Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.

səhifə13/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

tək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən kazarmanın 
daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız 
bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına 
aldılar ki, onları pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə 
sürütləmək üçün dörd yüz qızıl peso veriblər. Əvvəl onlar buna razı olmayıblar, 
çünki ona qarşı çıxmaq istəməyiblər və ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, 
amma məsələ belə olub ki, gizli müşavirələrin birində iştirak eləyən iki hərbçi 
general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq buna görə 
razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» - 
dedi və onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr 
elədi, səhərisi gün isə hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra 
qəlbinin şübhə kisəsinin açılıb boşalmasını hiss elədi və rahatlanıb ağzının içində 
özü-özünə: «Şeytana min lənət, indi hamı başa düşdü ki, xalqın heç bir təqsiri 
yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio 
Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini 
tapdalayıb söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və 
ürəyində özünə söz verdi ki, bu gözəl məmləkətdə bir daha işgəncəyə yol 
verilməyəcək. Qərardan sonra bütün timsahları öldürdülər, diri-diri adamların 
sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra əfvi-ümumi elan 
edildi, yalnız bundan sonra, gələcək haqqında fikirləşərkən, birdən-birə ölkəni 
fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində 
cürbəcür fikirlər dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım 
idi. Bundan ötrü o, mart poeziya yarışlarını və gözəllik kraliçası adı qazanılan 
gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib ölkələri içində ən gözəl 
həndbol meydançası, ən böyük bağlı stadion tikdirib bizim komandanı, «Qələbə, 
yaxud ölüm!» devizi altında oynamağı boynumuza qoydu. Hər kənddə pulsuz 
süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, 
küçələri və maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını 
bir kənddən o birinə, ordan da geriyə daşıya-daşıya çaş-baş halda bir-birinə 
baxırdılar. Hər zibil qalığı «Millətin təmizliyi qeydinə qalan müqəddəs 
apostolumuzu hifz et, ilahi!» - şüarları və dövlət bayraqlarıyla müşayiət olunurdu. 
O isə həmin dəqiqələr, yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı 
xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa 
getmiş heyvan aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər planı 
fikirləşib tapır, ayaqüstü, yaxın günlərdə açıq səma altında, boş çənlərdə dünyaya 
gələn körpələri xaç suyunə çəkir, onların hər birinə öz adını verirdi. Yaltaqlar: 
«Yeganə və vahid xilaskarımız!..» - deyib onu şərəfləndirirdilər. O isə elə 
doğrudan-doğruya yeganə idi… çünki daha əkiz tayı yox idi və günaşırı quş dolu 
qəfəslər göndərilən bu sarayda, əkizinin yerinə də, hər yerdə özü iştirak eləyirdi. 
Bu qəfəsləri saraya, anası Bendisyon Alvaradonun bir vaxtlar quşsatmaqla məhğul 
olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri 
ona yaltaqlanmaq, yarınmaq məqsədi ilə göndərirdi, bəzi qəfəslərinsə açıq-açığına 
rişxəndlə, dolamaq məqsədi ilə göndərildiyi. Axır nə baş verirdisə, bir müddətdən 
sonra, təzə gələn qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə 
saysız-hesabsız dövlət işləri də yığıldı və bütün bu işlərin birdəfəlik həlli tələb 
 
27


olundu. Otaqlara da o qədər adam doluşdu ki, məmurları, qəbula gələn adamlardan 
ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan ötrü divarları söküb o 
qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar, sarayın pəncərələrindən dəniz 
mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi, payız günü açıq 
dənizdə küləyi yarıb keçən kimi keçsinlər. Lap üzü qədimdən bəri adamlar, saray 
pəncərələrindən vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq 
küləyi adlandırmışdılar, mənim generalım və hətta uzun illərdən bəri qulağınızı 
yoran uğultunun da sülh və əmin-amanlıq səsi olduğunu təsdiq eləmişdilər. Şəxsi 
həkimi elə beləcə də demişdi: «Qulağınızda uğuldayan bu səs, sülh və əmin-
amanlıq səsidir, mənim generalım!» Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü 
gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan, 
ümumi firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı 
ki, artıq sakitlik və firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki, 
yenə dekabrda dağın başına qalxdı, öz aralarında əttökən saxta qohum-qardaşlıq 
münasibətləri yaratmış keçmiş diktatorların miskinliyindən zövq almaq üçün dağın 
başındakı həmin o evə getdi. Onlar da onu görən kimi domino oynunu yarımçıq 
kəsib, ovuclarında qalan daşları ona göstərə-göstərə: «Tutaq ki, məndə altı-altıdı, 
bu kütbeyin konservatorlarda da tutaq ki, üç-üçdü… o da var ki, keşişlərlə 
massonların əlaltı fırıldaqlarını bilmirdim…» İndi bu qoca çaqqala nə deyəsən? 
Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax, bu külqabı tutaq ki, prezident 
sarayıdı, düşmən isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə 
tutub və əgər külək bu səmtə əsməsə, düşmən gülləsi saraya çata bilməz. «Və əgər 
indi siz məni bu vəziyyətdə görürsünüzsə, bu, cəmi-cümlətanı səksəncə santimetrin 
işidi. Bədbəxtçiliyə bir bax!..» Sabiq diktatorların ən inadkarları belə, bu 
uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər. Bircə 
o ümidlə yaşayırdılar ki, arada bir üfüqdə görünən tüstüsünün rəngindən, fitinin 
səsindən tanıdıqları doğma gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-
döyə, zibil yeşiklərində eşələnəcək, dənizçilərin, yemək bükmək üçün istifadə 
elədikləri qəzet parçalarını axtarıb tapacaq, onları sətirbəsətir həm soldan sağa, 
həm də sağdan sola oxuyacaq, bütün oxuduqlarından – məsələn orda, vətəndə 
kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin kimi ad gününə kimi dəvət eləyib, 
kimi dəvət eləmədiyi barədə yazılardan, öz ölkəsində baş verən hadisələrin siyasi 
proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də, əvvəl-axır onun taleyini dəyişəcək 
hansısa qasırğanı - Allah qoysa, ölkənin üstündən əsib, hər yeri viran qoyacaq 
qasırğanı, bütün körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb daşa-daşa, 
əkin sahələrini, buğda zəmilərini yuya-yuya, bütün məhsulu məhv edəcək, evləri 
aparıb, əvəzində aclıq, vəba və ölüm gətirəcək qasırğanın gəlişini gözləyirdi. Onda 
camaatın, ölkəni başına götürmüş bu bəladan, bu özbaşınalıqdan qurtarmaq üçün, 
bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan savayı ayrı əlacı 
qalmayacaqdı. «Belə də olacaq, görərsiniz!» Həmin bu möhtəşəm məqamın 
yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da, təzə gələnlərdən birini kənara çəkib 
sakitcə: «Siz allah, bu iynəni saplayaydınız, şalvarımı yamamalıyam… mən bu 
şalvarı ata bilmərəm, bu şalvar mənimçün əziz xatirədir…» - deməli olurdular. 
Paltarlarını gizlində yumalı, heç kəs görməsin deyə, sığınacağa təzə gələnlərin ilk 
günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca yığmalı, dişsiz ağızlarını, 
 
28




Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə