maliyyə, hərbi sahədə islahatlar keçirmək niyyətində idi.
Lakin bu təşəbbüslərin heç birini axıradək reallaşdırmaq
ona nəsib olmadı. 2 iyul 1881-ci ildə prezidentə sui-qəsd
oldu. Dövlət katibi və iki oğlu ilə Vaşinqton-Pensilvaniya
vağzalında olarkən, Qarfi ld Çarlz Gitonun açdığı atəşdən
ağır yaralanır. Gito öz hərəkətini belə izah etmişdi: «Mən
partiyanın sadiq üzvüyəm və indi Artur prezidentdir». 1881-
ci il sentyabrın 19-da prezident aldığı yaralardan vəfat etdi.
Öldürülməyəcəyi halda Qarfi ldin prezidentliyi necə
olacağını demək çətindir. Buna baxmayaraq, vaxtilə Lin-
kolnun şəxsi katibi olmuş Con Hey, onu son əlli ildə seçil-
miş prezidentlərin ən bacarıqlısı hesab etmişdir.
124
Amerika prezidentləri
ÇESTER ARTUR
(CHESTER A. ARTHUR)
(1881-1885)
Qarfi ld vəfat etdiyi günün səhəri vitse-prezident Çester
Artur prezident səlahiyyətlərinin icrasına başladı. O, ABŞ
tarixində uğursuz prezidentlərdən hesab edilir. Dəbdəbəli
həyata meylli olan, bir çox inzibati vəzifələrdə çalış-
mış Ç.Arturun heç vaxt prezidentlik iddiası olmamışdır.
125
Amerika prezidentləri
Müasirlərindən birinin «Çester Artur ABŞ prezidentidir,
İlahi özün kömək ol!» – deməsi heç də təsadüfi deyil.
Çester Artur 5 oktyabr 1830-cu ildə Vermont ştatının
Fearfi ld şəhərində ruhani ailəsində dünyaya gəlmişdir.
Atası Uilyam Allen Artur İrlandiyada anadan olmuş, gənc
yaşlarından Amerikaya köçmüşdü. İbtidai təhsilini Yunion-
Villicdəki xüsusi məktəbdə alan gələcək prezident, sonra
Yunion-kollecə daxil olur. Kolleci əla qiymətlərlə başa vu-
raraq Kahouzdakı xüsusi məktəbdə əvvəl müəllim, sonra isə
direktor işləyir. Boş vaxtlarında hüquq elmlərini müstəqil
öyrənərək, Nyu-York vəkillər kollegiyasına daxil olmağa
hazırlaşır. Qısa müddətə Kanzasa köçsə də yenidən Nyu-
Yorka qayıdır. 1859-cu ildə varlı gəmi kapitanının qızı Elen
Luis Herndonla ailə həyatı qurur.
Respublikaçılar partiyası yaradıldığı ilk günlərdən par-
tiyanın üzvü olur. Bu onun uğurlu siyasi karyerasının baş-
lanğıcı idi.
Partiyanın Nyu-York şöbəsinin sədri Turlou Uid və qu-
bernator Edvin Morqanla isti münasibəti 1861-ci ildə onun
Nyu-York ştatının general-kvartirmeyestri təyin olunması
ilə nəticələnir. Növbəti il qubernator seçkilərində Morqanın
məğlub olması Arturun da vəzifəsindən getməsinə səbəb
olur. Öz fəaliyyətini partiyada davam etdirir və tezliklə
Nyu-York şöbəsində partiya icraiyyə komitəsinə üzv se-
çilir. Onun siyasi karyera etməsində partiyanın nüfuzlu
funksionerlərindən olan Rosko Konklinqin əhəmiyyətli
təsiri olmuşdur.
1871-ci ildə prezident Qrant onu Nyu-York gömrüyünə
rəis təyin edir. İllik 840 milyon dollar gömrük rüsumları-
na nəzarət edən, 1000-ə yaxın iş yerinə malik idarə rəhbəri
olmaq çoxlarının arzusu idi. Təəssüfl ə qeyd etməliyik ki,
Ç.Artur vəzifəsindən sui-istifadə edərək bir çox qanunsuz-
luqlara yol verir. Gömrük rüsumlarının mənimsənilməsi,
vəzifələrin satılması hesabına külli miqdarda gəlir əldə edir.
126
Amerika prezidentləri
O, bu sərvətlərin hesabına özünə cah-cəlallı həyatı təmin
etməklə yanaşı, ölkənin siyasi arenasında mövqeyini daha
da möhkəmlədir.
Çox keçmir ki, Artur vəzifəsindən uzaqlaşdırılır. Dövlət
xidməti sahəsindəki total rüşvətxorluq islahatlar keçiril-
məsini, mühüm vəzifələrə daha bacarıqlıların təyin olun-
masını zəruri edirdi. Nyu-York gömrüyü ölkəni bürüyən
korrupsiyaya biabırçı nümunə idi. Prezident Heys 1878-ci
ildə Artur və gömrükdə çalışan digər məsul işçiləri tutduq-
ları vəzifədən azad edir. Lakin növbəti prezident seçkiləri
göstərir ki, gömrük biabırçılığı Arturun siyasi imicinə o
qədər də xələl gətirməyib. 1880-ci ildə keçirilən seçkilərdə
respublikaçı Qarfi ld prezidentliyə o isə vitse-prezidentliyə
namizəd göstərilir. Qarfi ldin seçkilərdə qələbə qazanması
ilə Artur yenidən federal hökumətə daxil olur. Qarfi ld sui-
qəsd nəticəsində aldığı yaralardan vəfat etdiyi günün səhəri
o, prezident səlahiyyətlərinin icrasına başlayır.
Qarfi ldin öldürülməsi ona olduqca pis təsir etmiş-
di. Bəlkə bu səbəbdən onda ciddi dəyişikliklər baş verir.
Gözlənildiyinin əksinə olaraq, Artur, çox da təmiz olma-
yan keçmişindən üz çevirərək, himayədarlıq siyasətindən
əl çəkir. Yeni qurulan kabinetdə vəzifə bölgüsü apararkən,
üstünlüyü kadrların partiyadakı nüfuzuna deyil, onların ba-
carıq və qabiliyyətinə verir. Yeni korrupsiya mənbələrinin
yaranmasına rəvac verəcək dövlət vəzifələrinin təsis edil-
məsini özündə ehtiva edən federal qanunlara veto qoyması
bəzi partiya bosslarının ondan narazı qalmasına səbəb olur.
Federal administrasiyada aşkarlanan digər korrupsiya hal-
ları, Arturu 1883-cü ildə dövlət xidmətinin yenidən təşkili
haqqında qərar layihəsini dəstəkləməyə vadar edir. Bu qərar
layihəsinə əsasən dövləti vəzifələrə təyinatlar himayədarlıq
prinsipinə deyil, layihədə əksini tapmış prosedura uyğun
aparılmalı idi.
Dostları ilə paylaş: |