Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
141
Bu zaman Aişə ona dedi: “Amma sən bu cür deyilsən.
(Məsruq deyir:) “(Bu vaxt) ona dedim: “Nə üçün Həssanın
sənin yanına gəlməyinə icazə verirsən? Halbuki Allah Təala
buyurub: “Onlardan günahın böyüyünü öz üstünə götürəni
isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!”
1
Aişə mənə dedi: “Hansı əzab korluqdan daha şiddətlidir? O
(Həssan – öz şerləri ilə), Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
müdafiə edirdi”
2
.
Rəvayət olunur ki, Übeydullah ibn Abdullah ibn Ütbə de-
yib:
“(Bir dəfə) Aişənin yanına gedib dedim: “Mənə Peyğəmbə-
rin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
xəstəliyi haqda danışmayacaq-
sanmı?” Dedi: “Əlbətt ə, (danışacağam). Peyğəmbərin
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
vəziyyəti ağırlaşmışdı. Soruşdu: “İnsanlar
namaz qılıblarmı?” Dedik: “Xeyr, ey Allahın rəsulu, onlar səni
gözləyirlər.” Dedi: “Mənə qabda su gətirin.” Biz də (dediyini)
etdik. Qüsl aldı və ayağa qalxmaq istədi, ancaq ürəyi getdi.
Özünə gəldiyində soruşdu: “İnsanlar namaz qılıblarmı?” Dedik:
“Xeyr, ey Allahın elçisi, onlar səni gözləyirlər. Dedi: “Mənə
qabda su gətirin.” Biz də (dediyini) etdik. Oturub, qüsl aldı
və ayağa qalxmaq istədi, ancaq ürəyi getdi. Özünə gəldiyində
soruşdu: “İnsanlar namaz qılıblarmı?” Dedik: “Xeyr, ey Alla-
hın elçisi, onlar səni gözləyirlər. Bu zaman camaat məsciddə
oturub Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
gözləyirdi ki,
onlara axırıncı – işa namazını qıldırsın. Peyğəmbər
(Ona Allahın xe-
yir-duası və salamı olsun!)
Əbubəkrə xəbər göndərdi ki, camaata namaz
1
“ən-Nur” surəsi, 11-ci ayə.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
142
qıldırsın. (Peyğəmbərin) göndərdiyi adam onun yanına gəlib
dedi: “Allahın rəsulu
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sənə əmr
edir ki, camaata namaz qıldırasan.” Əbubəkr ürəyiyumşaq oldu-
ğundan dedi: “Ey Ömər, camaata namazı sən qıldır.” Ömər isə
ona dedi: “Sənin buna daha çox haqqın çatır.” Beləliklə, həmin
günlərdə camaata namazı Əbubəkr qıldırdı. (Bir neçə gün son-
ra) Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
halı yaxşılaşdı
və iki nəfər onun (sağından və solundan) qoluna girib, günorta
namazını qılmaq üçün onu (məscidə) apardılar (qoluna girən
şəxslərdən biri Abbasdır). (Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
məscidə daxil olduqda) Əbubəkr (camaata) namaz qıl-
dırırdı. Əbubəkr onu görən kimi, geriyə çəkilmək istədi, lakin
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
əli ilə işarə etdi ki,
çəkilməsin. Peyğəmbər (
Ona Allahın xeyir-duası və salamı olsun!
– o iki
nəfərə:) “Məni onun yanında oturdun”, – dedi. Onu Əbubəkrin
yanına oturtdurdular. Bundan sonra Əbubəkr Peyğəmbərə
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
, camaat da Əbubəkrə tabe olaraq
namaz qıldı. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
namazı
oturaq halda qıldı.” (Übeydullah deyir:) “Abdullah ibn Abbasın
yanına gedib dedim: “Sənə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
xəstəliyi haqda Aişənin dediklərini danışmayımmı?”
Dedi: “Danış.” Ona Aişənin dediklərini danışdım. Heç bir şeyi
inkar etmədi, ancaq dedi: “(Aişə) sənə Abbasla olan ikinci ada-
mın adını dedimi?” “Yox”, – dedim. Dedi: “O, Əli idi.”
1
4. Səhabələrin səhvlərini düzəltməsi. Rəvayət edilir ki,
Übeydullah ibn Ümeyr deyib:
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
143
“(Bir dəfə) Aişə eşidir ki, Abdullah ibn Əmr qadınlara qüsl
aldıqlarında saçlarının hörüklərini açmalarını əmr edir. Deyir:
“Nə qəribə adamdır bu ibn Əmr! Qadınlara qüsl aldıqlarında
hörüklərini açmağı əmr edirmiş! Bəlkə, saçlarını kəsməyi əmr
etsin!? Halbuki mən və Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bir qabdan (su götürüb birlikdə) qüsl alırdıq. Və mən
başıma ancaq üç dəfə su tökürdüm”
1
.
Rəvayət olunur ki, Ümrə bint Əbdürrəhman deyib:
“Ziyad ibn əbu Süfyan Aişəyə yazıb bildirdi ki, Abdullah ibn
Abbas deyib: “Kim kəsmək üçün heyvan göndərərsə, həmin
heyvan kəsilənədək həcc edənə haram sayılan şeylər ona da
haramdır.” (Məktubu alan) Aişə dedi: “(Məsələ) ibn Abbasın
dediyi kimi deyildir. Mən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
qurbanlıq heyvanının kəndirini öz əlimlə açmışam.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
isə onun kəndirini
öz əlləri ilə bağladı, atamla göndərdi. Onu kəsənədək Allahın
halal qıldığı heç nə Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
haram sayılmadı”
2
.
Rəvayət olunur ki, Məhəmməd ibn əl-Məntəşir deyib:
“(Bir dəfə) Aişəyə İbn Abbasın belə dediyini bildirdim:
“Gözəl ətir sürtmüş halda ehramlı olmağı xoşlamıram (Müs-
limin versiyasında: “Bunu etməkdənsə, qatran sürtməyi üstün
tutaram).” Aişə dedi: “Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
gözəl ətir sürtdüm. Qadınlarına baş çəkdi, sonra isə eh-
rama girdi”
3
.
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |