Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə55/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   51   52   53   54   55   56   57   58   ...   89
43
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı
olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan
Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinin
qadağan edilməsi ilə bağlı Konstitusiyanın 19‐cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət
təşkil edir.
Bundan başqa, sorğuverənin fikrincə, Mülki Məcəllənin 439.2‐ci maddəsinin “yenidən hesablama
ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” müddəası Konstitusiyanın 149‐cu
maddəsinin VII hissəsinin tələblərinə uyğun olmamaqla fiziki və hüquqi şəxslərin maddi durumuna,
sosial rifah halına mənfi təsir edir.
Sorğuverən həmçinin hesab edir ki, Mülki Məcəllənin 439.2‐ci maddəsinin “yenidən hesablama
ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” müddəası ilə Mülki Məcəllənin 439.7‐ci
maddəsinin “öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir” müddəası
arasında daxili uzlaşmanın olmaması, eyni məsələ ilə bağlı fərqli mövqeyin ortaya çıxmasına səbəb
olur. Bu isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25.1‐ci maddəsinin
“normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına
uyğun olmalıdır” müddəası ilə ziddiyyət təşkil edir. Eyni zamanda, Göyçay rayon Məhkəməsi
icraatında olan mülki iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 439.1, 439.2 və 439.7‐ci
maddələrinin şərh edilməsinin zəruri olması qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət
etmişdir. Müraciətdə göstərilir ki, Mülki Məcəllənin 439.1‐ci maddəsindən fərqli olaraq, həmin
Məcəllənin 439.2‐ci maddəsində tərəflərdən birinin xarici fiziki və ya hüquqi şəxs olduğu halda pul
öhdəliyinin xarici valyutada müəyyənləşdirilməsi birbaşa göstərilmədiyindən, təcrübədə maddi
hüquq normalarının tətbiqində çətinliklər yaranır. Bundan başqa müraciətedənin fikrincə, Mülki
Məcəllənin 439.7‐ci maddəsinin “ödəniş müddəti çatanadək” müddəasının kredit müqaviləsi üzrə
aylıq faizin ödənildiyi günü, yaxud kredit müqaviləsi üzrə borcun ödənildiyi müddəti ehtiva etməsi,
“öhdəliyin əmələ gəldiyi vaxt” dedikdə, aylıq faizlərin ödənildiyi gün, yaxud kredit müqaviləsinin
bağlanıldığı və ya kredit məbləğinin verildiyi günün başa düşülməsi, həmçinin pul vahidinin
dəyərinin (məzənnənin) dəyişilməsi ilə valyuta dəyişməsinin nədən ibarət olması kontekstində şərh
edilməsinə ehtiyac vardır. Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17‐ci maddəsinin I
hissəsinə uyğun olaraq sorğu və müraciət eyni predmetə aid olduğundan bir icraatda birləşdirilmişdir.
Sorğu və müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya əsas norma
və prinsipləri müəyyən etməklə, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil
edir. Bu norma və prinsiplər isə digər qanunvericilik aktlarında inkişaf etdirilir. Bununla əlaqədar
ol
araq, Konstitusiya Məhkəməsinin Plenumu sorğu və müraciətdə qaldırılan məsələlərə dair
Konstitusiyanın və qanunvericiliyin müvafiq müddəalarının təhlil edilməsini zəruri hesab edir. Belə
təhlil isə sorğu və müraciətdə qaldırılan məsələlərin ardıcıllığı qaydasında aparılmalıdır. İlk növbədə,
kreditlərin xarici valyutada verilməsinin Konstitusiyanın 19‐cu maddəsinin III hissəsinə zidd
olub‐olmaması məsələsinə aydınlıq gətirilməlidir.
Konstitusiyanın 19‐cu maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi
manatdır. Həmin maddənin III hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan
başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Bu normanın “pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəası pulun hansı hallarda
ödəniş vasitəsi kimi çıxış etməsinin və ödəniş vasitəsinin hüquqi anlayışının müəyyən edilməsini
tələb edir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına
hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari
ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur. Konstitusiyanın 19‐cu maddəsinin III
hissəsinin tələbi də ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi
kimi işlədilməsini qadağan edir. Bununla belə, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər
tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank
əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında
əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması
Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə