Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
150
yerdə: “Ey Allahın rəsulu, insanlar iki ibadət etdikləri halda
mən birinimi edəcəyəm?!”) Dedi: “Nə olub sənə?” Dedim:
“(Aybaşı olduğumdan) namaz qıla bilmirəm.” Dedi: “Bunun
sənə zərəri yoxdur. Sən də başqaları kimi Adəmin qızların-
dan birisən. Allah onlara nəyi yazıbsa, sənə də onu yazıb.
Həccinə niyyətdə sabit ol. Bəlkə, (gələcəkdə) Allah sənə də
ümrə nəsib edər.” Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bu həccində Ərəfata qalxdıq. Sonra Minaya gəldik. Artıq (ay-
başıdan) təmizlənmişdim. Minadan çıxdım, (Məkkəyə qayıdıb)
Kə`bədə təvaf etdim. Minadan son qayıdışımda Peyğəmbərlə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
idim. Mühəssəbdə qonaqladıq.
Peyğəmbər Əbdürrəhman (ibn Əbubəkri) çağırıb dedi: “Bacın-
la birlikdə haram ərazidən çıxıb ümrə üçün niyyət edin... Sizi
burada gözləyirəm”
1
.
Fəzilət sahiblərinin
fəzilətindən danışmağı
Rəvayət olunur ki, Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Mən Xədicəyə qısqandığım qədər Peyğəmbərin
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
zövcələrindən heç birinə qısqanma-
mışam. Hərçənd ki onu heç görməmişdim, lakin Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
onu tez-tez yad edərdi. Olurdu
ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qoç kəsib, onu
hissələrə bölür, sonra da Xədicənin rəfiqələrinə göndərirdi.
Hərdən mən ona: “Elə bir yer üzündə Xədicədən başqa qadın
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
151
yoxdur” – deyərdim, o da cavabında: “Xədicə (nəcib bir qadın)
idi, üstəlik mənim ondan övladlarım olmuşdur”
1
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Zövcələri Zeynəb bint Cəhşi Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
yanına göndərdilər. Zeynəb Peyğəmbərin nəzərində
mənimlə eyni idi. Qadınlar arasında Zeynəb qədər xeyirxah,
Allahdan qorxan, düz danışan, qohumlarına tez-tez baş çəkən,
çox sədəqə verən birini görməmişdim. Allah Təalaya yaxınlaş-
maqda, sədəqə verməkdə heç tərəddüd etməzdi. Xasiyyətin-
dəki hiddət səbəbi ilə bir az özündən çıxar, ancaq tez də özünü
ələ alardı...”
2
.
Hişam rəvayət edir ki, atası demişdir:
“(İfk günlərində) Aişəni ən çox Həssan ibn Sabit töhmət
etmişdi. (Sonralar qadınlardan biri Həssana) söydüyündə Aişə
demişdi: “Boşla onu, çünki o, Peyğəmbəri
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
tez-tez (şerləri ilə) müdafiə edirdi”
3
.
Rəvayət olunur ki, Ürvə ibn Zübeyr deyib:
“Aişə kiminsə onun yanında Həssana söyməsindən xoşlan-
mazdı. Deyirdi ki, Həssan onun haqqında deyib:
Şübhəsiz, atam, onun atası və namusum –
Məhəmmədin namusunu
4
sizdən
5
qoruyurlar”
6
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər. Yuxarıdakı mətn
Müslimindir.
4
Həzrəti Aişəni – tərcüməçinin qeydi.
5
Həzrəti Aişəyə böhtan atanlardan – tərcüməçinin qeydi.
6
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
152
Zahidliyi və əliaçıqlığı
Əbdülvahid ibn Əymən atasının belə dediyini rəvayət et-
mişdir:
“Aişənin
(Allah ondan razı qalsın!)
yanına getmişdim. Əynində 5
dirhəmlik (tikişi olmayan) pambıq paltar vardı. Aişə dedi:
“Gözünü qaldır cariyəmə bax. Ona bax. O mənim paltarımı
evdə geyinməkdən xoşlanır. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
vaxtında da bu cür paltarım var idi. Mədinədə zifaf
gecəsi üçün bəzənən elə bir qadın yox idi ki, onu (paltarımı)
icarəyə götürmək üçün mənə xəbər göndərməsin”
1
.
Əz-Zühri demişdir:
“Mənə Övf ibn Tüfeyl (Həzrəti Aişənin qardaşının oğludur)
danışıb ki, Aişə deyib: “(Bir dəfə) mənə xəbər verdilər ki, Ab-
dullah ibn Zübeyr (mənim ona satdığım, ya da verdiyim bir
şey barəsində) deyib: “Allaha and olsun ki, ya Aişə bu işə son
qoyar, ya da mən bu işdə ona əngəl olaram.” (Bir rəvayətdə
deyilir: “Abdullah ibn Zübeyr Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
və Əbubəkrdən sonra Aişənin ən çox sevdiyi kəs
idi. Aişə Zübeyrə çox yaxşılıq edirdi. Allahın yetirdiyi hər
ruzidən ona sədəqə verirdi”). Aişə (bunu eşidib) soruşdu: “O,
bunu deyibmi?” Dedilər: “Bəli!” Dedi: “İbn Zübeyrlə heç vaxt
danışmamağı Allaha nəzir deyirəm! (yəni, onunla heç vaxt
danışmayacağam!)” Bu ayrılıq uzun çəkdiyindən Abdullah ibn
Zübeyr (mühacirlərdən) xahiş etdi ki, Aişə ilə onu barışdırsın-
lar. Amma Aişə dedi: “Yox, Allaha and olsun ki, bu işdə heç
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
Dostları ilə paylaş: |