Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə27/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   23   24   25   26   27   28   29   30   ...   158

Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

89

Xəs`əmli qadın atasının yerinə həcc 



edib-etməməyin hökmünü araşdırır

Rəvayət  edilir  ki,  İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Qurbankəsmə  günü  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

Fəzl  ibn  Abbası  miniyinin  təkinə  mindirmişdi.  Bu  əsnada  

Xəs`əm  qəbiləsindən  gözəl  bir  qadın  onların  yanına  gəlib  Pey-

ğəmbərdən  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

soruşdu:  “Ey  Allahın  

rəsulu,  Allahın  qullarına  (yüklədiyi)  həcc  öhdəliyi  atamı  çox  

yaşlı  ikən  haqlayıb.  Atam  heç  miniyinə  də  minə  bilmir.  Onun  

yerinə  həcc  edə  bilərəmmi?”  Peyğəmbər  buyurdu:  “Bəli,  (edə  

bilərsən)”

1

.  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

90

QADIN ƏR SEÇMƏK HAQQINA SAHİBDİR      



Xənsa bint Xidam istəmədiyi üçün 

evlənməkdən şikayət edir

Rəvayət  olunur  Qasim  demişdir:

“Cəfəroğullarından  bir  qadın  qəyyumunun  onu  istəməyə-

istəməyə  evləndirməsindən  çəkinmiş,  bunu  ənsardan  iki  yaşlı  

şəxsə:  Əbdürrəhman  və  Məcməyə  bildirmişdi.  Onlar  demişdi-

lər:  “Qorxma!  (Yadımıza  gəlir  ki,)  Xənsa  bint  Xidamı  atası  

zorla  evləndirmiş,  Peyğəmbər  də  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

(bunu  eşitdikdə)  onun  nikahını  geri  qaytarmışdı  (pozmuşdu)”

1

.  


Peyğəmbər istəsə də, Bərirə 

haqqından vaz keçmir

Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bərirə  haqqında  üç  hökm  mövcud  olmuşdur.  Birincisi  bu-

dur  ki,  o,  azad  edildikdən  sonra  ərindən  sərbəst  şəkildə  boşan-

mışdı...”

2

.



Rəvayət  olunur  ki,  İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  deyib:  

“Bərirənin  əri  Müğis  adlı  kölə  idi.  Qadının  dalınca  düşməyi,  

göz  yaşlarının  axıb  saqqalına  tökülməyi  hələ  də  gözümün  qa-

bağından  getmir.  (Bu  zaman)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Üçüncü fəsil. Müsəlman qadın şəxsiyyətlər və onların...

91

salamı  olsun!)  

Abbasa  demişdi:  “Ey  Abbas,  sən  Müğisin  Bərirəyə  

aşiq  olduğuna,  Bərirənin  də  Müğisə  nifrət  etdiyinə  təəccüblən-

mirsənmi?”  Daha  sonra  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

Bərirəyə  demişdi:  “Bəlkə,  ona  qayıdasan.”  (Bərirə)  dedi:  

“Ey  Allahın  rəsulu,  bunu  mənə  əmr  edirsənmi?”  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

dedi:  “Mən  sadəcə  bunu  onun  

üçün  istəyirəm  (və  ya:  ona  havadarlıq  edirəm).”  Qadın  dedi:  

“Elə  isə  mənim  ona  (ərimə  –  mütərcim)  ehtiyacım  yoxdur”

1

.  –  


Hafiz  ibn  Həcər  demuşdir:

“Bərirənin  “Bunu  mənə  əmr  edirsənmi?”  sözündən  məlum  

olur  ki,  o,  Peyğəmbərin  ona  təklifini  vacib  təklif  hesab  et-

miş,  bu  üzdən  təfsilat  üçün  soruşmuşdu:  “Bu,  riayət  edəcəyim  

əmrdir,  yoxsa  adi  tövsiyədir?”  

Hədisdən  bu  nəticə  çıxır  ki,  tövsiyə  olunan  şəxs  vacib  sayıl-

mayan  məsələlərdə  tövsiyə  edənlə  razılaşmaya  bilər.  

Hədisdən  o  da  məlum  olur  ki,  zərər  və  məcburiyyətin  olma-

dığı  məsələlərdə  hakimin  məhkuma  havadarlıq  edib,  canıyanan-

lıq  göstərməsi  müstəhəbdir

2

.  Havadarlıq  edənin  nüfuzu  yüksək  



olsa  da,  onunla  razılaşmayana  məzəmmət  düşmür.  

Bərirənin  gözəl  əxlaqındadır  ki,  o,  havadarlığı  qaba  şəkildə  

rədd  etməmiş,  əksinə:  “Mənim  ona  (ərimə)  ehtiyacım  yoxdur”,  

–  deməklə  kifayətlənmişdi”

3

.  


1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Bəyəniləndir



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  334-335.  




Birinci kitab.  Buxarı̇ və müslı̇mı̇n “səhı̇h”lərı̇ndə qadın şəxsı̇yyəti

92

Qadın yaxşı ər seçə, 



özünü ona təklif edə bilər

Rəvayət  olunur  ki,  Səhl  ibn  Sə`d  deyib:

“Bir  qadın  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanı-


na  gələrək  dedi:  “Ey  Allahın  rəsulu,  özümü  sənə  hədiyyə  etmək  

üçün  gəlmişəm.”  Görəndə  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

onun  barəsində  bir  şey  demədi,  əyləşdi...”

1

.

Rəvayət  olunur  ki,  Sabit  əl-Bənani  deyib:



“Ənəslə  birlikdə  idim.  Qızlarından  biri  yanında  idi.  Ənəs  

dedi:  “(Bir  dəfə)  bir  qadın  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

yanına  gələrək  özünü  ona  təklif  etdi:  “Ey  Allahın  

rəsulu,  sənin  mənə  ehtiyacın  yoxdur  ki?”  Bu  zaman  Ənəsin  

qızı  müdaxilə  etdi:  “Onun  həyası  nə  qədər  azmış!  Ayıb  olsun!  

Ayıb  olsun!”  Ənəs  ona  dedi:  “O,  səndən  yaxşı  idi.  Peyğəmbəri  

sevmiş,  özünü  ona  təklif  etmişdi”

2

.

Buxari  bu  hədisi  “Qadının  özünü  əməlisaleh  kişiyə  təklif  



etməsi”  başlığı  altında  göstərmişdir.  

  “İbn  Münir  demişdir:  “Buxari  burada  çox  incə  məqama  to-

xunub.  O,  özünü  hədiyyə  edən  qadının  əhvalatındakı  məxsusiliyi  

(xüsusi  məzmunu)  bildiyindən  hədisdən  qeyri-adi  sayılmayan  

bir  qayda  çıxarmışdır:  qadın,  əməlisalehliyinə  vurğun  olarsa,  

özünü  əməlisaleh  kişiyə  təklif  edə  bilər!  Belə  hərəkət  etmək  

ona  caizdir”

3

.  



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.



3

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  79.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə