Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə39/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   35   36   37   38   39   40   41   42   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

129


Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sakitcə  yanıma  gəldi  və  qadınlar  məni  

ona  təhvil  verdilər.  Həmin  vaxt  mənim  doqquz  yaşım  var  idi”

1

.



Elmi məqamı

1.  Öyrənmə  həvəsi.  Əbu  Müleykəyə  görə,  Peyğəmbərin  xa-

nımı  Aişə  eşitdiyi  elə  bir  şey  yox  idi  ki,  onu  tam  öyrənənədək  

(Peyğəmbərə)  hey  sual  verməsin.  (Bir  dəfə)  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Kim  hesaba  çəkilərsə,  əzaba  

uğrayar.”  Aişə  dedi:  “Məgər  Allah  Təala  belə  buyurmayıb:  

“Onunla  yüngül  haqq-hesab  çəkiləcək”

2

.  Peyğəmbər  



(Ona  Allahın  

xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Sənin  dediyin  (onun  əməllərinin  

mizan-tərəziyə)  ərz  edilməsidir.  Əməlləri  müzakirə  olunacaq  

kimsə  həlak  olacaqdır”

3

.

Rəvayət  olunur  ki,  Məsruq  deyib:  



“Aişənin  yanında  yerə  dirsəklənmişdim.  Aişə  dedi:  “Ey  Aişə-

nin  atası,  Kim  bu  üç  şeydən  birini  desə,  Allahın  adından  bö-

yük  yalan  danışmışdır.  “Nədir  bu  şeylər?”  –  deyə  soruşdum.  

Aişə  dedi:  “Kim:  “Məhəmməd  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

rəbbini  görmüşdür”,  –  deyərsə,  Allahın  adından  böyük  yalan  

danışmışdır.”  (Bunu  eşitdiyimdə)  qalxıb  oturdum.  Dedim:  “Ey  

Möminlərin  anası,  mənə  bax  və  barəmdə  tələsik  qərar  vermə.  

Məgər  Allah  buyurmayıb  ki:  “And  olsun  ki,  (Peyğəmbər!)  

onu  açıq  (ən  uca)  üfüqdə  gördü.”

4

  Və  ya:  “And  olsun  ki,  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 “əl-İnşiqaq”  surəsi,  8-ci  ayə.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

4

 ət-Təkvir“  surəsi,  23-cü  ayə.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

130


(Məhəmməd)  onu  başqa  bir  dəfə  də  (merac  vaxtı)  görmüşdü.”

1

  



(Bunu  eşidən)  Aişə  dedi:  “Mən  bu  ümmət  arasında  bu  haq-

da  Peyğəmbərə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sual  vermiş  ilk  

kəsəm.  (Həmin  vaxt)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdi:  “Bu,  ancaq  və  ancaq  Cəbrayıldır.  Mən  onun  həqiqi  

simasını  təkcə  bu  iki  hadisə  zamanı  görmüşəm.  Gördüyümdə  

səmadan  enirdi.  Bədəni  ilə  yerlə  göyün  arasını  tutmuşdu”.  Və  

sən  eşitməyibsən  ki,  Allah  buyurub:  “Gözlər  Onu  (görüb)  dərk  

etməz.  O,  gözləri  dərk  edər.  O,  lətifdir  (cisimlikdən  uzaqdır),  

(hər  şeydən)  xəbərdardır!”

2

  Və  eşitməyibsən  ki,  Allah  buyurub:  



“Allah  bəşər  övladı  ilə  (Musanın  anası  ilə  olduğu  kimi)  ancaq  

vəhylə  (ilham  və  röya  ilə),  yaxud  (Musa  kimi)  pərdə  arxasın-

dan  danışar  (Allahın  kəlamı  eşidilər,  amma  Özü  görünməz).  

Və  ya  bir  elçi  (mələk)  göndərər  ki,  o  da  Allahın  izni  ilə  

(göndərildiyi  kimsəyə)  Onun  istədiyini  vəhy  edər.  Həqiqətən,  

O  (hər  şeydən)  ucadır,  hikmət  sahibidir!”

3

(Aişə  sözünə  davam  edir:)  “(İkinci,)  kim  iddia  etsə  ki,  



Peyğəmbər  Qurandan  nə  isə  bir  şeyi  gizlətmişdir  (insanlara  

deməmişdir),  Allahın  adından  böyük  yalan  danışmışdır.  Allah  

buyurur:  “Ya  Peyğəmbər!  Rəbbin  tərəfindən  sənə  nazil  ediləni  

(Quranı)  təbliğ  et.  Əgər  (bunu)  etməsən,  (Allahın)  risalətini  

(sənə  həvalə  edilən  elçilik,  peyğəmbərlik  vəzifəsini)  yerinə  ye-

tirmiş  olmazsan.  Allah  səni  insanlardan  qoruyacaq.  Həqiqətən,  

Allah  kafir  camaatı  düz  yola  yönəltməz!”

4

  (Üçüncü,)  kim  id-



1

 “ən-Nəcm”  surəsi,  13-cü  ayə.  

2

 “əl-Ənam”  surəsi,  103-cü  ayə.  



3

 “əş-Şura”  surəsi,  51-ci  ayə.  

4

 “əl-Maidə”  surəsi,  67-ci  ayə.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

131


dia  etsə  ki,  o  (Peyğəmbər),  sabah  baş  verəcək  şeyləri  (qabaq-

cadan  insanlara)  bildirmişdir,  Allahın  adından  böyük  yalan  da-

nışmışdır.  Allah  buyurur:  “(Ya  Rəsulum!)  De:  “Allahdan  başqa  

göylərdə  və  yerdə  olan  heç  kəs  qeybi  bilməz!  Onlar  yenidən  

nə  vaxt  diriləcəklərini  də  bilməzlər!

  1


2

 



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

buyurub:  “Kim  

Allahla  görüşməyi  istəyərsə,  Allah  da  onunla  görüşməyi  istəyər.  

Kim  Allahla  görüşmək  istəməzsə,  Allah  da  onunla  görüşməyi  

istəməz.”  (Həzrəti  Aişə  deyir:)  “Dedim:  “Ey  Allahın  peyğəm-

bəri,  ölümü  istəməmək  də  belədirmi?  Bizim  ki  ölümdən  xo-

şumuz  gəlmir.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  


“Xeyr,  (dediyin  kimi)  deyil.  Əgər  mömin  Allahın  rəhməti,  razı-

lığı  və  cənnəti  ilə  müjdələnərsə,  Allahla  görüşməyi  çox  istəyər,  

Allah  da  onunla  görüşməyi  çox  istəyər.  Kafir  də  Allahın  əzabı  

və  qəzəbi  ilə  müjdələnərsə,  Allahla  görüşməyi  heç  istəməz,  Al-

lah  da  onunla  görüşməyi  heç  istəməz”

3

.



Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  

(Allah  ondan  razı  qalsın!)

  deyib:


“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu-


yurdu:  “Ayaqyalın,  lüt-üryan  və  sünnət  olunmamış  halda  həşr  

olunacaqsınız.”  Soruşdum:  “Ey  Allahın  rəsulu,  kişilər  və  qa-

dınlar  bir-birinəmi  baxacaqlar?”  Dedi:  “(Həmin  gün)  o  qədər  

1

 “ən-Nəml”  surəsi,  65-ci  ayə.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  

Müslimindir.  

3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  Yuxarıdakı  mətn  



Müslimindir.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə