Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə31/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   27   28   29   30   31   32   33   34   ...   114

 
83
Sakit ol, Roje! –Madam Buşe ona tərəf döndü. – Sən get. 
– Brüne gəlib. 
– Yaxşı... De ki, gözləsin. Görürsən... 
Kişi başını yırğalayıb çıxdı. Onunla bərabər içəri dolmuş konyak iyi də çəkildi. 
Ravik burnunu çəkdi. 
– Lap köhnə konyakdır, – dedi, – ən azı otuz, qırx ildən qalıb. Günün günorta çağı 
belə konyak içən xoşbəxt adamdır. 
Madam Buşe bir anlığa karıxıb gözlərini döydü. Sonra dodaqları asta-asta tərpəndi: 
– Elədir... İstəyirsiniz? 
– Niyə istəmirəm? 
Buşe köklüyünə yaraşmayan bir çəldliklə qapıya yönəldi. 
– Roje! 
Qarayanız kişi qapıda göründü. 
– Deyəsən, o gözəl konyakdan yenə vurmusan. Yalan danışma, iyindən bilirəm. 
Şüşəni gətir. Dedim ki, danışma, şüşəni gətir! 
Roje konyakı gətirdi. 
– Bir qədəh Brüneyə verdim. Məcbur elədi, birini də özüm içdim. 
Buşe ona heç nə demədi. Qapını bağlayıb, balaca şkafdan fiqurlu bir qədəh 
götürdü. Ravik ikrahla qədəhə baxdı. Üstündə qadın başı oyulmuşdu. Buşe konyak 
süzüb, qədəhi tovuz quşu çəkilmiş süfrənin üstünə, onun qabağına qoydu. 
– Siz ağıllı adama oxşayırsınız, müsyö, – dedi. 
Ravik dana bilməzdi: bu arvadda nəsə xoşa gələn bir şey vardı. Ancaq Lüsyenin 
dediyi kimi, poladdan deyildi,. ondan da betər, rezindən idi. Poladı sındırmaq olur, 
rezin isə... Əslində, zərərin ödənməsi məsələsində haqlıydı. 
– İşi yaxşı görməmisiniz, nəticəsi də pis olub, – dedi, – pulu qaytarmaq üçün elə bu 
kifayətdir. 
– Təşrihdən sonra xəstə öləndə siz pulu qaytarırsınız? 
– Xeyr. Ancaq elə olur ki, heç pul almırıq. Məsələn, Lüsyendən... 
Buşe onun üzünə baxdı: 
– Çox əcəb... Bəs bu nə hoqqadır çıxarır? Hələ sevinməlidir ki! 
Ravik qədəhi qaldırdı. 
– Madam, – dedi, – daha sözüm yoxdur. Sizinlə bacarmaq çətin imiş... 
Buşe şüşəni ehtiyatla stolun üstünə qoydu. 
– Müsyö, çox adam buna cəhd eləyib. Ancaq onların içində ən ağıllısı sizsiniz. Elə 
bilirsiniz, belə işdən xoşum gəlir, ya da qazancı çoxdur? O üç yüz frankın yüzü 
polisə gedir. Yoxsa, qoyarlar işləməyə? Odur, bax, biri gəlib qapını kəsdirib, 
haqqını istəyir. Gərək, hamısının ağzına bir şey atasan. Başqa cür ola bilməz... 
Bunu öz aramızda deyirəm: işi qurdalasanız, batıracağam. Polis özü ört-basdır 
eləyəcək. Buna tam əmin ola bilərsiniz. 
– Əminəm, əminəm... 
Buşe diqqətlə ona baxdı, istehza eləmədiyinə əmin olan kimi stul çəkib oturdu. Bu 
bədheybət bədəndə bədheybət bir güc var imiş: elə bil, stul yox, tük götürdü. 
Gələnin ağzını yummaq üçün saxladığı konyakdan bir qədəh də süzdü. 
– Əslində, üç yüz frank az pul deyil. Ancaq polisdən əlavə, bilirsiniz nə qədər dərdi 
var? Mənzil haqqı, özünüz şahidsiz ki, burada çox bahadır. Pal-paltar, alətlər, 


 
84
həkimlərə baxmayın, mənə ikiqat bahasına başa gəlir... Sonra bunun müştəri 
gətirəni var, şeytanlayanı var... Gərək, hamını razı salasan. Təzə ildə, ad günündə 
vəzifəli şəxslərin özlərinə də, arvadlarına da içkidən, hədiyyədən aparasan. Özgə 
hansını deyim, müsyö?! Çox vaxt özümə heç nə qalmır. 
– Bunlara etirazım yoxdur. 
– Bəs nəyə var? 
– Lüsyenin başına gələnə. 
– Həkimlərin əlindən xata çıxmır? 
–Təsadüfi hallarda... 
– Müsyö! – Buşe dikəldi. – Mən insaflı adamam. Gələnə bu tərəfini də başa 
salıram. Ancaq heç biri qayıtmır. Yalvarıb-yaxarırlar, ağlayıb-sıtqayırlar, bilmirlər 
neyləsinlər. Eləməyəndə də, gedib özlərini öldürürlər. Burada nə oyunlar qalıb, 
çıxarmasınlar?! Ayaqlarıma döşənib yalvarıblar. O küncdəki balaca, pardaqları 
tökülmüş şkafı görürsünüz? Varlı-hallı bir qadın eləyib. Bilməyib neyləsin, özünü 
ona çırpıb. İndi mətbəxdəki on kirvəngə gavalı cemini o göndərib. İstəyirsiniz, 
göstərim. Pulunu vermişdi, bunu da elə-belə, minnətdarlıq əlaməti kimi göndərib. 
Sizə bir şeyi də deyim, müsyö, – Buşe səsini bir az da ucaltdı – istəyirsiniz mənə 
lap fırıldaqçı deyin, ancaq başqalarının gözündə mən xeyirxah adamam, lap 
məlakəyəm... 
O durdu, əynindəki kimono yelləndi. Qəfəsdəki bülbül bunu gözləyirmiş kimi 
oxumağa başladı. Ravik də qalxdı. Bu cür səhnələri çox görmüşdü. Ancaq onu da 
bilirdi ki, Buşe həqiqəti deyir. 
– Çox gözəl, – dedi, – mən gedirəm. Ancaq Lüsyen üçün xeyirxah adam deyilsiniz. 
– Kaş onu bura gələndə görəydiniz! İndi nə istəyir? Sağalıb, uşağı da yoxdur... 
İstədiyi bu deyildi? Hələ xəstəxanaya da pul verməyəcək... 
– Daha uşağı olmayacaq. 
Buşe bir anlığa tutuldu. 
– Lap yaxşı...–sonra biganəliklə dilləndi: – Getsin birini yesin, birini də itə 
tullasın... 
Ravik gördü ki, ondan bir şey çıxmayacaq. 
– Hələlik, Madam Buşe, – dedi, – sizinlə söhbət etmək çox maraqlı idi. 
Buşe ona bir az da yaxınlaşdı. Ravik əl vermək istəmirdi. Buşenin özü də heç o 
fikirdə deyildi. O, sakit, ancaq sirayətedici səslə sözə başladı: 
– Siz ağıllı adamsınız, müsyö. Tanıdığım həkimlərin çoxundan ağıllısınız. Heyif 
ki... siz...– dayandı, sınayıcı nəzərlərlə onu süzdü. – Bəzən elə hallar olur ki... 
bacarıqlı həkim lazım gəlir... 
Ravik dinmədi, gözlədi görsün daha nə deyəcək. 
– Ziyan eləməz... Həmişə yox... bəzi hallarda...– Quşlara şırvanan pişik kimi onun 
ağzı sulandı. – Hərdən yağlı müştərilər düşür. Söz yox ki, haqqını əvvəlcədən 
verir... Onda arxayınçılıq olar... Polis məsələsinə də söz ola bilməz. Mənə elə gəlir, 
müftə yerdən bir neçə yüz frank qazanmaq sizə ziyan eləməz...–əlini onun çiyninə 
qoydu. – Sizin kimi yaraşıqlı kişiyə lazım olar...– O bic-bic gülümsəyərək əlini 
şüşəyə uzatdı. – Hə, nə deyirsiniz? 
Təşəkkür edirəm, – deyə Ravik şüşəni alıb yerinə qoydu. Çox əla konyak idi, onu 
tutmuşdu. Şüşənin üstünə fabrik etiketi vurulmamışdı. Demək, kiminsə şəxsi 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə