Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə28/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

 
75
Qız tərəddüd etdi, sonra: 
– Siyirmədədir, – dedi. 
– Budur? 
– Bəli. 
– Yaxşı, bir-iki günə gedərəm. Siz qorxmayın! – Raviq paltosunu geydi. – Nə 
olub? Niyə durursunuz? 
– Siz Bobonu tanımırsınız… 
Ravik gülümsədi. 
– Ondan da pislərini görmüşəm. Siz durmayın. Diqqətlə baxdım, qorxulu heç nə 
yoxdur. Hələlik, Lüseyn, yenə gələcəyəm. 
Ravikin açarı burmağı ilə qapını açmağı bir oldu. Heç kəs yox idi. Əslində, heç 
gözləmirdi də. Bobo kimilərini çox görmüşdü. 
 
Ət dükanında şəyird tək qalmışdı. Sarıbəniz bir kişi idi və bayaqkı qadın kimi 
həvəslə işləmirdi. Həvəssiz-həvəssiz ət doğrayırdı. Kişi öləndən sonra yaman 
yorulmuşdu. Üzbəüz bistrodakı süpürgəsatan lap ucadan dedi ki, onun qadına 
evlənmək imkanı çox azdır və çox güman ki, bunu da qəbiristanlığa o, öz çiynində 
aparası olacaq. Kişi əməlli-başdı düşmüşdü, qadın isə əksinə, bir az da üstünə 
qoymuşdu. 
Raviq qarağat arağını içib, pulun verdi. Elə bilmişdi Bobo burada olar. Ancaq yox 
idi… 
 
Joan Madu «Şəhrizad»dan çıxdı. Ravik taksidə onu gözləyirdi. Joan özü qapını 
açıb oturdu və dedi: 
– Buradan aralanaq. Sizə gedək. 
– Nəsə olub? 
– Yox, heç nə. Bu gecə restoranları məni lap boğaza yığdı… 
– Bircə dəqiqə… – Ravik qapının ağzında dayanmış gülsatan qadını işarə ilə 
yanına çağırdı. – Anacan, o qızılgüllərin hamısını ver. Ancaq çox yuxarıdan tutma. 
– Sizin üçün altmışca frank. Bir dəfə mənə yel xəstəliyi üçün dərman yazmısınız, 
ona görə… 
– Xeyri oldu? 
– Yox, haradan olsun?! Bütün gecəni yağışın altında ayaq üstə dururam. 
– Siz mənim ömrüm boyu müalicə etdiyim xəstələrin ən ağıllısısınız, – deyə Ravik 
gülləri götürüb ayaq altına sərə-sərə Joana tərəf döndü: – Günahımı yuyuram. 
Səhər səni tək qoymuşam, ac getmisən. Bəs indi bir şey içməcəyəksən? 
– Yox, gedək. Gülləri də ora yox, oturacağın üstünə qoy. 
– Bura yaxşıdır. Gülü sevmək lazımdır, ancaq çox şişirtmək də olmaz. 
– Sənin deməyindən belə çıxır ki, adam sevdiyi şeyi çox əzizləməz? 
– Yox, demək istəyirəm ki, gözəl şeyləri çox da şişirtmək lazım deyil. İndiki 
vəziyyətdə aramızda gül olmasını istəmirəm. 
Joan bir anlığa şübhəli nəzərlərlə onu süzdü, sonra sifəti işıqlandı: 
– Bilirsən, bu gün neyləmişəm? Mən yaşamışam! Təzədən yaşamışam! Nəfəs 
almışam! Təzədən nəfəs almışam! Təzədən dünyaya gəlmişəm. Çoxdandır belə 
olmamışdı. Yenə əllərim, gözlərim, dilim-ağzım... 


 
76
Taksi dar küçədə gedən maşınların arasından sivişib çıxdı və birdən sürət 
götürəndə Joan Ravikin üstünə yıxıldı. Ravik onu bircə anlığa qucaqladı, nəfəsini 
duydu. Elə bil, isti külək idi, əsdi ki, bütün günü üzündə donub qalmış iztirabları 
əritsin, qəlbinə çökmüş qəribə soyuqluğu isitsin, indi yanında oturub hissə qapıla-
qapıla danışan qadını ona hiss etdirsin. 
– Bütün günü sellər-sular oynayıb. Dünya, sanki, ümmana dönmüşdü, fəvvarə 
vururdu üz-gözümə, boyun-boğazıma çilənirdi, elə bil, mən də ağac kimi çiçək 
açmalı, yarpaqlamalı, bar gətirməliydim. Bütün günü əl çəkmədi ki, çəkmədi... 
Axır ki, qopdum, indi burada... sənin yanındayam. 
Ravik ona baxdı. Joan bir az qabağa əyilmişdi və qara rəngli bayırlıq paltarının 
arasından çiyinləri parıldayırdı. Çox səmimi idi, heç nə vecinə deyildi, 
fikirləşdiyini çəkinmədən deyirdi. Onunla müqayisədə Ravik özünə yaman yazıq, 
yaman quru göründü. 
«Təşrih edirdim. – ürəyindən keçirdi. – Səni unutmuşdum. Lüsyenə baş çəkdim. 
Haradasa, lap keçmişdə idim... Sən yox idin orada. Axşam düşəndə isə yavaş-
yavaş hənirti hiss eləməyə başladım. Onda səninlə deyildim, Ket haqqında 
düşünürdüm...». 
– Joan! – deyə əllərini onun oturacağa söykədiyi əlinin üstünə qoydu. – İndi bizə 
gedə bilmərik. Xəstəxanaya dəyməliyəm. Bir-iki dəqiqəliyə... 
– Təşrih elədiyin qadını yoxlayacaqsan? 
– Bugünkünü yox, başqasıdır... Bəlkə, məni bir yerdə gözləyəsən? 
– Elə indi getməlisən? 
– İndi yaxşıdır. İstəmirəm, sonradan zəng eləsinlər. 
– Sənin otağında gözləyərəm. Mehmanxanaya getməyə vaxt çatar? 
– Hə. 
– Onda gedək. Sən sonra gələrsən. Gözləyərəm... 
– Yaxşı. – Ravik ünvanı sürücüyə dedi. 
Geri söykəndi, başını da söykənəcəyə qoydu. Əlləri hələ də Joanın əlinin üstündə 
idi. Hiss etdi ki, Joan onun danışmasını istəyir. Özü haqda, ya da ondan... Ancaq 
bacarmırdı. O özü çox şey danışmışdı. Fikirləşdi ki, heç bu qədər lazım deyildi... 
Maşın dayanan kimi Joan dilləndi: 
– Sən düşmə, özüm gedərəm. Daha qorxmuram, açarı ver. 
– Növbətçidədir. 
– Özüm alaram. Belə şeylərə öyrəşmək lazımdır. – O, gülləri götürdü. –Bir kişi ki 
məni yata-yata qoyub gedir, gözlənilmədən bir də qayıdır, demək, bəzi şeylərə 
öyrəşmək lazımdır. Elə indidən başlasam, yaxşıdır. 
– Mən də səninlə gedəcəyəm. Gəl hər şeyi də belə şişirtməyək. Onsuz da, yenə səni 
tək qoyub gedirəm, bu, bəs eləyir. 
Joan güldü və həmin anda elə cavan göründü ki! 
Ravik sürücüyə dedi: 
– Xahiş edirəm, bir az gözləyin. 
Sürücü gözlərini yavaş-yavaş yumdu:  
Çox da gözləyərəm, – dedi. Onlar yuxarı çıxanda Joan dedi: 
– Açarı mənə ver. 
– Niyə? 


 
77
– Mənə ver! 
O, qapını açdı, ancaq içəri girmədi. Otaq qaranlıq idi. Pəncərədən buludlarla 
gizlənpaç oynayan ay görünürdü. 
– Nə gözəldir! – Joan bu sözləri qaranlıqlara dedi. 
– Gözəldir? Bu daxmaya gözəl deyirsən? 
– Hə, gözəldir. Hər şey gözəldir. 
– Ola bilsin, hələ gözəldir, çünki qaranlıqdır. Ancaq... – Ravik əlini düyməyə 
uzatdı. 
– Dəymə! Özüm yandıraram. Sən gedə bilərsən. Ancaq sabah günortaya qalma. 
Joan yarıaçıq qapının ağzında dayanmışdı və pəncərədən süzülən gümüşü işıq 
üzünə, çiyinlərinə düşürdü. Çox müəmmalı, sevdalı görünürdü, adamı lap yerindən 
oynadırdı. Plaşı sürüşüb yerə, ayaqlarının altına düşmüşdü və qara rəngli köpüyə 
oxşayırdı. Özü isə qapıya söykənmişdi, dəhlizdən süzülən işıq bir qoluna 
dolanmışdı. 
– Get... Tez qayıt, – deyib qapını örtdü. 
Ketin hərarəti düşmüşdü. 
– Oyanmışdı? – deyə Ravik yuxulu tibb bacısından soruşdu. 
– Bəli, saat on birdə oyanmışdı. Sizi soruşdu. Dediklərinizin hamısını çatdırdım. 
– Bəs soruşmadı bu nə sarğıdır? 
– Soruşdu. Dedim ki, yarmalı oldular. Yüngül şeydir. Sabah özü deyər. 
– Vəssalam? 
– Bəli. Dedi ki, əgər belə lazım bilibsə, demək, hər şey qaydasındadır. Bu gecə 
gəlsəniz, sizə salam yetirim və deyim ki, sizə inanır. 
– Hə... belə... 
Ravik bir xeyli dayanıb tibb bacısının yana ayrılmış qara saçlarına baxdı və birdən 
soruşdu: 
– Neçə yaşınız var? 
Qız təəccüblə başını qaldırdı: 
– İyirmi üç. 
– İyirmi üç... Nə vaxtdan işləyirsiniz? 
– İki il yarımdır. Yanvarda iki il yarım tamam olacaq. 
– Bu sənətdən xoşunuz gəlir? 
Qızın alma kimi yumru yanaqlarına təbəssüm qondu: 
– Xoşuma gəlir, – dedi.–Əlbəttə, bəzi xəstələrlə çətin olur, ancaq əksəriyyəti 
yaxşıdır. Madam Brisso mənə dünən çox qəşəng bir don bağışlayıb. Keçən həftə də 
madam Lerner bir cüt lak ayaqqabı vermişdi. Yazıq getdi evdə öldü... – O, yenə 
gülümsədi. – Demək olar ki, özümə heç paltar almıram. həmişə nəsə verirlər. 
Xoşuma gələn şey olmayanda rəfiqəmin yanında dəyişirəm. Mağazada işləyir. 
Vəziyyətim çox yaxşıdır. Madam Heqstrem də çox əliaçıqdır, pul verir. Axırıncı 
dəfə yüz frank verdi. Onca günə... İndi nə qədər qalacaq, doktor? 
– Ço...o..x.. Bir neçə həftə. 
Qızın kefi lap duruldu. Onun aydın, qırış tanımayan qaşları dartıldı, hiss olundu ki, 
gəlirini hesablayır. Ravik yenə Ketə tərəf əyildi. O, sakit nəfəs alırdı. Yaranın iyi 
saçlarından gələn kəskin ətir qoxusuna qarışmışdı. Birdən-birə yaman yazıqlaşdı. 
Qız ona inanırdı. Ah,.bu inam! Doğram-doğram elədiyi, xərçəngin için-için yediyi 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə