Maevskinin hesab etdiyi kimi, ―Kondratyev siklinin aşağı dalğası hakim ukladın
deqradasiyası (ölməsi) ilə bağlı deyildir. Bu, hakim uklad öz hökmranlığının zirvəsinə - öz
potensialından maksimal istifadə etməyin dərəcəsinə - yaxınlaşanda baş verir. Aşağı düşmə
effektinin şərti onunla bağlıdır ki, üstünlük təşkil edən uklad ilə yanaşı mövcud olan köhnə
ukladların ölməsi sürətindən aşağı olsun‖ (8, səh. 90).
Nəzəriyyələrin çox sırf iqtisadi zəmindən qaynaqlanırlar, amma bir sıra iqtisadçılar
sosial faktorlara böyük diqqət verirlər. Bəzi əcnəbi alimlər (K.Peres, İ.Millenolorfer)
texniki – iqtisadi və sosial sahələrin qarşılıqlı təsirinin dövriliyi hadisəsini izah edən
inteqrasiya olunmuş yanaşmasının tərəfdarlarıdırlar. Qeyd olunur ki, müəyyən şərtlər
altında sosioloji faktorlar iqtisadi effektliyə neqativ təsir göstərir və böhrana səbəb ola bilər.
Böhranın səbəblərindən biri iqtisadi və sosial sahələrdə innovasiyaların sürətlərinin
uzalaşmasıdır. Millendorfun nəzəriyyəsində qeyd olunur ki, sosial – psixoloji faktorların –
hansı ki, insan fərdlərinin davranışını formalşadırır və nəsillərin əlaqəsini və bir-birini əvəz
etməsini əks etdirən müəyyən bir sabit kəmiyyətlə (konstanta ilə) bağlıdır – enib-qalxması
başqa sosial-iqtisadi proseslərin də enib-qalxmalarına ritm verir.
7.4. Dünya liderliyi uğrunda mübarizə dövrləri
İqtisadiyyatın qeyri-bərabər inkişafının başqa faktorlarını nəzərdən keçirək. Bir sıra
alimlər hesab edirlər ki, iqtisadiyyatda uzun dalğaların əsas səbəbi böyük müharibələrdir.
Müharibənin həm də sosial sarsıntılara da təsirinin mühümlüyünü nəzərə alan
N.D.Kondratyev, bununla belə onları tarixi inkişafın əsas qüvvəsi hesab etmirdi.
―Müharibələr və inqilablar təsərrüfatın inkişafı gedişinə çox da dərin təsir göstərə bilməzlər.
Amma, müharibələr və inqilablar göydən düşmürlər və ayrı-ayrı şəxslərin iradəsi əsasında
baş vermirlər. Olar real və hər şeydən əvvəl iqtisadi şərtlər zəminində yaranırlar. Beləliklə,
həm müharibələr, həm sosial sarsıntılar böyük dövrlərin inkişafını ritmik prosesinə
qoşulurlar və bu inkişafın başlanğıc qüvvələri olmayıb, onun təzahür formasıdırlar. Amma,
onlar bir dəfə yarandıqdan sonra iqtisadi dinamikanın tempinə və istiqamətinə çox güclü,
bəzən isə düşündürücü təsir göstərirlər‖ (5, səh. 210).
Dünya – sistem yanaşması tərəfdarları müharibələrin rolunu başqa cür
qiymətləndirirlər. İ.Vallerstayn, F.Brodel və başqa müəlliflər hesab edirlər ki, son 500 il
ərzində dövlət ilə tam olaraq birləşmiş, mərkəzi – siyasi hakimiyyətə malik olmayan, geniş-
iqtisadi sistem formalaşmışdır. Vallerstaynın nəzəriyyəsinə görə dünya-sistemə daxil olan
dövlətlər mərkəzi, yarımperiferiya və tam periferiya ölkələrinə bölünürlər. Hesab olunur ki,
mərkəzdə olan ölkələr periferiyada olanları idarə edirlər, bununla yanaşı dünya liderliyi
uğrunda bir-biriləri ilə aramsız müharibə aparırlar (30). Iqtisadi inkişafın qeyri-bərabərliyi,
dünya liderliyinə yeni namizədlərin meydana çıxması resurslar, ―həyat sahəsi‖, satış
bazarları, nüfuz dairələri uğrunda mübarizəni kəskinləşdirir. Beynəlxalq münasibətlər
sistemi sabitliyinin periodik olaraq pozulması sonucda böyük miqyaslı müharibələr
hegemonun dəyişməsi ilə nəticələnir.
Dünya – sistem yanaşması tərəfdarları arasında iki cərəyan var. Bir cərəyan (onu
geosiyasi cərəyan adlandırmaq olar) hərbi qüvvəyə, dəniz donanmasına və dövlətin
dünyadakı nizam-intizama rəhbərlik etmək istəyinə istinad edir. Digər cərəyan isə iqtisadi
faktorları əsas hesab edir. Çox böyük olmayan lokal hərbi münaqişələr tarixdə münaqişə
edən tərəflərin heç olmasa birinin resurlarının və ya təcəvüzkarlığının imkan verdiyi qədər
tez-tez baş verir. Qanlı konfliklərin çox tez-tez baş verməməsi üçün sosial sistemlərin
qarşısını alan nədir? Bir sıra alimlərin rəyinə görə əsas qabaqlayıcı faktor sosial yaddaşdır.
Məşhur tarixçi A.Toynbi tarixdə XVI əsrdən başlayaraq 115 illik müharibə və sülh
dövrünün olduğunu aşkar etmişdir. O, öz analizində böyük, intensiv müharibələrin (50-60 il
periodu olan) müəyyən dövrliyini aşkar edın amerikan politoloqu K.Raytın tədqiqatlarına
əsaslanmışdır. Iki nəsil uzunluğu olan dövrün olmasını Toynbi müharibəni görüb sağ