Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
107
və namaz qıldı. (Namazında belə) dua etdi: “Allahım, Sənə və
peyğəmbərinə iman gətirdiyimi, ərimin namusunu qoruduğu-
mu bilirsən! Bu kafiri mənə müsəllət etmə!” (Bu zaman hökm-
darın) nəfəsi kəsildi, xırıldadı və ayağını yerə vurmağa başladı.
Bunu görən Sara dua etdi: “Allahım, əgər o ölsə, deyəcəklər ki,
o (Sara) onu öldürüb. Elə isə onu sağalt”.
Allahın Saranın mükafatlandırması
(Yuxarıdakı hədisin davamında deyilir:) “(Allah) üçüncü
dəfə onu sağaltdı. (Bunu görən) hökmdar dedi: “And olsun ki,
siz mənə ancaq bir şeytan gətirmişsiniz. Onu İbrahimə qayta-
rın və ona Hacəri hədiyyə edin.” Sara İbrahimin yanına qayıtdı
və dedi: “Gördünmü, Allah bir kafiri zəlil etdi, bir cariyəni də
bizə xidmətçi göndərdi?!”
1
Qonaqları qarşılamağı və mələklərdən
müjdə almağı
Allah Təala buyurur:
“Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın
anadan olacağı xəbərini) gətirib: “Salam!” – dedilər. (İbrahim
də: ) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara)
qızarmış bir buzov gətirdi.
(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gör-
dükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
108
Onlar dedilər: “Qorxma (biz Allahın mələkləriyik), biz Lut
tayfasına (onu məhv etmək üçün) göndərilmişik!”
(İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya
qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının
başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca
yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra
Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan
sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik.
(İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu
ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?!
Bu çox təəccüblü bir şeydir!” (Hud, 69-72).
HƏZRƏTİ İSMAYILIN ANASI HACƏR
Allaha təvəkkül etməyi
İbn Abbas demişdir:
“Qurşaq (toqqa, kəmər) bağlayan ilk qadın İsmayılın anası-
dır. Qurşaq bağlamışdı ki, hamiləliyini Sara bilməsin. İbrahim
zövcəsini südəmər oğlu İbrahimlə Kə`bəyə – Zəmzəmdən yu-
xarıdakı Məscidin yanındakı ağacın yanına gəlmişdi. Həmin
vaxtlar Məkkədə heç kəs yox idi. Su da tapılmırdı. İbrahim
onları orada tərk etdi, yanlarına içərisində xurma olan kisə, su
olan qab qoydu. Sonra İbrahim üzünü çevirib getdi. İsmayılın
anası onu təqib edib dedi: “Ey İbrahim, bizi heç kim və heç
nəyin olmadığı bu vadidə qoyub haraya gedirsən?” Bir neçə
dəfə səslənsə də, İbrahim fikir vermədi. (Bunu görən) Hacər
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
109
səsləndi: “Bunu sənə Allahmı əmr edib?” İbrahim: “Bəli”, –
deyə cavab verdikdə Hacər dedi: “Elə isə Allah bizi tək qoy-
maz!” Sonra geriyə – İsmayılın yanına qayıtdı (başqa rəvayətdə
deyilir: “Ey İbrahim, bizi kimə qoyub gedirsən?” İbrahim: “Al-
laha!” – deyə cavab verdikdə Hacər dedi: “Allahdan razıyam!”
1
Dözülməz şərtlər qarşısında səbatı
(Hədisin davamında deyilir:) “İbrahim üz tutub getdi. On-
ların (Hacər və İsmayılın) onu görə bilməyəcəkləri qədər ara-
landıqdan sonra üzünü Kə`bəyə tutub əllərini qaldırdı: “Ey
rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmayılı və anası Hacəri)
Sənin Beytülhəramının (Kə`bənin) yaxınlığında, əkin bitməz
bir vadidə (dərədə) sakin etdim. Ey rəbbimiz! Onlar (vaxtlı-
vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et
ki, insanların bir qisminin qəlbləri onlara (Kə`bənin ziyarətinə,
əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu
yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür
edə bilsinlər!”
2
İsmayılın anası İsmayılı əmizdirməyə, qabdakı sudan içməyə
başladı. Qabdakı su qurtardıqda həm özünü, həm də oğlunu
susuzluq bürüdü. Hacər həyəcanla oğluna baxdı. Oğlunun (su-
suz halını) görməmək üçün (su axtarmağa) başladı. Yaxındakı
Səfa təpəsinə çıxdı. Kimisə görmək ümidi ilə vadiyə nəzər saldı.
Heç kəsi görmədi. Səfadan vadiyə endi, paltarını çırmalayaraq,
həyəcanlı insanlar kimi qaçmağa başladı. Vadini keçib Mərva
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
“İbrahim” surəsi, 37-ci ayə.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
110
təpəsinə çıxdı. Kimisə görmək ümidi ilə vadiyə nəzər saldı.
Heç kəsi görmədi. Bunları yeddi dəfə təkrarladı. (İbn Abbas
deyir: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
buyurub: “Bu
səbəbdən insanlar Səfa və Mərva arasında yeddi dəfə qaçırlar”).
Allahın Hacəri mükafatlandırması
(Hədisin davamında deyilir:) “Hacər Mərva təpəsinə çat-
dıqda bir səs eşitdi. Özü-özünə “sus” deyib qulaq verdi. Səsi
bir də eşitdiyi zaman dedi: “Səsini eşitdim. Əgər kömək edə
biləcəksənsə, et!” Elə bu zaman Zəm-zəmin yerində mələk gör-
dü. Ayağı (qanadı) ilə (yeri) axtarırdı. Birdən su fışqırdı. Hacər
tez suyun ətrafını torpaqla dövrələyib qabını doldurdu. Su isə
daşıb axırdı. (Bu zaman Peyğəmbər dedi:) “Allah İsmayılın
anasına rəhm etsin! Əgər Zəm-zəmə əl dəyməsəydi (ətrafını
torpaqla dövrələməsəydi), Zəm-zəm indi gur çay olardı.” Hacər
sudan içib, oğlunu əmizdirdi. Mələk ona dedi: “Azmaqdan
qorxmayın! Allahın evi burada olacaqdır. Onu bu uşaq və atası
tikəcəkdir. Doğrudan da, Allah onun əhli-əyalını tək qoymaz!”
Həyata qaynayıb-qarışması
(Hədisin davamında deyilir:) “O dövrdə Kə`bənin yalnız
bünövrəsi var idi. Sellər gəldikdə onun həndəvərindən axırdı.
Onlar bir müddət orada qaldılar. Nəhayət, Kəda tərəfdən gəlmiş
Cürhüm qəbiləsindən olan bir dəstə adam Məkkənin aşağı
tərəfində dayanmalı oldular. Onlar göydə uçan quşları görüb:
“Bu quşlar ancaq su olan yerdə uçarlar. Axı o vadidə su olma-
Dostları ilə paylaş: |