Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

68
Amerika prezidentləri
müvəffəqiyyətlə həll edir. 1837-ci ilin qışında Niaqara ça-
yında, 1838-ci ilin qışında isə  şimal-şərq sərhəd zolağın-
da  İngiltərəylə, hər ikisi müharibə ilə  nəticələnə biləcək 
qarşıdurma yaranır. Hər iki halda general Uinfi ld Skottun 
rəhbərliyi altında qoşunları Kanada ilə  sərhəd bölgəsinə 
göndərən prezident ona münaqişədən yayınmaq və dostluq 
münasibətləri yaratmağı tapşırır. Bununla o, nəinki labüd 
müharibənin qarşısını alır, eyni zamanda Birləşmiş Ştatlar-
la Kanada arasında mübahisəli sərhəd problemini birdəfəlik 
həll edir.
Təəssüf ki, Van Buren bu uğurlardan səmərəli yarar-
lana bilmir. 1840-cı il seçkilərində demokratların güclü 
köməyinə baxmayaraq viqlər partiyasının nümayəndəsi 
Uilyam Harrisona məğlub olur. Ümumi səsvermədə 46,8 % 
səs toplasa da, seçimçilər kollegiyasındakı səsvermədə pis 
nəticə göstərir (60: 234).
Belə ağır məğlubiyyətə uğraması onu heç də ruhdan sal-
mır. Nyu-Yorkdakı fermasında yaşayan Van Buren yenidən 
siyasətə qayıtmaq haqqında düşünür. Bu məqsədlə 1842-
ci ildə Birləşmiş Ştatlara səfərə çıxır. Lakin Texasın ilhaq 
edilməsinin  əleyhdarı olması onun 1844-cü il prezident 
seçkilərində qələbə çalacağını şübhə altına salır və demok-
ratlar ehtiyat varianta əl ataraq C.Polkun namizədliyini irəli 
sürürlər.
Van Buren yenidən öz malikanəsinə çəkilir. C.Polkun si-
yasi xəttinin cəmiyyətdə birmənali qarşılanmaması, quldar-
lığın ləğvi ilə əlaqədar partiya daxilində ikitirəliyin yaran-
masına biganə qala bilməyən qoca siyasətçi 1848-ci il pre-
zident seçkilərində namizədliyini irəli sürür. O, seçkilərdə 
yalnız üçüncü yeri tutsa da, nəticədən razı idi. Məhz onun 
sayəsində quldarlıq problemi ilk dəfə olaraq seçkiönü 
mübarizənin əsas amilinə çevrilirdi. Bu, eyni zamanda Şi-
mal və Cənub arasında münaqişələrin başlanmasına rəvac 


69
Amerika prezidentləri
vermişdir. Quldarlığın barışmaz əleyhdarı olan Van Buren 
ümumilikdə 10 % səs toplasa da Cənub ştatlarında bir səs 
belə ala bilmir.
Bu, Van Burenin milli siyasətdə sonuncu böyük çıxı-
şı idi. 1853-55-ci illərdə Avropaya səyahətə  çıxır və eyni 
zamanda tamamlaya bilmədiyi bioqrafi yasını yazmaqla 
məşğul olur. Burada o, siyasi partiyalara və müasir partiyalı 
dövlətə olan inamını bir daha təsdiq edir.
Ömrünün son illərini Kinderhukdakı Lindenvald 
mali kanəsində keçirir. O, 24 iyul 1862-ci ildə, vətəndaş 
müharibəsinin qızğın vaxtında vəfat edir. 


70
Amerika prezidentləri
UİLYAM H.HARRİSON 
(WILLIAM H. HARRISON)
(1841-1841)
XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış in-
gilis  əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, 
varli quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək 
prezidentin atası Bencamin Harrison İstiqlaliyyət 
Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781-84-cü 
illərdə isə Virciniya qubernatoru olmuşdu.


71
Amerika prezidentləri
Britaniya vətəndaşı kimi doğulmuş sonuncu prezident 
Uilyam Henri Harrison 1783-cü il 9 fevralda Virciniyanın 
Çarlz-Siti şəhərində dünyaya gəlib. Elmə xüsusi marağı ilə 
seçilməyən balaca Uilyam ibtidai təhsilini yerli Hempton-
Sidni kollecində alır. Kolleci bitirən  ərəfədə atasını itirən 
Uilyam ailənin digər üzvlərinin təkidi ilə tibbi təhsil almaq 
üçün Filadelfi yaya  göndərilir. 17 yaşlı Harrison Kvaker-
Sitidə tibb kollecinə daxil olur. Lakin növbəti il kollecdən 
çıxaraq hərbçi olmağa qərar verir.
1791-ci ildə orduya daxil olan gənc Harrison Virciniya 
qubernatoru R.H.Linin himayədarlığı ilə ABŞ ordusunun 
praporşiki olur. 22 yaşında ikən daşınmaz əmlak ticarətçisi 
və hakim Con Simmsin qızı Anna Tothil Simmslə ailə qu-
rur. Gələcək karyerasında əhəmiyyətli rol oynamış uğurlu 
nikahdan onun doqquz övladı olmuşdur. Qeyd edək ki, oğlu 
Con Skott hələlik prezident oğlu və atası şərəfi nə nail olmuş 
yeganə amerikalıdır. Belə ki, Con Skottun oğlu Bencamin 
Harrison 1888-ci ildə ABŞ prezidenti seçilmişdir.
23 illik hərbi karyerası ərzində əsasən hindularla çox-
sayli döyüşlərdə iştirak edərək general-mayor rütbəsi alır. 
1811-ci ildə Tippekenu-Krik yaxınlığında hindularla aparı-
lan amansız döyüşlərdəki qələbəsi ona «Qoca Tippekenu» 
ləqəbini qazandırır. Hərbi nazirlə arasındakı ixtilafl ar 1814-
cü ildə onun istefasıyla sonuclanır.
İstefadan sonra siyasətlə məşğul olur. Əvvəl Ohayo şta-
tının Nümayəndələr Palatasında, sonra ştatın Vaşinqtonda, 
senatda nümayəndəsi kimi fəaliyyət göstərir. Adams ad-
ministrasiyasında dövlət katibi olan H.Kley 1828-ci ildə 
onu Kolumbiyaya səfi r göndərir. Harrisonun səfi rliyi uzun 
çəkmir, yeni seçilən prezident Cekson onu geri çağırır və 
Harrison Ohayodakı Bend fermasına qayıdır.
Böyük külfətini dolandırmaq məqsədilə 1834-cü ildə yer-
li məhkəmədə katib işləməyə başlayır. 1836-cı il prezident 
seçkilərində Kley onun xalq arasında milli qəhrəman nüfu-


72
Amerika prezidentləri
zunu nəzərə alaraq, viqlərin namizədi olmasına köməklik 
göstərir. Harrison seçkilərdə viqlərin üç namizədindən biri 
olur. Köhnə siyasət ustası, şöhrətpərəst Kleyin üç namizədlə 
seçkilərə getməkdə məqsədi, 12 il əvvəl olduğu kimi, de-
mokratların nümayəndəsi Van Burenə zəruri minimum səs 
toplamaqda mane olmaq, seçkiləri Nümayəndələr Palatası-
na keçirmək idi. Lakin Van Burenin inamlı qələbəsi Kleyin 
məqsədini puç etdi.
1840-cı il seçkilərində Van Burenin iqtisadi böhran 
səbə bindən nüfuzunu itirməsi viqlərə  qələbə imkanı yarat-
dı. Partiyanın namizədi olmaq istəyən Kley partiyadaxili 
müxalifətin ona mane olması səbəbiylə bu dəfə də istəyinə 
çatmır və partiyanın Harrisberqdə keçirilən konventində keç-
miş seçkilərdə təcrübə toplamış Harrison namizəd göstərilir.
Bu dəfə tale üzünə gülür və o, böyük üstünlüklə prezi-
dent seçilir. Lakin seçkilər Harrisonun qələbəsindən daha 
çox M.Van Burenin acınacaqlı məğlubiyyəti ilə yadda qal-
mışdır. İqtisadi böhranın qarşısını ala bilməməsi ona inamı 
azaltmış, hətta doğma ştatı Nyu-Yorkda belə seçkiləri uduz-
muşdu.
U.H.Harrison ABŞ prezidentlik tarixinə bir neçə re-
kord yazmışdır. Onların heç də hamısı müsbət işarəli olma-
mışdır. Əvvəla o, prezident seçilmiş ən yaşlı (67 yaş) şəxs 
idi (Onun bu rekordunu 1980-ci ildə prezident seçilən 70 
yaşlı R.Reyqan təzələdi).  İkincisi, onun prezidentliyi çox 
qısa, vur-tut bir ay sürmüşdür.  İlk dəfə olaraq prezident, 
səlahiyyətlərini icra edərkən vəfat edir. 4 mart 1841-ci ildə 
qeyri-adi, saatyarımlıq inauqurasiya nitqi söyləyir. Soyuq 
və rütubətli mart havası  səhhətinə  mənfi   təsir göstərir və 
o, sətəlcəm olur. Bir ay sonra 4 aprel 1841-ci ildə elə bu 
xəstəlikdən də vəfat edir.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə