Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
144
Mücahid demişdir:
“Mən və Ürvə ibn Zübeyr (Mədinə) məscidinə girmişdik.
Gördük ki, Abdullah ibn Ömər Aişənin otağında oturub. Digər
insanlar məsciddə zuha namazı qılırdılar. İbn Ömərdən onların
(bu) namazı haqqında soruşduq. Dedi: “Bidətdir.” Ürvə İbn
Ömərdən soruşdu: “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
neçə dəfə ümrə etmişdir?” Dedi: “Birisi Rəcəb ayında olmaqla
dörd ümrə etmişdir.” Ona cavab vermək istəmədik. Bu zaman
Möminlərin anası Aişənin otaqda dişlərini misvakla təmizləmə-
si səsini eşitdik. Ürvə Aişəyə dedi: “Ana, ey möminlərin anası!
Görürsən də, Əbu Əbdürrəhman nə deyir?” Aişə soruşdu:
“Nə deyir ki?” Ürvə dedi: “Deyir ki, Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
biri Rəcəbdə olmaqla dörd dəfə ümrə
edib.” Aişə dedi: “Allah Əbu Əbdürrəhmana rəhm göstərsin!
O ki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
neçə dəfə ümrə
edibsə, (hamısını) görüb. Axı Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
Rəcəb ayında heç ümrə etməyib”.
1
Rəvayət olunur ki, Abdullah ibn Übeydullah ibn əbu Mü-
leykə deyib:
“Məkkədə Osmanın qızlarından biri vəfat etmişdi. Biz də
(namaz və dəfn işlərində) kömək edək deyə (Osmana) baş
çəkmişdik. İbn Ömər və İbn Abbas da gəlmişdilər. Mən on-
ların arasında oturmuşdum (və ya: onların birinin yanında
oturmuşdum. Sonra digəri gəlib yanımda əyləşdi). Bu əsnada
evdən qadınların fəryad səsi gəldi. Abdullah ibn Ömər (bunu
eşidib) Əmr ibn Osmana dedi: “(Bu qadınlara) ağlamağı qa-
dağan etməyəcəksənmi? Məgər Peyğəmbər
(Ona Allahın xeyir-dua-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dördüncü fəsil.
Qadın şəxsiyyətlər
145
sı və salamı olsun!)
belə deməyib: “Ailəsi meyitə ağladıqca meyit
(qəbirdə) əzab görür.” İbn Abbas dedi: “Ömər də
(Allah ondan
razı qalsın!)
bunu deyərdi. Ömər öldüyündə bunu Aişəyə dedim.
Aişə isə dedi: “Allah Ömərə rəhmət etsin! Allaha and olsun ki,
Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!): “Ailəsi
möminə ağladıqca Allah ona əzab verər”, – deməyib; əksinə:
“Doğrudan da, Allah ailəsi ağladıqca kafirin əzabına əzab qatar.
Sizə “Bir insanın günahı başqasına yüklənməz” (ayəsi) bəsdir!”
– deyib.” (Bunu eşidən) İbn Abbas dedi: “Güldürən də, ağla-
dan da Allahdır”
1
.
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
demişdir:
“Əbu Filan (Əbu Hüreyrəni nəzərdə tutur) necə də qəribə
adamdır! (Bir dəfə) gəlib otağımın yanında əyləşmişdi. Pey-
ğəmbərdən
(Ona Allahın xeyir-duası və salamı olsun!)
hədis danışıb mənə
eşitdirdi. Bu əsnada mən Allahı zikr edirdim. Mən zikrimi başa
vurmamış qalxıb getdi. Əgər getməsəydi, cavabını verərdim.
(Bilin ki,) Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
danışanda
sizin kimi deyil, aramla danışardı (başqa bir hədisdə: Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
elə danışardı ki, istəyən (onun
sözlərini) saya bilərdi)”
2
.
Bədrəddin Zərkəşi Həzrəti Aişənin səhabələrin xətalarını
düzəltməsi haqqında ayrıca kitab yazmışdır. “Səhabələrin səhv-
lərini Aişənin düzəltməsi haqda deyilənlərə cavab” adlanan bu
kitabın müqəddiməsində yazılıb:
“Bu, Siddiqənin
(Allah ondan razı qalsın!)
təkbaşına rəvayət etdiyi
və ya şəxsi görüşünə, yaxud bildiyi açıq-aşkar hədisə, yaxud da
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Birinci kitab. Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti
146
sağlam biliyinə əsaslanaraq qarşı çıxdığı hədisləri, ya da dövrü-
nün alimlərinə etirazlarını, müasirləri olmuş qabaqcıl şəxslərin
bu məsələdə ona müraciətlərini, verdiyi fitvaları, tutarlı gördü-
yü fikirlərə əsasən etdiyi ictihadları özündə toplayan kitabdır”
1
.
Zərkəşi Həzrəti Aişə tərəfindən səhvləri düzəldilmiş iyirmi
üç məşhur səhabənin adını çəkmişdir: Ömər ibn Xətt ab, Əli
ibn əbu Talib, Abdullah ibn Abbas... Ümumilikdə isə belə
səhabələrin sayı əlli doqquza çatır.
Zərkəşinin məlum kitabını araşdırmış professor Səid Əfqani
yazır:
“Uzun illər Xanım Aişəni araşdırdım. Araşdırmalar zama-
nı elə heyrətamiz cəhətlərin şahidi oldum ki, qələmlə təsvir
etmək mümkün deyil. Həzrəti Aişənin dəryalar qədər elmi-
ni, geniş dünyagörüşünü, yanaşmalarındakı çevikliyi xüsusi şə-
kildə qeyd etmək lazımdır. Əgər siz fiqhdə, təfsirdə, hədisdə,
şəriətdə, ədəbiyyat və poeziyada, dini mətnlərdə, şəcərədə, if-
tixarverici xatirələrdə, təbabətdə, tarixdə... dərin bilik sahibi
olmaq istəyirsinizsə, lazım olan hər şeyi bu xanımdan öyrənə
bilərsiniz. Siz onun hələ on səkkiz yaşına çatmadan bütün bun-
ları öyrənməsinə mat-məətt əl qalacaqsınız”
2
.
Təvazökarlığı və elmi dürüstlüyü
Şüreyh ibn Hani deyib:
“Aişədən məstlərə (qalın dəri ayaqqabı) məsh etmək barədə
soruşdum. Dedi: “Əlinin yanına get. O, bu işdə məndən daha
1
Zərkəşi. Kitab əl-icabə, səh. 31-32.
2
Yenə orada.
Dostları ilə paylaş: |