Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə187/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   183   184   185   186   187   188   189   190   ...   197

 

 

 



611 

 

rol  oynayır.  Pedaqoji  kollektivdəki  müsbət  psixoloji  iqlim 



məktəbdə  təlim-tərbiyə  iĢinin  yüksək  səviyyədə  həyata 

keçirilməsinə,  kollektiv  üzvlərinin  gümrahlığına,  əhval-

ruhiyyələrinin  yüksək  olmasına,  bütün  sahələrdə  kollektivin 

birliyinə səbəb olur. Müsbət psixoloji iqlim kollektiv üzvlərinin 

əməkdən  zövq  almasına,  optimizmə,  ünsiyyət  sevincinə, 

etibarlılığa  və  s.  kimi  emosional  vəziyyətinin  yaranmasına 

səbəb olur. Ona görə də pedaqoji kollektivdə müsbət, xoĢ psix-

oloji iqlimin yaranması həmin kollektiv üçün ən mühüm cəhət 

hesab  olunur.  Psixoloji  iqlimin  pozulması  üzvləri  bir-birinə 

qarĢı  qoyur,  onlarda  bir-birinə  qarĢı  inamsızlıq,  kinlilik,  iĢə 

qarĢı laqeydlik, müxtəlif münaqiĢələr və s. yaranmasına gətirib 

çıxarır. 

Pedaqoji kollektivdəki psixoloji iqlim bir sıra amillərdən 

asılıdır.  Pedaqoji  kollektiv  cəmiyyətin  bir  hissəsi  olduğuna 

görə,  onun  iqlimi  də  birinci  növbədə  həmin  cəmiyyətin  həyat 

Ģəraiti ilə Ģərtlənir. Pedaqoji kollektivdə bu və ya digər psixolo-

ji  iqlimin  yaranması  məktəb  rəhbərlərinin,  məktəbin  ictimai 

təĢkilatlarının rəhbərlik üslubundan da asılıdır. Əgər məktəb di-

rektoru və onun müavinləri pedaqoji kollektivə rəhbərliyi tələb 

olunan  səviyyədə  keçirərlərsə,  kollektiv  üzvləri  arasında  ayrı 

seçkilik qoymadan onların əməyini düzgün qiymətləndirirlərsə, 

bu, pedaqoji kollektivdə müsbət psixoloji iqlimin yaranmasına 

köməklik göstərir. Pedaqoji kollektivin psixoloji iqliminə kol-

lektiv  üzvlərinin  iĢ  Ģəraiti  də  müvafiq  təsir  göstərə  bilir. 

Nəhayət,  pedaqoji  kollektivdəki  psixoloji  iqlimə  kollektiv 

üzvlərinin özlərinin də təsiri olur. Kollektiv üzvlərində sosial-

psixoloji  uyuĢma,  uyğunluq  yoxdursa  burada  psixoloji 

iqlimdən  də  danıĢmağa  dəyməz.  Bunun  üçün  kollektiv  üzvlə-

rində  Ģəxsiyyətin  bir-birini  qarĢılıqlı  tamamlamaq,  qarĢılıqlı 

yardım,  özünə  qarĢı  yüksək  tənqidilik  və  həmkarına  qarĢı 

dözümlülük  kimi  yüksək  keyfiyyətlər  olmalıdır.  Bəzən 

kollektivdə  yüksək  psixoloji  uyuĢmazlığa  malik  olan 




 

 

 



612 

 

müəllimlərə  də  rast  gəlmək  olur  ki,  onlar  psixoloji  iqlimin 



pozulmasının  əsas  səbəbkarına  çevrilir.  Kollektiv  özünün  bu 

cür üzvlərini tərbiyə etməyə borcludur. 



Pedaqoji  kollektivə  rəhbərlik.  Pedaqoji  kollektivin 

fəaliyyətinin  səmərəliliyi  və  burada  münasib  psixoloji  iqlimin 

yaranması  onun  düzgün  idarə  olunmasından,  baĢqa  sözlə 

rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən bi-

ri  pedaqoji  kollektivə  rəhbərliyin,  onu  idarəetmənin  sosial-

psixoloji  funksiyalarını  həyata  keçirməkdən  ibarətdir.  Həmin 

funksiyalara aĢağıdakıları aid etmək olar: 

Kollektivin  təĢkili,  məqsəd  yönəliĢliyi,  fəallaĢdırılması, 

fəaliyyətinin  təkmilləĢdirilməsi,  kollektivin  birliyinin  təmin 

edilməsi, kollektivdə özünüidarəetmənin inkiĢaf etdirilməsi. 



Kollektivin təĢkili - bu, hər Ģeydən əvvəl, pedaqoji pro-

sesin  tələblərinə  uyğun  olaraq  müəllimlərin  qarĢılıqlı 

münasibətini,  onların  intizamını  qaydaya  salmaqdan  ibarətdir. 

Kollektivin təĢkilinin bilavasitə obyektiv nəticəsi kollektivdəki 

sosial  rolların  persenifikasiyasından  (Ģəxsləndirilməsindən), 

daha  doğrusu  müəllimlərin  seçilməsi  və  yerləĢdirilməsi,  eləcə 

də onların birgə fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir. 

Məqsəd  yönəliĢliyi  -  bu,  pedaqoji  kollektivdə  mövcud 

konkret  fəaliyyət  Ģəraitində  məktəbin  idarə  olunmasının  sosial 

funksiyasının  həyata  keçirilməsinə  yönəldilmiĢ  məqsədlərin 

təĢəkkülündən  ibarətdir.  Kollektiv  və  onun  hər  bir  üzvü 

tərəfindən  qəbul  olunmuĢ  məqsəd  onların  əmək  fəaliyyətinin 

lazım  olan  istiqamətdə  fəallaĢdırılması  üçün  mühüm  zəminə 

çevrilir. 

Kollektivin  fəallaĢdırılması  -  kollektivin  təlim-tərbiyə 

iĢində  yüksək  nəticələr  əldə  etməsinə  yönəldilmiĢ  optimal 

əmək  gərginliyini,  Ģəraitini  yaratmaq  və  müdafiə  etmək. 

FəallaĢdırma  maddi  və  mənəvi  stimul  sistemi  yaratmaq  və 

onların müəllimlərin sərvət meylinə çevrilməsi nəticəsində əldə 



 

 

 



613 

 

edilir.  Pedaqoji  kollektivin  fəaliyyətinin  fəallaĢdırılmasının 



mühüm  Ģərtlərinə:  yerinə  yetirilən  əməyin  kəmiyyət  və 

keyfiyyəti  ilə  onun  qiymətləndirilməsi  həcmi  arasındakı 

asılılığın düzgün müəyyənləĢdirilməsi, müəllimə yüksək, lakin 

yerinə  yetirilə  bilən  tələbin  verilməsi,  onlarda  insani 

münasibət,  borc  hissi  tərbiyə  etmək,  kollektivdə  iĢgüzar 

Ģəraitin yaradılması daxildir. 



Kollektivin  fəaliyyətinin  təkmilləĢdirilməsi.  Fasiləsiz 

olaraq  müəllimlərin  pedaqoji  ustalığını  artırmaq,  kollektivdə 

hər  bir  müəllimi  təlim-tərbiyə  iĢinin  müasir  forma  və 

metodlarını, psixologiya və pedaqogika elminin  nailiyyətlərini 

və qabaqcıl təcrübəni mənimsəməyə, öz Ģəxsiyyətini hərtərəfli 

inkiĢaf  etdirməyə  təhrik  edən  yaradıcılıq  atmosferinin 

yaradılmasından ibarətdir.  

Kollektivin  birliyi  -  müəllimlərin  daxili-psixoloji 

eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir 

və  bir-biri  ilə  bağlı  olan  aĢağıdakı  üç  cəhəti  əhatə  edir:  1) 

Ģəxsiyyətlərarası  inteqrasiya-kollektivin  sosial-psixoloji  struk-

turunun  optimallaĢması,  burada  qarĢılıqlı  anlama,  qarĢılıqlı 

hörmət, yoldaĢlıq və dostluq mühitinin formalaĢması; 2) funk-

sional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ-

rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına 

qarĢı  vahid  müsbət  münasibətlərin  formalaĢması,  kollektiv 

əhəmiyyət daĢıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət 

və rəftarlarını qiymətləndirmək üçün vahid norma və meyarla-

rın  hazırlanması;  3)  təĢkilati  birlik  ─  müəllimlərdə  öz 

məktəblərində  yaĢamaq  və  iĢləmək  ustanovkası,  ona  bağlılıq, 

ondan razılığın təĢəkkülü. 



Özünüidarəetmənin  inkiĢafı  -  müəllimləri  fəal 

idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir 

müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli Ģəkildə təĢkil 

etmək  üçün  zəruri  olan  ictimai  rəyin  təĢəkkülü,  müəllimlərdə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə