Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
138
ki, hələ altı şəxs Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sağ ikən bunu etmək istəmiş, Peyğəmbər də
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
onlara bunu qadağan edib demişdi: “Məgər
məndə sizin üçün nümunə yoxdur?” Onlar bunu ona xəbər
verdiklərində Sə`d boşadığı qadınının yanına qayıtdı və bu
haqda şahidlər tutdu. Bundan sonra İbn Abbasın yanına gəlib,
ondan Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vitr namazı
haqda soruşdu. İbn Abbas (ona) dedi: “Sənə Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
vitr namazına yer üzündə yaşayan-
lardan kimin daha çox bələd olduğunu deyimmi?” Sə`d dedi:
“Kimdir o?” İbn Abbas dedi: “Aişə. Tez onun yanına get, sual-
larını ver. Sənə nə cavab versə, mənə də bildir.” (Sə`d) deyir:
“Aişənin yanına yollandım. Həkim ibn Əfl əhə baş çəkərək, onu
da Aişənin yanına aparmaq istədim. Dedi: “Mən onun yanına
gedə bilmərəm. Çünki bu iki məsələ haqqında danışmağı ona
qadağan etsəm də, rədd edib.” Mən Həkimə and verib dedim
ki, mənimlə gəlsin. Yola çıxdıq. Yanıb çatdıqda içəri girmək
üçün icazə istədik. İcazə verdi və biz yanına girdik. Dedi:
“Sən, Həkimsənmi?” (Görünür, tanıyıbmış) Dedi: “Bəli.” Aişə
soruşdu: “Yanında kim var?” Dedi: “Sə`d ibn Hişam.” Aişə
soruşdu: “Kim Hişam?” Dedi: “Amirin oğlu Hişam.” Bunu eşi-
dən Aişə ona rəhmət oxudu və haqqında yaxşı sözlər söylədi
(Qətadəyə görə, Hişam Uhud döyüşündə ölmüşdür). Dedim:
“Ey Möminlərin anası, mənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
əxlaqı barədə danış.” Dedi: “Sən heç Quran oxumur-
sanmı?” Dedim: “Təbii ki, oxuyuram.” Dedi: “Peyğəmbərin
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
əxlaqı Quran idi.” (Bundan sonra)
ayağa qalxıb getməyi və ölənədək heç kəsdən nə isə soruşma-
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
139
mağı düşündüm. Sonra bir anlığa fikrimdən daşınıb soruşdum:
“Mənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gecə ibadəti
haqda danış.” Dedi: “Müzzəmmil”i oxumursanmı?” “Oxuyuram”,
– dedim. Dedi: “Qüdrətli və Böyük Allah bu surənin əvvəlində
gecə ibadətini vacib buyurmuşdu. (Bu səbəbdən) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və səhabələri bir il gecə ibadəti
ilə məşğul oldular. Allah bu surənin axır (hissəsini) on iki ay
səmada saxladı (yəni, nazil etmədi). Nəhayət, Allah bu surə
haqqında yüngülləşdirmə nazil etdi. Bundan sonra gecə ibadəti
vacib deyil, könüllü oldu.” Dedim: “Ey Möminlərin anası,
mənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
vitr namazı
haqqında danış.” Dedi: “Biz onun üçün misvakı və paklanma
suyunu hazırlayırdıq. Allah da onu gecə nə vaxt istəsə, həmin
vaxt oyadırdı. O da (əvvəlcə) misvakdan istifadə edir, dəstəmaz
alıb doqquz rükət namaz qılırdı. Ancaq səkkizinci rükətdə
oturur, Allahı zikr edir, Ona həmd-səna deyir, dua etdikdən
sonra salam vermədən qalxır, doqquzuncu rükəti qılırdı. Sonra
oturur, Allahı zikr edir, Ona həmd-səna deyir, dua edir, axırda
da salam verirdi – biz bunu eşirdik. Salam verdikdən sonra
oturaq vəziyyətdə iki rükət namaz qılırdı. Ey oğlum, bu, on bir
rükət edir. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yaşlanıb,
bir az kökəldiyində vitr namazını yeddi rükət qılmağa başladı.
Bu iki rükəti isə əvvəlki kimi qılmağa davam etdi. Bununla da,
doqquz rükət (qılırdı), oğlum. (Bil ki,) Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
bir namazı qıldıqda onu davamlı qılmağı
sevirdi. Yuxusu gəldikdə və ya ağrısı olduqda gündüz on iki
rükət namaz qılardı. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bir gecədə Quranı başdan ayağadək oxumağı, səhərədək
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
140
namaz qılmağı və ya Ramazandan başqa bütöv bir ay oruc tut-
mağı haqda heç nə bilmirəm.” Bundan sonra İbn Abbasın ya-
nına gedib, Aişənin dediklərini ona danışdım. İbn Abbas dedi:
“Doğru deyib! Ona yaxın olsaydım, yanına gedər, dediklərini
ağzında (birbaşa) eşidərdim.” Dedim: “Əgər sənin onun yanına
getmədiyini bilsəydim, dediklərini sənə danışmazdım”
1
.
Rəvayət edilir ki, Əbdürrəhman ibn Şəmmasə deyib:
“(Bir dəfə) bir şey soruşmaq üçün Aişənin yanına getmiş-
dim. Soruşdu: “Kimlərdənsən?” Dedim: “Misirdənəm.” Dedi:
“Bu savaşınızda valiniz sizinlə necə idi?” Dedim: “Ondan heç
bir yamanlıq görməmişik. Birimizin dəvəsi ölsə, dəvə verər,
köləsi ölsə – kölə. Dolanacağa ehtiyacı olana da xərclik ve-
rir.” Həzrəti Aişə dedi: “Qardaşım Məhəmməd ibn Əbubəkrin
mənə etdikləri Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
eşitdiklərimi sənə söyləməyimə əngəl ola bilməz. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu eşitdiyimi evimdə söyləmişdi:
“Allahım, ümmətimə (hər hansı bir vəzifədə) rəhbərlik edən
şəxs onlarla zorakı davranarsa, Sən də onunla zorakı davran!
Yox, ümmətimə o, onlarla mülayim (mehriban) davranarsa, Sən
də ona mehriban ol!”
2
Rəvayət edilir ki, Məsruq deyib:
“(Bir dəfə) Aişənin yanına getmişdik. Yanında Həssan ibn
Sabit var idi. Həssan ona bir beyt dedi:
İff ətlidir, ağıllıdır və şübhədə itt iham olunmaz,
Qafil qadınların ətlərini yeməyərək sabahını açar
3
.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Yəni, qeybət etməz – tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |