Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə24/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   20   21   22   23   24   25   26   27   ...   110

Napaklıq – tsumi ölüyə toxunmaqla, insanlararasında yaxud in-
sanlarla təbiət arasında pis münasibətlərdən əmələ gələ bilər. Onun
üçün pak olmaq vacibdir. Yaranmış problemləri vaxtında aradan qal-
dırmaq lazımdır. Şəlalənin havası, gecə dağlarda ulduzların seyri in-
sana bərəkət gətirib onu pak edir və bir sıra ayinlərin icrası da bu
paklaşma üçün əsasdır.
Sintoizm bütün tarixi boyu buddizmin və konfutsiçiliyin təsirinə
məruz qalmışdır. Başqa-başqa sektalar sintoizmin tanrılarını buddu-
izmin kosmik qüvvələri ilə barışdırmağa, konfutsiçiliyin qədimliyə
pərəstişini, əxlaq və həyat tərzi qaydalarını Yaponiyada yaymağa ça-
lışmışdır. 1868-ci ildə Yaponiyada güclü Meydzi monarxiyası qu-
ruldu. Bu ildə sintoizm Yaponiyada dövlət dini kimi qəbul edildi. XX
əsrin birinci yarısında sintoizmin nüfuzu artdı, yeni məbədlər tikildi.
Lakin, Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti sin-
toizmin dövlət ideologiyası kimi süqutuna səbəb oldu.
Sintoizm bu gün Yaponiyada yapon dinidir. Onun 80 minə qədər
məbədi var. Hər yeni ildə bu məbədləri 80 milyondan artıq yapon
ziyarət edir. Sintoistlər öz istəklərini ağac lövhə üzərinə yazıb
məbədlərdən asır, kamilərdən xeyir-dua almaq üçün körpələrini do-
ğulduqdan 32-33 gün sonra məbədə gətirirlər.
Hazırda Yaponiyada Sintoizmin mövqeləri xeyli zəifləsə də, bu
dinin məbədləri qalmaqdadır və fəaliyyətlərini davam etdirmək -
dədirlər.
Yaponiyadan kənarda sintoizm ancaq Havayda və Braziliyada
yayılmışdır ki, bu da həmin ərazilərdə xeyli yaponun yaşaması ilə
əlaqədardır.
75
Ziyadxan NƏBİBƏYLİ


IV FƏSİL 
Yəhudilik səmavi dindir
1. YƏHUDİLİK TÜRKÜN 
1. YƏHUDİLİK TÜRKÜN 
TANRIÇILIĞINDAN BƏHRƏLƏNİB
TANRIÇILIĞINDAN BƏHRƏLƏNİB
Y
Y
əhudilik Musa peyğəmbər vasitəsi ilə göndərilmiş bir
dindir. Musa peyğəmbərə görə, bu dinə bəzən
musəvilik yaxud mozaizm
də deyilir. Bu gün
yəhudiliyin daşıyıcıları yəhudilərin elə özləridir. İsrail İbrahim
peyğəmbərin nəvəsi Yəqub peyğəmbərin adıdır. Rəvayətə görə, o,
Allahla güləşdiyi üçün “İsrail” – “Allahla güləşən” (Varlıq kitabı,
32:28) adını almışdır. Digər bir rəvayətə görə isə o, Mesopotomiya-
dan qayıtdıqdan sonra Allah ona görünmüş və bu adı vermişdir (Var-
lıq kitabı, 35:9-10).
Yəhudilər Yəqubun on iki nəslindən törədikləri üçün bəni-
İsrail oğulları adlanırlar. Onlar həm də öz dillərinə görə ibranilər
kimi tanınırlar. Yəhudiliyin ehkam və prinsipləri yəhudilərin Tanah,
qeyri-yəhudilərin isə Əhdi-ətiq (yəni qədim əhd) adlandırdıqları ki-
tabda toplanmışdır. Tanah Musanın beş kitabında – Tövratdan,
habelə münsiflərin kitablarından, Davud peyğəmbərin
Zəburundan, Süleyman peyğəmbərin Nəğmələr nəğməsindən və
ibrətamiz kəlamlarından, həmçinin digər kitablardan ibarətdir.
Ümumilikdə Tanah 39 kitabı özündə cəmləşdirir. Bu kitablarda kai-
natın yaradılması, insanlar arasında münasibətlər, əxlaq qaydaları və
76
Əxlaqa aparan yol


sosial dəyərlər, yəhudi patriarxlarının həyatı, Allahla danışan və öz
qövmünü  Misir əsarətindən qurtaran Musa  peyğəmbərin  hekayətləri
geniş işıqlandırılıb. Bu kitabların tarixi təxminən yeni eradan əvvəl
XII-II əsrlərə gedib çıxır. Bu kitablar əsasən qədim ibrani dilində
yazılmışdır.
Yəhudilər Tövratı Tanahın-Əhdi ətiqin ən müqəddəs hissəsi
hesab edirlər. Yəhudilərin Tövrat kitabı Musanın ölümünə həsr olun-
muş şerlər istisna olmaqla büsbütün Allahın vəhy etdiyi və Musanın
daş lövhə üzərində yazdığı müqəddəs mətnlərdən ibarətdir.
Yəhudi dilində Tövrat həm “Rəhbərlik”, həm “Təlim” və həm
də “Beş kitab” mənasında başa düşülür. “Varlıq” adlanan birinci ki-
tabda dünyanın xəlq edilməsindən, ilk insanların – Adəm və
Həvvanın yaradılmasından, tufandan, İsrail oğullarına göndərilmiş
ilk peyğəmbərlərdən bəhs edilir. İkinci kitab – “Çıxış” adlanır 
İsrail oğullarının Misirdən çıxmasından, Musa peyğəmbərdən, ona
nazil edilmiş On Nəsihətdən danışılır.
Üçüncü kitab “Levit” adlanır və söhbət dini ehkamlardan gedir.
Dördüncü kitab – “Saylar”, beşinci kitab – “İkinci qanun” ad-
lanmaqla Misir əsarətindən  qurtulduqdan sonra İsrail oğullarının baş-
larına gələn əhvalatları özündə cəmləyib.
Tövrat ehtiva etdiyi hekayətlər, rəvayətlər, məlumatlar, mahnılar,
atalar sözləri və aforizmlərə görə böyük bir kitabxanadır. Burada
həyatın bütün sahələri üçün nə isə münasib bir şey tapmaq mümkün-
dür.
Əhdi-ətiq kitablarını izah etmək, mənalandırmaq üçün sonralar
Talmud – çoxcildli təfsir kitabı yazılmışdır. Buraya yəhudi qanunları
və yəhudi rəvayətləri toplanmışdır. Talmudun mətnləri yəhudilərin
yazdığına görə e. ə. IV – eramızın Vəsri arasındakı dövrdə yazılmış-
dır. Ümumiyyətlə, vaxtaşırı yəhudilər dini kitablarına və onun
təvsirlərinə “əl gəzdirir”, “müasirləşdirir”, zəmanəyə
“uyğunlaşdırır”lar. Talmud – Tövratı təfsir edir – deməkdir.
Türkün Tanrıçılığında vahid Allah ideyası olmuşdur və ayrı-
ayrı məkanlarda yaşayan türklər Allaha müxtəlif adlar vermişlər və
77
Ziyadxan NƏBİBƏYLİ


yaratdıqlarına sahib çıxmadıqlarından, onlardan sonra yaranan istər
ibtidai dinlər və istərsə də səmavi dinlər Tanrıçılıqdan istənilən qədər
bəhrələnmişlər, bəzən də bu fikirləri özününküləşdirmişlər.
Onu da qeyd etməliyik ki, yəhudiliyə qədər Tanrıçılıq istisna  ol-
maqla heç bir dində vahid  Allah ideyası bu dərəcədə qabarıq şəkildə
ifadə olunmamışdır. Yəhudilik ilk dəfə çoxallahlılıqdan qəti imtina
etmiş, Allahın bir olduğunu təkid etmişdir. Allah bütün mövcudatın
İlkin səbəbidir. O, hər yerdədir, göydə və yerdədir, qaranlıqda və
işıqdadır, hər şeyin fövqündədir. Allahın tayı və bənzəri
yoxdur.O, qüdrətlidir, məlum və naməlumdur, əzəli və əbədidir.
Allah təbiət deyildir, təbiətin yaradanıdır.
Bütün səmavi dinlərdə Allahın bir olduğu söylənilir və “Allahı
sevmək deməkdir” deyilir. Yəhudiliyin insanlara başlıca nəsihəti
Allah sevgisi ilə əlaqəlidir. Allahı sev, Rəbbini bütün varlığınla,
qəlbinlə sev, bu sevgini öz övladlarına da təlqin et.
Yəhudilikdə Əhdi-ətiq göylərin və Yerin, bütün məxluqatın altı
gün içərisində xəlq edildiyindən danışır. Maddi aləmi xəlq etdikdən
sonra Allah – Yahve insanı, əvvəlcə kişini – Adəmi, sonra qadını
– Həvvanı yaradır, onları cənnətdə yerləşdirir, onlara yalnız bir ağa-
cın meyvəsindən yeməyi qadağan edir. Dini rəvayətə görə, bu
meyvədən yeyən insan xeyir və şərin nə olduğunu dərk edəcəkdi. İlan
cildinə girmiş şeytan Həvvanı tovlayır ki, həmin meyvədən dadsın
və Adəmi qadağanı pozmağa təhrik edir. İlk insanlar öz
məsumluqlarını itirir, cənnətdən qovularaq Yer üzünə endirilirlər ki,
burada kişi tər tökə-tökə çörək qazansın, qadın isə ağrı çəkə-çəkə
uşaq doğsun. Çox təəssüflər ki, insanlar unutqanlıq edirlər, Allahı
unudur, Ona ibadətdən uzaqlaşır, küfrə və harama qoşulurlar və
bunun sayəsində Yer üzünü zülm bürüyür. Yalnız Nuh öz salehliyi ilə
fərqlənir və insanları tövbə etməyə, Allaha dönməyə səsləyir. Lakin
onu rədd edirlər. Allah Yer üzündəki canlıları məhv etmək istəyir,
Nuha xəbər verir ki, bir gəmi düzəldib ailəsini və hər məxluqdan bir
cütünü gəmiyə götürsün, sonra tufan göndərir. Ancaq Nuhun
gəmisinə minənlər nicat tapırlar. Sonra Allah əhd edir ki, bir daha
78
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə