Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə22/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   18   19   20   21   22   23   24   25   ...   110

gələnlər sayəsində yayılmışdır. Tarixi sənədlərə görə 1916-cı ildə
Buryatiyada 16 min  Lama yaşayırdı. Hazırda da Kalmıkiya, Burya-
tiya və Tuvada lamaistlərin icmaları mövcuddur.
Tibeti tərk etmiş lamalar ABŞ-da məskunlaşmaqla öz icmalarını
da yaratmışlar. Sadalanan məsələlərlə yanaşı,qeyd edilməlidir ki,
günümüzdə dinin sonu, onun tacı olan İslam insanlar arasında daha
çox qəbul ediləni, daha çox yayılanıdır və əvvəl-axır bütün insanlar
İslamı qəbul etməlidirlər.
6 .   D A O S İ Z M
6 .   D A O S İ Z M
Daosizm Çin alimləri tərəfindən ortaya atılmış bir məsələdir.
Sonralar filosoflar, daha sonra isə ilahiyyatçılar tərəfindən mənim -
sənilərək bir sıra fəlsəfi və dini təlimlər yaratmışlar. Deyilən
təlimlərdən biri də dini daosizmdir. Təlimin banisi təqribən e. ə. VII
əsrdə yaşamış Lao-tszidir. Deyimlərə görə anası ona günəşdən nur
alan mirvarini udmaqla hamilə olmuş, hamiləlik dövrü 81 il çəkmiş
(hansı təqvimlə məlum deyil) və o, qoca doğulmuşdur. Elə bu
hadisədən də onun adı əmələ gəlib. Mənası isə - yəni Lao-tszi  “Qoca
körpə”  deməkdir. Lao-tszi 160 yaşında tərki-dünya həyat sürməyə
başlayır və ölkənin qərbindəki dağlara üz tutur. Lao-tszi öz təlimini
beş min heroqlif şəklində yazmışdır ki, bu da Dao de tszin –yol,
istiqamət, yaxud fəzilət kitabı kimi dərk edilib.
Dao yol, qanun mənasını versə də, əslində onu təkcə bu mənada
qiymətləndirmək düz olmazdı. Çünki, o, adsız, naməlum, gözə -
görünməz, eşidilməz, formasız substansiyadır, hər zaman və hər şey
üzərində qeyri-məhdud hakimiyyətə malik olandır. O, heç kəs
tərəfindən yaradılmamışdır, ancaq bütün mövcudat ondan doğur,
törəyir. Bu təlimə görə Dao-nu dərk etmək, ona qovuşmaq insanın
yaşam qayəsi olmalıdır. O, nur saçır və de fəzilət şəklində təcəlli edir.
Daosizmin ardıcılları özlərini bəzi psixofiziki təmrinlər vasitəsilə
tərbiyə etməklə, şəfaverici otlar qəbul etməklə ruhlarını və cisimlərini
dao ilə həmahəng hala gətirə biləcəklərinə və daoya qovuşa
69
Ziyadxan NƏBİBƏYLİ


biləcəklərinə etiqad edirlər. Bununla yanaşı mövcud daosist dini
qruplar Syan-daosizm – Ölməzlərin daosizmi məfkurəsi ətrafında
birləşirlər, daosizmin mahiyyətini çox tanrılara və əcdadların ruhla-
rına sitayiş təşkil edir. Daosistlər Lao-tszini və təqribən e. ə. 2697-
2597-ci illərdə Çində hökmranlıq etmiş Sarı İmperatoru tanrılar kimi
qəbul edir, onların göyə çəkildiklərinə və ölməzlik qazandıqlarına
inanırlar. Daosizmə görə, hər hansı bir şey yaradan, cəmiyyətə fayda
verən, vətən yolunda ölən hər bir şəxs “Şen” olur  - yəni tanrıya çev-
rilir və odur ki, ona sitayiş edilməlidir. Bunlarla yanaşı Daosizm öz
ardıcıllarına ruhu bədəndən ayırmağın mümkün olduğuna inanırlar.
Lakin, bunu elə etmək gərəkdir ki, ruh istər ölümdən qabaq və istərsə
də ölümdən sonra sərbəst fəaliyyət göstərə bilsin. Daosizmə görə Tsi-
həyat qüvvəsi ölməzliyə istiqamət verir. Əbədi olmaq sağlamlığın
qayğısına qalmaqla, qocalma prosesini ləngitməklə, xəstəlik və izti-
rabın nə olduğunu bilməyən bir həyat yaşamaqla, başqalarına yük ol-
mayan bir ölümlə bağlıdır. Ölümsüzlük fiziki həyatın sonsuzluğa
qədər davam etməsi mənasında deyil, əbədi həyat mənasında qavra-
nılır.
7 .   K O N F U T S İ Ç İ L İ K
7 .   K O N F U T S İ Ç İ L İ K
Çində özünə vüsət tapmış və ən geniş yayılmış dindir. Konfutsi-
çilik dininin banisi qədim Çin mütəfəkkiri Konfutsi olub, yeni eradan
əvvəl 551-479-cu illərdə yaşamışdır. Onun əsl adı Kun olmuşdur. Çin
əhalisi ona öz ehtiramlarını ehtiva etmək üçün onu Kun-Fu-tszi, yəni
Müəllim Kun adlandırmışlar. Konfutsi bəzi digər din xadimləri kimi
yaşadığı ölkəni gəzib-dolaşır və öz təlimini təbliğ etməklə məşğul
olurdu.
Bu təlimin əsasını əcdadlara pərəstiş, xüsusi əxlaq fəlsəfəsi və
tam itaətkarlıq prinsipi təşkil edirdi. Konfutsi etiraf edirdi ki, yeni
təlim yaratmamışdır. Sadəcə, qədim müdriklərin və əcdadların
ənənələrini yeni nəsillərə çatdırmaq istəyindədir. Bununla əlaqədar
olaraq onun öz vaxtında qədim mahnılar, rəqslər, tarixi rəvayətlər
70
Əxlaqa aparan yol


haqqında bir çox kitab yenidən redaktə edilərək zamanın ruhuna
uyğun yeni şərhlərlə tədris vasitəsi kimi istifadəyə verilmişdir.
Konfutsiçiliyə görə, baş tanrı Göydür, dinin təbliğatçısı – peyğəmbəri
müdrik Müəllim Kundur. Ölkənin Göy ilə qarşılıqlı münasibətlərində
imperator – “Göy oğlu” xüsusi yer tutur və əslində, o, ölkəni Göyün
adından idarə edir.
O, öz dövrünün əxlaq qaydalarını pisləyirdi. İnsanları mənəvi
gerilikdən qurtarmaq yolunu qədimlərin rəhbər tutduqları prinsipləri
dirçəltməkdə görürdü (əslində türkün Tanrıçılığına söykənirdi). Kon-
futsinin fikrincə, cəmiyyət üzvləri, xüsusilə gənclər cəmiyyətdə
təmənnasız  xidmət əhval-ruhiyyəsi ilə yaşamalıdırlar. Onun  fikrincə
insan birgəyaşayışının ahəngdar şəkildə tənzimlənməsi beş şərtə -
fəzilətə əsaslanmalıdır. İnsanpərvərlik, borc hissi, səmimilik, ədəb-
ərkanlıq və oğulluq ehtiramı kimi əxlaqi keyfiyyətlər əsas olmalıdır.
Onun təbliğ etdiyi fəzilətlər – mənəvi keyfiyyətlər tərbiyə
etməklə bir çox çatışmamazlıqlardan xilas olmaq idi. Bu fəzilətlər
jen, i, çjen, li və syao adlanırdı. 
Jen – Konfutsinin təklif etdiyi əxlaqi keyfiyyətlər arasında ən
mühüm yer tutmaqla, insanpərvərlik mənasını özündə əks etdirir. O.
Bu fəziləti müstəsna dərəcədə çoxşaxəli mənada izah edirdi. Buraya
təvazökarlıq, təmənnasızlıq, qərəzsizlik, insanlara məhəbbət və s.
kimi insani keyfiyyətlər aid edilirdi.Bu keyfiyyətlərə ata ilə oğul,
böyük qardaşla kiçik qardaş, ərlə arvad, yaşlı dostla cavan   dost,
hakimlə rəiyyət arasındakı münasibətlər də daxil idi. Bu, əslində
istənilən cəmiyyəti həmişə düşündürmüş mənəvi istiqamətlərdəndir.
İ – ikinci fəzilətdir. İ – borc hissi, yəni insanın cəmiyyət və Göy
qarşısındakı borc hissi mənasında başa düşülmüşdür. Bu hiss insanda
müəyyən şəraitdə başqa cür deyil, məhz bu cür hərəkət etməyə daxili
yəqinlikdən bəhrələnməlidir. Borc hissi bir qayda olaraq biliklə, ülvi
hisslərlə şərtlənir, heç bir qərəz və ya təmənna ilə bağlı olmamalıdır.
Konfutsiyə görə, nəcib insan həmişə borcu olduğunu düşünməlidir.
Alçaq insan isə ancaq öz xeyrini güdür.
Çjen – Çincə səmimilik mənasını verir. İnsan verdiyi sözün
71
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə