Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə31/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   27   28   29   30   31   32   33   34   ...   158

Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

103


Ümmi-Dərda xəlifə Əbdülməliki 

məzəmmət edir

Zeyd  ibn  Əsləm  rəvayət  edir  ki,  Əbdülməlik  ibn  Mərvan  

Ümmi-Dərdaya  bəzi  ev  əşyaları  göndəribmiş.  Bir  gecə  Əbdül-

məlik  yuxudan  ayılıb,  xidmətçisini  çağırır.  Xidmətçi  bir  az  gec  

gəldiyindən  Əbdülməlik  ona  lənət  yağdırır.  Səhəri  günü  Ümmi-

Dərda  (gələrək)  ona  deyir:  “Eşitmişəm  ki,  dünən  xidmətçinə  

lənət  oxumuşsan.  Hələ  də  yadımdadır,  Əbu  Dərda  mənə  de-

mişdi  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  

“Lənətbazlara  qiyamət  günü  heç  kəs  şahidlik  və  havadarlıq  

etməyəcəkdir...”

1

.  


Biz  kitabımızda  müsəlman  qadın  şəxsiyyətlər,  onların  öz  hü-

quq  və  vəzifələrini  düzgün  bilmələri  haqqında  misallar  topla-

mışıq.  Məsələn:

1.  Ümmi-Sələmə  Hüdeybiyyə  günü  Peyğəmbərə  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

məsləhət  vermişdir;

2.  Xövlət  bint  Sə`ləbə  “zihar”  məsələsində  Peyğəmbərlə  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bəhsə  girmişdir;

3.  Əsma  bint  Ümeys  (Həbəşistana)  hicrət  edənlər  barədə  

Ömər  ibn  əl-Xətt abla  üz-göz  olmuşdur;

4.  Ümmi-Sələmə  Peyğəmbərin  zövcələrinin  müraciətini  qəbul  

etməyən  Ömər  ibn  əl-Xətt abla  üz-göz  olmuşdur;

1

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

104


5.  Əsma  bint  Əbubəkr  Ay  tutulduğu  gün  bir  neçə  qadınla  

“xüsuf ”


1

  namazında  iştirak  etmiş,  tutulma  bitənədək  gözləmiş-

dir;

6.  Ümmi-Süleym  oğlunun  şəhid  olma  xəbərini  ərinə  mehri-



banlıq  və  səbirlə  söyləmişdir;

7.  Ümmi-Süleym  cihadda  iştirak  etmənin  doğura  biləcəyi  

təhlükələrə  hazır  olmuşdur;

8.  Həfsə  bint  Ömər  atasının  vəfatından  sonra  yarana  biləcək  

hakimiyyət  boşluğundan  son  dərəcə  narahat  olmuşdur;  

9.  Əsma  bint  Əbubəkr  Həccacın  zülmünə  sinə  gərmişdir;

10.  Həzrəti  Aişə  bəzi  səhabələrin  səhvini  düzəltmişdir;

11.  Fatimə  bint  Qeys  üç  talaqla  boşanmış  qadının  iddət  

müddətini  ərinin  evində  qalmaqla  gözləməyin  vacibliyini  bil-

dirənlərin  səhvini  düzəltmişdir.  

1

 Ay  tutulması  ilə  əlaqədar  qılınan  namaz  –  tərcüməçinin  qeydi.  




Dördüncü fəsil

QADIN ŞƏXSİYYƏTLƏR

Quran  bizə  əvvəlki  peyğəmbərlərin  zamanında  yaşamış  bəzi  

nüfuzlu  və  fəzilətli  qadın  şəxsiyyətlər  haqqında  xəbər  verir.  

Hədislərdə  də  İbrahim  peyğəmbərin  



(Ona  salam  olsun!)

  dövründə  

yaşamış  iki  məşhur  qadın  şəxsiyyətlə  yanaşı,  bir  çox  möhtərəm  

səhabə  qadına  dair  məlumat  vardır.  Biz  bu  qadın  şəxsiyyətlərdən  

danışarkən,  əsasən  islamın  azadlıq  bəxş  edib,  məqamlarını  uca  

tutduğu  müsəlman  qadınlara  bir  şəxsiyyət  olaraq  toxunaca-

ğıq.  Məlum  olacaqdır  ki,  islamın  göstərdiyi  qayğı  və  diqqət  

nəticəsində  çoxlu  qadın  şəxsiyyət  yetişmişdir.  



HƏZRƏTİ İBRAHİMİN 

ZÖVCƏSİ SARA      

Üstün gözəlliyi

Əbu  Hüreyrə  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  

və  salamı  olsun!)  

deyib:


“İbrahim  Sara  ilə  hicrət  etmiş,  bir  hökmdarın  (zalımın)  ol-

duğu  kəndə  girmişdi.  Hökmdara  deyirlər:  “İbrahim  bütün  qa-

dınlardan  gözəl  bir  qadınla  gəlib.”  (Bunu  eşidən)  hökmdar  

(İbrahimə)  qasid  göndərdi”

1

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  


Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

106


Çətinliklərə dözməsi

(Yuxarıdakı  hədisin  davamında  deyilir:)  “Hökmdar  (İbra-

himə)  qasid  göndərdi.  Qasid  dedi:  “Ey  İbrahim,  yanındakı  bu  

kimdir?”  İbrahim:  “Bacımdır”,  –  deyə  cavab  verdi.  Sonra  (Sa-

ranın  yanına)  gedib  dedi:  “Məni  yalançı  çıxarma,  onlara  xəbər  

verdim  ki,  bacımsan.  Allaha  and  olsun  ki,  yer  üzündə  səndən  

və  məndən  başqa  mömin  yoxdur.”  Daha  sonra  onu  (hökmda-

ra)  göndərdi”.



Allaha üz tutmağı

(Yuxarıdakı  hədisin  davamında  deyilir:)  “Daha  sonra  onu  

(hökmdara)  göndərdi.  Hökmdar  ona  yaxınlaşdı.  O  isə  yerindən  

qalxaraq,  dəstəmaz  aldı  və  namaz  qıldı.  (Namazında  belə)  dua  

etdi:  “Allahım,  Sənə  və  peyğəmbərinə  iman  gətirdiyimi,  ərimin  

namusunu  qoruduğumu  bilirsən!  (Bu)  kafiri  mənə  müsəllət  

etmə!”  (Bu  zaman  hökmdarın)  nəfəsi  kəsildi,  xırıldadı  və  aya-

ğını  yerə  vurmağa  başladı”.



Aqibətini dərk etməsi

(Yuxarıdakı  hədisin  davamında  deyilir:)  “(Hökmdarın)  nə-

fəsi  kəsildi,  xırıldadı  və  ayağını  yerə  vurmağa  başladı.  Bunu  

görən  Sara  dua  etdi:  “Allahım,  əgər  o  ölsə,  deyəcəklər  ki,  

o  (Sara)  onu  öldürüb.  Elə  isə  onu  sağalt.”  Hökmdar  (ikinci  

dəfə)  ona  yaxınlaşdı.  O  isə  yerindən  qalxaraq,  dəstəmaz  aldı  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə