qalmış nəslin müharibənin yaratdığı dəhşətli təəssüratları öz uşaqlarına ötürmələri ilə izah
edirdi. Amma hərbi tarixlər nəvələrə danışılan zaman müharibənin çətinlikləri yaddaşlarda
artıq yavaş-yavaş silinir və söhbətlərdə bütün güc qəhrəmanlıq və möhtəşəm hərbi
qəhrəmanlıqlara verilir. Buna görə də nəvələr sınaqlardan keçməyə hazırdırlar və hərbi
şöhrət haqqında arzulara qapılırlar.
Iki nəsillik sosial yaddaşın uzunluğu haqqında koqnitiv hipotezi bir çox alimlər
(Şumpeter, Forrester) dəstəkləyirdilər. Elə görünür ki, bu fərziyyənin qəbul edilməməsinə
səbəb II dünya müharibəsinin birincidən ancaq 20 il sonra başlaması idi. Bu yanaşmanın
tərəfdarları bu münasib olmayan faktı onunla izah edirlər ki, II dünya müharibəsi sadəcə
olaraq bir növ yarımçıq qalmış birinci dünya müharibəsinin davamıdır.
Dünya liderliyi uğrunda mübarizə dövrlərinin tarixləri haqqında alimlər arasında
yekdillik yoxdur. Toynbi tarixdə üç dövr (1568-1672, 1672-1792 və 1792-1914-cü illər)
müəyyən etdi. Hər bir dövrün dörd fazası vardır: ümumi müharibə, həyat sahəsi,
müharibəni dəstəkləyənlər, ümumi sülh. C.Modelski və U.Tompson N.D.Kondratyevin
anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda (Moskva, 1992)
etdikləri məruzədə dövrlərə aşağıdakı şəkildə tarix qoymağı təklif edirlər (11). Onların
rəyinə görə məlum ölkənin inkişaf dövrləri iki mərhələyə bölünürlər: öyrənmə (inkişaf) və
liderlik (tənəzzül). Onlardan hər biri dörd fazaya bölünür. Birinci mərhələdə həllinin tələb
edən əsas problemlərin müəyyən edilməsi; müttəfiqlər koalisiyasının yaradılması;
makrosəviyyədə qərarların qəbulu; onların həyata kerçirilməsi kimi fazalardan ibarətdir.
Ikinci mərhələ aşağıdakı fazalardan ibarətidir: dünya müharibəsi; böyük dövlət vəziyyəti,
legitimliyin itirilməsi (cədvəl 7.2.)
Ölkələr
Dövr, illər
Portuqaliya
Niderland
Britaniya
- » -
1494-1580
1580-
1688 1688-1792 1792-
1914
ABŞ
1914-2030
Elə görünür ki, sosial-psoxoloji faktorlar mühüm xarici siyasət faktorlarının qəbul
edilməsinə ciddi təsir edə bilməz. Z.Freyd başqa nöqteyi-nəzəri tuturdu. O, hətta
müharibəni aqressivliyin periodik partlamalarının qaçılmaz nəticəsi hesab etdiyinə görə
sülh uğrunda hərəkatda iştirak etməkdən boyun qaçırmışdı. Yunqun yazdığı kimi, necə ki
yazda çaylar su ilə dolur, sahillərindən çıxaraq gur sellər əmələ gətirir, yayın axırında isə
quruyaraq dayaxlaşır, eyni ilə öz coşqun ifadəsini müharibədə tapan arxetipik strukturlar
aqressivliyin impulslarını aktuallaşdırırlar, sonra isə bəşəriyyəti yenidən sülhə qaytarırlar
(38).
ABŞ-nın
xarici siyasətinin dövrləri
faza
illər
I
1776-1798
1824-1844
1871-1891
1918-1940
II
1798-1824
1844-1871
1891-1918
1940 -
Cədvəl 7.3.
Cədvəldə lider ölkələr göstərilmişdir. Ispaniya sonra iki dəfə Fransa, Almaniya və
SSRİ liderliyə qeyri-müvəffəq namizəd olublar. Cədvəldən göründüyü kimi, müəlliflər
hesab edirlər ki, sistem müharibələrinin fazası 2030-cu ildə başlanacaqdır, həm də ki, ABŞ-
ın
əsas rəqibi çox güman ki, Çin və ya Hindistan ola bilər.
Amerikan alimi C.Qoldstaynın proqnozu daha pessimistdir. Onun fikrinə görə,
dünya müharibəsi 2020-ci ildən tez başlanacaqdır. Amerikan politoloqu 1987-ci ildə nəşr
etdirdiyi əsərində müharibələrin, onların nəticələrinin və onlara hazırlıqların törətdikləri
uzun dalğalar konsepsiyasını işləyib hazırlamışdır (29). Təqribən 500 il ərzində baş vermiş