Publication1


­ A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə56/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   52   53   54   55   56   57   58   59   ...   89
44
­
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
Belə ki, Konstitusiyanın mülkiyyət hüquqlarını təsbit edən 29‐cu maddəsinin III hissəsinə görə,
hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin
təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət
üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun
mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.
Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 1‐ci maddəsinin 3‐cü
bəndinin “a” yarımbəndində xarici valyutanın anlayışı verilərək göstərilmişdir ki, müvafiq xarici
dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan,
eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına
dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları xarici valyutadır.
Həmin Qanunun 1‐ci maddəsinin 3‐cü bəndinin “b” yarımbəndində isə göstərilmişdir ki, xarici
valyuta anlayışına xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və hesablaşma vahidlərində
hesablarda olan vəsaitlər də daxildir.
Qanunun 1‐ci maddəsinin 4‐cü bəndinin “a” və “b” yarımbəndlərində “valyuta sərvətləri”nə xarici
valyuta və xarici valyutada qiymətli kağızlar da aid edilmişdir.
Qeyd edilən Qanunun 4‐cü maddəsinə əsasən Azərbaycan Respublikasında valyuta sərvətləri həm
rezidentlərin, həm də qeyri‐rezidentlərin mülkiyyətində ola bilər. Onlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə
hər hansı əqdlər bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər. Azərbaycan
Respublikasında digər mülkiyyət obyektləri ilə yanaşı, valyuta sərvətləri üzərində mülkiyyət
hüququ da dövlət tərəfindən müdafiə olunur.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Əmanətlərin sığortalanması haqqnda” Qanun) 2.1.1‐ci maddəsinə görə əmanət ‐ hesablanmış
faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə
və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.
Həmin Qanunun 27.1‐ci maddəsində isə nəzərdə tutulmuşdur ki, xarici valyutada olan əmanətlər
üzrə kompensasiya əmanətlərin valyutasında ödənilir.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Banklar haqqında”
Qanun) “pul” anlayışı xarici valyutanı da ehtiva edir. Belə ki, həmin Qanunun 1‐ci maddəsinə
əsasən bank krediti ‐ bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə
(müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və
ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Göründüyü kimi, yuxarıda göstərilən qanunlarda istifadə olunan “pul” və “valyuta” terminləri milli
valyuta ilə yanaşı, həm də xarici valyutanı nəzərdə tutur.
Mülki qanunvericilik də “pul” termini ilə təkcə milli valyutanı deyil, həmçinin xarici valyutanı da
ehtiva edir.
Belə ki, Mülki Məcəllənin 4‐cü maddəsi əmlak və qeyri‐əmlak dəyəri olan, qanunvericiliklə mülki
dövriyyədən çıxarılmamış maddi və ya qeyri‐maddi nemətləri mülki hüquq münasibətlərinin
obyekti kimi tanıyır.
Mülki Məcəllənin 135.1‐ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər
əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır.
Həmin pullar mülki hüquq münasibətlərinin obyekti qismində sərbəst surətdə özgəninkiləşdirilə
və ya bir şəxsdən başqasına keçə bilər
.
Belə ki, əşyaların mülki dövriyyəsindən bəhs edən Mülki
Məcəllənin 136.1‐ci maddəsində nəzərdə tutulmuşdur ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və
ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik,
hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya
bir şəxsdən başqasına keçə bilər. Mülki Məcəllənin 136‐cı maddəsində əşyaların mülki hüquq
münasibətlərinin obyekti olmaq qabiliyyəti müəyyən edilmişdir.


­

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə