Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə40/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   36   37   38   39   40   41   42   43   ...   158

Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

132


dəhşətli  olacaq  ki,  kimsə  bir-biri  ilə  maraqlanıb  (bir-birinə  

baxmayacaq)”

1

.  


Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  Allahın  rəsulundan  Allahın  “(Yadda  saxla!  Qiya-

mət  günü)  elə  bir  gündür  ki,  Yer  (yer  kürəsi)  başqa  bir  yerlə,  

göylər  də  başqa  göylərlə  əvəz  olunacaq  və  onlar  (bütün  in-

sanlar  qəbirlərindən  çıxıb  haqq-hesab  üçün)  bir  olan,  (hər  

şeyə)  qalib  olan  Allahın  hüzurunda  duracaqlar!”  kəlamı

2

  haqda  



soruşub  dedim:  “Ey  Allahın  elçisi,  həmin  gün  insanlar  harada  

olacaqlar?”  Buyurdu:  “Siratın  üstündə”

3

.

Rəvayət  olunur  ki,  Ürvə  deyib:



“Həcc  vaxtı  Abdullah  ibn  Əmr  yanımıza  gəldi.  Dedi:  “Pey-

ğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

belə  dediyini  eşitmi-

şəm:  “Şübhə  yoxdur  ki,  Allah  sizə  elm  verdikdən  sonra  onu  

birbaşa  geri  almayacaqdır.  Amma  O,  elmi  (sizdən)  alimlərin  

elmləri  ilə  birlikdə  ölüb  getməsi  və  cahillərin  də  onlardan  (in-

sanların)  fitva  istədiklərində  öz  rəylərinə  əsasən  fitva  vermələri,  

beləliklə,  həm  özlərini,  həm  də  onları  (insanları)  zəlalətə  salma-

ları  ilə  alır  (çəkib  götürür).”  (Ürvə  deyir:)  “Hədisi  Peyğəmbərin  

xanımı  Aişəyə  danışdım.  Abdullah  ibn  Əmr  də  həccini  başa  

vurmuşdu.  (Aişə)  dedi:  “Ey  bacım  oğlu,  Abdullahın  yanına  get  

və  ondan  mənə  danışdığın  şeyin  doğru  olub-olmadığını  öyrən.”  

Yanına  getdim  və  soruşdum.  O  da  əvvəl  necə  demişdisə,  elə  

dedi.  Aişənin  yanına  gəlib  bunu  xəbər  verdim.  Xoşuna  gəldi  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 “İbrahim”  surəsi,  48-ci  ayə.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

133


və  dedi:  “Allaha  and  olsun  ki,  Abdullah  ibn  Əmr  (hədisi  nə  

yaxşı)  əzbərləyib”

1

.

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

vəfat  etdiyində  xa-

nımları  Osmanı  Əbubəkrin  yanına  göndərib,  miraslarını  almaq  

istədilər.  Bu  zaman  Aişə  (onlara)  dedi:  “Məgər  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurmayıb  ki:  “Biz,  (peyğəmbərlər)  

miras  buraxmırıq  və  qoyub  getdiyimiz  (hər  şey)  sədəqə  sayı-

lır”


2

.  


2.  Elmindən  nümunələr.  Rəvayət  edilir  ki,  Ürvə  Peyğəm-

bərin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

zövcəsi  Aişədən  



(Allah  ondan   

razı  qalsın!)

  soruşub:  “Allahın  bu  sözü  haqda  fikrin  nədir:  “Nəha-

yət,  peyğəmbərlər  ümidsizliyə  qapıldıqda  və  özlərinin  yalançı  

hesab  edildiklərini  gördükdə  (yəqin  etdikdə)  köməyimiz  onlara  

yetdi,    dilədiyimizə    nicat    verildi.    Bizim    əzabımız    günahkarlar-                                  

dan  əsla  dəf  olunmaz!”

3

  Dedi:  “Onları  qövmləri  yalançı  he-



sab  edib.”  (Ürvə  deyir:)  “Soruşdum:  “Allaha  and  olsun  ki,  

peyğəmbərlər  zənlə  deyil,  yəqinliklə  bildilər  ki,  qövmləri  onları  

yalançı  sayır.”  Dedi:  “Ürvəcim,  təbii  ki,  onlar  bunu  yəqinliklə  

bilmişdilər.”  Dedim:  “Bəlkə  də,  ayə  peyğəmbərlərin  yalançı  sa-

yılması  deyil,  aldadılmaları  ilə  əlaqəlidir  (yəni,  ayədə  “kuzzi-

bu”  deyil,  “kuzibu”  keçir).”  Dedi:  “Allah  eləməsin!  Heç  bir  

peyğəmbər  Allah  tərəfindən  aldadıldığını  ağlına  gətirməz.”  De-

dim:  “Bəs  bu  ayə  nədir?”  Dedi:  “Onlar  Allaha  iman  gətirən,  pey-

ğəmbərlərini  təsdiqləyən,  uzun  müddət  müsibətlərə  tuş  gələn  

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

3

 “Yusif ”  surəsi,  110-cu  ayə.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

134


və  köməyin  gecikdiyi  peyğəmbərlərin  davamçılarıdır.  Və  onlar  

bu  zaman  qövmlərindən  onları  yalançı  sayanlardan  ümidlərini  

kəsmiş  və  elə  zənn  etmişdilər  ki,  davamçıları  da  onları  yalançı  

sayır.  (Bu  zaman)  onlara  Allahın  köməyi  gəlmişdi)”

1

.

Rəvayət  edilir  ki,  Ürvə  deyib:



“(Bir  dəfə)  Aişədən  Allahın  “(Ey  möminlər!)  Həqiqətən,  

Səfa  və  Mərvə  Allahın  əlamətlərindəndir  (ibadət  nişanələrin-

dəndir).  Evi  (Kə`bəni)  həcc  və  ya  ümrə  yolu  ilə  (qaydası  ilə)  

ziyarət  edən  şəxsin  bunları  təvaf  etməsində  (ətrafına  dolanma-

sında)  heç  bir  günah  yoxdur”  kəlamı

2

  haqqında  soruşub  de-



dim:  “Allaha  and  olsun  ki,  Səfa  və  Mərvəni  təvaf  etməyənə  də  

heç  bir  günah  yoxdur.”  Dedi:  “Dediyin  nə  pisdir,  bacım  oğlu!  

Əgər  bu  ayə  sənin  yozduğun  kimi  olsaydı,  “təvaf  etməməsində  

günah  yoxdur”  kimi  olardı.  Bu  ayə  ənsarlar  haqqında  nazil  

olmuşdu.  Onlar  müsəlman  olmazdan  əvvəl  Müşəlləldə  ibadət  

etdikləri  Mənat

3

  üçün  (ehrama  girib)  durur,  “Ləbbeyk!”  oxu-



yurdular.  Onlar  Səfa  və  Mərvəni  təvaf  etməyi  çətinlik  (və  ya  

günah)  sayırdılar.  Ənsarlar  müsəlman  olduqdan  sonra  bu  haq-

da  Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdular:  

“Ey  Allahın  rəsulu,  biz  Səfa  və  Mərvəni  təvaf  etməyi  günah  sa-

yırdıq.”  (Buna  görə  də)  Allah  “(Ey  möminlər!)  Həqiqətən,  Səfa  

və  Mərvə  Allahın  əlamətlərindəndir  (ibadət  nişanələrindəndir).  

Evi  (Kə`bəni)  həcc  və  ya  ümrə  yolu  ilə  (qaydası  ilə)  ziyarət  

edən  şəxsin  bunları  təvaf  etməsində  (ətrafına  dolanmasın-

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 “əl-Bəqərə”  surəsi,  158-ci  ayə.  

3

 Cahiliyyət  ərəblərində  sitayiş  obyekti  seçilmiş  böyük  bütlərdən  biri  –  



tərcüməçinin  qeydi.  


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə