Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə57/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   53   54   55   56   57   58   59   60   ...   89
45
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Həmin maddədə əşyalar üç qrupa ayrılmışdır:
‐ mülki dövriyyədən çıxarılmamış əşyalar;
‐ mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar;
‐ mülki dövriyyədən çıxarılmış əşyalar.
Mülki Məcəllənin 136.2‐ci maddəsində müəyyən edilmişdir ki, mülki dövriyyədə olmasına yol
verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.
Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub
ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, mülki
dövriyyədən çıxarılmış əşyalar isə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən
çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişlər.
Hər iki Qanunda xarici valyutanın Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə
məhdudiyyət qoyulmamışdır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının ərazisində
xarici valyuta ödəniş vasitəsi rolunda çıxış etmədiyi hallarda özgəninkiləşdirilə və ya bir şəxsdən
başqasına keçə bilər. Mülki Məcəllənin 739.1‐ci maddəsinə əsasən borc müqaviləsinə görə,
iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər
iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını
müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə
qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2‐ci maddəsinə görə isə borc müqaviləsinin predmeti
hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 944.1‐ci
maddəsində deyilir ki, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən
(əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək
müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və
onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Qeyd edildiyi kimi “Əmanətlərin sığortalanması
haqqında” Qanunun 2.1.1 və 27.1‐ci maddələrinin mənasına görə, qorunan əmanətə hesablanmış
faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə
və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri aiddir və sığorta hadisəsi halında xarici
valyutada olan əmanətlər üzrə kompensasiya əmanətin valyutasında ödənilir.
Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından göründüyü kimi, kredit və əmanət
müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada
ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət
münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır.
Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin
valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini
tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına
daxil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin yuxarıda göstərilən
müddəalarına əsaslanaraq belə nəticəyə gəlir ki:
­ Konstitus
iyanın 19‐cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş,
göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari
ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur;
­
manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1‐ci
maddəsi);
‐ xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən
başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1‐ci maddələri);
‐ kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin
predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir
(Mülki Məcəllənin 739.1‐ci maddəsi).
Konsti
tusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu nəticələr baxımından Mülki Məcəllənin
439.1, 439.2 və 439.7‐ci maddələrinin mahiyyətinə də qiymət verilməlidir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə