Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə29/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

 
78
arıq bədən yenə gəlib gözləri önündə dayandı. Heç nə eləyə bilmədi, tez tikdi... 
İnama bax... 
– Gecəniz xeyrə qalsın... 
– Xeyrə qarşı, doktor.. 
Yumrusifət tibb bacısı küncdəki kresloya oturdu, üzü çarpayıya olan stolüstü 
lampanı o biri tərəfə çevirdi, ayaqlarının üstünə adyal salıb, şəkilli jurnalı götürdü. 
Detektiv hekayələr, müxtəlif filmlərdən kadrlar çap olunan ucuz bir jurnal idi. Qız 
yerini rahatlayıb, oxumağa başladı. Yanındakı balaca stolun üstünə bir qutu 
şokalad qoyulmuşdu. Ravik gördü ki, o gözünü qaldırmadan birini götürdü. 
«Bəzən adam adi şeyləri də başa düşə bilmir, – deyə ürəyindən keçirdi. – Eyni 
otaqda biri ölüm ayağındadır, o birininsə dünya vecinə deyil...» O, qapını örtdü. 
«Mən də elə deyiləmmi? İndi bu otaqdan çıxıb...» 
İçəri qaranlıq idi. Vanna otağının qapısı azacıq aralı qalmışdı, oradan işıq düşürdü. 
Ravik tərəddüd etdi: bəlkə, Joan vanna otağındadır? Sonra onun hənirtisini eşitdi. 
Heç nə deməyib, vanna otağına keçdi. Bilirdi ki, Joan içəridədir, yatmayıb, ançaq 
dinmir. Otaq birdən-birə sükutla, iztirabla, gərginliklə doldu. Sanki, səssiz-küysüz 
bir qasırğa qalxmışdı və onun yaratdığı dərin uçurumlardan ətrafa adamı bihuş 
eləyən, başgicəlləndirən lalə ətri çilənirdi. 
Vanna otağının qapısını bağladı. Lampaların gur işığı yenə hər şeyi ona 
doğmalaşdırdı. Şırnağın açarlarını burdu. Bu, mehmanxanada yeganə şırnaq idi, öz 
xərcinə düzəltdirmişdi. Bilirdi ki, burada olmayanda sahibə fransız qohum və 
tanışlarını gətirib, onu mehmanxananın fəxri kimi onlara göstərir. 
İsti su bədəninə çiləndi. Joan otaqda uzanıb, onu gözləyirdi. Dərisi zərif idi, saçları 
dalğa-dalğa olub yastığı qucaqlamışdı, gözləri də parıldayırdı. Hətta otağa qaranlıq 
çökəndə onun bu gözləri, elə bil, qışın xəstə üzlü ulduzlarının pəncərədən süzülən 
solğun işartısını yığıb-yığıb, təzədən otağı işıqlandırırdı. İndi isə uzanıb onu 
gözləyirdi, yumşalmışdı, dəyişmişdi, adamı yerindən oynadırdı, çünki bir saat 
bundan qabaqkı qadın deyildi, gözəlləşmişdi, cazibədar olmuşdu. Ancaq nədənsə
birdən-birə özündə ona qarşı laqeydlik hiss elədi. Çox qəribə hiss idi, elə onun 
özündə də güclü, qəfil bir maraq, istək vardı. Qeyri-ixtiyari yan-yörəsinə boylandı: 
əgər vanna otağının ikinci qapısı olsaydı, geyinib oradanca çıxardı, gedib bir şey 
içərdi. 
Qurulandı və bir xeyli nə edəcəyini bilmədi. Qəribə idi, hər şey lap heç nədən oldu. 
Kölgələr... heçlik... Bəlkə, Ketin yanına getdiyi üçün belə oldu? Yoxsa, Joanın 
bayaq taksidə dedikləri elədi? Çox tez başa gəldi. Özü də asanca... Bəlkə də, ona 
görə belə oldu ki, özü gözləmək əvəzinə onu gözləyirdilər... Üz-gözünü turşutdu, 
qapını açdı. 
– Ravik! – Qaranlıqdan Joanın səsi eşidildi. – Kalva..dos pəncərənin yanında, 
stolun üstündədir. 
Dayandı. Hiss elədi ki, çox gərginləşibmiş. Joan başqa söz desə, dözə bilməzmiş... 
Joan düz elədi. Gərkinlik azaldı, o, yavaş-yavaş özünü ələ aldı. 
– Şüşəni tapa bildin? – deyə soruşdu. 
– Nə çətin şey idi ki? Lap açıqda idi. Götürüb açdım. Açanı da sənin şeylərinin 
arasından tapdım. Bir qədəh də mənə ver. 
İki qədəh süzüb, birini ona verdi: 


 
79
– Al! 
Şəffaf alma araqının iyini hiss etmək nə gözəl idi! Yaxşı ki, Joan lazım olan sözü 
tapıb demişdi! 
Joan başını geri söykəyib, araqı içdi. Saçı çiyinlərinə dağıldı və həmin anda, sanki, 
onu maraqlandıran yalnız içki idi. Ravik bu halı onda bir dəfə görmüşdü. O, bütün 
varlığını gördüyü işin ixtiyarına verirdi. Bunda gözəlliklə bərabər, nəsə gizli bir 
təhlükə də duydu: içəndə hər şeyi unudurdu, sevəndə məhəbbətə, inamı itəndə isə 
şübhəyə dönürdü. Onun unutması da dəhşət olardı. 
Joan qədəhi yerə qoyub, gözlənilmədən güldü. 
– Ravik, – dedi, – bilirəm, indi nə fikirləşirsən... 
– Doğrudan? 
– Hə... Sənə elə gəldi ki, az qala, evlisən. Mən də... kiminsə səni qapının ağzında 
qoyub getməsi elə böyük şey deyil... Üstəlik, əlində də bir dəstə qızılgül... Allaha 
şükür ki, kalvados var idi. Ona xəsislik eləmə. 
Ravik kalvados süzdü. 
– Sən çox böyük adam imişsən, – dedi. – Düz sözümdür. Açığı, vanna otağında 
olanda səndən xoşum gəlmirdi. İndi isə heyran qalmışam. Nuş olsun! 
– Nuş! 
Ravik arağını içib: 
– Bu, ikinci gecədir, – dedi, – bir az qorxulu olur. Naməhrəmliyin gözəlliyi keçib 
gedib, məhrəmliyinki isə hələ gəlib çıxmayıb. Gərək, möhkəm dayanaq. 
Joan qədəhi yerə qoydu: 
– Deyəsən, belə şeylərdən yaxşı başın çıxır... 
– Əslində, heç nə bilmirəm, elə-belə dedim. Adam heç vaxt heç nəyi dəqiq bilmir. 
Hər şey həmişə tərsinə olur. Elə indi də... Dünyada ikinci gecə yoxdur, həmişə 
birinci olur. İkincidə isə hər şey qurtarır. 
– Yaxşı ki, birinci gecədir. Yoxsa, bilirsən nə olardı? Sonsuzluğa gedib çıxardıq. 
Yaxın gəl! Yuxum gəlmir, səninlə içmək istəyirəm. Soyuqdan donan ulduzları 
görürsənmi?! Adam tənha olanda yaman üşüyür. Lap istidə ikilikdə isə heç vaxt! 
– Adam ikilikdə də donar... 
– O bizə aid deyil. 
– Əlbəttə, bizə aid deyil! – Joan qaranlıqda onun üzünə qonan qəribə ifadəni görə 
bilmədi. – Bizə aid deyil... 
 
Mənə nə olmuşdu, Ravik? – deyə Ket soruşdu. 
O, çarpayıda iki yastığa söykənib oturmuşdu. Ətir iyi otağı başına götürmüşdü. 
Nəfəslik bir az aralı idi. İçəri dolan şaxtalı hava otağın istisinə qarışırdı, deyərdin, 
yanvar deyil, aprel ayıdır. 
– Qızdırmanız var idi, Ket. Bir-iki gün düşmədi. Sonra yuxuya getdiniz, az qala 
bütün günü yatdınız. Keçib getdi, hər şey qaydasına düşdü. İndi özünüzü necə hiss 
edirsiniz?  
– Hələ də yorğunam. Ancaq qabaqkına baxanda bir az yaxşıyam, daha elə zəif 
deyiləm. Ağrı da azalıb. 
– Ağrı hələ qalacaq. Ancaq çox çəkməz, elə eləyərik, bilinməz. Yavaş-yavaş 
çəkilib gedəcək. Bunu ki özünüz bilirsiniz... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə