Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
76
(nəzir demişdi), amma vəfat etdi. (Onun yerinə nə isə etməli-
yəmmi?)” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Əgər
borcu olsaydı, ödəyərdinmi?” Həmin şəxs: “Bəli”, – dediyində
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurdu: “Allahın
borcunu ödə. Çünki o, ödənilməyə daha layiqdir”
1
.
Üqbə ibn Amir demişdir:
“Bacım nəzir etmişdi ki, həccə piyada getsin. Məndən istədi
ki, bu haqda Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
rəyini
öyrənim. Peyğəmbərdən bunu soruşduğumda dedi: “Həm pi-
yada getsin, həm də miniyə minsin”
2
.
Hədislərdən məlum olur ki, qadınlar ibadətə həris idilər, –
bu tərifəlayiq haldır. Lakin insanlara xeyri öyrədən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ibadətdə ifrata varmağı qadağan
etmişdir. İbadətdə ifrata varan həm qadınlar, həm də kişilər
(Abdullah ibn Əmr ibn As, Əbu Dərda və başqaları) Peyğəm-
bərin bu məsələdə tövsiyələrini qəbul etmişdilər. Allah onlar-
dan razı qalsın!
Qadınlar səxavətli olub
çoxlu sədəqə vermişlər
Əbu Səid əl-Xudri
(Allah ondan razı qalsın!)
demişdir:
“Qurban və Ramazan bayramlarında Peyğəmbər
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
məscidə gedər, əvvəlcə, namaz qılardı.
Namaz qılıb salam verdikdən sonra ayağa qalxıb üzünü na-
mazgahda oturmuş camaata tərəf çevirərdi... (Xütbə zamanı:)
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
İkinci fəsil. İslamda qadının üstün mövqeyi
77
“Sədəqə verin, sədəqə verin, sədəqə verin!” – deyərdi. Ən çox
sədəqə verənlər qadınlar idi”
1
.
Rəvayət olunur ki, İbn Abbas
(Allah ondan razı qalsın!)
deyib:
“Ramazan bayramı Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bayram namazı qıldım... Sonra kişiləri yara-yara qadınla-
rın yanına getdi. Yanında Bilal var idi... Onlara dedi: “Sədəqə
verin!” Bilal paltarını yerə sərdi və dedi: “Gəlin! Anam və
atam sizə fəda olsun!” Qadınlar üzük və bilərziklərini Bilalın
paltarının üstünə atdılar”
2
.
Hafiz ibn Həcər əl-Əsqəlani demişdir:
“Həmin ağır günlərdə verilməsi çətin olan zinət əşyalarını
qadınların sədəqə çıxması onların dindəki üstün məqamlarını
və Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əmrinə böyük
istəklə uymalarını göstərir. Allah onlardan razı qalsın!”
3
Qadınlar valideynlərinə
yaxşılıq etmişlər
Abdullah ibn Büreydə rəvayət edir ki, atası deyib:
“Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanında oturdu-
ğum zaman bir qadın gələrək dedi: “Anama bir cariyə sədəqə
etdim. Amma anam vəfat etdi.” Peyğəmbər dedi: “Savab qazan-
mışsan. Mirasa görə cariyə sənindir.” Qadın dedi: “Ey Allahın
rəsulu, anamın boynunda bir ayın orucu var idi. Onun yerinə
tutummu?” Peyğəmbər dedi: “Bəli, onun yerinə tut.” Qadın
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi Müslim və Buxari rəvayət etmişdir.
3
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 121.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyətı̇
78
soruşdu: “Anam heç həccə getməmişdi. Onun yerinə həccə
gedimmi?” Peyğəmbər buyurdu: “Bəli, get”
1
.
İbn Abbas
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bir qadın Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlib dedi: “Ey Allahın rəsulu, anam vəfat edib.
Boynunda nəzir orucu var idi. Onun yerinə oruc tutummu?”
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Əgər ananın
borcu olsaydı və sən onu ödəsəydin, borcu bitməzdimi?” Qa-
dın: “Bəli (bitərdi)”, – dedikdə Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
buyurdu: “Ananın yerinə oruc tut”
2
.
Qadınlar Allaha gözəl şəkildə
təvəkkül etmişlər
Rəvayət edilir ki, Cabir ibn Abdullah
(Allah ondan razı qalsın!)
deyib:
“Biz Xəndək döyüşündən əvvəl xəndək qazarkən qabağımıza
olduqca sərt qaya parçası çıxdı. (Səhabələr qayanı parçalaya
bilmədikləri üçün) Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
yanına gəlib dedilər: “Xəndəkdən bir qaya parçası çıxıb.”
Peyğəmbər: “Mən (xəndəyə) düşərəm”, – deyib ayağa qalxdı.
Həmin vaxt o, (aclığı hiss etməsin deyə) qarnına daş bağlamış-
dı. Üç gün idi ki, dilimizə bir şey dəymirdi. Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
külüng götürüb (qaya parçasına) bir
zərbə endirdi və o, dağılıb xırdalandı. Mən (Peyğəmbərə) de-
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Bu Müslimin
versiyasıdır.
Dostları ilə paylaş: |