Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə26/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

 
71
– Pis deyil. Ancaq axıra kimi qatlanmır. – Kişi gülümsədi. – Məni Pireney 
dağlarından keçirdi, bəsimdir. Qonsales öldü.  
Ravik, Qonsalesin kim olduğunu xatırlaya bilmədi. Ancaq yadına kömək elədiyi 
cavan bir tələbə düşdü. 
– Manoladan xəbəriniz olmadı? 
– Əsir düşdü, güllələdilər... 
– Bəs briqada komandiri Serna? 
– Öldü. Lap Madridin yaxınlığında... – Kişi yenə gülümsədi. Ancaq bu çox donuq, 
qeyri-ixtiyari, hissiz-duyğüsüz, ötəri bir təbəssüm idi. – Mura ilə Le Pen də əsir 
düşdülər, güllələndilər. 
Heç biri Ravikin yadına düşmədi. İspaniyada altıca ay qalmışdı; cəbhə yarılıb 
dağılan kimi oradan çıxdı... 
– Karnero, Orta və Qoldştayn həbs düşərgəsindədir, – Alvares sözünə davam etdi, 
– Fransadadırlar. Blatski də sağ qaldı. Sərhəd tərəflərdə gizlənib. 
Ravik təkcə Qoldştaynı xatrıladı. Onda o qədər idilər ki!  
– Bu mehmanxanaya düşmüsünüz? – deyə soruşdu. 
– Bəli, dünən gəlmişik, – kişi üçüncü mərtəbəni göstərdi, – sərhəddəki düşərgədə 
çox saxladılar, axırda buraxdılar. Pulumuz var idi, – o yenə gülümsədi, – yaxşı 
mehmanxanadır, əməlli-başlı çarpayıları var. Hətta divardan bizim rəhbərlərin 
şəkilləri də asılıb. 
– Düzdür. – Ravikin səsində kinayə əlaməti yox idi. – Elə şeyləri görəndən sonra, 
bura adama cənnət kimi gəlir. 
O, Alvareslə xudahafizləşib, öz otağına getdi. 
Otaq yığışdırılmışdı, heç kəs də yox idi. Joan getmişdi. Ravik ora-bura baxdı: heç 
nə qoymamışdı. Əslində, belə də gözləyirdi. 
Zəngi basdı. Az keçməmiş süpürgəçi qız gəldi. 
– Xanım getdi! – O, Raviki qabaqladı. 
– Görürəm. Burada ayrı adam olduğunu siz haradan bildiniz? 
– Yaxşı, yaxşı, müsyö Ravik... – Qız sözünü axıra çatdırmadı, ancaq üz-gözündən 
görünürdü ki, açıqca xətrinə dəyib.  
– Səhər-səhər bir şey yedi? 
– Xeyr, mən onu görmədim, yoxsa gətirərdim. O vaxtdan yadımda qalıb. 
Ravik onun üzünə baxdı; son sözləri xoşuna gəlməmişdi. Pul çıxarıb qızın 
önlüyünün cibinə basdı.  
– Çox gözəl, – dedi, – gələn dəfə də belə eləyin. Özüm deməmiş, səhər yeməyi 
gətirməyin. Otağı yığışdırmağa gələndə də əvvəlcə dəqiq bilin ki, boşdur. 
– Baş üstə, müsyö Ravik! – Qız gülümsədi. 
Ravik narazılıqla onun arxasınca baxdı. Qızın nə fikirləşdiyini bilirdi. Ona elə 
gəlirdi ki, Joanın əri var, istəmir görən olsun. Əvvəllər Ravik buna gülmüşdü, 
ancaq indi xoşuna gəlmədi. Niyəsini özü də bilmirdi. Çiyinlərini çəkib, pəncərəyə 
tərəf getdi. Mehmanxana öz mehmanxanalığında qalırdı, onu dəyişmək olmazdı... 
Pəncərəni açdı. Buludlar səmanı qoynuna almışdı. Evlərin damında sərçələr 
civildəşirdi. Aşağı mərtəbədə iki nəfər mübahisə edirdi. Qolberqlər olcaqdı. Kişi 
arvadından iyirmi yaş böyük idi. Özü Bratislav şəhərindən idi, taxıl alverçisi 


 
72
olmuşdu. Qadın mühacir Vizenhofla gəzir və elə bilirdi ki, heç kəsin bundan xəbəri 
yoxdur. Ancaq onu bilməyən təkcə əri idi... 
Pəncərəni bağladı. Səhər-səhər kimisə öd kisəsindən təşrih eləmişdi. Düranın 
əvəzinə kiminsə öd kisəsini kəsib götürmüşdü. Tanımadığı bir kişinin qarnını 
yarmışdı, iki yüz frank da qonarar almışdı. Sonra Ketə baş çəkmişdi. Onun 
qızdırması vardı, özü də çox qalxmışdı. Bir saat orada qaldı. Qız narahat yatırdı. 
Elə qorxulu bir şey yox idi. Əslində, belə də olmalı idi... 
Diqqətlə pəncərədən küçəyə baxdı. Nə isə olub qurtarandan sonra adam özündə 
qəribə bir boşluq duyur... Çarpayı da susur və indi açılan gündüz gödən yırtan 
çaqqal kimi sirli-soraqlı dünəni parçalayırdı. Gecənin qaranlığından boylanan 
füsunkar meşələr çəkilib uzaqlara getmişdi və haradasa zamanın boşluğunda tutqun 
xəyal kimi görünürdü...  
Geri çevrildi, stolun üstündə Lüsyen Martinenin ünvanı gözünə dəydi. Onu bu 
yaxınlarda evə buraxmışdılar. Əl çəkməmişdi… Onun yanına iki gün əvvəl 
getmişdi, indi heç lazım deyildi. Ancaq elə bir işi də yoxdu və qət etdi ki, yenə 
getsin. 
 
Ev Klavel küçəsində idi. Birinci mərtəbəsində ət dükanı yerləşirdi. Kök bir qadın 
əti şaqqalayıb satırdı. O, qara geyinmişdi. Əri iki həftə bundan qabaq ölmüşdü və 
indi şəyirdlə birlikdə özü alver edirdi. Ravik onu keçib gedəndə gördü. Deyəsən, 
qonaq getməyə hazırlaşırdı. Şlyapasına qara rəngli uzun rübənd taxmışdı və tanış 
qadına – başqası olsa, eləməzdi – bir bud donuz əti kəsirdi. Rübənd yelləndi, balta 
göydə payıldadı və ətə yeridi. 
– Bax, bircə dəfəyə! – deyə o, özündən razı halda, budu tərəziyə qoydu. 
Lüsyen lap yuxarı mərtəbədəki balaca otaqda yaşayırdı. O, tək deyildi. Təxminən 
iyirmi beş yaşında cavan bir oğlan stula sərələnmişdi. Başında, adətən, velosiped 
sürən idmançıların qoyduğu uzundimdik kepka vardı. Ağzındakı eşmə siqaret, 
danışanda üst dodağına yapışıb qalırdı. Ravik içəri girəndə, yerindən də 
qımıldanmadı. Lüsyen isə çarpayıda uzanmışdı. O, həyəcandan qızardı: 
– Doktor… Bu gün gələcəyinizi bilmirdim… – Oğlana tərəf döndü: – Bu da… 
– Adamdır, vəssalam! – Oğlan kobudluqla onun sözünü kəsdi. – Adını demək 
lazım deyil. – O, geri söykəndi. – Demək, o doktor sizsiniz? 
– Necəsiniz, Lüsyen? – Ravik ona fikir vermədi. – Uzanmaqda lap ağıllı iş 
görürsünüz. 
– İstəsə, çoxdan qalxardı, – oğlan yenə sözə qarışdı, – heç nə yoxdur. İşə getmir, 
pul da yox… 
Ravik ona tərəf döndü: 
– Çıxın otaqdan, – dedi. 
– Nə? 
– Çıxın, qapını da örtün. Lüsyenə baxacağam. 
Oğlan şaqqanaq çəkdi. 
– Bu cür də baxa bilərsiniz. Biz elə incə-mincə adamlar deyilik. Baxmaq nə 
üçündür? Srağagün gəlib baxmısınız. Demək, bunun һaqqı da ayrı olacaq, eləmi? 
– Əzizim, – Ravik çox sakit danışırdı, – siz һeç pul verənə oxşamırsınız. Haqqı 
olacaq, olmayacaq, bunun sizə dəxli yoxdur. İndi isə sürüşün buradan! 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə