Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə29/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   25   26   27   28   29   30   31   32   ...   158

Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

97

buyurdu:  “Onlara  həm  qohumluq  savabı,  həm  də  sədəqə  sava-



bı  vardır”

1

.  



Qadınlar məsciddə ümumi toplantılara 

dəvəti qəbul edirdilər

Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  



(Allah  ondan  razı  qalsın!)

  de-


yib:

“İnsanlara  haray  çəkildi  ki,  “Namaz  cəm  edəndir!”  Mən  də  

gedənlərə  qoşulub  getdim.  Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  sa-

lamı  olsun!)  

birlikdə  namaz  qıldım.  Camaatın  arxasında,  qadınların  

səfində  öndə  dayanmışdım...”

2

.  



Ümmi-Gülsüm bint əbu Müeyt 

gənc qız ikən ailəsindən ayrılmış, dinini 

qorumaq üçün hicrət etmişdir

Rəvayət  olunur  ki,  Mərvan  və  Misvər  ibn  Məxrəmə  Pey-

ğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

səhabələrinə  istinadən  

demişlər:

“...Mömin  qadınlar  hicrət  edərək  gəldilər.  İbn  əbu  Müeytin  

qızı  Ümmi-Gülsüm  də  həmin  gün  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

yanına  gələnlərin  arasında  idi.  Ümmi-Gülsüm  

evlənmə  yaşına  çatmışdı.  Ailəsi  gələrək  Peyğəmbərdən  

(Ona  Alla-

hın  xeyir-duası  və  salamı  olsun!)  

onu  istəsə  də,  vermədi...”

3

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

98

Ümmi-Həram dəniz döyüşünə çıxıb şəhid 



olmaq üçün Peyğəmbərdən izn istəyir

Rəvayət  olunur  ki,  Ənəs  ibn  Malik  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Quba  torpaqlarına  

gedərkən  Ümmi-Həram  bint  Məlhanın  qonağı  olurdu.  Ümmi-

Həram  ona  yemək  verirdi.  (Həmin  vaxtlar)  Ümmi-Həram  

Übadə  ibn  əs-Samitin  zövcəsi  idi.  Bir  dəfə  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

onun  yanına  getdi,  o  da  Peyğəmbərə  

(adəti  üzrə)  yemək  verdi.  Peyğəmbər  (yeməyi  yedikdən  sonra)  

yatdı.  Ayıldıqda  gülürdü.  (Ümmi-Həram  deyir:)  “Soruşdum:  

“Ey  Allahın  rəsulu,  nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  

ümmətimdən  bir  dəstə  insan  bu  dənizin  üstü  ilə  hökmdarlar  

taxta  oturubmuş  kimi  yürüşə  çıxıblar.”  Bu  zaman  Ümmi-Həram  

dedi:  “Allaha  dua  et  ki,  məni  də  onlardan  etsin!”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dua  etdikdən  sonra  yatdı.  Ayıldıq-

da  gülürdü.  (Ümmi-Həram  deyir:)  “Dedim:  “Ey  Allahın  rəsulu,  

nə  üçün  gülürsən?”  Dedi:  “Gördüm  ki,  ümmətimdən  bir  dəstə  

insan  bu  dənizin  üstü  ilə  hökmdarlar  taxta  oturubmuş  kimi  

yürüşə  çıxıblar.”  (Başqa  bir  rəvayətdə  deyilir:  “Ümmətimdən  

Qeysərin  şəhərinə  yürüş  edən  ilk  ordunun  günahları  bağış-

lanıb”)  Dedim:  “Allaha  dua  et  ki,  məni  də  onlardan  etsin!”  

Peyğəmbər  dedi:  “Sən  birincilərdənsən”.  

Ümmi-Həram  (sonralar)  Müaviyənin  dövründə  (gəmilərə)  

minmiş,  dənizdən  çıxdığı  vaxt  atından  yıxılaraq  həlak  olmuşdu”

1

.  



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

99

Ümmi-Hani himayə etdiyi şəxs üçün 



qardaşından Peyğəmbərə şikayət edir

Rəvayət  olunur  ki,  Ümmi-Hani  bint  əbu  Talib  



(Allah  ondan  razı  

qalsın!)

  deyib:


“Fəth  ili  Peyğəmbərin  yanına  getmişdim.  Salam  verdim.  Dedi:  

“Xoş  gördük,  Ümmi-Hani!”  Dedim:  “Ey  Allahın  rəsulu,  anamın  

oğlu  (qardaşım)  Əli  dedi  ki,  himayəmdə  olan  (aman  verdiyim)  

şəxsi  –  Hübeyrənin  oğlu  filankəsi  öldürəcək.”  Peyğəmbər  



(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Sənin  himayəndə  olan  –  bizim  

də  himayəmizdədir,  ey  Ümmi-Hani!”

1

Hind bint Ütbə müsəlman olduqdan sonra 



Peyğəmbəri alqışlayıb-salamlayır

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  deyib:


“Hind  bint  Ütbə  (Peyğəmbərin  yanına)  gələrək  dedi:  “Ey  

Allahın  rəsulu,  (bundan  əvvəl)  yer  üzündə  sənin  nəslin  qədər  

Allahın  zəlil  etməsini  istədiyim  başqa  nəsil  yox  idi.  İndi  isə  yer  

üzündə  sənin  nəslin  qədər  Allahın  güclü  etməsini  istədiyim  

digər  nəsil  yoxdur.”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Canımı  əlində  tutan  Allaha  and  olsun  ki,  bir  də  de...”

2

.

Hafiz  ibn  Həcər  demişdir:



“Hədis  göstərir  ki,  Hind  zəkada  zirək,  danışıqda  bacarıqlı  

olmuşdur”

3

.

1



 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  VIII  cild,  səh.  142.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə