Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

amma  o,  mühitin  müqavimətindən  tədricən  itib  gedir  və  nəticədə  enən  əyri  xətt  yüksələn 
əyri xətdən xeyli uzun olur (3). 
Şəkildə  absis  oxu  üzərində  təqvim  vaxtı  və  təkamül  sisteminin  uyğun  fazaları 
göstərilib,  ordinat  oxu  üzərində  isə  passionar  gərginliyin  səviyyəsi  (ǀ˃)  qeyd  olunub.  0 
nöqtəsində cəmiyyətdə sakit simasız şəxslər, maksimum nöqtəsində isə özlərini fəda etməyə 
hazır olan qəhrəmanlar üstünlük təşkil edirlər. (səh 69)  
Yüksəliş  fazası  etnik  sistemdə  olan  passionar  gərginliyin  –  passionar  təkan 
nəticəsində  yaranan  –  intensiv  artması  dövrüdür.  Yeni  etnik  əsas  və  sosial  institutlar 
formalaşır.  Ekspansiya  başlanır.  Akmatik  fazada  passionar  gərginlik  yüksək  səviyyəyə 
çatır.  Passioner  ―qızma‖  mümkündür,  bu  zaman  həddindən  artıq  olan  enerji  daxili 
konfliktlərə sərf olunur. Sarsıntı fazası passionarlığın kəskin  aşağı düşməsi ilə xarakterizə 
olunur, etnik sahədə nifaqın  yaranması  ilə və etnosun parçalanması  və süqutu ehtimalının 
yüksəlməsi  ilə  müşayət  olunur.  Bu  fazanı  etnik  sistemin  yaş  xəstəliyi  kimi  nəzərdən 
keçirmək  olar.  Inersiya  fazasında  dövlət  hakimiyyətinin  və  sosial  institutların 
möhkəmlənməsi, maddi və ya mədəni dəyərlərin intensiv şəkildə toplanması, təbiətin aktiv 
şəkildə  başqa  şəklə  salınması  baş  verir.  Cəmiyyətdə  ―qızıl  payızın‖  ardından 
―alaqaranlığın‖ gəldiyini hələ bilməyən harmonik şəxsiyyətlər üstünlük təşkil edirlər. 
Cəhalətpərəstlik  dövründə  ictimai  təşkilatlar  dağılmağa  başlayır,  korrupsiya, 
cinayətkarlıq artır, əhalinin sayı xeyli azalır. Etnik sistem daha çox passionar olan qonşular 
üçün  asan  qazanılan  qənimət  ola  bilər.  Regenerasiya  fazasında  etnik  sistemin  müvəqqəti 
olaraq bərpası mümkündür, amma bu sonradan etnosun mövcudluğunun kifayət qədər uzun 
sürə  biləcək  relikt  mərhələsinə  keçəcəkdir.  Son  iki  fazanı  Qumilev  bir  memorial  fazada 
birləşdirir, onun gedişində əvvəlki möhtəşəmlik haqqında xatirələri cəmiyyətin ancaq ayrı-
ayrı  üzvləri  qoruyub  saxlayırlar.  Əcdadların  qəhrəman  əməlləri  haqqında  xatirələr  folklor 
əsərlərdə və dastanlarda yaşamaqda davam edir (3,  s.528-531). 
İctimai hərəkatların həyat dövrü. Həyat dövrünün modellərindən ictimai hərəkatların 
inkişafı məntiqinin analizi üçün kifayət qədər tez-tez istifadə ediblər. Ədəbiyyatda iki, üç və 
dörd  fazalı  modellər  nəzərdən  keçirilmişdir  (4,  12).  Alman  sosioloqu  O.Ramştadta  görə, 
əgər  sosial  mühit  əməli  olaraq  dəyişmirsə,  onda  ideal  halda  ictimai  hərəkat  özünün 
inkişafında yeddi növbəti fazadan keçir: 
Faza  I  –  latent  –  sosial  narazılığın  meydana  çıxması,  vətəndaşlarla  hakimiyyətinin 
qütbləşməsi  ilə  xarakterizə  olunur.  Narazılar  arasında  konkret  hakimiyyət  və  onun 
nümayəndələrinin  hərəkətlərinə  qarşı  etiraz  edən  həmfikirlərindən  ibarət  birləşmiş  qrup 
yaranır.  Hesab  olunur  ki,  sosial  gərginliyin  yaranmasında  bütövlükdə  sistem  deyil, 
hakimiyyət  təqsirkardır.  Hadisələr  müəyyən  konfrontasiyalı  koqnitiv  sxemdən  –  ―biz  və 
onlar‖ – nəzərdən keçirilir. 
Faza  II  –  problemlərin  artikulyasiyası.  Etiraz  hərəkatı  radikallaşır.  Hakimiyyəti 
dəyişdirmək tələbləri ilə yanaşı mövcud sosial sistemi də dəyişdirmək tələbləri də meydana 
çıxır. 
Faza III – hərəkatın formalaşması. Hərəkat vahid qrup kimi formalaşır, kollektivləri 
etiraz aksiyalarına çağıraraq aktiv təbliğat fəaliyyətinə başlayır. 
Faza  IV  –  ideologiyanın  işlənib  hazırlanması.  Hərəkat  məqsədlərini,  cəmiyyəti 
böhrandan  çıxarmağa  qadir  olan  hərəkat  proqramını  formalaşdırır.  Proqram  həmçinin 
mövcud sosial sistemin və onun institutlarının radikal dəyişdirilməsi planları da daxil edilir.  
Faza  V  –  hərəkatın  genişlənməsi.  Hərəkat  kütləviləşir,  mövcud  institutlara  qarşı 
etiraz hərəkətlərinin miqyası və intensivliyi maksimuma çatır. Tərəfdarları qəsa müddətdə 
səfərbər etməyin təşkili formaları meydana çıxır. 
Faza  VI  –  təşkilat.  Mərkəzləşdirilmiş  təşkilat  strukturu  yaranır,  qaydalar,  nizam-
intizam  tətbiq  olunmağa  başlayır.  Hərəkatın  özəyi  hərəkatın  yerli,  lokal  qruplarını  və 
aktivistlərin özəlliklərini kontrol altına alır. 


Faza VII – hərəkatın institutlaşdırılması. Tədricən ictimai hərəkat təşkilat tərəfindən 
udulur  və  sosial  instituta  çevrilir.  Hərəkət  leqal  status  alır,  mövcud  sosial  institutlar 
sisteminə qoşulur, ya siyasi partiyalardan birinə, ya da ictimai təşkilata çevrilir. Hərəkatın 
liderləri icraedici və ya qanunverici hakimiyyətin strukturlarında birləşirlər. Yeddinci faza 
ictimai hərəkatın həyat dövrünü başa çatdırır. 
Təşkilatın həyat dövrü amerikan alimi İ.Adizes təşkilatın həyat dövrünün on fazadan 
ibarət modelini təklif etmişdir.  
Faza  I  –  hazırlıq.  Təşkilatın  yaranma  mərhələsində  bani  (və  ya  banilər)  biznes 
ideyanı müzakirəyə qoyur. Əgər bani (yaradan) bu ideyaya inanırsa,  yeni işin yaradılması 
riskini öz boynuna götürməyə hazırdırsa, yeni formalı məhsula olan tələbatı optimistcəsinə 
qiymət  verirsə  və  maliyyə  yardımı  tapmağa  qadirdirsə  onda  növbəti  fazaya  keçmək 
mümkündür. 
Faza  II  çağalıq.  Bu  mərhələdə  kompaniya  elastik,  amma  aydın  olmayan  struktura, 
kiçik büdcəyə malikdir, satışların  səviyyəsi  cuzidir. Əgər pul  axını və təşkilatın fəaliyyəti 
sabitləşsə onda inkişafın növbəti mərhələsi başlanır. 
Faza III – uşaqlıq, təşkilatın sürətlə böyüməsi ilə xarakterizə olunur. Formal təşkilati 
struktur  yaranır,  amma  vəzifələr  əməkdaşlara  dəqiq  təhkim  olunmayıb.  Bani  hakim 
səlahiyyətləri digər əməkdaşalara ötürmək istəyir, amma həm də onların üzərində kontrolu 
itirməkdən qorxur. Kompaniya ―sınaqlar və səhvlər‖ metodu ilə hərəkət edir, ətraf mühitin 
dəyişməsini  öncədən  görə  bilmir  ki,  bu  da  ciddi  böhranlara  və  itkilərə  səbəb  olur.  Daha 
professional fəaliyyətə keçid zərurəti yaranır. 
Faza  IV  –  gənclik,  kompaniya  sanki  ikinci  dəfə  doğulur.  Baninin  entuziazmı  artıq 
kifayət  etmir.  Kompaniyanın  başında  bütün  idarəçilik  sistemini  dəyişən  professional 
menecer durur. Təşkilatçılıq mədəniyyəti yüksəlir, inzibati fəaliyyət artır. 
Faza V – çiçəklənmə, təşkilat özünənəzarət və elastiklik arasında optimal balansa nail 
olur.  Təkcə  satış  həcmi  deyil,  gəlir  də  artır,  törəmə  müəssisələr  şəbəkəsi  yaranır. 
Proqnozlaşdırma,  planlaşdırma  və  reallaşdırma  sistemləri  müvəffəqiyyətlə  fəaliyyət 
göstərirlər. 
Faza  VI  –  stabilləşmə,  ilk  dəfə  olaraq  təşkilatın  qocalması  əlamətləri  üzə  çıxır  –  o, 
elastikliyini itirir. Bu mərhələdə inkişaf templəri aşağı düşür, bazardakı mövqelər sabitləşir. 
Innovasiyalara maraq azalır. Rəhbərlər bütün dəyişikliklərə şübhə ilə baxmağa başlayır. 
Faza  VII  –  aristokratizm,  idarəçilik  sistemi  elastikliyinin  tədricən  azalması  ilə 
xarakterizə olunur, ənənələrə böyük diqqət verilir, əməkdaşların geyimində və ünsiyyətində 
formalizm  hökmranlıq  edir.  Təşkilat  böyük  maliyyə  resurslarına  malikdir,  innovasiyaları 
özü hazırlayıb tətbiq etməkdənsə yeni məhsullar istehsal edən kompaniyaları satın almağa 
can atır. Kompaniyanın məqsədləri qısamüddətli olur, risk etmək təşvi olunmur. 
Faza VIII erkən bürokratikləşmə. Bu mərhələdə idarəetmə sistemi hər şeydən əvvəl 
özünü  qorumaq  qayğısındadır.  Qaydalar  və  normalar  sərtləşir  bə  formallaşır.  Firmanın 
rəhbərliyində  açıq  mübarizə  və  qənaətbəxş  olmayan  tendensiyaların  meydana  çıxmasında 
günahkarların axtarışı gedir. 
Faza IX – bürokratikləşmə xarici aləmlə əlaqələrin tədricən qırılması ilə xarakterizə 
olunur.  Təşəbbüskar  əməkdaşlar  kompaniyanı  tərk  edirlər.  Bürokratik  təşkilat  artıq 
nəticələrin əldə edilməsinə istiqamətlənir və çox vaxt boş-boşuna işləyərək böyük miqdarda 
daxil olan və çıxan sənədləri ―emal‖ edirlər. Buna baxmayaraq sistemaltı sistemlər arasında 
informasiya əlaqələri pozulmuşdur.  
Faza X – təşkilatın süqutu, buna hətta çox da böyük olmayan xarici dəyişikliklər də 
səbəb ola bilər. 
  Elmi ixtisasın həyat dövrü. Elmi sosiologiyada elmi ixtisasların həyat dövrünün bir 
neçə  dördfazalı  modeli  hazırlanmışdır.  M.  de  Meyin  (15)  koqnitiv  yanaşmaya  əsaslanan 
modeli  ilə  N.Mallinzin  kommunikativ  yanaşma  (9)  çərçivsində  hazırlanmış  modelini 
birləşdirən modeli nəzərdən keçirək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə