Q16-001-12 Bakı şəhəri 4 avqust 2012-ci IL


TƏCRÜBİ İMTAHANIN KEÇİRİLMƏ



Yüklə 428,62 Kb.
səhifə4/4
tarix14.05.2018
ölçüsü428,62 Kb.
#44195
1   2   3   4

 

 

TƏCRÜBİ İMTAHANIN KEÇİRİLMƏ

METODİKASI *

 

1. Nəqliyyat vasitəsi və onun avadanlığı

 

1.1. Sürücülüyə namizəddən təcrübi imtahan uyğun dərəcəli nəqliyyat vasitəsində qəbul edilir:



1.1.1.«A1» və «A» - motonəqliyyat vasitəsində;

1.1.2.«B» - minik avtomobilində;

1.1.3.«BE» - qoşqulu minik avtomobilində;

1.1.4.«C» - tam kütləsi 3500 kq-dan artıq olan yük avtomobilində;

1.1.5.«CE» - qoşqulu yük avtomobilində;

1.1.6.«D» - tutumu ən azı 20 oturacaq yeri və uzunluğu ən azı 6,5 m olan avtobusda; hərbi qulluqçulardan isə digər tutumlu avtobuslarda da aparıla bilər;

1.1.7.«DE» - qoşqulu avtobusda.

1.2. Təcrübi imtahanın qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə muftası (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı göstərən güzgü ilə avadanlıqlaşdırılmalıdır.

1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə edilməlidir.

 

2. Avtomobildə imtahan qəbul edilməsinin təşkili

 

2.1. Avtomobilin idarə edilməsi barədə təcrübi imtahan xüsusi meydançada, avtodromda və ya sınaq marşrutlarında qəbul edilir.



2.2. Avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar digər nəqliyyat vasitələrinin hərəkətindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir (Metodikaya 1 saylı əlavə).

2.3. İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərini yerinə yetirmə bacarığı və vərdişi yoxlanılır.

2.4.«B», «C», «D» dərəcələri üzrə təcrübi imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:

2.4.1. yoxuş sahəsi (maillik 16°-dən aşağı olmayaraq);

2.4.2. hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi;

2.4.3. avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).

2.5. Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir.

2.6. Daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır:

2.6.1. minik avtomobillərinin «hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi»nin və «avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boks»un elementləri 1,2 m hündürlüyündən, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və qara - ağ rəngli dayaqlar ilə təchiz edilir;

2.6.2. yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir;

2.6.3. tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir;

2.6.4. bütün tip avtomobillər üçün nəzərdə tutulmuş «yoxuşlu sahə» elementi, kifayət qədər davamlılığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər.

2.7. Vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.

2.8. Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın hərəkət sxemi tablosu tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.

2.9. Sınaq marşrutlarında hərəkətin sıx olduğu şəraitdə təcrübi imtahanın aparılması qaydaları.

2.9.1. Aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda yoxlanılması mütləq qaydada aparılmalıdır:

2.9.1.1. «Yol hərəkəti haqqında» Qanunun 4 saylı əlavəsinə uyğun 2.4. «Yol verin», yaxud 2.5. «Dayanmadan keçmək qadağandır» nişanlarının təsir zonalarında yol ayrıcından keçmək;

2.9.1.2. xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək;

2.9.1.3. svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək;

2.9.1.4. iki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi;

2.9.1.5. iki dəfə sağa dönmənin yerinə yetirilməsi;

2.9.1.6. bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.

2.9.2. QİM üçün sınaq marşrutlarının, xidmət göstərilən əhalinin sayından, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir. Marşrutların sayının əhalinin sayı 500 000 və daha çox olan şəhərlərdə 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması tövsiyə edilir.

 

Qeyd: «BE», «CE» və «DE» kateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.

 

2.9.3. Hər bir imtahan verən üçün marşrutun uzunluğunun Təlimatın 2.9.1.1.-2.9.1.6. yarımbəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4-km-ə qədər olması tövsiyə edilir.



2.9.4. Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200x300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.

2.9.5. İmtahan verənləri vaxtlı vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədilə hər bir marşrutda imtahanın bir yerdən başlayıb həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində). Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır. Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.

2.9.6. İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən təsadüfü seçmə üsulu ilə sürücülüyə namizədi sınaq marşrutundan hərəkət etmək üçün onu marşrut kartalarının biri ilə tanış edir.

2.10. Sürücülüyə namizəd olan şəxsdə onun istədiyi dərəcəyə malik nəqliyyat vasitəsini idarə etməsi bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.

2.11. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarəti imtahanı qəbul edən əməkdaş vizual, yaxud da texniki informasiya-kommunikasiya vasitələrinin köməyi ilə həyata keçirir. Bu halda o, imtahan avtomobillərində, yaxud da ondan kənarda ola və nəzarət texniki vasitələrindən istifadə edə bilər.

 

3. İmtahanın məzmunu

 

3.1. Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:



3.1.1. avtodromda:

3.1.1.1. yoxuşda yerindən tərpənmə: - avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli. /bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir/;

3.1.1.2. hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə /ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geri dönmə/;

3.1.1.3. geriyə verilərkən avtomobil elə dayandırılmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun (bağlı meydança və hərəkət sxeminin nümunəsi bu Metodikaya 1 saylı əlavəyə uyğun olmalıdır);

3.1.1.4. bu element yerinə yetirilərkən boksdan olan yan minimal məsafə imtahan qəbul edilən avtomobilin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.

3.1.2. sınaq marşrutunda: 3.1.2.1. hərəkətin başlanılması;

3.1.2.1.1. hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;

3.1.2.1.2. xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi;

3.1.2.1.3. arxaya baxış güzgüsündən istifadə edilməsi;

3.1.2.1.4. nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;

3.1.2.1.5. sürət artırılması və ötürücüyə keçirmə;

3.1.2.1.6. düzünə hərəkət;

3.1.2.1 7. yolun hərəkət hissəsində düzgün yerləşmə;

3.1.2.2. lazımi hərəkət sürətinə riayət olunması:

3.1.2.2.1. nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;

3.1.2.3. bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:

3.1.2.3.1. xəbərdaredici siqnalların vaxtında verilməsi;

3.1.2.3.2. dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ümumi istifadədə olan nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;

3.1.2.3.3. bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;

3.1.2.3.4. hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;

3.1.2.4. nizamlanan yol ayrıcından keçmək:

3.1.2.4.1. yol ayrıcına yaxınlaşarkən yol şəraitində qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi;

3.1.2.4.2. nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;

3.1.2.4.3. dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;

3.1.2.4.4. svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;

3.1.2.5. nizamlanmayan yol ayırıcını keçmək:

3.1.2.5.1. yol ayırıcına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələri nəzərə alınmaqla onlara qiymət verilməsi;

3.1.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;

3.1.2.5.3. yol ayırıcına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidini keçmə;

3.1.2.6. dönmənin (geriyə dönmənin) icrası:

3.1.2.6.1. döngəyə düzgün daxil olunması;

3.1.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.

3.1.2.7. ötmə:

3.1.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətləndirilməsi;

3.1.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi;

3.1.2.7.3. konkret şəraitindən asılı olaraq ötmə vaxtı sürət rejimi;

3.1.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarma trayektoriyası;

3.1.2.8. dayanma:

3.1.2.8.1. xəbərdarlıq siqnalının verilməsi və düzgün yerdəyişmə;

3.1.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması;

3.1.2.8.3. yolun hərəkət hissəsində (kənarda) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.

 

4. Sürücülüyə namizədin hazırlığının qiymətləndirilməsi

 

4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən müfəttiş, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.



4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edən müfəttişi imtahanın gedişinə qarışmağa vadar edərsə o, «qeyri-məqbul» qiymət alır.

4.3. İnformasiya kommunikasiya texnologiyaları ilə təchiz edilmiş avtodromlarda sürücülüyə namizədlərdən təcrübi imtahanın qəbul edilməsi və onların sürmə vərdişlərinin qiymətləndirilməsi bu Metodikaya 2 saylı əlavədə göstərilən qaydada həyata keçirilir.

 

5. Motosikldə imtahan qəbul etmənin təşkili və tələbləri

 

5.1. İdarəetmə vərdişi, bir qayda olaraq, bir nəfərlik motosikletdə və ya motorollerdə yoxlanılır.



5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada bu Metodikaya 3 saylı əlavəyə uyğun sxem üzrə aparılır.

5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyi bacarmalıdır:

5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək;

5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək;

5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası («qabarit dairə», «ilanvarı», «səkkizvarı»).

5.4. Əgər imtahan verən şəxs «dairə» yaxud «ilanvarı» yaxud da «səkkizvarı» hərəkəti yerinə yetirə bilmirsə imtahan dayandırılır.

5.5. Motosikleti idarə edərkən aşağıdakı hərəkətlər üzrə bir və ya iki səhvə yol verildikdə «qeyri-məqbul» qiymət verilir:

5.5.1.«dairə» və ya «ilanvarı» və yaxud «səkkizvarı» hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunma;

5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.

 
10001



10002

 


Metodikaya 2 nömrəli əlavə

 

Sürücülüyə namizədlərdən təcrübi imtahanların qəbul edilməsi və onların sürmə vərdişlərinin qiymətləndirilməsi

 


Sıra №-si

Sürmə vərdişi üzrə təcrübi imtahanını məzmunu üzrə qayda pozuntuları

Qaydaların pozulmasına görə cərimə ballarının miqdarı

1

2

3

1.

 

 



1.1.

 

1.2.



1.3.

1.4.


1.5.

1.6.


1.7.

1.8.


1.9.

1.10.


I

Hərəkətin başlanılması:

 

hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmamaq;



təhlükəsizlik kəmərini bağlama;

mühərriki işə bir dəfədən sala bilməmək;

xəbərdaredici siqnalların yandırılmaması və vaxtında verilməməsi;

arxaya baxış güzgüsündən istifadə edilməməsi;

əl tormozunun buraxılmaması;

nəqliyyat vasitəsinin yerindən səlis tərpədilməməsi;

sürətin artırılması və ötürücüyə keçirmə rejiminin pozulması;

yandan parklama 70 sm-dən artıq olmamalı;

parklama edərkən bardürə toxunarsa.


 

 

 



 

10

20



10

10

10



10

100


10

30

100



 

2.

 

 



2.1.

 

2.2.



 

2.3.


 

II

Yoxuşda yerindən tərpənmə:

 

avtomobilin yoxuşda saxlanması, sonra hərəkətin davam etdirilə bilməməsi;



bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir;

20 sm-dən çox arxaya buraxılarsa.



 

 

 



 

20

 



20

100


 

3.

 

 



3.1.

 

3.2.



3.3.

III

Hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə:

 

ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geri dönə bilməməsi;



bu halda mühərrik sönsə;

hərəkət zolağından kənara çıxarsa.



 

 

 



 

20

50



50

4.

 

 



4.1.

4.2.


4.3.

 


IV

Düzünə hərəkət:

 

yolun hərəkət hissəsində düzgün yerləşməməsi;



lazımi hərəkət sürətinə riayət olunmaması;

nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin düzgün seçilməməsi.



 

 

 



10

30

 



10

5.

 

 



 

5.1.


5.2.

 

5.3.



5.4.

 


V

Bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan

yolda manevr etmə:

 

xəbərdaredici siqnalların vaxtında verilməməsi;



dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ictimai nəqliyyatın və digər maneələrin yanından düzgün ötüb keçə bilməmək;

bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməməsi;

hərəkət iştirakçılarının siqnallarına qarşı lazımi reaksiyanın verilməməsi.


 

 

 



 

20

 



10

10

 



10

 


6.

 

 



6.1.

 

6.2.



 

6.3.


 

6.4.


 

VI

Nizamlanan yol ayrıcından keçilməsi:

 

yol ayrıcına yaxınlaşarkən yol şəraitinə qiymət verilməməsi, lazım gəldikdə xəbərdaredici siqnalların verilməməsi;



nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılmaması;

dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən səlis tərpədilməməsi;

svetoforun siqnallarına və ya elektron tablo işarələrinə (ETİ) əməl olunmaması.


 

 

 



 

10

 



20

 

10



 

100


7.

 

 



7.1.

 

 



7.2.

7.3.


VII

Nizamlanmayan yol ayrıcısını keçmək:

 

yol ayrıcına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələri nəzərə alınmaqla onlara qiymət verilməməsi;



hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməməsi;

yol ayrıcına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidini düzgün keçə bilməmək.



 

 

 



 

 

50



25

 

20



8.

 

 



8.1.

8.2.


VIII

Dönmənin (geriyə dönmənin) icrası:

 

döngəyə düzgün daxil olmamaq;



səlislik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxa bilməmək.

 

 

 



10

 

10



9.

 

 



9.1.

 

 



9.2.

9.3.


 

9.4.


IX

Ötmə:

 

ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələbləri və digər hərəkət iştirakçılarının davranışları nəzərə alınmaqla yol şəraitini qiymətləndirə bilməmək;



xəbərdarlıq siqnallarının vaxtında verilməməsi;

konkret şəraitindən asılı olaraq, ötmə vaxtı sürət rejimini düzgün seçməmək;

hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıc və qurtarma trayektoriyasına düzgün əməl etməmək.


 

 

 



 

 

50



30

 

20



 

50


10.

 

 



10.1.

 

10.2.



10.3.

X

Dayanma:

 

xəbərdarlıq siqnalının vaxtında verilməməsi və düzgün yerdəyişmə edilməməsi;



hərəkət sürətinin səlis olaraq azaldılmaması;

yolun hərəkət hissəsində (kənarlarında) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməməsi.



 

 

 



10

 

10



 

10


11.

 

 



11.1.

XI

Yol nişanları və nişanlanma xətlərinin tələbləri:

 

yol nişanları və nişanlanma xətlərinin tələblərinin yerinə yetirilməməsi  



 

 

 



 

50


12.

 

 



12.1.

 

 



12.2.

12.3.


XII

Qəza şəraiti yaradıldıqda:

 

qəza şəraiti yaratdı və qəflətən avtomobili saxlaya bilmədi, bununla da imtahan komissiyasının üzvünün müdaxiləsini zəruri etdi;



avtomobili maniyəyə və ya başqa elementlərə toxundurdu;

avtomobilin yol hüdudlarından çıxmasının qarşısını almaq üçün imtahan komissiyasının üzvünün müdaxiləsini zəruri etdi.



 

 

 



 

100


 

100


 

100


13.

 

 



13.1.

 

13.2.



 

 

13.3.



XIII

Arxa ötürücü ilə boksa girmə:

 

avtomobil geriyə verilərək dayandırıldıqda, onun xarici konturu işarə edilmiş boksun daxilində olmadıqda;



bu element yerinə yetirilərkən boksdan olan minimal məsafə imtahan avtomobilinin dönmə xarici qabarit radiusunun 1,5 mislindən az olduqda;

bu şərt pozulmaqla və ya avtomobil boksa toxunduqda.



 

 

 



 

20

 



 

20

100



 

Sürücülüyə namizəd qaydaların pozulmasına görə 100 cərimə balı topladıqda «qeyri-məqbul» qiymət almış olur.



 

3

 

  



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                  3 aprel 2013-cü il tarixli Q6-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı



2.                  30 iyul 2013-cü il tarixli Q23-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı

3.                  29 avqust 2013-cü il tarixli Q29-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı

 

* 4-cü qrafada yeni hazırlanan nəqliyyat vasitələri sürücüləri üçün təhsili, ixtisasını artıran sürücülər üçün isə sürücülük vəsiqəsinin nömrə və seriyası göstərilir.



* - bundan sonra mətndə - «metodika»

* - bundan sonra mətndə - «metodika»
Yüklə 428,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə