Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
147
biliklidir (başqa versiyada: “Çünki o, Peyğəmbərlə
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
səfərə çıxardı).” Mən də Əlinin yanına
getdim. O da Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
belə
buyurduğunu dedi: “Məshin müddəti səfərdəkilər üçün üç gecə
və gündüz, səfərdə olmayanlar üçün isə bir gün və gecədir”
1
.
Küreyb demişdir:
“(Bir dəfə) İbn Abbas, Misvər ibn Məxrəmə və Əbdürrəhman
ibn Əzhər məni Aişənin yanına göndərib dedilər: “Bizdən ona
salam söylə və ondan ikindi namazından sonrakı iki rükət
haqqında soruş. Ona de: “Eşitmişik ki, sən bu iki rükəti qılır-
san. Halbuki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bunu
qadağan edib.”
İbn Abbas deyib: “Ömər ibn Xətt abla mən insanlara həmin
iki rükəti qılmağı qadağan edirdik”.
(Küreyb sözünə davam edir:) “Aişənin yanına gedib, deyilən-
ləri ona xəbər verdim. Dedi: “Bunu Ümmi-Sələmədən soruş.”
Onun yanından ayrılıb onların yanına getdim və Aişənin
dediyini onlara xəbər verdim. Onlar da məni Aişənin yanı-
na göndərdikləri kimi Ümmi-Sələmənin yanına göndərdilər.
Ümmi-Sələmə dedi: “Eşitmişdim ki, Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
bu iki rükəti qadağan edib. Sonra gördüm
ki, ikindini qıldığında bu iki rükəti də qılır. (Bir dəfə) ənsarın
Bəni-Həram qəbiləsinin qadınları ilə birlikdə ikən Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gəldi. Yanına bir cariyə göndərib
dedim: “Yanına gedib de: “Ey Allahın rəsulu, Ümmi-Sələmə
deyir ki, sənin bu iki rükəti qadağan etdiyini eşitmişəm, an-
caq görürəm ki, onları qılırsan.” Görsən ki, əli ilə sənə işarə
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
148
edir, ondan kənara dur.” Cariyə (deyilənləri) etdi. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əli ilə işarə etdi, o da kənarda
dayandı. (Peyğəmbər namazını) başa vurduqdan sonra dedi:
“Ey Əbu Ümeyyənin qızı, ikindi namazından sonrakı iki rükət
haqqında soruşursan. Yanıma Əbdülqeys qəbiləsindən insanlar
gəlmişdilər. Başımı qatdılar və mən günorta namazının son iki
rükətini qıla bilmədim. (İndi qıldığım) həmin iki rükətdir”
1
.
Rəvayət olunur ki, İbrahim deyib:
“(Bir dəfə) əl-Əsvədə dedim: “Möminlərin anası Aişədən
nədə (xurma) şirəsi çəkmənin məkruh
2
olmağı haqda soruş-
dunmu?” Dedi: “Bəli, ondan soruşdum: “Ey Möminlərin ana-
sı, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
nədə (xurma)
şirəsi çəkməyi qadağan etmişdi?” Dedi: “O, içiboş qabaqda
və qatranlanmış qabda şirə çəkməyi qadağan etdi.” Dedim:
“Küpə və ya yaşıl bardağı da soruşdunmu?” (Aişə) dedi: “Mən
Peyğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
nə eşitmişəmsə,
onu danışıram. Eşitmədiyimi necə danışım?”
3
Hicab əmrindən əvvəl böyük işlərə həvəsi
Rəvayət olunur ki, Ənəs ibn Malik
(Allah ondan razı qalsın!)
deyib:
“Uhud günü insanlar Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanından dağılışmışdılar. Gördüm ki, Əbubəkrin qızı Aişə
və Ümmi-Süleym səylə işləyirlər. Paltarlarını topuqlarınadək
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Məkruh – edilməməsini Allah və ya peyğəmbərinin qəti şəkildə tələb
etmədiyi şeydir. Etməyənə savab yazılar, edənə də cəza düşməz – tər-
cüməçinin qeydi.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
149
çırmayaraq bellərinə su tuluğu yükləyib daşıyır, yaralılara su
verir, su qurtardıqda yenidən qayıdıb (tuluqlara) su doldurur,
yaralıların ağzına tökürdülər”
1
.
Hicab əmrindən sonra böyük işlərə həvəsi
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) dedim: “Ey Allahın rəsulu, görürük ki, cihad ən
üstün əməldir. Bəs biz cihad etməyəcəyikmi?” Dedi: “(Sizin
üçün) ən üstün cihad yerli-yerində edilən həcdir (başqa yerdə:
“Sizinlə yürüşə çıxıb cihad etməyəcəyikmi?” Dedi: “(Sizin
üçün) ən yaxşı və ən gözəl cihad həcdir, yerli-yerində edilmiş
həcdir”). (Aişə) deyir: “Bunu Peyğəmbərdən
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
eşitdikdən sonra həcc etməyi heç qaçırmadım”
2
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Həcc aylarında həccə niyyət edib yola çıxdıq. Sərəfdə
3
düşərgə saldığımızda Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
səhabələrinə dedi: “Kimin qurbanlığı yoxdursa və həccini
ümrə ilə əvəzləmək istəyirsə, əvəzləsin. Kimin varıdırsa, etmə-
sin.” Peyğəmbərin səhabələri arasında qurbanlığı olanlar var-
dı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanıma gəldi və
mən ağlayırdım. Soruşdu: “Səni ağladan nədir?” Dedim: “Sə-
habələrinə dediyini eşitmişəm. (Qurbanlığı olanlara) ümrəni
qadağan etmisən (başqa hədisdə: “Ey Allahın rəsulu, insan-
lar – iki, mən isə bir savablamı (evə) qayıdacağam?” (başqa
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
3
Kənd adı.
Dostları ilə paylaş: |