Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə47/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   43   44   45   46   47   48   49   50   ...   158

Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

153


kəsin  vasitəçiliyin  qəbul  etməyəcək,  nəzirimi  pozmayacağam!”  

Bu  iş  uzandıqda  İbn  Zübeyr  Bəni-Zöhrə  qəbiləsindən  Misvər  

ibn  Məxrəmə  və  Əbdürrəhman  ibn  Əsvəd  ibn  Əbdüyəğusla  

danışaraq,  onlara  dedi:  “Sizi  Allaha  and  verirəm,  məni  Aişə  ilə  

görüşdürün.  Ona  mənimlə  küsülü  qalmağı  nəzir  deməsi  halal  

deyildir!”  Misvər  və  Əbdürrəhman  əbalarına  bürünərək,  İbn  Zü-

beyri  də  özləri  ilə  götürüb  Aişənin  yanına  getdilər.  İçəri  girmək  

üçün  icazə  istədilər.  Dedilər:  “Allahın  salamı,  lütfü  və  bərəkəti  

sənə  olsun!  Girə  bilərikmi?”  Aişə  dedi:  “Gəlin!”  Dedilər:  “Ha-

mılıqlamı?”  Dedi:  “Bəli,  hamılıqla  gəlin!”  Aişə  onlarla  birlikdə  

İbn  Zübeyrin  olduğunu  bilmirdi.  İçəriyə  girdiklərində  İbn  Zü-

beyr  pərdənin  arxasına  keçib  Aişəni  bağrına  basdı,  ondan  onun  

təqsirindən  keçməsini  istəyərək  ağlamağa  başladı.  Misvər  və  

Əbdürrəhman  da  Aişədən  (İbn  Zübeyri)  əfv  etməsini  istədilər.  

Dedilər:  “Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bu  kü-


sülülüyü  qadağan  edib  buyurmuşdur:  “Bir  müsəlmana  digər  

müsəlmandan  (küsüb)  üç  gün  ayrı  qalmaq  halal  deyildir.”  On-

lar  Aişəyə  bu  şeyləri  xatırlatdıqlarında  o  da  onlara  (nəzirini)  

xatırladıb  ağlamağa  başladı:  “Mən  nəzir  demişəm.  Nəzirim  də  

çox  böyükdür!”  Onlar  o  qədər  israr  etdilər  ki,  axırda  Aişə  İbn  

Zübeyrlə  danışdı.  Nəzirini  pozduğundan  qırx  kölə  azad  etdi.  

Sonralar  Aişə  bu  nəzirini  xatırlayar,  o  qədər  ağlayardı  ki,  göz  

yaşları  baş  örtüyünü  isladardı”

1

.  


1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

154


Təqvası

Rəvayət  olunur  ki,  Əmr  ibn  Məymun  əl-Övdi  deyib:

“(Yaralandığı  vaxt)  gördüm  ki,  Ömər  ibn  əl-Xətt ab  (oğluna)  

dedi:  “Ey  Abdullah,  Möminlərin  anası  Aişənin  yanına  get  və  

de  ki,  Ömər  ibn  əl-Xətt ab  ona  salam  söyləyir.  Soruş  ki,  dostu-

mun  yanında  dəfn  olunmağıma  icazə  verirmi?”  (Abdullah  ge-

dib  Həzrəti  Aişəyə  atasının  sözlərini  çatdırdıqda  Həzrəti  Aişə)  

dedi:  “Bunu  özüm  üçün  istəyirdim.  Bugün  isə  (Peyğəmbərin  

yanında  Ömərin  dəfn  olunmağını  özümün  dəfn  olunmağım-

dan)  üstün  tuturam.”  Abdullah  geri  qayıtdıqda  Ömər  soruşdu:  

“Nə  cavabla  qayıtdın?”  Dedi:  “Sənə  icazə  verdi,  ey  Möminlərin  

əmiri!”  Ömər  dedi:  “Həmin  yataq  (dəfn  yeri)  mənim  üçün  çox  

mühüm  idi.  Mən  öldükdə  (cəsədimi  Aişənin  yanına)  aparın,  

salam  verin.  Sonra  (sən,  ey  Abdullah,  Aişəyə)  de  ki,  Ömər  

ibn  əl-Xətt ab  (səndən)  icazə  istəyir.  Əgər  icazə  versə,  məni  

(Peyğəmbərin  yanında)  dəfn  edin.  Əks  halda,  müsəlmanların  

qəbiristanlığına  aparın”

1

.  



Rəvayət  olunur  ki,  İbn  əbu  Müleykə  deyib:  

“İbn  Abbas  ölüm  döşəyində  olan  Aişənin  yanına  gəlmiş,  

ona  Peyğəmbərin  yanında  dəfn  olunmasını  təklif  etmişdi.  Aişə  

demişdi:  “Qorxuram  ki,  (belə  olan  təqdirdə  insanlar)  mənə  

tərif  yağdırsınlar.”  İbn  Abbasdan  sonra  İbn  Zübeyr  içəriyə  daxil  

oldu.  Aişə  ona  dedi:  “(Az  əvvəl)  İbn  Abbas  gəlmişdi.  Məni  

tərifl ədi.  Amma  mən  birdəfəlik  unudulmaq  istəyirəm”

2

.



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Dördüncü fəsil. 

Qadın şəxsiyyətlər 

155


Rəvayət  olunur  ki,  Aişə  Abdullah  ibn  Zübeyrə  deyibmiş:  

“Məni  dostlarımın  yanına  dəfn  et,  evdə,  Peyğəmbərin  



(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

yanında  dəfn  etmə.  (İnsanların  məni  

tərifl əməsini,  adımı  uca  tutmasını)  istəmirəm”

1

.  



Cəsarəti

  Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  de-


yib:  

“Uhud  günü  insanlar  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

yanından  dağılışmışdılar.  Gördüm  ki,  Əbubəkrin  qızı  Aişə  

və  Ümmi-Süleym  səylə  işləyirlər.  Paltarlarını  topuqlarınadək  

çırmalamış,  bellərinə  su  tuluğu  yükləyərək  daşıyır,  yaralılara  su  

verir,  su  qurtardıqda  yenidən  qayıdıb  (tuluqlara)  su  doldurur,  

yaralıların  ağzına  tökürdülər”

2

.

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  on  bir  yaşında  Uhud  

döyüşündə  necə  cəsur  davranmışdırsa,  bir  il  sonra  Xəndək  

döyüşündə  də  o  cür  davranmışdır.  Həmin  günləri  o,  belə  xa-

tırlayır:  

“Xəndək  günü  insanların  vəziyyətindən  xəbər  tutum  deyə  

çıxmışdım.  Arxamda  bir  xışıltı  eşitdim.  Çevrilib  nə  görsəm  

yaxşıdır:  Sə`d  ibn  Müaz  və  qardaşının  oğlu  Haris  ibn  Övs  

qalxan  aparırlar.  Yerə  oturdum.  Sə`d  yanımdan  keçdi.  Əynində  

dəmir  zireh  vardı.  Yanları  zirehdən  çölə  çıxmışdı.  Qorxdum  ki,  

yanlarına  nə  isə  olub.  Yanımdan  keçə-keçə  deyirdi:

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə