Qabaq-qabağA



Yüklə 2,19 Mb.
səhifə18/19
tarix14.12.2017
ölçüsü2,19 Mb.
#15586
1   ...   11   12   13   14   15   16   17   18   19

Açar sözlər: Aşıq Mədət, şair, Zaqatala aşıq mühiti, Aşıq Məhəmməd, gəraylı, qoşma (Azərbaycan şeir formaları), dağ­lar.
Şifahi xalq ədəbiyyatımızın əsasını təşkil edən dastan repertuarı bir çox mühitlərdə az və yaxud çox işləkliyi ilə yadda qalır. Amma elə bir aşıq mühiti yoxdur ki, orada aşıq məclis apararkən özünəməxsus tərzdə dastan söylə­mə­miş olsun. Belə mühitlərimizdən biri də Zaqataladır.

Zaqatala aşıq mühitində dastançılıq sənətinin yaşaması ənənəsi digər mühitlərə nəzərən fərqli və diqqətiçəkəndir. Tarixən bu mühitdə dastanlarımız iki alətlə-tənbur və sazla ifa olunmuşdur. Tənburla söylənilən dastanlar daha çox XX əsrin ortalarına kimi daha geniş şəkildə yayılmış və inkişaf etmişdir. Zaqatala aşıq­la­rı­nın reper­tuarında vaxtı ilə işlənmiş dastan­ların zamanında yazıya alınmaması sə­bə­bindən bir çoxu günümüzə gəlib çıxmamışdır. Buna bax­ma­ya­raq, əldə etdiyimiz mə­­lumatlar, ma­te­riallar və hətta XX əsrin sonlarında belə, yeni

dastanların ya­ran­­­ması mühit­də həmin tarixi ənənənin qorunub saxlan­dığını göstərir. Həmin das­­­tanları klassik dastanlarımızın Zaqatala variantları da adlandırmaq olar. Bu gün Aşıq Məhəm­mədin, Aşıq Arazın, Molla Cümənin yaşayıb-yarat­dı­q­ları dövr­lərdə olduğu kimi, dastançılıq ənənəsi Zaqa­ta­la aşıq mühitində özünün yük­­­sək inkişaf prosesini keçirmir. Əksinə, bu ənənə, demək olar ki, zəifləyib. Ustad sənət­karlardan olan Əliabadlı Camalın, Var­­­xiyanlı Mədətin, Səadəd­di­nin dediklərinə əsasən, vaxtilə, yəni XX əsrin 70-80-ci illə­rəinə kimi ayrı-ayrı yer­lər­də aşıq və tənbur ifaçılarının məclisləri qurulardı. Hər aşığı gün­lərlə danış­­dığı dastana görə mükafatlandırırdılar. Tənburla qu­rulan das­­­tan məc­lis­lə­ri­nə isə «yığnax» deyərdilər. Sazla quru­lan dastan gecələrində xü­su­­­si ola­raq əv­vəl­cə­dən hazırlanmış gənclər kosa paltarı geyinər, aşıq yorulanda onu meydanda əvəz­ləyər, camaatın yorğunluğunu və diqqətini öz oyunbaz hərə­kə­t­­lə­ri­nə, məzəli söhbətlərinə cəlb edərdilər. Bu gənclər özlərini tanınmaz gör­kə­mə salar, üzlərinə müxtəlif heyvan dərisindən maskalar taxar, əyinlərinə qadın pal­­­tarı geyinərdilər. Dastan məclislərində bu xüsusiy­yət­lərin olması təbii ki, regi­o­­nal çalarla bağlıdır. Bu gün isə, təəssüf ki, həmin ənənə unudulub aradan çıx­­­­­mışdır. Bu ənənənin bir sıra ele­ment­­­­ləri yalnız Novruz bayramı adətlərində bu gün də ya­şa­­maqdadır.

Zaqatala aşıq mühitində Azər­bay­can das­tan­la­rı­nın bəzi­lərinin Zaqatala variant­larına təsadüf olunmuşdur. Bunlar­dan «Novruz və Qən­dab», «Soltan və Qəndab», «Ab­bas və Gül­gəz» das­tan­­larının adlarını çəkmək olar. Bu fakt Zaqatalada ta­rixən belə bir ənənənin mövcud olduğunu bildirir. Çox təəssüf ki, Aşıq Məhəm­­mədin, Aşıq Əzimin, Ziyəddinin el məclis­lərində söylədikləri das­tan­­lar müəy­yən səbəblərdən günümüzə qədər gəlib çatmamışdır.

Aşıq Camal­dan ya­zı­ya aldı­ğımız «Novruz Qəndab» das­tanı mövcud klassik dastan­la­rı­mızın variantıdır. Bu dastan əski formasından müəyyən qədər çıxmış və aşıq onu öz is­tə­di­yi for­ma­ya salmışdır. Amma dastan klassik ənənəyə uyğun olaraq us­tadnamə ilə başlayıb duvaqqapma ilə bitir. Sadəcə hadisə­lərin zaman və mə­ka­nı fərqlidir, improvizəçilik fərqli xüsusiy­yətlər meydana çıxar­mış­dır. Bütün bu xü­susiyyətləri nəzərə alan prof. R.Rüstəmzadə Şifahi xalq ədəbiy­ya­tı­­mı­zın ən mo­numental nümunəsini dastan adlandırmışdır (9, 4).

Zaqatala aşıq mühitindən topladığımız dastanları iki ye­rə ayırmaq olar:



  1. Azərbaycan dastanlarının Zaqatala variantları

  2. Müəllifi məlum olan, avtobioqrafik səciyyəli regional dastanlar

Birinci qrupa aid olan iki dastanın birini Əliabadlı Aşıq Camaldan yazıya almış, digərini isə Bəhmədli Aşıq Cahangir Dalğının arxivindən əldə etmişik. Aşıq Məhəmmədin, Aşıq Arabın, Sarəcin, Ziyəddinin məclis­lər­­­də söylədikləri «Şah Mə­sun», «Sarının», «Şahzadə Yetərin» dastan­la­rı müəy­yən­ sə­bəbdən günümüzə qədər gəlib çatmamışdır. Əliabadlı Aşıq Camal­dan yazı­ya aldığımız «Novruz Qəndab» dastanının Za­qatala variantı hesab oluna bilər.

Zaqatala Aşıq mühitində ustad aşıqların özlərinin yarat­dıqları dastanlara da təsadüf edirik. Bu dastanlarda mühitə məxsus adət-ənənələr, burada yaşa­yan in­sanların məişət həyatı yaradıcı boyalarla canlandırılır. Bəzi folk­lor­şü­nas alim­lə­rimiz Azərbaycan aşıqlarının dastan yükünü onların epik reper­tua­­rı­nın əsası he­sab edirlər (3, 34).

Məqalədə əsas tədqiqat obyektimiz 2-ci qrupa aid olan, müəllifi məlum olan, avtobioqrafik səciyyəli regional dastan hesab etdiyimiz “Aşıq Mədət və Bəhri­nazın dastanı”dır.

Aşıq Mədətin dastan yaradıcılığı özünə­məx­sus xüsu­siy­yət­lə­ri ilə seçilir. Aşıq Mədətin bir sənətkar, ustad aşıq kimi bacarığı özünəqədərki ənənədən məharətə istifadə edə bilməsi ilə əlaqələndirilə bilər. Ustad sənətkar bu ənənədən böyük mə­harətlə faydalanıb, yaşatdığı kimi, ana dilinin incəliklərindən də bacarıqla istifadə etmişdir. Bu poeziya sənətkarlıq baxımın­dan da zəngin mədəniyyət hadisəsidir. Ustad aşığın zəngin yaradıcılığının az bir hissəsini onun yaratdığı dastanlar təşkil edir. Bunlar “Aşıq Mədət və Taleyin dastanı” “Aşıq Mədət və Bəhrinazın dastanı” və “Aşıq Mədət və Güleyşənin dastanı”dır.

Aşıq Mədət yaradıcılığında öz əksini tapan «Aşıq Mədət və Gülzar», «Aşıq Mədət və Taleyin dastanı», «Aşıq Mədət və Bəhrinazın dastanı» xüsusi məharətlə ya­zı­lmışdır. Das­tan ənənəyə uy­ğun olaraq, ustadnamələrlə başlamış və bu ustad­namə­lərdə dastanın mövzusu açıqlanmışdır.

Ustadın «Aşıq Mədətlə Bəhrinazın dastanı» klassik das­tan­çılıq ənənəsinin bü­­­tün forma və məzmun xüsusiyyətlərini özündə əks etdirir. Mətn üç ustadnamə ilə başlayıb duvaq­qapma ilə bitir və şeirlə nəsrin növbələşməsi prinsipinə əsas­lan­mışdır. Ustadnamələrin hər üçü («Dilbərim», «Eldir», «Gö­­zəl») dastanın məzmununa uyğun tərzdə olmaqla yanaşı, həm də Zaqatala aşıq mühitinin sənətkarlıq spesifikasından soraq verir. Prof. M.H.Təhmasib mə­həb­­­­bət dastanlarının struktur vahidləri kimi, ustadnamə, dastanın özünü və son­da­­­kı duvaq­qapmanı göstərərək qeyd edir ki, ustadnamələrdə deyilmiş hik­mə­ta­miz aforizimlər el müdrikliyindən irəli gəlir. İnsanlarda xeyirxahlıq, mərdlik, lə­ya­­­qət, halallıq kimi insani keyfiyyətləri yaratmaq məqsədi daşıyır (10, 62-63). Bu ba­­xımdan dastanda verilən ustad­na­mə­­lər maraqlıdır. «Eldir» rə­dif­­li us­tad­na­mə­dən bir parçaya diqqət edək:


Aşıq, uyma sara, ayrılma eldən,

Sənətkarın ata-anası eldir.

Büdrəyib yıxılsan qocalığında,

Qolundan qaldırıb tutası eldir (8).


Amma burada klassik dastanlarımıza nəzərən mifik ob­razlar azdır. Bunun sə­­­bəbi onun­ müasir dövrdə yaranması ilə əlaqədardır.

Bu dastanın digər variantında aşığın Bəhrinazla evliliyi göstərilmişdir. Aşıq bu das­­­tanı həyatda qarşılaşdığı, gördüyü real faktlar əsasında yaratmışdır. Amma Aşıq Mədətin da­ğıs­tan­­lı Bəh­ri­­nazla evliliyi həqiqət deyildir. Aşıq Mədətin özünün dediyi ki­mi, bu ev­­li­lik ustadın arzuları, qurduğu xəyal­la­rı və uydur­masının təzahür formasıdır. Onun bu arzusu an­caq das­tanda gerçəkləşir. Prof. M.H.Təh­masib dastan yara­dı­cı­lı­ğı­ haqqında olan mə­­qaləsində qeyd edir ki, «aşıq tərzində yazan şair özü haqqında das­tan qoşur. Bu­­­rada süjetin doğurdan da baş vermiş real hadisə, yaxud uydurmamı, real sev­gi­­mi, yaxud xəyali surətmi olub-olmaması bir o qədər də əhəmiyyətli deyil­dir. Əsas məsələ budur ki, belə dastanların qəhrəmanı onu yaradan das­tançının özü­dür» (11, 10-15). Dastan boyu ənənəyə uyğun aşığın yuxugörmə, butasının arxasınca getmə, bu yol­da qarşılaşdığı maneələri və nəhayət, qazandığı uğurları izləyirik. Ha­disələr, əsa­sən, Dağıstan və Azər­bay­canda cərəyan edir. Am­ma burada das­tan­­çı aşıq bə­zən ənə­­nədən, möv­zu­dan uzaq­laşmış və başqa bir aləmə düşmüşdür. Müəyyən qə­dər avto­bio­­q­ra­­fik səciyyə daşıyan bu dastan sənətkarın Dağıstan səfərində yaranmışdır. Yuxu­da gör­­düyü buta­sının arxasınca gedib Dağıs­tan elinə çıxan aşığı bir ağsaqqal evinə qo­­naq apa­rır və əsas macəralar da bundan sonra başlayır. Yu­xa­rıda qeyd et­di­yi­miz­ kimi, dastanda yuxugörmə motivi başqa dastanlardan fərqlidir. Əgər «Nov­ruz­ Qəndab»da, «Abbas Gülgəz»də qəhrəmanlara butanı ərənlər, dər­viş­lər­ müəy­­­yən üsullarla verirsə, burada isə qəhrəman yuxuda dağ­lar­la ünsiyyət qurur və qeyb­dən səda eşidir. Ona butasının dağıstanlı Bəh­ri­naz olduğu deyilir. Görün­dü­­­yü kimi, burada buta verən şəxsin surəti bəlli deyil, onun sadəcə səsi eşidilir. Tə­bii ki, bunun əsas səbəbi ustad aşığın müqəddəs şəxslərə böyük hörmət və onlara əlçat­maz bir varlıq kimi baxmasından irəli gəlir. Digər tərəfdən Aşıq Mədət şeir­lə­rin­də dağları özünə həmişə arxa-dayaq hesab etmiş, bütün sirlərini, acısını, sevgisini, iz­tirablarını onunla bölmüşdür. Dastanda qəh­rə­man­lara buta­nın yu­xu vasitəsilə mü­qəddəslər tərəfindən verilməsi xüsusi bir anlam kəsb edir. Təbiətin rəm­zi olan Xızır gənc­lərə buta verməklə, onlara yeni həyata hazır­lı­­ğın, saf, təmiz eşqə başlanğıcın, sa­diq­liyin, səbrin təməlini qoymaqda yardımçı olmuşdur. Bununla qəhrəman bir sıra giz­li sirlərdən xəbərdar olmuş, olub-keçənlərdən xəbər­vermə bacarığına da malik olmuşdur. Folklorşünas alimlə­rimiz­dən olan prof.­ M.­Seyi­dov doğru olaraq buta al­mağın, haqq aşığı olmağın mi­fik inamlarla bağlılığı qənaətinə gəlmişdir (12, 130-135). Prof. H.İsmayılov da aşıq sənətinin mənşəyi ilə bağlı konsepsiyasında butaya ila­hi eş­qin simvolu kimi yana­şaraq qeyd edir ki, «buta istiliklə, odla, günəşlə, dünya ağa­cı ilə bağlı mifoloji məna daşıyan sözdür, nurlu, odlu içkidir. Məhz bu baxım­dan­ butanı müqəddəslərin əli ilə alıb içən şəxs ya aşıq olur, ya da aşiq olur» (6, 118). Görkəmli folklorşünas alim Füzuli Bayat «Məhəbbət (Eşq) dastanları» mə­qaləsində butanı haqq vergisi adlandırmışdır. «Vergi alan şəxsin butasına qo­vuş­ma­sı aşiqin haqq ilə haqq olmasıdır» (5, 133). «Aşıq Mədət və Bəhrinazın das­tanın»da buta verən müqəddəs şəxs əslində gö­rünmür, qəhrəmanın yalnız dağlarla ünsiy­yəti verilir. Qeybdən səs gəlir ki, ona sən­gər bulağının suyundan bir saat ərzində içməyi buyrulur. Deyilir ki, sudan iç­məz­dən öncə qəhrəman sevgilisinin əksini görəcək. Gördüyü gözəl dağıs­tan­lı Za­hid­­xan ağanın qızıdır. Onu qəh­rə­mana buta verirlər. Göründüyü kimi, buta­ver­mə burada klassik dastanlardan fərqlidir. Qəhrəman yalnız qeyb­dən­ gələn səsin buy­­ruğu ilə hərəkət edir və sonunda uğur qazanır. Hadisələrin bu cür cərəyan et­mə­si, çox təbii ki, sənətkarın təxəyyülünün məhsuludur. Çünki heç bir klassik das­tan­da bu üsulla buta verilmir. Prof. İ.Abbaslı Azərbaycan dastanları kitabının mü­qəd­dimə hissəsində qeyd etmişdir ki, «dastan yaradıcılığı real həyat hadisələrini təcəs­süm etdirməklə bərabər, dastançının öz fan­ta­ziyasının gücündən də istifadə olu­nur». Müəllif onu da qeyd etmişdir ki, das­tan­çılar yaratdıqları əsər­lərinin maya­sı­nı, əsasını həm yaşadıqları, həm də özlə­rin­dən çox əvvəlki dövrlərdən alsalar da, bu­ nü­mu­nə­ləri epik boyalarla zən­gin­ləş­dir­miş, işləmiş və bədiiləşdirmişlər (1, 10). Bu­­tanın məhz Xızır Nəbi, Qırxlar pirinin, Əlinin, övliyaların, dərvişlərin verməsi, bu şəxslərin birbaşa Allah dərgahına ya­xın­ olması, Allah elçisi olması ilə əla­qə­li­dir. Xalq rəvayətlərinin əksəriyyətində Xı­zır Nəbi müx­tə­lif funksiyalarda  yol gös­­­tərən, gələcəkdən xəbər verən, xilas­edi­ci,­ yolundan azanı düz yola qaytaran, ya­zın gəlişindən soraq verən, aşiqi məşu­qi­nə­ yetirən, Allah dərgahından enən mü­qəd­dəs şəxs kimi görünür. Aşıq Mədətə bu­tanı verən də həmin Xızırdır. Bu­ra­da əsas qəhrəmanlar Mədətlə Bəhri­naz­dır. Yardımçı obrazlar isə müdriklik çə­lən­­gi olan Zahidxan baba və Bəhrinazın bacısı Şəhrinazdır. Dastan boyu Aşıq Mə­­­də­tin qərib eldə keçirdiyi sıxıntıları, iztirabları, vətən həsrəti və s. əks olunmuşdur. M.Cəfərli dastanda mənəvi sınaqların ön plana çəkildiyini qeyd etmişdir (4, 87). Bu­ra­­da aşığın bədahətən dediyi qoşma­la­rın, deyişmələrin xüsusi önəmi vardır. Za­hid­­­xan babaya özü haq­qında mə­lu­mat verən qəhrə­man belə deyir:
Mən Aşıq Mədətəm, haqqın quluyam,

Al ilə, qumaşla yükü doluyam.

Bu fani dünyadan yaxşı haliyəm,

Yaradandan möhlət, aman istərəm (8).


Dastan boyu sənətkarın böyük çətinliklərlə qarşılaşma­sına baxmayaraq, Mə­­dət heç vaxt sarsılmır. Sevgilisini küsüb inciyən görəndə Aşıq Mədət deyir:
At kənara kədər, qəmi,

Qoynuna sal gizlə məni,

Nolaydı dağdan arana

Bəhrinazım gələydi (8).


Dastanın diqqətçəkən cəhətlərindən biri də burada vətənə və qoynunda yaşadığı vətəninin təbiətinə olan sevgisinin parlaq və bədii şəkildə əks olun­masıdır.
Üzü qibləgaha, meyli Allaha,

Sirri, sözü olan dağlar oğluyam.

Gözəl yaylaqları, billur çeşməli,

Çəmən, çölü olan dağlar oğluyam.


Dağlardı Mədətin arxa, dayağı,

Güllər diyarının bağçası, bağı.

Bürünüb atlasa gəlin sayağı,

Şivə-nazı olan dağlar oğluyam (8).


Dastanın regional çalarlarını göstərən əsas xüsusiy­yət­lərdən biri də burada ha­­di­­sələrin baş verdiyi məkan ilə əla­qədardır. Dastan boyu aşığın butasının arxa­sın­­­­ca dolaşdığı ellər Dağıstan, Gürcüstan, Car, Balakən ellərinin hüdudlarıdır. Bu­­­rada Bəhrinaz aşiqinə yadigar və tanıtım üçün öz əliylə cehizliyinə toxumuş Dər­bənd divarlarının əksi olan əl yaylığını verir.

Dastan boyu qəhrəman gah dünyanın vəfasızlığından, gah da bəxtindən gi­ley­­­­lənir. Amma bütün bunlara baxmayaraq, sonda öz butasına yetişir, onunla xoş­­­bəxt bir ailə qurur. Real həyat faktları ilə aşığın təxəyyülünün bəhrəsi olan bu das­­tan, fikrimizcə, bir sıra baxımdan çox dəyərlidir. Birincisi, dastan müasir mə­həb­­­bət mövzusunda yazılmış və avtobioqrafik səciy­yə daşıyır. Məhz bu baxım­dan çox böyük əhəmiyyətə malikdir. Digər tərəfdən dastanın əsas qəhrəmanı Aşıq Mədətin özüdür. Əvvəldən sonadək onun simvolik obrazlarla deyişdiyini iz­lə­­yi­rik. «Tale» ilə, «gül»lə, «ay»la, «çay»la deyişmələrə təsadüf edirik. Çayla olan deyiş­­­məsinin bir parçasına diqqət edək:


Aşıq Mədət

Bürünmüşəm dərdə-qəmə,

Qorxuram eşq odum sönə.

Siz Allah, yol verin mənə,

Çaylar, məni incitməyin.
Çaylar

Aşıq, bil dərdimiz çoxdur,

Kimi acdır, kimi toxdur.

Başqa cür çarəmiz yoxdur,

Bizim öz axınımız var (8).
Zaqatala aşıqlarından topladığımız regional dastanların hər birinin struk­turun­da diqqəti çəkən bir xüsusiyyət burada sakral sferanın və əlaqənin mövcud­lu­­ğudur. Dastanda klassik ənənə qorunsa da, hadisələrin gedişatı, za­ma­nı və to­po­­nimi­kası, məzmunu baxımından müasir hesab olunur. «Aşıq Mə­dətlə Bəhri­na­zın dastanı»nı tam şəkildə müasir həyatla səsləşən avtobio­q­ra­fik səciyyə daşı­yan das­tan hesab etsək, daha doğru olar. Dastan boyu əxlaqi-tərbiyəvi motivlərə də çox təsadüf olunur. Dastan müasir həyatla səsləşsə də, əsas kö­kü­­­nü, rişəsini klassik dastanlardan götürmüşdür. Prof. İ.Abbaslı bu mə­sə­ləyə mü­na­si­bə­­tini bildirərək qeyd edir ki, yeni dastan yaradan müəlliflərin əksəriy­yəti klassik das­tan irsindən faydalanmış, bu xəzinədən yaradıcı surətdə istifadə etmiş, bu çeş­mə­dən su içmiş, bu qaynaqdan bəhrələnmişlər (1, 7. 2, 11-12).

Fikrimizcə, «Aşıq Mədət və Bəhrinazın» dastanı məz­mununa, qur­ulu­şu­na, re­gi­o­­nal çalarlarına görə dastançılıq ənənəsində özünəməxsus yer tutacaqdır.


QAYNAQLAR:

  1. Abbaslı İ. Yeni dastanlar adlı müqəddimə. Azərbaycan dastanları. 5 cilddə, V cild. Bakı: Elm, 1972, 447 s.

  2. Abbaslı İ. Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri. Bakı: Nurlan, 2007, 272 s.

  3. Azərbaycan das­tan­la­rı. (təkrar nəşr), (Redaktor M.Qa­sımlı, Tərtib edən­­lər­­ M.H.Təhmasib, Ə.Axundov). Beş cilddə, I cild. Bakı: Lider, 2005, 392 s.­

  4. Cəfərli M. Haqqa tapınan aşiqlər. Azərbayacan folk­loru. Bakı: Sa­bah,­1994, s.87

  5. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və Sufizminin bəzi problemləri. Bakı: Ağrıdağ, 1997, 101 s.

  6. İsmayılıov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı: Elm, 2002, 310 s.

  7. İsmayılıov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. Bakı: Elm, 2002, 310 s.

  8. Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxivindədir.

  9. Rüstəm Rüstəmzadə. Məhəbbət dastanları. Gəncə Poliqraf­iya­, ­2008,­ 502 s.

  10. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı: Elm, 1972, 399 s.

  11. Təhmasib M.H. Məqalələri. Dastan yaradıcılığı haq­qında. Bakı: Elm, 2005, 218 s.

  12. Telli saz ustadları. (tərtib edən Ə.Axundov). Bakı: Azərnəşr, 1964, 159 s.


Zumrud Ibrahim

ABOUT EPOS “ASHUG MADAT AND BAHRINAZ”

Summary: In this article the art of narrators existing in Zagatala ashyg environment is investigated as one of the branches of the art of Azerbaijani ashyges. The epos of “Ashyg Madat and Bahrinaz” is investigated, the importance and the specific features of this epos especially emphasized and underlined.

Key words: Ashug Madat; country poet, Zagatala ashug creative environment; Ashug Mahammad; gerayli, gosh­ma (forms of Azerbaijani poem); mountains.
Зумруд Ибрахим

ОБ ЭПОСЕ “АШЫГ МАДАТ И БAХРИНАЗ”

Резюме: В этой статье исследуется искусство ска­зительства, существующая в Загатальской среде как одна из ветвей азербайджанского искусства. В эпосе “Ашыг Мадат и Бaхриназ” исследована и особо подчеркнута важ­ность и особенность этого эпоса.

Ключевые слова: Ашыг Мадат, страна, поэт, Зага­тальская ашыгская творческая среда, Ашыг Мухаммед, герайлы, гошма (Азербайджанские формы стихотворения).

Babək QURBANOV

Gazıantep Unıversıtetı (Türkiyə)

Fəlsəfə Elmləri Doktoru, Professor.

kurbanov@gantep.edu.tr
TARİXİ-ESTETİK BAXIMDAN AŞIQ MUSİQİSİ
Özət:    Türk soylu xalqların həyatında bir çox sənət növləri kimi musiqi də tarixi inkişaf prosesində əhəmiyyətli bir yer tutmuşdur. Bu xalqların folklor yaradıcılığına diqqət etsək bir daha görə bilərik ki musiqi sənəti hər zaman xalqın yanında olmuş, onun sevincini-kədərini, mərdliyini, cesurluğunu, hazır­cavablığını, azadlıq uğrunda mübarizələrini, estetik və etik ideallarını ifadə etmişdir. Söylədiklərimizi sübut edən yüzlərlə, minlərlə sənədlər, arxeoloji məlumatlar, folklor nümunələri, bu sırada şifahi və yazılı ədəbiyyat nümunələri göstərmək müm­kündür. Əsrlərdən gələn ozan-aşıq sənətinə müraciət etdi­yimiz zaman bu söylədiklərimizin etibarlılığına olan inancımız bir daha da artmaqdadır. Ozan-aşıq havalarının, mahnılarının günümüzə çatmış və klassikləşmiş bir çox nümunəsi onların yüksək bədii-estetik dəyərini ən bariz şəkildə sübut edir. Aşıq sənətinin poetik və musiqi janr (növ) rəngarəngliyi, eyni za­manda idea-məzmun və mövzu baxımından son dərəcə zəngin olması heç şübhəsiz bu ovsunlayıcı sənətin min illərə təməl­lənən uzun bir tarixi yol qət etməsini göstərir. Forma, kom­pozisiya, lad-məqam və idea-məzmun baxımından mükəmməl bir zirvəyə çatmış aşıq havaları heç şübhəsiz, birdən birə, bedahətən (irticalen) belə bir estetik səviyyəyə çatmamışdır. Tə­bii ki, ozan-aşıq sənətinin bu nümunələrinin meydana gəl­məsində onun zəngin tarixi genetik köklərinin olması fikri heç bir şübhə doğurmamalıdır. Aşıq mahnılarının bizə çatmış nümunələrinin bu qədər az olmasının ən əsas səbəbi isə onların zamanında notaya alınmaması, nota yazısı vasitəsiylə "maddi­ləşdiriməməsidir". Müxtəlif ictimai, tarixi, sosial-mədəni səbəblərdən dolayı, həmçinin eyni zamanda müharibələr, köç­lər, ticarət əlaqələri, müxtəlif dini inanclar (şamanizm, sufizm və s.) digər xalqların basgıları və s. ilə əlaqədar olarag yüz­lərcə-minlərcə xalq mahnılarımız (bunu folklor yaradıcılığının digər sahələri haqqında da söyləmək mümkündür) itib-batmış, yalnız xalqın yaddaşında qalmış, nəsillərdən nəsilləre ötürül­məsi yolu ilə günümüzə qədər gəlib çatmış, bir daha müasir mənəvi mədəniyyətimizin ayrılmaz parçasına çevrilmişdir. Aşıq havalarının eski Türk soylu xalqların mədəni həyatında son dərəcə əhəmiyyətli rol oynadığını bir daha xatırlatmaq istəyirik. Aşıq havalarının xalqın xeyrində, şərində, bayram­la­rında, müxtəlif mərasimlərində, xüsusilə də toylarında, möv­süm mərasimlərində (məsələn; Novruz Bayramında və s.) önəm­­li rol oynamasına aid saysız-hesabsız yazılara, məqa­lələrə, monoqrafiyalara rast gəlmək mümkündür. Bir daha xatırladaq ki aşıq sənəti və ifaçılığı bu zamanlar daha çox kütləvi xarakter daşımasını, daha çox insan birliyinə, xalq kütlələrinə xitab etməkdə olduğunu söyləyə bilərik. Lakin aşıq havalarının heç də hamısı öz idea-məzmununa görə kütləvilik xarakteri daşıma­maqdadır. Daha doğrusu bu qəbildən olan havalar heç də hər zaman xalq kütləsinin ümumiləşdirilmiş istəyini, birlik, bəra­bərlik, ədalət, azadlıq kimi cəmiyyətin demək olar ki, bütün sosial zümrələri için önəmli ola bilən vətənpərvərlik, vətənsevərlik ideyalarını ifadə etmək məqsə­dinə qulluq etməmişdir. Aşıq havaları insanlarımızın bu qeyd etdiyimiz arzu və istəklərini, mənəvi-estetik idealarını ifadə etməklə birlikdə onların fərdi hiss və həyəcanlarının müxtəlif tərəflərini, ruh hallarını ifadə edə bilən gözəl nümunələrini də görmək mümkündür. Sevgi, hörmət, mərifət, yaşlıya-uşağa-qadına hörmət, təbiət gözəlliklərinə heyranlıq, təbiətdə, insan­larda, cəmiyyət içərisində, eyni zamanda insan davranışlarında gözəlliyi görmək, dərk etmək, onun əhəmiyyətini anlamaq ki­mi ülvi hissləri ifadə edən yüzlərcə nümunər də tapmaq müm­kündür.

Türk soylu xalqların həyatında bir çox sənət növləri kimi musiqi də tarixi inkişaf prosesində əhəmiyyətli bir yer tutmuşdur. Bu xalqların folklor yaradıcılığına diqqət etsək bir daha görə bilərik ki musiqi sənəti hər zaman xalqın yanında olmuş, onun sevincini-kədərini, mərdliyini, cəsurluğunu, hazır­cavablığını, azadlıq uğrunda mübarizələrini, estetik və etik ideallarını ifadə etmişdir. Söylədiklərimizi sübut edən yüz­lər­cə, minlərcə sə­nədlər, arxeoloji məlumatlar, folklor nümu­nələri, bu sırada şifahi və yazılı ədəbiyyat nümunələri göstər­mək mümkündür. Əsrlərdən gələn ozan-aşıq sənətinə müraciət etdiyimiz zaman bu söylə­diklərimizin etibarlılığına olan inan­cımız bir daha da artmaqdadır. Ozan-aşıq havalarının, mahnı­larının günümüzə çatmış və klassikləşmiş bir çox nümunəsi onların yüksək bədii-estetik dəyərini ən real bir şəkildə sübut edir. Aşıq sənətinin poetik və musiqi janr (növ) rənğarəngliyi, eyni zamanda idea-məzmun və mövzu baxımından son dərəcə zəngin olması heç şübhəsiz, bu ovsunlayıcı sənətin min illərə təməllənən uzun bir tarixi yol qət etməsini göstərir. Forma, kompozisiya, lad-məqam və idea-məzmun baxımından mü­kəm­məl bir zirvəyə çatmış aşıq havaları heç şübhəsiz, birdən-birə, bədahətən belə bir yüksək estetik sə­viyyəyə çatmamışdır. Təbii ki, ozan-aşıq sənətinin bu nümu­nələrinin meydana gəlməsində onun zəngin tarixi genetik kök­lərinin olması fikri heç bir şübhə doğurmamalıdır. Aşıq mah­nılarının bizə çatmış nümunələrinin tarixilik baxımından nisbətən az olmasının ən əsas səbəbi isə onların zamanında notaya alınmaması, nota yazısı vasitəsiylə "maddiləşdirilməməsidir". Müxtəlif ictimai, tarixi, sosial-mədəni, son zamanlar isə ideoloji səbəblərdən dolayı, həmçinin eyni zamanda müharibələr, köçlər, ticarət əlaqələri, müxtəlif dini inanclar (şamanizm, sufizm və s.) digər xalqların basqıları və s. ilə əlaqədar olaraq yüzlərcə-minlərcə xalq mahnılarımız (bunu folklor yaradıcılığının digər sahələri haqqında da söyləmək mümkündür) itib-batmış, yalnız xalqın yaddaşında qalmış, nəsillərdən-nəsillərə ötürülməsi yolu ilə günümüzə qədər gəlib çatmış, bir daha müasir mənəvi mədə­niyyətimizin ayrılmaz parçasına çevrilmişdir. Aşıq havalarının əski Türk soylu xalqların mədəni həyatında son dərəcə əhə­miyyətli rol oynadığını bir daha xatırlatmaq istəyirik. Aşıq havalarının xalqın xeyrində, şərində, bayramlarında, müxtəlif mərasimlərində, xüsusilə də toylarında, mövsüm mərasim­lərində (məsələn; Novruz Bayramında və s.) önəmli rol oy­namasına aid saysız-hesabsız yazılara, məqalələrə, monoqra­fiyalara rast gəl­mək mümkündür. Bir daha xatırladaq ki, aşıq sənəti və ifaçılığı bu zamanlar daha çox kütləvi xarakter da­şımasını, daha çox insan birliyinə, xalq kütlələrinə xitab etməkdə olduğunu söyləyə bilərik. Lakin aşıq havalarının heç də hamısı öz idea-məzmununa görə kütləvi xarakter daşı­mamaqdadır. Daha doğrusu bu qəbildən olan havalar heç də hər zaman xalq kütləsinin ümumiləşdirilmiş istəyini, birlik, bərabərlik, ədalət, azadlıq kimi cəmiyyətin demək olar ki, bü­tün sosial zümrələri için önəmli ola bilən vətənpər­vərlik, vətənsevərlik ideyalarını ifadə etməməyi qarşısına məqsəd qoymamışdır. Aşıq havaları insanlarımızın bu qeyd etdiyimiz arzu və istəklərini, mənəvi-estetik ideallarını ifadə etməklə birlikdə onların fərdi hiss və həyəcanlarının müxtəlif tərəf­lərini, ruh hallarını ifadə edə bilən gözəl nümunələrini də görmək mümkündür. Sevgi, hörmət, mərifət, yaşlıya, uşağa, qadına hörmət, təbiət gözəlliklərinə heyranlıq, təbiətdə-insan­larda, cəmiyyət içərisində, eyni zamanda insan davranışlarında gözəlliyi görmək, dərk etmək, onun əhəmiyyətini anlamaq kimi ülvi hiss­ləri ifadə edən yüzlərcə nümunə tapmaq müm­kündür. Lakin bu baxımdan onları müşayiət edən aşıq hava­larının əlimizə çatan örnəklərinin saylarının yuxarıda da ifadə etdiyimiz kimi az olduğunu da söyləyə bilərik. Bununla bir­likdə ixtiyarımızda olan bu klassikləşmiş aşıq melodiyaları (mütəxəssislər onların sayını 120-qədər çıxardırlar) belə aşıq ruhunda, daha doğrusu aşıq şeir formalarında söylənmiş (ya­zılmış) şeirlərin ifası zamanı aşıqlar tərəfindən müvəffə­qiy­yətlə istifadə olunur. Mütəxəssislər bəzən belə bir yaradıcılıq sintezinin səbəbini daha çox şeirlərin metro-ritm xüsusiy­yətləri, mətnin fonetik xüsusiyyətləri, eyni zamanda musiqinin, aşıq havalarının ritm, tempo, ifadə-təsvir vasitələri, intonasiya xüsusiyyətləri və s. kimi texniki-estetik tərəfləri ilə gerçəkləşə bilməsinə inanırlar. Bu haqlı fikirlərlə birlikdə (irəlidə bu problemlər üzərində dayanacağıq), eyni zamanda bu mahnıla­rın, daha doğrusu aşıq melodiyalarının emosional məzmununu da unutmamaq lazımdır. Yəni mətnin idea-məzmunu, onun realist istiqaməti bu baxımdan ona uyğun ola bilən bir aşıq havasına müraciət edilməsini lazımlı edir deyə düşünürük. Məsələn, "Yanıq Kərəmi" kimi məşhur və qəm-kədərlə dolu bir melodiya texniki (zahiri) baxımdan ona uyğun gələ bilən, lakin başqa bir ruh halını (qəhrəmanlıq, cəsarət, vətənpərvərlik və s.) ifadə etməkdə olan mətnlə bədii əlaqəsinin gerçək­ləş­dirilməsi heç şübhəsiz, istənilən estetik nəticəni verə bilmə­məkdədir. Aşıq havalarının emosional məzmununu gözəl hiss edən ustad aşıq, təsadüfi deyil ki, bu mahnıdan monumental dastan yaradıcılı­ğında, daha doğrusu onların ifası zamanı yaradıcılıqla istifadə edə bilirlər. Məsələn, dastan qəhrəman­larının ruh halını, sevgisini, mübarizəsini, gələcəyə olan ina­mını, estetik və mənəvi ideal­larını, insana xas bu söylədiyimiz fenomenləri ifadə etməkdən ötrü, eyni zamanda insana xas bu söylədiyimiz fenomenləri əks etdirməkdən ötrü aşıqlar adətən onlara emosional baxımdan, ruhən yaxın olan aşıq havalarına müraciət etmək məcburiyyətində qalırlar. Dastan yaradıcı­lı­ğına, onun klassik aşıqlar tərəfindən icra olunmasına diqqət etsək bu yaradıcılıq üsulunun nə qədər də faydalı olduğunu, eyni zamanda ozan-aşıq yaradıcılığında bir daha ortaya çıxar­mış oluruq. Onlarla xalq dastanlarımızın gü­nümüzə qədər gəlib çatmaması, onların yalnız adlarının, izlərinin, hətta natamam variantlarının olduğu faktı bilinənlər arasındadır. Bu baxımdan aşıq melodiyaları ilə əlaqədar dastanlarımızın bir bütün olaraq (yəni epik xarakterli, burada mətn ilə birlikdə melodiyaların istifadə edilməsini də nəzərə almaq şərtiylə) yazıya köçürül­məsi, yazıda "maddiləşməsi", hal-hazırda son dərəcə böyük əhəmiyyət kəsb edir. Tanınmış müzikoloq Prof. Dr. Nazim Hidayətoğlunun "Aşıq Qərib" adlı kitabı xüsusi bir əhəmiyyət kəsb edir. Zənnimizcə Nazim bəyin bu zəhmətini dastanları­mızın bir bütün halında ələ alınmasında ilk və müvəffəqiyyətli addım­lardan saymaq mümkündür. İrəlidə bu istiqamətdəki fəaliyyət­lərin davamının gəlməsini ümid etmək mümkündür. Dastan­larımızın belə bir üsulla qələmə alınma problemi əslində zəhmətli və çətin bir işdir. Belə ki, bu qəbildən olan işlərdə poetik qabiliyyət və yaddaş ilə birlikdə professional musiqi bilgiləri də böyük əhəmiyyət kəsb edir. Haqqında söz açdığı­mız dastanın qələmə alınmasında Nazim bəy bu iki əhəmiy­yətli istiqaməti, yəni ədəbi mətnlə musiqinin notalarla ifadəsini yüksək bir professionallıqla həyata keçə bilmişdir. Dastanı ustad aşıq Aslan Kösalıdan qələmə alan və bundan ötrü Gür­cüstan Respublika­sının Qarayazlı bölgəsinin Kosalı kəndinə gələn müəllif, dastanı söyləndiyi kimi qələmə almış, aşıq tərəfindən oxunan havaların notalarla ifadəsini (quruluşunu, kompozisiyasını) gerçəkləşdirə bilmişdir. Dastanda Aşıq Aslan Kosalının söylədiyinə uyğun olaraq dastan quruluşuna, onun kompozisiya xüsusiyyətlərinə, eyni zamanda asıq danışma (dastan söyləmə) üslubuna riayət edən Nazim bəy, aşığın ifa­sındakı melodiyaları səsləndikləri kimi (bütün nüansları ilə birlikdə) və piano müşayiətində notaya ala bilmişdir7.

Dastanda istifadə edilən melodiyalar yuxarıda da söylədi­yimiz kimi dastanın əsas idea-məzmununa, süjetinin gedişinə, qəhrə­manların müxtəlif ruh hallarına, emosyonal vəziyyət­lərinə uyğun olaraq istifadə edilir. Məsələn, "Kərəm Köçdü" havası aşıq dastan mətninin o hissəsində oxunur ki, burada Aşıq Qərib, sevgilisi Şahsənəm ilə məcburi olaraq yeddi illiyinə vidalaşır və Şahsənəm bunun səbəbini anasına bildirir. Yəni atasının Qərib ilə olan sevgisinə razı olmamasından dolayı, Qəribdən qırx kisə qızıl istədiyini, eyni zamanda Qə­ribin onları tapmaq üçün yola düş­düyünü bildirir. Bu vəziy­yətdə Şahsənəmin ayrılıqdan, hicrandan doğan dərin kədər, həsrət hissləri musiqi vasitəsi ilə xüsusilə emosional bir tərzdə ifadəsini tapmış olur. Aşıq, haqlı olaraq bu ruh halını ifadə etmək məqsədiylə bu səhnəyə uyğun olan "Kətəm Köçdü" yanğılı aşıq havasını çalıb oxuyur. Əslində bu musiqi parçası ilə Şahsənəmin ayrılıqdan doğan keçirdiyi duyğuları əks etdirməklə birlikdə, dinləyicilərin də bu həyəcanları, hissləri yaşamasını təmin edir. Unutmamaq lazımdır ki, hər bir das­tanın bəzən bir çox variantları belə mövcud ola bilər. Məsələn, sözünü etdiyimiz dastanın təxminən doqquz variantı vardır və bunun bu variantlarının meydana gəlməsində bir çox sənətkar aşğın bila­vasitə yaradıcılıq fəaliyyətinin olması heç bir şübhə doğurmur. Buna görə də eyni dastanın aşıqlar tərəfindən ifası zamana, məkana, aşığın fərdi qabiliyyətinə, estetik dünyagö­rüşünə və s. bağlı olaraq onların dastanlara olan qatqılarından da söhbət açmalı oluruq. Bu fikri dastanın musiqi müşayiətinə də aid etmək mümkündür. Yəni aşıq repertuarının genişliyi və ya darlığı dastan söyləyərkən aşıqların təsvir və ifadə imkan­larını ya genişləndirir, ya da daraldır. “Aşıq Qərib” kimi digər dastanlarımızda da melodiya, burada musiqi ilə ədəbiyyatın (daha dar mənada mət­nin, şeirin) dialektik əlaqəsinin əhəmiy­yətli olması ilə birlikdə, eyni zamanda mürəkkəb və çox az tədqiq olunması fikrini ortaya çıxarmaqdadır. Heç şübhəsiz, eyni aşıq havasında və ya melo­diyasında, həmçinin bir das­tanın müxtəlif ustad aşıqlar tərəfindən ifa edildiyində belə bəzi fərqliliklərə, dəyişikliklərə rast gələ bilirik. Bunun yuxarıda sıraladığımız səbəblərlə birlikdə bir də aşıq sənətinin əslində improvizasiya xarakterli olması ilə də izah etmək mümkündür. Hər bir aşığın bu və ya digər dərəcədə həmin qabiliyyətə sahib olması, yəni şeir bəstələməklə birlikdə musi­qiçilik və bəstəkar­lıq qabiliyyətinə də sahib olması gerçəkliyi eyni zamanda bu sənətin əhəmiyyətli xüsusiyyətlərindən sayıl­maqdadır. Təsa­düfi deyil ki, belə bir qabiliyyətə görə bəzən aşıqların ustad aşıq olub olmaması, bu sənətin incəliklərinə sahib olub olma­ması kimi fikirlər ortaya çıxa bilir. Aşıqların ifaçılıq, bəda­hətən şeir söyləmə məharəti xalq arasında uzun illərdən bəri sevilən, rəğbət görən aşıqlar divanı kimi adlandırılan və əsasən aşıqları bir araya gətirə bilən, onların ustalıqlarının, ifaçılıq maharətlərinin inkişafına xidmət edən bir aşıq növünü də unutmamaq lazımdır. Bu qəbildən olan "aşıqlar divanı" bütün Türk dünyasında özünü göstərməkdədir. Xatırladaq ki, hal-hazırda aşıqlar divanının ən qədim dövrlərdən başlayaraq so­sial-mədəni həyatımızda oynadığı rol, onun-dəyişdirici funk­siyası, xalq arasında bəyənilməsinin səbəbi ilə əlaqədar prob­lemlər folklorşünas alimlərimizin marağına səbəb olmaqdadır. Məsələn, bu sahədə həm Azərbaycanda, həm də Türkiyədə bir çox araş­dırmaların aparılmasını söyləmək mümkündür. Son zamanlarda Türkiyədə ozan-aşıq sənəti, eyni zamanda aşıqlar divanı ilə əlaqədar əhəmiyyətli fəaliyyəti ilə diqqət çəkən folklorşünas alim Nazim İrfan Tanrıkulunun müsbət səyylərini xüsusi olaraq qeyd etmək lazımdır. Onun "Aşıqlar Divanı" adlı əsərini son zaman­larda Türkiyədə meydana gəlmiş və aşıq sənətini işıqlandıran ən qiymətli əsərlərdən saymaq mümkün­dür. Əsərdə yazar zənni­mizcə indiyə qədər görülməmiş bir üsuldan istifadə etməyi qarşısına bir məqsəd olaraq qoyur. Da­ha doğrusu burada əsas diqqəti, aşıqlar divanı və deyişmələrə istiqamətləndirir. Aşıq sənəti üçün son dərəcə mühüm olan bu sahənin xüsusiyyətlərini kitabdan, aşıq ədəbiyyatından, mütə­xəssislərin fikirlərindən aldığı məlumatlara görə deyil; aşıq­ların reallaşdırdıqları canlı aşıq məclislərindəki deyişmələrin olduğu kimi qələmə alınması yolu ilə şərhə çalışması və oxucuların ixtiyarına verilməsini əsas götürür. Həqiqətən də müxtəlif aşıq məktəblərində, təcrübə və səviyyəyə sahib aşıqların bir-biriləri ilə olan deyişmələrində onların bu sənətə nə dərəcə yaxından sahib olduqlarını görmək mümkündür. Aşıqların bədahətən bir-biriləri ilə deyişməsi, eyni aşıq şeir formasında, eyni zamanda, eyni bir aşıq havası üstündə söy­ləyib oxuması bu xalq sənətkarlarının həqiqətən böyük fitri is­tedadından xəbər verir. Kitabda müəllif, hal-hazırda Türkiyədə ad-san sahibi olan aşıqların müxtəlif zamanlarda bir-birləri ilə olan deyişmələrini, burada söylədikləri sözlərdə heç bir dəyişiklik və əlavə olmadan və həqiqətdə olduğu kimi təqdim etmişdir. Əslində, bu cür deyişmələri təsvir edən, reallaşdıran və bu son dərəcə əhəmiyyətli proseslərdə bilavasitə şəxsən iştirak edən Nazim Tanrıkulu müasir deyişmə üslubunun bir çox xüsusiyyət­lərinə sahib ola bilməsini aydın bir şəkildə hiss edirik. Canlı olaraq bu deyişmələr olduğu kimi reallaşdırıl­masını qələmə alan müəllif, parallel olaraq bu prosesə qatılmış, aşıqlar haqqında da məlumatlar vermiş, aşıqlıq sənəti haqqında qayğılarını da şərh etməyə cəhd göstərmişdir. Kitabda gös­tə­rildiyi kimi deyişmə Nazim Tanrıkulunun da iştirakı ilə əsasən üç aşıq tərəfindən reallaşdırılır. Deyişmə bir ümumi mövzu ətrafında cərəyan edir və çox vaxt kiçik teatr səhnəsini xa­tırladır. Burada aşıqlar bütün qabiliyyətlərini ortaya qoymağa, aşıqlıq sənətinin ənənələrinə, əxlaqi-etik qanunauyğunluglarına riayət etməyə çalışırdılar. Kitabda Türk aşıqlarının əksəriy­yətinin xoş nəfəsini eşitmək mümkündür. Deyişmələrdə iştirak edən yaşlı və gənc, tanınmış və hələ o qədər də şöhrət sahibi olmamış bir çox aşıqların yara­dıcılıq dəst-xətti, xüsusilə də deyişmə mədəniyyəti ilə yaxından tanış olmaq mümkün olur. Kitabda yer almış "deyişmələr" aşıq poetik yaradıcılığının nə qədər zəngin şeir formalarına (burada müxtəlif aşıq şeir for­malarından, bu sırada dodagdəyməz, dil tərpənməz, təcnis, cı­ğalı təcnis və s.) sahib olması ilə birlikdə müasir aşıqların keç­miş bədii-estetik prinsipləri unutmamalarını, onlardan yara­dıcılıqla istifadə edə bilmələrini, müasir mövzuları əski şeir formalarında icra edə bildiklərini sübut etmiş olur. Nümunə olaraq Taşlıova, Günay Yıldız və Tanrıkulunun deyiş­məsindən iki bəndi oxucularımızla paylaşmağı lazım görürük8.
Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə